Məhkəmə qərarları › İş №2(102)-2138/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2138/2020

23.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2138/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Ra yon Məhkəməsinin (hakim A.Məmmədov) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək cavabdehin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 160 saylı mənzildən çıxarılaraq, mənzilin boşaldılması və qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçıdan maddi ziyan olaraq 8467 (səkkiz min dörd yüz altmış yeddi) manat məbləğində pulun tutularaq cavabdehə ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və qeyrilərinin (ailə üzvlərinin) onun mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 160 saylı mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mənzilin təmirinə 70000 manat pul xərcləmişdir, bu səbəbdən ilkin iddianın rədd edilməsi, ona dəymiş maddi ziyan olaraq, 70.000 (yetmiş min) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsa slara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən “xxxx” MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Ş.M.Xiyabani küç., 5də inşa etdiyi yaşayış binasının 2-ci giriş, Vİ mərtəbəsində yerləşən 94,6 kv.m sahəsi olan 2 otaqdan ibarət 160 saylı mənzilə iddiaçı X1 hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi vəzifəsi cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, xxxx yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən 05 saylı evin 160 mənzilində yerinəyetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin 2014-cü ildə mövcud bazar qiymətlərinə uyğun olaraq 8033,0 manat, həmin işlərin 2018-ci ildə mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin 8467,0 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin, xx xxxxxxxx 2017-ci il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı mübahisəli mənzilə dair hüquqları (sahiblik, istifadə) müəyyən edildiyinidən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilkin iddianı təmin edən qətnaməsini qüvvədə saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qarşlıqlı iddia tələbinə münasibətdə onu qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, xxxx yaşayış massivi, M. Xiyabani küçəsində yerləşən 05 saylı evin 160cı mənzilində yetirilmiş müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin 2014-cü ildə mövcud olan bazar qiymətinə uyğun olaraq dyərinin 8033,0 manat, həmin işlərin 2018-ci ildə mövcud bazar qiymətlərinə uyğun olaraq dəyəri nin 8467,0 manat məbləğində olduğu müəyyən edilir. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia tələbinin ekspert rəyinə uyğun olaraq 8467,0 manat məbləğində təmin edilməsi hissəsində də qüvvədə saxlamışdır. Cavabdehin iş üzrə təkrar ekspertiza keçirilməsi barədə kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ekspert rəyini şübhə altına ala biləcək əsaslı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən onun kasasiya şikayətinin həmin dəlili əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə ko llegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar