Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2139/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “xxxx” MMC, “XXX, Cavabdeh3 İddia tələbi: hərracın nəticələrinə dair protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılaraq ləğv edilməsi Açar sözlər: hərracın keçirilməsində iştirakın təmin olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsin dən iddiaçının kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Abşeron Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2(012)-214/2013 saylı icra sənədinə əsasən, İddiaçı və XXXdən xx xxxxxx 2010-cu il tarixli 154 nömrəli kredit müqaviləsi üzrə yaranmış 40.997,72 manat vaxtı keçmiş kredit, 18.851,38 manat vaxtı keçmiş faiz borcu olmaqla, cəmi 59.849,10 manatın müştərək qaydada tutularaq Pakistan Milli Bankının Bakı filialına ödənilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 0,0917 ha torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binanın 76,2 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, 16 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin mənzili n açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqda yaşayış sahəsinin ən geci 1 ay ərzində cavabdehlər İddiaçı və Rəmziyyə Quliyeva tərəfindən boşaldılması, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu, 31 manat ipoteka predmetinə dair bildirişin qeydə alınması xərcinin XXX və İddiaçı müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 70 manatın cavabdehlər XXX və İddiaçı müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmiş və məhkəmə aktı icraya yönəldilmişdir. Xətai rayon İcra şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə sözügedən mənzilin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmış və xx/xx-34583/7 nömrəli, xx.xx.2014-cü il tarixli məktubla mənzilin qiymətləndirilməsi “xxxx” MMC-dən xahiş olunmuşdur. xx.xx.2015-ci il tarixdə mənzil qiymətləndirici ekspert tərəfindən 105.000 manat məbləğində qiymətləndirilmiş və bu barədə İddiaçı xx/xx-16391/7 nömrəli, xx.xx.2015-ci il tarixli məktub göndərilmişdir. Xətai rayon İcra şöbəsi xx/xx-13456/7 saylı, xx.xx.2015-ci il tarixli məktubla ipotekaya qoyulmuş əmlak barədə hərracın keçirilməsini “xxxx” MMC-yə sifariş etmişdir. Həmin MMC tərəfindən mənzilin ilkin satış qiyməti 105.000 manat müəyyən olunmaqla, hərracın keçirilmə tarixi xx.xx.2015-ci il tarixə, saat 14:00-a təyin olunmuş, bununla bağlı “Market” qəzetinin xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli buraxılışlarında elan yerləşdirilmişdir. Mənzilin ilkin satış qiyməti 105.000 manat-15%=89.250 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2015-ci il tarixə, saat 14:00-a təyin olunmuş, bununla bağlı “Market” qəzetinin xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli buraxılışlarında elan yerləşdirilmişdir. Qeyd olunanlar barədə İddiaçı və digər borcluların ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2015ci il tarixli bildirişlər göndərilmişdir. “xxxx” MMC-nin 01/2278 nömrəli, xx.xx.2015-ci il tarixli məlumatına əsasən, Xətai rayon İcra şöbəsinin 17/74- 13456/7 saylı, xx.xx.2015-ci il tarixli sifarişinə əsasən ipoteka ilə yüklü edilmiş Xətai rayonu, Nobel prospekti, 7 saylı binanın 16 saylı mənzilinin satılması ilə bağlı keçirilmiş hərraclar baş tutmamış və müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Market” qəzetinin xx.xx.2015-ci il tarixli nömrəsində dərc edilmişdir. Eyni zamanda bildirilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə görə, hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan (“Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialı) ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə 66937,50 manata ala bilər. xx.xx.2015-ci il tarixli, 71/02 saylı hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, sözügedən mənzili 66937,50 manat qiymətlə “Pakistan Milli Bankı”nın Azərbaycan Respublikası Bakı şəhər Filialı əldə etmişdir. DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarış a əsasən, mənzil “Pakistan Milli Bankı”nın Bakı Filialının adına xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı “xxxx” MMC, “XXX, Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 0,0917 ha torpaq sahəsində yerləşən 7 nömrəli 4 mərtəbəli binanın 76,2 kv.m. ümumi sahədən ibarət 3 otaqlı, 16 nömrəli mənzilinə dair “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2015-ci il tarixli, 71/02 saylı yekun protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxxxx 2015-ci il tarixli müqavilənin və hərracın yekunları əsasında tələbkar “Pakistan Milli Bank”nın Azərb aycan Respublikası Bakı şəhər filialının adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində **********40-05101-093005 reyestr, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu ildə qeydiyata alınmış çıxarışın etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4644/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 7 nömrəli evin 16 nömrəli mənzili barəsində keçirilmiş hərracın yekunları barədə xx xxxxxxxx 2015-ci il tarixli, 71/02 nömrəli nömrəli protokol və hərracın yekunları barədə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xə tai rayonu, Nobel prospekti 7 nömrəli evin 16 nömrəli mənzilinə dair Pakistan Milli Bankının Bakı filialının adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı hərrac təşkilatçısı olan cavabdeh tərəfindən hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə, “Poçt haqqında” Qanununun 1.0.10-cu maddəsinə, “İpoteka haqqında” Qanununun 42.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh “XXX apellyasiya şikayəti verərək qə tnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1260/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev, F.Ş.Talışinski, R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı hərraca çıxarılmış mənzilin ilkin satış qiymətinin məhkəmə və ya sifari şçi tərəfindən deyil, hərrac təşkilatçısı tərəfindən müəyyən olunduğunu, real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satıldığını, həmçinin, hərrac barədə məlumatının olmadığını və bu barədə ona hər hansı bildiriş təqdim edilmədiyini bildirərək, ipoteka predmetinin ilkin satış qiymətini və hərracın keçirilmə qaydasını mübahisələndirir. Apellyasiya məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı bildirmişdir ki, ipoteka predmetinin qiymətləndirilməsi, hərracda satılması və hərracın keçirilməsi qaydaları “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın r azılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Baxılan işdə ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmədiyindən, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə qiymətləndirici dəvət edilməsi qərara alınmışdır. Mənzilin qiymətləndirilməsi “xxxx” MMCdə aparılaraq xx.xx.2015-ci il tarixli hesabatla dəyəri 105.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, ipoteka predmeti olan mənzil hərrac təşkilatçısı tərəfindən deyil, müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir. Bundan sonra isə hərracın təşkili Xətai rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli sifarişinə əsasən “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. Eyni zamanda, adı çəkilən Qa nunun 42.1-ci maddəsinin xx.xx.2018-ci il tarixli dəyişikliyə qədər olan redaksiyasına görə, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. İddiaçı hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan poçt sənədlərinə əsasən, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixə təyin edilmiş hərraclar barədə bildirişlər iddiaçının iş materiallarında olan rəsmi ünvanına göndərilmişdir. İddiaçının həmin ünvanda yaşamaması, yaxud başqa ünvanda yaşadığı halda icra məmuruna məlumat verməməsi onun risk dairəsinə aid hallar olmaqla, hərracın keçirilmə qaydasının pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilmə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. Göründüyü kimi, ipoteka predmetinin həm qiymətl əndirilməsi, həm də hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, iddianın təmin edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, hərracların keçirilməsi barədə məlumatlandırılmamış, hərraclar qanunsuz keçirilmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndi ricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 42.1-ci maddəsinin xx xxxxxx 2018-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasına əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müdd əti və qaydası haqqında məlumat olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur. Kassasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2139/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2139/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver