Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2137/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin; Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: evdən çıxarılma, alğı-satqı müqaviləsinin ləğvi, əqddən yaranan hüquqi nəticələrin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqavilələrinin və çıxarışın etibarsız hes ab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli 2(107)-101/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 aprel 2021- ci il tarixdə 4Ə-399 reyestr sayı ilə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini 5.200 manata İddiaçı satmışdır. 2. 26 may 2021- ci il tarixdə 4Ə-533 reyestr sayı ilə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Göyçay r ayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini 4.500 manata İddiaçı satmışdır.
3. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa istinadən Göyçay rayonu Potu kəndində yerləşən, ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 111,1 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Göyçay rayonu Potu kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Notariat Ofisində bağlanmış və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Potu kəndində yerləşən və Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini almışdır. Alğı-satqı müqaviləsinin şərtlərinə görə satıcı Cavabdeh1 razılaşdıqları məbləği aldıqdan sonra xx.xx.2021-ci il tarixdə sözügedən fərdi yaşayış evini boşaltmalı və evi onun sahibliyinə verməli idi. Lakin Cavabdeh1 ona satdığı evin dəyərini tam şəkildə alsa da, xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evini boşaldıb, ona təhvil verməmişdir. Artıq bir ilə yaxındır ki, cavabdehlər onun xüsusi mülkiyyətində olan evdə yaşamaqla, mülkyyətindən rahat və maneəsiz şəkildə istifadə etməsinə imkan vermir lər. Qanunvericiliyə görə satıcı satdığı əmlakın dəyərini aldıqdan sonra müəyyən edilmiş müddət ərzində satdığı əmlakı alıcıya təhvil verməlidir.
6. Cavabdeh1 İddiaçı qarşı “alğı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın əsassız olduğu üçün rədd edilməsi, Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021ci il tarixli 4Ə-399 reyestrlə təsdiqlənmiş, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinin İddiaçı satılmasına dair onunla İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin; Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli 4Ə-533 reyestrlə təsdiqlənmiş, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəs inin İddiaçı satılmasına dair onunla İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqavilələri əsasında DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsinə və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 5 ildir xurma meyvəsi alıb Rusiya Federasiyasında satmaqla məşğuldur. 2017-ci ildən 2020-ci ilə qədər xurma meyvəsinin alğı-satqısı ilə məşğul olan başqa bir şəxsin yanında işləmişdir. İşi öyrəndikdən sonra, özü müstə qil olaraq həmin fəaliyyətlə məşğul olmaq qərarına gəlmişdir. Lakin 2020-ci ildə xurma meyvəsinin alğı-satqısı ilə məşğul olmaq üçün əlində kifayət qədər vəsait olmadığından borc almağa məcbur olmuşdur. 2020-ci il tarixdə Göyçay sakini X5 ilə tanış olmuş və sonuncu ilə daşınmaz əmlak təminatlı borc pul almağa razılaşmışdır. Mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini aldığı borcun təminatı olaraq X2 adına keçirmək, pulu qaytardıqdan sonra həmin əmlakları öz adına geri qaytarmaq şərti ilə Lətifə Mirzəyeva ona 17.000 manat borc pul vermişdir. Həmin 17.000 manat pulun təminatı olaraq hazırki mübahisə predmeti olan Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini Göyçay sakini X2 adına keçirmişdir və aralarında 20 aprel 2020- ci il tarixli (4Ə-412 reyestrlə təsdiqlənmiş) alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin vəsaitlə xurma meyvəsi alıb (2020-ci ildə) Rusiya Federasiyasına göndərmişdir. 