Məhkəmə qərarları › İş №2(102)-2138/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2138/2023

24.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2138/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, Musayeva (Əlimzadə) Nərmin Rafiq qızının Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlaka hüquqların qeydə alınması üçün ölçü işlərinin aparılmasına maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(107)219/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şi kayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı1 və X7 1998-ci ildə qeyri-rəsmi ailə qurmuş, X8 və İddiaçı2 onların övladlarıdırlar.

2. Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarına əsasən X5 (adlı siyahıda isə İddiaçı1 və X3 da adları qeyd edilməklə) fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə 1900 kv.m. torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Şəki rayonu Orta Zəyzid kəndində yerləşən həmin torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmayan, 1982-ci ildə inşa edilmiş iki otaqlı, kürsülü həyət evi mövcuddur.

3. Şəki Rayon Məhkəməsinin 08 noyabr 2004-cü il tarixli qətnaməsi ilə İddiaç ı1 iddiası təmin edilərək, onun Şəki rayonu Orta Zəyzid kəndində yerləşən X5 məxsus olan yaşayış evindən istifadə hüququ bərpa edilməsi, azyaşlı uşaqları Nərmin və Nazəninlə birlikdə həmin evə köçürülməsi qət edilmişdir.

4. X7 04 iyul 2017-ci il tarixdə vəfat etmişdir.

5. Cavabdeh mərhum X4 qardaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2, Musayeva (Əlimzadə) Nərmin Rafiq qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, açılmış vərəsəlik işinin başa çatdırılması, həmçinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 2 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının Şəki rayonu Orta Zəyzid kəndində yerləşən mərhum X5, iddiaçılar İddiaçı1 və Musayeva (Əlimzadə) Nərmin Rafiq qızına məxsus fərdi yaşayış evinə baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, habelə cavabdehə bu cür hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia onunla əsaslandırılmışdır ki, həyətyanı torpaq sahəsi Şəki rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə onların birgə mülkiyyətinə verilməsinə baxmayaraq, həmin həyətyanı torpaq sahəsi əvvəldən də mərhum X4 istifadəsində olmuş və qeyd edilən torpaq sahəsində mərhum Rafiq Musayevə məxsus, hələ 1982-ci ildə inşa edilmiş fərdi yaşayış evi mövcud olmuşdur. İddiaçı1 X7 ilə ailə qurduqdan sonra bir müddət səmimi ailə münas ibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş və 2004-cü ilin əvvəllərindən faktiki olaraq ayrılmışlar. Sonradan o, X5 qarşı evdən istifadə hüquqlarının bərpası, azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə tələbinə dair iddia qaldırmışdır. X4 vəfatından sonra Rafiqə məxsus və miras qalmış evin vərəsələrinin adına rəsmiləşdirilməsi, həmçinin evin yerləşdiyi, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarına əsasən təsərrüfat rəhbəri kimi X4 adına verilmiş, lakin adlı siyahı üzrə İddiaçı1, X4 və Musayeva (Əlimzadə) Nərmin Rafiq qızının ümumi birgə mülkiyyətlərində olan 204135 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1900 kv.m. torpaq sahəsinin X5 məxsus evlə birlikdə reyestrdə qeydə alınma məcburiyyəti yaranmı şdır. İddiaçılar X5 məxsus evin və evin yerləşdiyi, birgə mülkiyyətdə olan 1900 kv.m. torpaq sahəsinin adlarına qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi məqsədi ilə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərini aparmalarına imkan verməmiş, buna görə də həmin ünvana gəlmiş mütəxəssislər tərəfindən ölçü işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh öz hərəkətləri ilə onun və digər iddiaçıların mülkiyyət hüquqlarını pozur və mübahisə predmeti olan əmlakdan istifadə etmələrinə maneçiliklər yaradır, mütəxəssislərin həmin həyətdə və evdə ölçü işləri aparmasına maneçilik törədir.

8. Şəki Rayon Məhkəməsin in 27 oktyabr 2022-ci il tarixli, 2(075)-1676/2022 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyev) iddia qismən təmin edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının Şəki rayonu Orta Zəyzid kəndində yerləşən mərhum X5 məxsus fərdi yaşayış evinə baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarına əsasən təsərrüfat başçısı olaraq X4 adına Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 1900 kv.m torpaq sahəsi ayrılmı şdır. Həmçinin, həmin torpaq sahəsi üzərində X5 məxsus, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, 1982-ci ildə inşa edilmiş iki otaqlı, kürsülü həyət evi yerləşir. X7 04 iyul 2017-ci il tarixdə vəfat etdiyindən, onun vərəsələri olan uşaqları Musayeva (Əlimzadə) Nərmin Rafiq qızı, İddiaçı2, həmçinin 1900 kv.m həyətyanı torpaq sahəsi üzrə adlı siyahıda adı qeyd edilmiş İddiaçı1 torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınmasının mümkün olmaması nəzərə alınaraq evin və torpaq sahəsinin birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin cavabdeh buna imkan vermədiyindən iddiaçıların qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur. Buna görə də iddiaçılar Şəki rayonu Orta Zəyzid kəndində yerləşən mərhum X5 məxsus fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdırlar.

10. Lakin, iddiaçılar iddia tələblərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının Şəki rayonu Orta Zəyzid kəndində yerləşən mərhum X7 ilə yanaşı iddiaçılar İddiaçı1 və Musayeva (Əlimzadə) Nərmin Rafiq qızına da məxsus fərdi yaşayış evinə baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmasını, habelə cavabdehə bu cür hərəkətlərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını x ahiş etsələr də, Şəki şəhər İHB-nın Orta Zəyzid kənd İƏD üzrə nümayəndəliyinin arayışları ilə həmin evin məhz X5 məxsus olması müəyyən edilmiş, fərdi yaşayış evinin İddiaçı1 və Musayeva (Əlimzadə) Nərmin Rafiq qızına da məxsus olmasına dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa, fərdi yaşayış evinə baxış keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması bu cür hərəkətlərin qadağan edilməsini də özündə ehtiva etdiyindən, məhkəmə iddia tələbinin İddiaçı1 və Musayeva (Əlimzadə) Nərmin Rafiq qızına məxsus fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, habelə cavabdehə bu cür hərəkətlərin qadağan edilməsinə dair hissələrini əsaslı hesab etməmişdir.

11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29 və 43-cü maddələrinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 139.1, 139.3 və 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(075)-1676/2022 nömrəli qətnaməsinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(107 )219/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovun və E.Ş.Hüseynovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(075)-1676/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissə üzrə Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçılardan İddiaçı1 Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 42 saylı qərarına əsasən mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi üzrə pay almaq hüququna malik subyektlərinin siyahısına daxil edildiyindən, bu hal 1900 kv.m torpaq sahəsinə əla və olan adlı siyahı ilə də təsdiq edildiyindən, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 10.2.2-ci maddəsinin tələbi baxımından qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin planı və ölçüsü sənədinin də əlavə edilməli olması nəzərdə tutulduğundan, həmin Qanunun 13.7-ci maddəsinin tələbi baxımından isə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olduğundan İddiaçı1 pay hüququ yarandığı torpaq sahəsi üzərindəki mərhum X5 məxsus fərdi yaşayış evinə baxış keçirmələrinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Apellyator daha sonra şikayətində mübahisəli fərdi yaşayış evinin atası tərəfindən tikildiyini bildirmişdir.

15. Mü bahisəli evin cavabdehin atası tərəfindən tikilməsinə dair apellyasiya şikayətinin dəlili ilə də razılaşmayan məhkəmə göstərmişdir ki, işdə olan Şəki şəhər İHB-nın Orta Zəyzid kəndindəki nümayəndəsi tərəfindən 18 dekabr 2021-ci il tarixdə verilmiş 797 saylı arayışdan görünür ki, Orta Zəyzid kəndində qeydiyyatda olmuş və 04 iyul 2017-ci il tarixdə vəfat etmiş X4 adına Orta Zəyzid kəndində qərara əsasən 1200,0 kv.m, əslində isə 1494,0 kv.m həyətyanı sahə vardır. Həmin həyətyanı torpaq sahəsində 1982-ci ildə tikilmiş iki otaqlı, kürsülü həyət evi vardır. X2 məxsusdur. Daha sonra apellyator şikayətində İddiaçı1 istifadə hüququnun itirildiyini bildirmiş və onun bu iddianı qaldırmağa subyektiv hüququnun olmadığını bildirmişdir.

16. İddiaçı X6 evdən istifadə hüququnun itirilməsinə dair dəlilə dai r məhkəmə göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 08 noyabr 2004-cü il tarixli, 2-399/2004 saylı qətnaməsindən görünür ki, İddiaçı1 iddiası təmin edilmiş, onun Şəki rayonu Orta Zəyzid kəndində yerləşən və X5 məxsus olan yaşayış evindən istifadə hüququ bərpa edilmiş və onun Nərmin və Nazənin adlı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Yəni qanuni qüvvədə olan qətnamə ilə İddiaçı1 fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla köçürülməsi qət edilmiş, ancaq istifadə hüququnun itirilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(107)-219/2023 nömrəli qətnaməsinin ləğ v edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülk Prosessual Məcəllənin 9.3, 217.1, 218.1-ci maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı1 hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmamış, o, X7 ilə qeyri-rəsmi ailə qurmuş, tərəflər arasında nikah bağlanmamışdır. Belə olduqda İddiaçı1 vərəsə olması istisna edilir. Torpaq islahatı zamanı İddiaçı1 hələ gəlin köçməmiş, əsassız olaraq subyektlər siyahısında cavabdehin qardaşı ilə yanaşı İddiaçı1 və Nərmin Musayevanın adları qeyd edilmişdir. Halbuki, 25 dekabr 1997-ci il tarixli qərarla torpaq sahəsi ayrılarkən Rafiq Musayevin iddiaç ı ilə hələ nə faktiki ailə münasibəti olmuş, nə də ki, Nərmin Musayeva anadan olmuşdur. Ev 1982-ci ildə cavabdehin atası tərəfindən tikilmiş, həmin zaman qardaşının 16 yaşı olmuşdur. Eyni zamanda, Şəki Rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə İddiaçı1 həmin evə gəlin köçüb, ona Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən istifadə hüququ verilsə də, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, uzun müddət həmin evdə yaşamaması və yaşayış ehtiyacını qarşılaması ilə onun istifadə hüququna da xitam verilmişdir.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanun vericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlə tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.

27. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçılardan İddiaçı1 mərhum X4 vərəsəsi olmasa da, qalan iddiaçılar X8 və İddiaçı2 mirasqoyanın övladları olmaqla, onun vərəsələridirlər. Odur ki, onların hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olması mübahisəsizdir.

28. Digər tərəfdən, hazırki iddia ilə İddiaçı1 mübahisəli əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının olması araşdırılmır. Mübahisə iddiaçıların hüquqlarının rəsmiləşdirilməsi üçün ilkin olaraq daşınmaz əmlakın dövlət reyestri aparan dövlət orqanını n əməkdaşlarının fəaliyyətinə edilən maneələrdən irəli gəlmişdir. İddiaçıların əmlaka vərəsəlik, mülkiyyət, istifadə və s. hüquqlarının olmasını mübahisələndirməyə maraqlı olan şəxs müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüquqlarını saxlayır. Bu səbəbdən də, torpaq sahəsinə dair tərtib olunmuş adlı siyahının qanunsuz olmasından, fərdi yaşayış evinin isə mərhum Rafiq Musayev tərəfindən deyil, sonuncunun və cavabdehin atası tərəfindən inşa edilməsinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanun i və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(107)-219/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar