Məhkəmə qərarları › İş №2(102)-2138/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2138/2025

25.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2138/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X19 qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, iddianın ona cavab verməli olan şəxsə qarşı irəli sürülməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Əliyev Zaur Əli oğlu (məruzəçi), X5 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1512/2025 nömrəli 14 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X23 tərəfindən təsdiq edilmiş 22 yanvar 2021-ci il tarixli birgə fəaliyyət müqaviləsindən görünür ki, X3 İlqar Kərim oğlu ilə razılığa gəlmişlər ki, hüquqi şəxs təsis etmədən öz imkanları hesabına ticarət və xidmət sahələri üzrə 5 il müddətinə birgə fəaliyyət həyata keçirsinlər; 3. 22 yanvar 2021-ci il tarixli AR-İİN 216559 nömrəli etibarnamədən görünür ki, X1 ötürmüş X13 o, isə ona verilən səlahiyyətləri Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 15 may 2007-ci il tarixdə verilmiş, 158 nömrəli sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən 3,0 hektar torpaq sahəsinə dair bütün sənədləşmə işlərini aparmağı, bununla əlaqədar onu bütün dövlət orqanlarında, təşkilat və idarələrdə təmsil etməyi, lazımi sənədləri toplamağı, təhvil verməyi, ərizə ilə müraciət etməyi, imza etməyi, rüsumlara və digər xərcləri ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi 5 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı etibar etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X19 qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 60000 (altmış min) manat, mənəvi zərərə görə 20000 (iyirmi min) manat, ümumilikdə 80000 (səksən min) manat pul vəsaitinin cavabdeh-xüsusi notarius X10 tutularaq İddiaçı ödənilməsi barədə, həmçinin iddia təmin edilərsə 330 (üç yüz otuz) manat dövlət rüsumunün da cavabdehin üzərinə qoyulması, xx.xx.2021-ci il tarixli “birgə fəaliyyətə dair müqavilə”nin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi barədə qətnamə qəbul edilməsi və cavabdeh - xüsusi notarius X15 qanunsuz hərəkətləri barədə xüsusi qərar qəbul edilərək prokurora göndərilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xüsusi notarius kimi fəaliyyət göstərən X15 imzası və mö hürü ilə Bakı şəhəri 11 saylı notariat ofisində 22 yanvar 2021-ci il tarixində iddiaçıya qarşı aldatma və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq cinayət əməlləri törətmiş şəxs - X21 ilə iddiaçı arasında qanunvericiliyin tələblərinə uyğun olmayan 3M-80 qeydiyyat nömrəsi ilə əqd (birgəfəaliyyət barədə müqavilə) və AR-İİ seriyalı ******* nömrəli etibarnamə qanunsuz olaraq rəsmiləşdirilmişdir. Eyni zamanda cavabdeh X15 imzası ilə notarial qaydada təsdiq edilən xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilənin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunauyğunluğuna şübhə etmədən həmin gün 11 saylı notariat ofisində iddiaçı ona qarşı dələduzluq cinayət əməlləri törədən X13 60000 (altmış min) manat pul vəsaitini nəğd şəkildə ödəmişdir. İddiaçı belə hesab etmişdir ki, əgə r xüsusi notarius sənədləri dəqiq yoxlayıb təsdiqləyirsə, bu halda onun maddi ziyana uğramaq ehtimalı aradan qalxır, xüsusi notariusun vicdanına, öz dövlətinə və qanunlarına tam arxayın olmuşdur. Təəssüf ki, onun düşündüyünün əksi baş vermişdir. Belə ki, xüsusi notarius saxta (qanunsuz hazırlanmış) sənədlərdən əsas kimi istifadə etməklə birgə fəaliyyətə dair müqaviləni və etibarnamə rəsmiləşdirmək kimi qanunsuz hərəkətləri ilə iddiaçının 60000 manat maddi ziyana düşməsinə səbəbkar olmuşdur. İddiaçı 60000 manat vurulmuş maddi ziyanin könüllü ödənməsi barədə cavabdehin ünvanına xx.xx.2024-cü il tarixdə məktub göndərmiş, lakin həmin müraciətə cavab verilməmiş, qanunsuz hərəkətlər nəticəsində iddaçıya vurulmuş maddi ziyan ödənilməmişdir. İddiaçının 22 yanvar 2021-ci il tarixdə 11 saylı notar iat ofisində dələduzluq cinayət əməli törədən şəxs (X21) tərəfindən aldanaraq 60000 manat maddi ziyana uğramasında cavabdehin səbəbkar olması qənaətinə gəlməyinin əsasları aşağıdakılardır. 