Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2137/2024 12.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1rşı ilkin, X2 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, borclunun icranı gecikdirməsi, real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1rşı pul tələbinə dair ilkin, X2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-979/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qə tnaməsindən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. X4 (bundan sonra – iddiaçı) ilə İddiaçı (bundan sonra – cavabdeh) arasında 5 mart 2021-ci il tarixdə yazılı qaydada “nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi” bağlanmış, müqaviləyə əsasən X4 özünə məxsus olan **-OZ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı avtomobili İddiaçı satmış, tərəflər həmin müqavilə ilə sözügedən əmlaka dair gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamağa dair öhdəlik götürmüşlər. Müqavilədə avtomobilin satış qiyməti 27500 manat müəyyən edilmişdir. Müqavilədə göstərilmişdir ki, alıcı İddiaçı həmin pulun 500 m anatını müqavilə bağlandığı anda notariusun bankda açılan depozit hesabı vasitəsilə, qalan 27000 manatını isə 36 ay müddətinə 5 mart 2024-cü il tarixinədək hər ay 750 manat olmaqla, notariusun depozit hesabı vasitəsilə hər ayın 5-7-si aralığında satıcı X3 ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı cinayət törətmiş və bu səbəbdən də cəzaçəkmə müəssisəsinə yerləşdirilmişdir. Bu vaxtdan sonra iddiaçının qardaşı müəyyən müddət ödənişlər etmiş, lakin sonradan ödənişlər olmamışdır. Cavabdeh polisə müraciət edərək avtomobili geri almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödənilmiş 15000 manat məbləğində pul vəsaitinin, habelə 135 manat ödənilmiş dövlət rü sumunun, cəmi 15135 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə iddiaçının arasında bağlanmış “nəqliyyat vasitəsinin ilkin alqı-satqısı” barədə 5 mart 2021-ci il tarixli müqaviləyə əsasən, ödəniş bitdikdən sonra cavabdeh həmin avtomobili ona satmalı idi. İddiaçı müqavilə üzrə öhdəliklərini vaxtlıvaxtında ödəməyə başlamış və cavabdehə ümumilikdə 15000 manat pul ödəmişdir. Lakin 11 iyun 2023-cü il tarixində cavabdeh heç bir məlumat vermədən, polis əməkdaşları ilə birlikdə gecə saat 4 radələrində iddiaçının yaşadığı evin həyətinə gələrək, nəqliyyat vasitəsini iddiaçının iradəsindən kənar şəkildə götürərək, evakuator vasitəsilə ap armışdır. Ailə üzvləri nəqliyyat vasitəsinin aparılmasına mane olmağa çalışsalar da, heç bir nəticəsi olmamışdır. Ödənişləri vaxtlı-vaxtında həyata keçirməsinə, eləcə də bu günədək 15000 manat pul ödəməyinə baxmayaraq, cavabdeh əvvəlcədən xəbərdarlıq etmədən və aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq, ilkin alqı-satqı müqaviləsi əsasında satdığı nəqliyyat vasitəsini gecə yarısı polis əməkdaşlarının iştirakı ilə götürərək getmişdir.
5. Həmçinin cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi və iddiaçıdan 6750 manat məbləğində əsas borc, maşının texniki nasazlığına görə 1700 manat, dövlət rüsumu kimi 101 manat, cəmi 8551 manat pul məbləğinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ondan aldığı maşına görə 11 iyun 2023-cü il tarixədək 27 ay müddətində 20.250 manat məbləğində pul ödəməli idi. Lakin sonuncu öz öhdəliyini yerinə yetirməmiş, verdiyi sözə əməl etməmiş, cəmi 13.000 manat məbləğində pulu ona, 500 manat məbləğində pulu isə notoriat kontoruna ödəmişdir. İddiaçı ilə müqavilə üzrə razılaşmalarına görə 36 ay müddətinə, cəmi 27.500 manat məbləğində pul ona ödənilməli idi. İddiaçı pulu ödəmədiyinə, maşına cərimələr gəldiyinə və maşını nasaz saxladığına görə polis vasitəsilə maşını qaytarmaq məcburiyyətində qalmışdır. İddiaçı maşını yararsız vəziyyətə salmış, ona məxsus olan “Toyota Prius” minik markalı **-OZ-*** dövlət qeydiyyatlı maşının şüşələri çatlaq vəziyyətə salınmışdır. Ümumi 467 manat borc dan 11340 manat onun tərəfindən ödənilmişdir, 350 manat borc qalmışdır. Habelə, iddiaçının ucbatından o, ciddi psixoloji sarsıntılar keçirtmiş, şəkərli diabet xəstəliyinə tutulmuşdur. Hesab etmişdir ki, ümumiyyətlə, iddiaçıdan maddi və mənəvi zərərə görə 8551 manat məbləğində pul tutulmalıdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5475/2023 nömrəli iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, iddiaçıdan 6.750 manat məbləğində pul vəsaitinin və 79.88 manat dövlət rüsumunun alınaraq cavabdehə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət o lmuşdur ki, tərəflər ilkin müqavilə bağlasalar da, müqavilənin mahiyyəti nisyə alqı-satqı müqaviləsini ehtiva etmişdir.
9. Məhkəmə ilkin iddiaya qiymət verərək hesab etmişdir ki, iddiaçı 15000 manat pulun cavabdehə ödənilməsini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Onun təqdim etdiyi ödəniş qəbzlərindən ümumilikdə 11316 manat ödədiyi müəyyən edilmişdir. Nisyə alqı-satqı müqaviləsinin qanunvericiliklə təsbit edilmiş normalarına əsasən, tərəf ödədiyi məbləği geri tələb edə bilməz.
10. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında əldə edilmiş razılığa əsasən iddiaçı cavabdehə hər ay 750 manat olmaqla ödəniş həyata keçirməli idi. 11 iyun 2023 -cü il tarixə ödənilməli olan məbləğ 20.250 manat təşkil etməli idi. Avtomobil faktiki olaraq iddiaçının istifadəsində 11 iyun 2023-cü tarixədək olmuşdur. 20250 manatdan 13500 manatı iddiaçı tərəfindən ödənilməsi nəzərə alınaraq cavabdeh yerdə qalan 6750 manatı tələb etməkdə haqlı olmuşdur.
11. Məhkəmə iddia tələbinin maşının texniki nasazlığına görə 1700 manat pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, cavabdeh avtomobilin diqanostikası ilə bağlı sənədlər təqdim etsə də, hansı detalın zədəli olduğu, hansı işlərin aparılması üçün nə qədər miqdarda vəsaitin ödənilməli olduğunu əsaslandırmadığından həmin hissədə qarşılıqlı iddia təmin edilə bilməz.
12. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, nisyə alqı-satqı zamanı əşyanı təhvil almış alıcı onu alqı-satqı müqavilə sində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bu, o deməkdir ki, əşyanı təhvil almış şəxs ödənişi həyata keçirmiş olmasın.
13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, hazırkı iş üzrə işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı avtomobilin dəyərinin yarısı miqdarında ödənişlər etmişdir. Cavabdeh avtomobili iddiaçıdan almaqla haqlı olmamışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1, 600.1 və 600.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin iddianın rədd edilməsi ilə bağlı mövqeyini heç bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Çünki mövcud qanunvericilikdə ilkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin geri tələb edilməsini istisna edən hər hansı maddi hüquq norması mövcud deyildir. Cavabdehlə iddiaçı arasında bağlanmış müqavilənin predmeti avtomobildir və onun ödənilməmiş hissəsinin müəyyənləşdirilməsi mümkün deyildir. Belə olan halda, satıcı – cavabdeh iddiaçıdan nəqliyyat vasitəsini bütöv şəkildə geri aldığı təqdirdə ona ödənilən məbləği geri qaytarmalıdır, ya da avtomobili almadan ödənilməmiş məbləği tələb etməlidir. Əgər alqısatqı predmeti bölünməklə müstəqil şəkildə əşyalar təşkil edə bilərdilərsə, bu zaman s atıcının – cavabdehin hüququ var idi ki, həmin əşyalardan ödənilməyən məbləğ həcmində ayrılaraq ona geri qaytarılmasını tələb etsin. Məhkəmə öz qətnaməsində cavabdehin avtomobili iddiaçıdan almaqla haqlı olmadığını qeyd etsə də, nəzərə almamışdır ki, cavabdeh müqavilə predmeti olan nəqliyyat vasitəsini iddiaçıdan polis vasitəsilə zorla almışdır və avtomobil faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Belə olan halda müqavilə predmeti olan avtomobilin ödənilməmiş hissəsinin iddiaçıdan cavabdehin xeyrinə tutulması qənaətinə gəlinməsi qanuni və anlaşılan deyil. Məhkəmə hansı əsaslara görə cavabdeh tərəfindən iddiaçının sahibliyindən alındığı müəyyən olunan nəqliyyat vasitəsinin ödənilməyən hissəsinin iddiaçıdan cavabdehin xeyrinə tutulmalı olduğunu öz qətnaməsində əsaslandırmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-979/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışinski) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı 6750 manat məbləğində pul vəsaitinin və 79,88 manat dövlət rüsumunun alınaraq X3 ödənilməsi” hissəsində ləğv edilmiş, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə qismən razılaşmaqla, qətnaməni ilkin iddia tələbinin rədd edilməsi hissəsində qanuni v ə əsaslı hesab etmişdir.
19. Məhkəmə apellyasiya şikayətinin ilkin alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin geri tələb edilməsi dəlilinə münasibətdə göstərmişdir ki, tərəflər arasında bağlanan notarial qaydada təsdiqlənmiş 5 mart 2021-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinin 2.6-cı maddəsinin tələblərinə əsasən, alıcı (ilkin iddia üzrə iddiaçı) avtomobili almaqdan imtina edərsə, avtomobil üçün satıcıya ödədiyi ilkin və aylıq ödənilmiş məbləğlərdən ona heç bir məbləğ qaytarılmayacaq. Tərəflər arasında müqavilə şərtləri iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən artıq pozulmuşdur.
20. Belə ki, həmin tarixə qədər iddiaçı tərəfindən 20.250 manat (xx.xx.2023xx.xx.2021= 2 il 3 ay (27 ay), 27 ay X 750 manat= 20.250 manat) ödənilməli olduğu halda, iddiaçının iddi asına görə 15000 manat, təqdim etdiyi qəbzlərdən isə 11316 manat ödədiyi məlum olmuşdur. Cavabdehin iddiaçının ilkin 500 manat ödənişdən əlavə 13000 manat ödədiyini qeyd etdiyi iş materiallarından məlum olur.
21. Məhkəmə qeyd etmişdir ki, müqavilə şərtlərindən irəli gələn razılaşma alıcı (ilkin iddia üzrə iddiaçı) tərəfindən pozulmuşdur. Bu hal, alıcının avtomobili almaqdan imtina etməsi kimi başa düşülür. Belə olduqda, müqavilənin 2.6-cı maddəsi satıcının hüquqlarının pozulmamasının qarantı təminatçısı kimi çıxış edir.
22. Apellyasiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu hissədə mövqeyi düzgün olmamışdır.
23. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilkin alqı-satqı müqaviləsi olmuş, müqavilə şərti alıcı tərəfindən pozulduğu üçün ödənilmiş məbləğin geri qaytarılmaması nəzərdə tutulmuşdur. Tərəflər arasında mövcud olmuş münasibətlər əmlak kirayəsi müqaviləsindən yaranan öhdəliklərlə qarışdırılmamalıdır.
24. Məhkəmə qeyd etmişdir ki, müqavilə münasibətlərində qarşılıqlı iddia tələbində qeyd olunduğu kimi mübahisəli əmlak geri qaytarılanadək, əşyanın istifadəsinə görə aylar üzrə ödənişin edilməsi nəzərdə tutulmamışdır. Hazırkı işin hallarından və qarşılıqlı iddiaçının iddia tələbindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, avtomobil xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən geri alınmışdır.
25. Hazırkı halda avtomobil cavabdeh tərəfindən geri alındığından həmin avtomobilə görə ödənilməmiş qalan məbləğ iddiaçıdan tələb edilməsi ədalətli hesab oluna bilməz. Nəzərə alınmalı dır ki, qeyd edilən mövqeyin əksinin düşünülməsi cavabdehin əsassız varlanmasına gətirib çıxarmış olardı. Həmçinin cavabdehin ödənilməyən məbləği tələb etməsinin hüquqi əsası yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1, 600.1 və 600.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə qərar çıxcarılmasını xahiş etmişdir.
28. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnamədə bir tərəf dən iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, xx.xx.2023-cü il tarixədək cavabdehə hər ay 750 manatdan ödəmək şərti ilə cəmi 20.250 manat vəsait ödəməli olduğu halda, cəmi 11.316 manat ödəməklə müqavilə üzrə şərtləri pozduğuna, digər tərəfdən isə müqavilə şərtinin alıcı tərəfindən pozulduğu üçün ödənilmiş məbləğin geri qaytarılmamasının nəzərdə tutulduğuna, qarşılıqlı iddia tələbində mübahisəli əmlak geri qaytarılanadək əşyanın istifadəsinə görə aylar üzrə ödənişin edilməsinin nəzərdə tutulmadığına istinad etməklə həm işin həqiqi hallarına, həm tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, həm də qanunvericiliyin tələblərinə zidd olan əsassız nəticəyə gəlmişdir. Cavabdeh nə qarşılıqlı iddia ərizəsində, nə də ki, məhkəmə araşdırmaları zamanı mübahisə li əmlak geri qaytarılanadək əşyanın istifadəsinə görə aylar üzrə ödənişin edilməsinin nəzərdə tutulmadığını göstərmişdir.
29. Apellyasiya məhkəməsi qətnamədə tərəflər arasında mövcud olan münasibətlərin əmlak kirayə müqaviləsindən yaranan öhdəliklərlə qarışdırılmamalı olduğunu göstərməklə, tərəflər arasında bağlanmış müqavilənin həqiqətən də kirayə müqaviləsi yox, ilkin alqı-satqı müqaviləsi olduğunu qeyd etmişdir. Bu hal həm də müqavilənin şərtlərindən və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərlə təsdiq olunduğu halda məhkəmə kollegiyasının bu halı yanlış qiymətləndirməsi, birmənalı olaraq, işin iddiaçının xeyrinə həll edilməsinə maraqlı olmasına dəlalət etmişdir.
30. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1, 402.1 və 441.2-ci maddələrinə istin ad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
33. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
34. Maddə 600.4. Əşyanı təh vil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. İlk iddaçının kassasiya şikayəti verməməsi, cavabdehin isə qarşılıqlı iddiasıının təmin edilməyən hissəsindən şikayət verməsi nəzərə alınmaqla hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı qarşılıqlı iddianın rədd olunması hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiall arını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Cavabdeh və qarşılıqlı iddiaçının kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsində, apellyasiya məhkəməsində işə baxılan zaman da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun, tərəflər arasındakı münasibətləri nisyə alqı-satqıdına irəli gələn münasibətlər kimi dəyərləndirməklə hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 40 7.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüqu qi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-979/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.