10 aydan sonra Rusiya Federasiyasına satdığı xurma meyvəsinin pulu ona göndərilmişdir və o, artıqlaması ilə X2 pulunu qaytarmışdır və aralarında bağlanmış 20 aprel 2020-ci il tarixli (4Ə-412 reyestrlə təsdiqlənmiş) alğı-satqı müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilmişdir. Beləliklə, o da həmin işdən pul qazanmış, qazandığı puldan X3 da əlavə pul vermişdir. Bundan sonra eyni ilə X5 ilə təkrar iş görmək istəsə də, hazırda onun evdən çıxmasını tələb edən İddiaçı əri X8 həmin şərtlərlə ona (daşınmaz əmlak təminatlı) 10 min manat borc pul verməyi təklif et mişdir. O, həmin təkliflə razılaşmışdır və təklif əsasında mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini aldığı borcun təminatı olaraq İddiaçı adına keçirmək, pulu Üzirə Hamidovaya qaytardıqdan sonra həmin əmlakları öz adına geri qaytarmaq şərti ilə 10.000 manat borc almaq barədə İddiaçı ilə razılaşmışdır. Birinci dəfə 2021-ci ilin aprel ayında X4 5.200 manat borc alıb, həmin borcun təminatı olaraq Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini İddiaçı adına keçirmişdir və aralarında 20 aprel 2021-ci il tarixli (4Ə399 reyestrlə təsdiqlənmiş) müqavilə bağlanmışdır. İkinci dəfə isə 2022-ci ilin may ayında X4 4.500 manat borc alıb, həmin borcun təminatı olaraq Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini İddi açı adına keçirmişdir, aralarında 20 aprel 2021- ci il tarixli (4Ə399 reyestrlə təsdiqlənmiş) müqavilə bağlanmışdır və ondan 524 manat vergi tutulmuşdur. Həmin vəsaitlə xurma meyvəsi alıb (2021-ci ildə) Rusiya Federasiyasına göndərmişdir. Təxminən 11 aydan sonra Rusiya Federasiyasına satdığı xurma meyvəsinin pulunu əldə etmiş və borclu olduğu 9.700 manat pulu X7 qaytarmaq üçün görüşmüşdür. X11 görüşəndə tamam başqa mənzərə ilə qarşılaşmışdır. Belə ki, əmlaklarını özünə geri qaytarmaq üçün X8 ondan 30.000 manat pul tələb etmişdir. Dəfələrlə bu məsələnin sülh yolu ilə həllinə cəhd etsə də, cavabdehlə razılaşma əldə etmək mümkün olmamışdır. Bundan sonra başa düşmüşdür ki, X8 və İddiaçı tərəfindən aldadılmışdır. X1 və İddiaçı torpaq sahəsini və fərdi yaşayış evini öz adına qaytarmaq qarşılığın da ondan 60.000 manat pul tələb edirlər. Xüsusi mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsini və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evini İddiaçı 9.700 manata satması barədə həqiqi iradə ifadəsi olmamış, konkret olaraq aldadılmışdır. Bunda əvvəl də eyni üsulla (daşınmaz əmlak təminatlı) borc alıb qaytarmışdır və borcu qaytardıqdan sonra əmlaklarını geri qaytarmışdır. X8 ilə 5 il bir yerdə işləmişlər, sonuncuya inanmış, etibar etmiş və qeyd olunan qarşılıqlı razılığa gəlmişlər. Göyçay rayonu Potu kəndində 1 sot torpağın qiyməti 1.500-3.000 manat arası dəyişir. 21 sot torpağın qiyməti sotu 1.500 manatdan hesablansa (21 sot x 1.500 manat = 31.500 manat) 31.500 manat edir. Deməli, 4.500 manata İd diaçı adına rəsmiləşdirilən torpaq sahəsinin real bazar qiyməti 31.500 manatdır. 5.200 manata İddiaçı adına rəsmiləşdirilən Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinin real bazar qiyməti isə 60.000 manat civarındadır. Mübahisələndirdiyi Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021-ci il tarixli, 4Ə-399 reyestrlə təsdiqlənmiş alğı-satqı müqaviləsində göstərilən 5.200 manat dəyər və Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli, 4Ə-533 reyestrlə təsdiqlənmiş alğı-satqı müqaviləsində göstərilən 4.500 manat dəyər görüntü xarakterlidir. Bu da əqdin görüntü xarakterli olmasını, əmlakların dəyərinin real qiymətini əks etdirməməsini sübuta yetirir. Göründüyü kimi, Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021-ci il tarixli, 4Ə-399 reyestrlə təsdiqlənmiş müqavilə və Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tarixli, 4Ə-533 reyestrlə təsdiqlənmiş müqavilə formal xarakter daşımış, alğı-satqı müqavilələri bağlanarkən satıcı aldadılmış, Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsi və Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evi formal olaraq satılmış, satılan əmlakların dəyəri formal olaraq göstərilmişdir. Həmçinin qeyd edir ki, Göyçay rayon Notariat Ofisi tərəfindən 20 aprel 2021-ci il tarixli 4Ə-399 reyestrlə təsdiqlənmiş alğısatqı müqaviləsində göstərilən 5.200 manat Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 111,1 m2 olan fərdi yaşayış evinin dəyəri kimi və Göyçay rayon Notariat Ofisi tərəfindən 26 may 2021-ci il tari xli 4Ə-533 reyestrlə təsdiqlənmiş alğısatqı müqaviləsində göstərilən 4.500 manat Göyçay rayonu Potu kəndində yerləşən ümumi sahəsi 0,2096 ha olan torpaq sahəsinin dəyəri kimi reallığı əks etdirmir və həmin əmlakları qarşı tərəfin məhz həmin qiymətə almaları açıq-aşkar əsassızdır. Elə alıcı tərəfin əmlakları məhz həmin qiymətə almasının müqavilədə qeyd edilməsi aldatmanın əvvəlcədən düşünüldüyünü, planlaşdırıldığı qənaətini formalaşdırır. Hesab edir ki, o, vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etdiyindən əmlakların alğı-satqısına dair bağlanmış müqavilələr etibarsız hesab edilməlidir.
8. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci rayon məhkəməsi) 2(046)-1459/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini alğı-satqı müqavilələri əsasında dəyərlərini ödəməklə əldə etmiş, həmin müqavilələr əsasında iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmış və adına müvafiq çıxarış verilmişdir. Alğı-satqı müqavilələrinin 11-ci bəndləri ilə satıcı Cavabdeh1 satdığı daşınmaz əmlakı alğı-satqı müqaviləsi bağlandığı andan alıcının faktiki sahibliyinə verəcəyinə dair öhdəlik götürmüş, hakin öhdəliklərini bu günədək icra etməmişdir. Bu səbəbdən i lkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə apararaq belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 mülkiyyətində olan, Göyçay rayonu Potu kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini İddiaçı satarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində əqdin etibarsız hesab edilməsinə əsas olan hallardan heç biri baş verməmiş, mübahisələndirilən əqdlər bağlanarkən lazımi subyektlərin iştirakı təmin edilmiş, razılaşdıqları qaydada əmlakların qiymətləri müqavilələrdə qeyd edilmiş, həqiqi iradə ifadələrini bildirərək, müqavilələri imzalamışlar. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 ötən müddət ərzində İddiaçı və sonuncunun həyat yoldaşı tərəfindən aldadılması, onun etibarından sui-istifadə edilməsi və əqdin etibarsızlığına səbəb olan digər əsaslarla hüquq-mühafizə orqanlarına, eləcə də məhkəməyə müraciət etməmiş, yalnız İddiaçı cavabdehlərə qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh1 qarşılıqlı iddia tələbinin əsaslı olması ilə bağlı, yəni iddiaçının həyat yoldaşı X6 ona 9.700 manat məbləğində borc pul verməsi, həmin pulun təminatı olaraq hazırda mübahisələndirilən alğı-satqı müqavilələrinin bağlanmasını və ondan alğı-satqı müqavilələrinin predmeti olan əmlakların geri qaytarılması üçün pul tələb etməsinə dair, başqa sözlə ifadə etdikdə alğısatqı müqavilələrinin etibarsız sayılmasına əsas olan halları təsdiq edən sübutları məhkəmə yə təqdim etməmişdir. Bu səbəbdən, qarşılıqlı iddia tələbinin əsası kimi istinad olunan hallar sübut olunmadığından məhkəmə hesab etmişdir ki, Cavabdeh1 İddiaçı qarşı alğı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilə bilməz.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.1, 157.2, 324.1, 337.1, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə və Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2004-cü il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandıırlmışdır.
13. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-101/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.İ.Cavadova (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin iddia ərizəsində və apellyasiya şikayətind ə göstərdiyi hallar onun vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etməsi kimi qiymətləndirilməməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.5, 157.4, 337.1, 337.2, 347.1, 347.2.1, 347.2.2 və 347.2.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisənin mahiyyətini düzgün araşdırmamış, iş üzrə t ərəflərin qarşılıqlı münasibətlərini, bağlanmış əqdin hansı məqsədlərlə bağlandığını, əqd bağlanmamışdan əvvəl və sonra tərəflər və həmin əqdin bağlanmasında iştirak etmiş şəxslərin əqddən gözləntilərini və əqd bağlandıqdan sonra baş verəcək nəticələri düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində maddi hüquq normalarına düzgün istinad etməmiş, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, yeni təqdim olunmuş sübutlara qətnaməsində qiymət verməmiş, tərəflərin məqsəd və münasibətlərini, faktiki halları tam aydınlaşdırmamış və nəticədə düzgün olmayan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 6.2. Fiz iki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
24. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın tə siri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
25. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(10 7)-101/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.