22 yanvar 2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilənin 1-ci bəndində göstərilir ki, həmin müqaviləyə əsasən birinci tərəf-X21 ilə ikinci tərəf-İddiaçı razılığa gəlirlər ki, hüquqi şəxs təsis etmədən öz imkanları hesabına ticarət və xitmət sahələri üzrə 5 il müddətinə birgə fəaliyyət həyata keçirsinlər. Həmin müqavilənin 2-ci bəndində qeyd edilir ki, birgə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar birinci tərəf-X21 AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı Dağ-mədən ayırması Aktına əsasən Bakı şəhəri, Qaradağ r ayonu,"Şahqaya” əhəng daşı yatağında (Cənub sahə) yerləşən istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinin 6 ha hissəsini ikinci tərəfə,yəni iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Çox təəcüblüdür ki, xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilə şərtlərinə nəzər saldıqda açıq-aşkar icarə müqaviləsinin elementləri görünür. Belə ki, müqavilənin 1-ci bəndində absurd olaraq göstərilir ki, ikinci tərəf-İddiaçı bu müqavilə üzrə birgə fəaliyyətin həyata keçirilməsi üçün 5 (beş) il müddətində hər ay 1500 (bir min beş yüz) manat nəğd pul vəsaiti təqdim etməyi öhdəsinə götürür. Birgə fəaliyyətə dair müqavilənin 13-cü və 14-cü bəndlərindən isə görünür ki, sahənin saxlanması xərcləri, kommunal xərclər, vergi ödənişləri (14 faiz) ödənilməsi öhd əliklərini də ikinci tərəf-İddiaçı öz üzərinə götürmüşdür. Bütün dünyada birgə fəaliyyətin mahiyyəti bundan ibarətdir ki, adətən birgə fəlaiiyət aparılarkən hər iki tərəf ayrılıqda biznes layihələrə sərmayələr qoymalı, fəaliyyətdən gəlir əldə etməyi,zəruri xərclər həmin gəlirlər hesabına ödənməli və nəticədə əldə edilmiş xalis mənfəəti isə qoyduqları sərmayələrə və ya razılaşdıqları müqavilə şərtlərinə mütənasib bölməlidirlər. Başqa sözlə, birgə fəaliyyət zamanı istehsal sahəsinin saxlanması, kommunal və digər xərclər hər hansı bir tərəfin hesabına deyil, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesabına şəriklər tərəfindən ödənilməlidir. Habelə birgə fəaliyyət zamanı tərəflərdən birinin digərinə aylıq haqq ödəməsi öhdəliyi çox absurd görünən bir haldır. Cavabdeh xüsusi notarius X15 rəsmiləşdirdiyi müqaviləni isə analoqu olmayan müqavilələr siyahısına daxil etmək mümkündür. Müqavilənin adı onun məzmununa, şərtlərinə uyğun deyildir. Qeyd etmək vacibdir ki, xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilədə iddiaçının birinci tərəf X13 60000 manat pul vəsaiti ödəməyi qeyd edilməmişdir. İddiaçı cavabdehə bildirmişdir ki, 60000 manat pul vəsaitini borc müqaviləsi kimi rəsmiləşdirsin, lakin cavabdeh yenidən onu aldatmaqla bildirmişdir ki, ertəsi gün gələrsən notarial ofisə həll edərik. Müqaviləni imzalayarkən iddiaçı bu hallar barədə məlumatsiz olmuşdur. Hüquqi savadsızlığı və hüquqi məlumatsızlığı hallarından və cavabdehin təsdiq etdiyi qanunsuz müqavilə və etibarnamədən istifadə edərək birinci tərəf - X21 qanuni səlahiyyətlərə malik olmadan sənədlər imzalayaraq a ldatma və etibardan sui istifadə etmək yolu ilə və işin hallarından,ərizəyə əlavə edilən sənədlərdən mübahisəsiz qaydada göründüyü kimi cavabdeh-xüsusi notariusun köməkliyi ilə iddiaçının 60000 manat pul vəsaitini ələ keçirmişdir, iddiaçının şikayət etdiyi istintaq orqanları cavabdeh-xüsusi notariusun təsdiq etdiyi qanunsuz və məntiqsiz birgə fəaliyyətə dair müqaviləyə istinad edərək, dələduzluq cinayət əməlinə mülki don geyindirmişlər, cinayət işini başlamaqdan imtina etmişlər, buradan aydın olur ki, tərtib edilən birgə fəaliyyətə dair müqavilə və etibarnamə planlı şəkildə gələcəkdə baş vermiş cinayətə “mülku don geyindirmək" məqsədi daşımışdır. İddiaçı istintaq orqanlarının həmin qərarlarından Binəqədi Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayətlər vermişdir. Qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iclaslarında da həmçinin cavabdeh- xüsusi notarius X15 qanunsuz hazırlanmış saxta sənəddən iddiaçıya qarşı dələduzluq cinayət əməli törədən X9 hazırki işdə İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında istifadə etməsi tam sübut edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001 )-78/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, “Məhkəmə xüsusi olaraq qeyd edir ki, iş materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən X9 istifadəsində və sahibliyində olana ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz ha zırlanmışdır), həmin sənəd əsasında X9 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında saxta sənəddən istifadə edilmişdir.” Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001 )-111/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ‘‘Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X32 X2 11 dekabr 2022- ci il tarixli 000063 nömrəli Aktından görünür ki, Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonunun inzibatı ərazisindən (Markşeyder planı 1,2,3,4 və 5 künc nöqtələri) əsasında X13 ayrılması bildirilən torpaq sahəsi əslində X20 ayrılmışdır. Beləliklə təsvir edilənlərdən mübahisəsiz qaydada görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ- Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən X9 istifadəsində və sahibliyində olana ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X9 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlaması isə saxta sənəddən istifadə edildiyini göstərir”. Beləliklə, qeyd edilənlərdən mübahisəsiz qaydada tam aydın olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin X39 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən X9 istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz ha zırlanmışdır). Cavabdeh - xüsusi notarius tərəfindən X9 iddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında, etibarnamə tərtib edilməsində həmin saxta sənəddən əsas kimi istifadə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı dağ-mədən ayırması aktından görünür ki, dağ-mədən ayırmasının müddəti 5 (beş) il müəyyən edilmişdir, yəni ki, həmin akt müqavilənin bağlanılma tarixindən bir neçə il əvvəl, xx.xx.2017-ci ildə hüquqi qüvvəsini itirmişdir. 00611 saylı Dağ-mədən ayırması aktından məlum olur ki, birinci tərəf X21 cavabdehin 11 saylı notariat ofisində əqd bağlamağa hüquqi səlahiyyətə malik olmayıb. Lakin cavabdeh hansı səbəblərdənsə hüquqi qüvvəsin i itirmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəsmi sənədinə əsaslanıb Birgə fəaliyyətə dair müqaviləni notarial qaydada rəsmiləşdirmiş, notariat hərəkətlərini aparmaqdan imtina etməmişdir. Bu halda sual yaranır: cavabdehin hansı maddi marağları olub ki, notariat hərəkətlərini aparmaqdan imtina etməyib, hətta müqavilədən əlavə qanunsuz bir etibarnamə də rəsmiləşdirmişdir. Məlum olur ki, cavabdeh öz qanunsuz hərəkətləri ilə birinci tərəf-X9 iddiaçıya qarşı dələduzluq cinayət əməli törətməsinə yardımçı olmuşdur. Bu baxımdan hesab edir ki, iddiaçıya vurulan 60000 manat maddi ziyana görə cavabdehin tam məsuliyyətli olması işin mübahisəsiz halıdır. Cavabdeh öz səlahiyyətlərindən istifadə edərək İddiaçının maddi ziyana uğramaması üçün h eç bir hərəkət etməmiş,heç bir mövqe sərgiləməmişdir. Cavabdehin vəzifəsi qanunla müəyyən edilmiş qaydada bəhs edilən notariat hərəkətini aparmaqdan imtina etmək olduğu halda, əksinə iddiaçını formal və şəxsi mülahizələri ilə sənədləri arxayıncasına imzalamağa sövq etmişdir, bu hərəkətlərindən görünmüşdür ki, 60000 manat pul vəsaitinin dələduzun əlinə keçməsində cavabdeh maraqlı olmuşdur. Beləliklə qeyd olunanlardan mübahisəsiz qaydada görünür ki, cavabdeh- Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X23 Notariat haqqında Qanunun 9- cu, 35-ci və 40cı maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh-X15 qanunsuz hərəkətləri nəticəsində ididaçıİddiaçı 60000 (altmış min) manat maddi ziyan vurmuşdur. Beləliklə, təsvir edilənlərdən məlum olur ki, cavabdeh qanunsuz hərəkətl əri ilə, yəni qanunsuz hazırlanmış, hüquqi qüvvəsi olmayan saxta sənəddən istifadə etməklə, həmin sənədə əsaslanaraq xx.xx.2021-ci il tarixli Birgə fəaliyyətə dair müqaviləni və xx.xx.2021-ci il tarixli etibarnaməni notariat qaydada rəsmiləşdirməklə, Notariat haqqında Qanunun tələblərini kobud surətdə pozmuşdur. Bununla da iddiaçının 60000 manat pul vəsaitinin aldatma və etibardan sui istifadə etmə yolu ilə X21 tərəfindən dələduzluq cinayət əməli törətməklə ələ keçirməsində, həmçinin iddiaçının hüquq və qanunla qorunan manefələrinin, ailəsinin maddi təminatının pozulmasında X21 ilə birgə iştirak etməklə onun maddi və mənəvi ziyana uğramasına səbəbkar olmuşdur. Notariat ofisində aldanaraq 60 000 manat pul vəsaitini dələduzlar tərəfindən ələ keçirilməsi səbəbindən, iddiaçı çətin maliyyə du ruma düşmüşdür, ona görə də şəxsi mənzilini satmağa məcbur olmuşdur, kirayə evdə yaşamağa başlamışdır. Göründüyü kimi qeyd edilən hadisə onun mənzilinin itirilməsi ilə nəticələnmişdir. Bu hadisə həm onda, həm də ailə üzvlərində əsəb stressi və ciddi mənəvi sarsıntı yaratmışdır. Cavabdeh tərəfindən iddiaçıya maddi zəzərlə bərabər, eyni zamanda mənəvi zərər də vurulmuşdur. Odur ki, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinin qüvvədə olan tələblərinə əsaslanaraq hesab edir ki, qüvvədən düşmüş dövlət sənədi ilə əqd bağlamağa səlahiyyəti mövcud olmayan şəxslə əqdi notariat qaydada rəsmiləşdirməklə, yəni xüsusi notarius kimi qanunvericiliyin tələblərini kobud surətdə pozaraq qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulan 60000 manat maddi ziyan, 20000 manat mənəv i ziyan qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən şəxsi vəsaiti və yaxud qanunla müəyyən olunan qaydada icbari sığorta məbləğindən, zəmanət kassasından iddiaçıya ödənməlidir. Bununla da dövlət tərəfindən iddiaçının pozulmuş konstitusyon hüquqları,qanuni mənafeləri və maddi təminatı bərpa olunmalıdır.

6. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddia tələbləri qanunsuz və absurddur. Hesab edir ki, iddianın tam həcmdə təmin olunmaması haqqında qətnamə çıxarılmalıdır. Belə ki, İddiaçı şikayəti əsasında polis idarəsində araşdırma aparılmış və iş üzrə bir neçə dəfə cinayət işinin rədd olunması haqqında qərarlar çıxarılmışdır. Polisdə aparılmış araşdırma zamanı cavabdeh X23 izahatında göstərmişdir ki, 2010-cu ildən Bakı şəhəri 11 saylı Notariat ofisinin notariusu vəzi fəsində işləyir. 22 yanvar 2021-ci il tarixdə X22 ilə İddiaçı arasında birgə fəaliyyətə dair müqavilə 11 saylı Notariat ofisində bağlanmış və 3M-80 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Tərəflər Qaradağ rayonu, Şahqaya yatağında 6 ha sahədən mişar daşının istehsalı ilə bağlı birgə iş görmək niyyətində olduqlarını bildirmiş və hətta öz aralarında icarə müqaviləsinin bağlandığını da bəyan etmişlər. X4 və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası idarəsi tərəfindən xx.xx.2012-ci il tarixli X39 aktını təqdim edərək Şahqaya əhəngdaşı yatağının cənub sahəsində istifadəsində 24 ha sahə olmasını bildirmişdir. Öz aralarında bağlanan icarə müqaviləsinin notarial qaydada təsdiq edilə bilməyəcəyini onlara izah etmişdir, icarə müqaviləsinin bağlanması üçün əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmalıdır. Onların niyyətlərini soruşduqda həmin sahənin 6 ha. hissəsində qarşılıqlı razılığa əsasən birgə fəaliyyət göstərmək istədiklərini bildirmişlər. Tofiq Əliyevdən həmin sahənin hazırda da onun istifadəsində olmasını soruşduqda cavabında bildirmişdir ki, aktın 5 illik müddətinin bitməsinə baxmayaraq həmin sahə hazırda da onun istifadəsindədir və Ekologiya və Təbii Sərvətlər Nazirliyində daxili struktur dəyişikliyinin baş verməsi səbəbindən müqavilənin müddətinin uzadılması yubanmışdır. Lakin həmin sahə onun istifadəsindədir və Nazirliyin X32 Ehtiyyatlarından istifadə Agentliyi hələ də onun istifadəsində olmasını tanıyır və hərrac yolu ilə yenidən onunla müqavilə bağlanmasını təklif etmişdir, istifadə etməsinə görə də ödənişlərin edilməsi dəfə lərlə ondan tələb edilmişdir. Hazırda isə İddiaçıla sahənin 6 ha. hissəsində birgə iş gördüklərindən buna dair müqavilə bağlamaq istəyirlər. Eyni zamanda İddiaçı da həmin sahədə birgə iş gördüklərini və buna dair müqavilə bağlamaq istədiklərini bildirmişdir. Belə olan təqdirdə o, Tofiq Əliyevə və İddiaçı izah etmişdir ki, X29 sahədən istifadəsini tanıyırsa və ərazidə fəaliyyət göstərməyə buraxılırsa, istifadəsinin qarşısı Agentlik tərəfindən alınmırsa Agentliyin təklif etdiyi qaydada yeni müqavilə bağlayaraq fəaliyyətini rəsmiləşdirməlidir. Eyni zamanda notarial qaydada bağlayacaqları müqavilədə həmin sahəni birgə fəaliyyət üçün qarşı tərəfə təqdim etmək öhdəliyini öz üzərinə götürməlidir. Yəni, mülki qanunvericiliyə uyğun olaraq şərtlə bağlanmış əqd kimi birgə fəaliyyətə dair müqavilə bağ laya bilərlər. Buna və Mülki Məcəllənin 389-411-ci maddələrinə uyğun olaraq öz aralarında göstərilən sahə üzrə azad surətdə müqavilə bağlamaq və qeyd edilən şərt nəzərə alınmaqla müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Aralarındakı razılaşmaya uyğun olaraq birgə fəaliyyətə dair müqavilənin mətni tərtib edilərkən də Tofiq Əliyev həmin ərazidən 6 ha. hissəni qarşı tərəfə təqdim etmək öhdəliyini götürmüşdür, İddiaçı isə birgə fəaliyyət üçün hər ay 1500 manat pul vəsaiti ödəməyi öhdəliyini üzərinə götürmüşdür. Onlara bildirmişdir ki, müqaviləyə əsasən Tofiq Əliyevin istifadə etməkdə davam etdiyi sahəyə dair sənədləri qanunvericiliyə uyğun şəkildə nizama salmaqla İddiaçı təqdim etmək öhdəliyi var. İddiaçı isə sahədə birgə fəaliyyət üçün hər ay 1500 manat ödəmək öhdəliyini daşıyacaqdır. Göründüyü kimi aralarında bağlanan müqavilə Tofiq Əliyevin faktiki istifadəsində olan sahədə tərəflərin gələcəkdə birgə fəaliyyət göstərməsini nəzərdə tutmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, birgə fəaliyyətə dair müqavilənin məzmununu tərəflər sərbəst olaraq öz iradələrinə uyğun tərtib edir. Tofiq Əliyevin təqdim etdiyi aktın məzmunundan da müəyyən olunmuşdur ki, sahə onun istifadəsinə ayrılmış, X40 Ramazanovla həmin sahədə gələcəkdə də birgə fəaliyyət göstərməsi üçün öz üzərinə 6 ha. sahəni təqdim etmək öhdəliyini götürmüş, yəni müqavilə bağlanarkən həmin sahəni təqdim etməmiş, müqavilədə təqdim edir bildirməmiş, təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Qanunvericilikdən və işgüzar praktikadan məlum idi ki, Tofiq Əliyevə sahə nazirlik tərəfindən əvvəl təqdim edil mişdirsə sonradan da digər 3cü şəxsə yox, həmin sahə yenidən Tofiq Əliyevə təqdim ediləcəkdir. Tofiq Əliyev yenidən müqavilə bağlamadığına, lakin sahədən istifadə etməkdə davam etdiyinə görə birgə fəaliyyət müqaviləsində nəzərdə tutulduğu kimi sahəni təqdim etmək öhdəliyini üzərinə götürə biləcəyini ona izah etmiş və həmin şərtə uyğun olaraq da müqavilə onların iradəsinə uyğun olaraq bağlanmışdır. Bu isə mülki qanunvericiliyə uyğun olaraq şərtlə bağlanmış əqd hesab edilir. Bu səbəbdən də o, nazirlikdən hər hansı bir məlumatı dəqiqləşdirməklə bağlı sorğu verməmişdir. Müqavilə bağlanarkən İddiaçı Tofiq Əliyevə hər hansı bir məbləğdə pul verməsi barədə heç bir məlumatı olmamış, yalnız fəaliyyət göstərəcəkləri təqdirdə İddiaçı qarşı tərəfə ayda 1500 manat pul ödəyəcəyi ona məlum olmuşdur. Cava bdeh İ.Məmmədova qarşı irəli sürülən iddianın hər hansi bir hüquqi əsası yoxdur. Cavabdeh İ.Məmmədov tərəflərin müqavilə azadlığı prinsipinə əsaslanaraq onlar arasında bağlanılmış müqaviləni notarial qaydasında qanuna müvafiq qaydada təsiq etmişdir. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. Birgə fəaliyyət müqaviləsində Tofiq Əliyev birgə fəaliyyət üçün ərazini təqdim etməyi öhdəsinə götürməklə müqavilə üzrə öz öhdəliyini həmin yerə dair sənədlərin müvafiq dövlət orqanından əldə edilməsi şərtinə bağlamışdır. Həmin sənədlərin rəsmilləşdirilməsi isə Mineral Hammal X2 səlahiyyətində olduğundan Tofiq Əliyevin həmin yeri təqdim etmək öhdəliyi qeyd edilən müvafiq qurumun qərarından asılı olmuş və birgə fəaliyyət üzrə münasibətlərin gələcək müqəddaratı da bu hadisənin baş verəcəyi ilə əlaqəli olmuşdur. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilənin ad hissəsindən də aydın olur ki, tərəflərin özlərinin müəyyən etdikləri fəaliyyət üzrə birgə fəaliyyət göstərəcəklər. Özləri üçün müəyyən etdiyi hallar və müddət müəyyənləşdirilmişdirlər. İddiaçı da müqavilə üzrə ayda 1500 manat təqdim etmək öhdəliyi Tofiq Əliyevin üzərinə götürdüyü öhdəliyin reallaşması ilə əlaqəli olmuşdur. Beləliklə, İddiaçı ona vurulan zərərlə bağlı iddiası tam əsassızdır və onun tərəfindən ehtimal edilən zərərin bağlanılmış birgə fəaliyyət müqaviləsinin şərtləri ilə heç bir əlaqəsi yoxdur. İddianın heç bir qanuni əsası yoxdur. Müqavilə tərəflərin öz mənafelərini gercəkləşdirmək üçün notariusun yanında ifadə etdikləri iradələrinə və qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək təsdiq olunmuşdur. Hər iki tərəfin müqavilə üzrə münasbətlərinin mahiyyəti aydınlaşdırılmış və bu əsasda da gələckdə yaranacaq münasibətlər onların götürdükləri öhdəliklərin yerinə yetirilə bilməsi ilə əlaqəli olmuşdur. İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu İlqar Məmmədova qarşı irəli sürülmüş iddia tələblərinin tam həcmdə təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xa hiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsinə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 izahatında göstərmişdir ki, xx.xx.2021-ci ildə o, iddiaçının İlqara və Ruslana sözügedən karyerdən çıxmalarını bildirmiş, Polis İdarəsinə və Prokurorluğa ərizə də təqdim etmiş və onları çağırıb ifadələrini almışlar. Orda əvvəllər Vaqif adlı şəxs işləyirdi, aralarında mübahisələr olmuş cinayət işin başlanması rədd olunmuş, sonradan danışıqlar aparılmış və həmin yeri hər ay 4000 manat məbləğində pul pödəmək şərti ilə Vaqifə icarəyə vermişdir. Vaqif isə ora işləməyə Ruslan adlı şəxsi gətirmişdir. Cəmi 1 ay 4000 manat icarə haqqı ödənildi, sonra Vaqif həmin karyeri pis vəziyyətə saldı və o, Vaqifi oradan çıxartmaq istəyəndə, məlum oldu ki, İddiaçı oradadır və üçü birlikdə iş görürlər. Vaqif çıxıb gedəndən sonra, orda Ruslanla və İlqar qalıb işləməyə davam etmişlər. 1 ildən sonra Ekologiyadan şikayətlər daxil olur və o, Ruslanla İlqarı ordan çıxartmaq qərarına gəlir. Onda İlqar çıxmadığını və karyerə 48000 manat məbləğində xərc çəkdiyini bildirdi. Polisə verdiyi izahatda İddiaçı ümumi 150000 manata yaxın xərci çıxdığınıda qeyd etmiş, lakin həmin pulun ona verilməsi barədə heç bir qeyd yoxdur. Onun İlqarnan heç bir işi olmayıb, onun işi Ruslanla olmuşdur. Zərurət yaranarsa Ruslanı dəvət edib şahid kimi dindirilməsi mümkündür. Ruslan hüququq mühafizə olqanlarında işlədiyindən mübahisəli müqavilə onnan yox, İlqarnan bağlanmışdır. Müqavilə tərəflərin razılığı ilə bağlanıb. O, həmçinin bildirmişdir ki, müqavilə bağlanan zaman o, İlqarla birlikdə notariat ofisind ə olmuş, lakin İlqar nə ona, nə də depozit hesaba heç bir məbləğdə pul ödənilməmişdir. Onlar icarə müqaviləsi bağlamaq istəmişlər, lakin mülkiyyətdə olmadığı üçün bu mümkün olmamışdır, bu səbəbdən birgə fəaliyyət müqaviləsi bağlanmışdır. 1 ay 1500 manat məbləğində icarə haqqı ödənildi, sonradan isə əlavə xərclər, texnika gətirmək lazım olduğunu və s. müxtəlif səbəblərə görə heç bir ödəniş olunmadı. Dedilər vaxt ver müqavilə bağlayaq və bardyur istehsal edək, o, isə gözləmişdir. Daha sonra onun dediklərinə əməl etmədilər, Ekologiya tərəfindən cərimə yazıldı onu da ödəmədilər və o, məcbur olub Polisə şikayət yazmışdır. Ekologiya Nazirliyi tərəfindən karyerlər 4 illik müddətinə verilir, 4 ildən bir artırılır. Müddətin uzadılması ilə bağlı onlara müraciət etmiş, lakin yeni departament yaradıld ığından, heç kimin sənədi uzadılmamışdır.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.Musayev) xx.xx.2024-cü il tarixli, e-2(001)- 4827/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmamış və dövlət rüsumu iddiaçıya aid edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən müqavilədə tərəflərin 60000 (altmış min) manat məbləğində razılığa gəlmələri nəzərdə tutulmamaqla yanaşı, həmin məbləğin notariusa və ya X13 verilməsi də təsdiq olunmur. Belə ki, iddiaçı izahatında 60000 manatı notariusun otağında Anar adlı şəxsin yanında Tofiq Əliyevə verdiyini bildirsə də, bu faktı təsdiq edən heç bir mötəbər dəlil təqdim etməmişdir.

10. İş üzrə iddiaçı tərəfin dəvət etdiyi şahid X30 isə xx.xx.2021-ci il tarixdə Azadlıq metrosunun yuxarı tərəfində yerləşən Notariat ofisinin yanında 35000 ABŞ dolları və 500 manat məbləğində pul vəsaitini İddiaçı verdiyini, sonuncu isə pulu ondan 3 metrə məsafədə olan Tofiq müəllimə verdiyini bildirmişdir.

11. İş üzrə iddiaçının və şahidin ifadələri bir birini tamamlamamaqla yanaşı, onlar arasında ziddiyyətin olması da aşkardır. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid ifadəsininin hazırkı tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı.

12. Məhkəmə həmçinin “xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”nin və xx.xx.2021-ci il tarixli etibarnamənin rəsmiləşdirilməsi ilə bağlı notariusun hərəkətlərinin qanunsuz olmasına dair iddiaçının dəlilini də əsassız sayır.

13. İddianın xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”nin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi hissəsi ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tələbin bu hissəsi formal olaraq əsaslandırılmaqla, tələb yalnız iş üzrə cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusuna qarşı yönəlmişdir.

14. Halbuki, mübahisələndirilən əqd üzrə tərəflərdən biri iddiaçı, digəri isə məhkəmənin öz təşəbbüsü işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X16r.

15. İş üzrə üşüncü şəxsi cavabdehlə əvəz edilməsinə iddiaçının razılığı olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. İş üzrə əldə edilmiş notariat işindən belə müəyyən edilir ki, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X23 tərəfindən təsdiq edilmiş 22 y anvar 2022-ci il tarixli birgə fəaliyyət müqaviləsi təsdiq edilərkən X21 hər hansı şəxsi təmsil etmədən öz adından çıxış edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən onun adına verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı Dağ-mədən ayırması Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu,"Şahqaya” əhəng daşı yatağında (Cənub sahə) yerləşən istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinin 6 ha/ hissəsini ikinci tərəfə,yəni iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür.

16. Bununla yanaşı 22 yanvar 2021-ci il tarixli AR-İİN 216559 nömrəli etibarnaməyə əsasən X1 ötürmüş X13 o, isə ona verilən səlahiyyətləri Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 15 may 2007-ci il tarixdə verilmi ş, 158 nömrəli sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən 3,0 hektar torpaq sahəsinə dair bütün sənədləşmə işlərini aparmağı, bununla əlaqədar onu bütün dövlət orqanlarında, təşkilat və idarələrdə təmsil etməyi, lazımi sənədləri toplamağı, təhvil verməyi, ərizə ilə müraciət etməyi, imza etməyi, rüsumlara və digər xərcləri ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi 5 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı etibar etmişdir.

17. Belə olan halda iddiaçının AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi ilə bağlı dəlili anlaşılan deyil və əsaslı qəbul edilə bilməz.

18. Bununla yanaşı iddiaçı etibarsız hesab etdiyi xx.xx.2021-ci il tarixli “Bi rgə fəaliyyətə dair müqavilə”nin aldatma yolu ilə təsdiq edilməsinə əsaslanır.

19. Aldatma dedikdə, şəxsə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində şəxsdə əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (şəxsə yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (hərəkətsizlik-əqdin realizə olunmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susulması.

20. Bu prizmadan yanaşaraq məhkəmə qeyd etmişdir ki, Azərbaycan Res publikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən T.Əliyevə verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı Dağ-mədən ayırması Aktının 5 il müddətinə verilməsi barədə iddiaçının məlumatsız olması ağlabatan görünmür və bunu bilmək üçün xüsusi hüquqi biliyə ehtiyac yoxdur. Lakin sözügedən yatağın faktiki olaraq T.Əliyevin istifadəsində olmasını ehtimal edə bilərdi.

21. Digər tərəfdən iddiaçı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 6(001)111/2021 saylı və xx.xx.2022-ci il tarixli, 6(001)-78/2022 saylı qərarlarına istinad edərək əqdin onun aldadılması nəticəsində bağlandığına əsaslanmışdır.

22. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 6(001)-111/2021 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Rəspublikası Ekologiya və X18 Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qradağ rayonu, Şahqaya yatağında yerləşən X17 istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X11 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında saxta sənəddən istifadə edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, 6(001)-78/2022 saylı qərarında Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Rəspublikası Ekologiya və X18 Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qradağ rayonu, Şahqaya yatağında yerləşən X17 istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyr i-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X11 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında saxta sənəddən istifadə edilmişdir.

23. Belə olan halda xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”nin aldatma yolu ilə bağlanmasına münasibətdə Mülki Məcəllənin 339-cu maddəsinin dispozisiya şərtləri nəzərdən keçirilə bilər.

24. İddiaçının əqdi aldatma nəticəsində bağladığı güman edildiyi halda, bu zaman Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.

25. İş materiallarından belə müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”bağladıqdan qısa müddət sonra aldadıldığından şübhələnərək polis orqanına şikayət etmiş, Binəqədi RPİ-nin xx.xx.2021-ci il tar ixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin bundan üç il müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır ki, bununla da Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş kəsici bir illik müddəti ötürərək, xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”ni mübahisələndirmək imkanını birdəfəlik itirmişdir.

26. Belə olan halda məhkəmə tələbin xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə”nin etibarsız hesab edilməsi hissəsi təmin edilə bilməz.

27. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya mənəvi zərərin vurulması tələbinə dair heç bir sübut təqdim olunmamaqla yanaşı, bu tələb bilavasitə yuxarıda qeyd olunan digər iddia təbləri ilə bağlıdır. Həmin tələbləri əsassız hesab edən məhkəmə, iddiaçıya mənəvi zərərin ödənilməsi ilə bağlı tələbini də əsa slı saya bilməz.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X23 Notariat haqqında AR Qanunun 9-cı, 35-ci və 40-cı maddələrinin, habelə “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın müvafiq tələblərini kobud surətdə pozmuş, iddiaçınin maddi ziyana uğramasına səbəbkar, təqsirli olmuşdur. Şahid də məhkəmə iclasında mühüm əhəmiyyəti olan halı ifadəsi ilə təsdiq etmişdir. Məhkəmə qanunvericiliyə zidd olar aq, baxmayaraq ki, bütün zəruri sübutlar mövcud olmuş, həmin maddi hüquq normaları tətbiq etməmişdir. Baxmayaraq ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyanın vurulmasını təsdiq edən bütün zəruri sübutları məhkəməyə təqdim etmişdir, lakin qanunvericiliyə zidd olaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarını tətbiq etməmiş, iddianı rədd etmişdir. İddia tərəfi iddia tələblərini rəsmi sənədlərlə, qanunvericiliyin müvafiq normaları ilə əsaslandırmış, məhkəməyə mötəbər sübutlar təqdim etmiş, məhkəmə iclaslarındakı çıxışlarda həmin sübut və dəlillərini məhkəmənin və proses iştirakçılarının nəzərinə çatdırmışdır. Cavabdeh məhkəməyə etiraz təqdim etmiş, etirazdakı hüquqi mövqeyini hər hansı sübutlarla əsaslandırmadan, müdafiə xarakterli həqiqətə uyğun olmayan və hüquqda məntiqsiz sayılan mülahizələrini irəli sürərək iddia tələblərini rədd etməyi xahiş etmişdir. Məhkəmə iddiaçının açıq-aşkar sübutlarını, dəvət etdiyi şahidin ifadələrini görməzlikdən gələrək qəbul etməmiş, lakin cavabdehin absurd, özünümüdafiə xarakterli mülahizələrini qəbul edərək iddianı təmin etməmişdir.

31. Apellyasiya şikayətinə qarşı 3-cü şəxsin vəkili elektron məhkəmə informasiya sistemi vasitəsi ilə etiraz ərizəsi ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1512/2025 nömrəli 14 mart 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2(001)-4827/2024 nömrəli qətnamə si dəyişdirilmədən saxlanılmışdır (hakimlər X24 - sədrlik edən və məruzəçi, X12 və X27).

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6, 14, 18, 21, 337, 339, 354, 390, 399, 425, 1096-cı maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2025-ci il tarixli 2(103)-1512/2025 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, işə yenidən baxılmaq üçün yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün hüquq qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işin hallarına aid olmayaq hüquq normalarına əsalanmaqla, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

42. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

43. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Baxılan işdə İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X19 qarşı aşağıdakı tələbləri irəli sürmüşdür: 1)cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 60000 (altmış min) manat, mənəvi zərərə görə 20000 (iyirmi min) manat, ümumilikdə 80000 (səksən min) manat pul vəsaitinin cavabdehdən tutulması; 2) xx.xx.2021-ci il tarixli “birgə fəaliyyətə dair müqavilə”nin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi.

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci tələb üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin birinci tələbə aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində zərər çəkd iyini iddia edən tərəf öz tələbinin əsası olan maddi hüquq normasının dispozisiya şərtlərini sübuta yetirməyə borcludur. İddiaçı ərizəsində mülki hüquq pozuntusuna istinad etmişdir.

51. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

52. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

53. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə lər iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı birinci tələb üzrə cavabdehin onun qarşısında məsuliyyət daşıması üçün zəruri olan delikt şərtlərini sübuta yetirə bilməmişdir.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası bu hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onları n dəlillərinə hüquqi qiymət verildiyindən birinci tələbə münasibətdə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, qətnamə bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsinin ikinci tələbi maddi hüquqi əsaslarla yoxlaması və mübahisə olunan əqdlərin etibarlı olub-olmamasına hüquqi qiymət verməsi qanuni və əsaslı olmmaışdır.

57. Ona görə ki, əqdlərin etibarsızlığına dair tələb mübahisəli hüquq münasibətinin tərəfinə qarşı irəli sürülə bilər. Notarius təsdiq etdiyi əqdin və mübahisəli hüquq münasibətlərinin tərəfi olmadığından prosessual baxımdan bu iddiaya cavab verməli olan şəxs sayıla bilməz. Mülki prosesdə əsl olmayan tərəfin əvəz edilməsi qanunla tənzimlənir.

58. Mülki Prosessual Məcəllənin 54.1-ci və 54.2-ci maddələrinə əsasən, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (§41-42).

59. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində üçüncü şəxs Tofiq Əliyevin əlavə cavabdeh kimi işə cəlb olunmasından iddiaçı imtina etmişdir (iş vər.114).

60. Belə olan halda məhkəmə ikinci t ələbi qeyd olunan prosessual əsasla, yəni Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X15 həmin tələbə cavab verən şəxs olmamasına görə rədd etməsi yetərli idi. Buna baxmayaraq məhkəmə iddianın maddi hüquqi əsaslarını yoxlayaraq mübahisəli əqdlərin etibarlı olub-olmamasına hüquqi qiymət vermişdir. Halbuki, əsl cavabdehə münasibətdə yoxlanılmalı olan bu hallar hazırkı işin araşdırma predmeti daxilində olmamışdır.

61. Apellyasiya instansiyası məhkəməsi də bu məqamı gözdən qaçıraraq birinci instansiya məhkəməsinin aktını həmin hissədə qüvvəsində saxlamışdır.

62. Ona görə də, qətnamə qismən - xx.xx.2021-ci il tarixli “birgə fəaliyyətə dair müqavilə”nin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi tələblərinə aid hissədə ləğv edilməli, bu hissədə yeni qərar çıxarılaraq iddia ona cavab verməli olan şəxsə qarşı irəli sürülmədiyi üçün Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsində nəzərdə tutulan prosessual əsasla rədd edilməlidir.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1512/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qətnaməsi qismən - xx.xx.2021-ci il tarixli “birgə fəaliyyətə dair müqavilə”nin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi tələblərinə aid hissədə ləğv edilsin, yeni qərar çıxarılmaqla həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar