Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-214/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azərbaycan Kağız və X2” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-nə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdeh Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4418/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı xx xxxxx 2017-ci il tarixdə verilmiş AC 869490 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** AE *** dövlət qeydiyyat nişanlı, İSUZU NGR Yük Xüsusi Təyinat markalı nəqliyyat vasitəsi “Azərbaycan Kağız və X2” MMC-nin mülkiyyətindədir. Nizami rayon DYPŞ-nin xx xxxxxx 2018-ci il tarixli TP1900594 saylı İnzibati tənbeh vermə haqqında Qərarına əsasən cavabdeh Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə idarə etdiyi Mercedes 1840 markalı ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq İnzibati Xət alar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. xx xxxxxxx 2014-cü il tarixdə verilmiş AC 315912 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ** BT *** dövlət qeydiyyat nişanlı, Mercedes 1840 Yük markalı yük maşını Cavabdeh2 mülkiyyətindədir. xx xxxxx 2018-ci il tarixdə verilmiş AD 29418 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ** ZC *** dövlət qeydiyyat nişanlı Krone yarımqoşqu markalı qoşqu Cavabdeh3 mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı “Azərbaycan Kağız və X2” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-ə qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MM C-dən ** AE *** dövlət qeydiyyat nişanlı, İSUZU NGR Yük Xüsusi Təyinat markalı nəqliyyat vasitəsinə dəymiş 6 601 (altı min altı yüz bir) manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Azərbaycan Kağız və X2” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixdə cavabdeh Cavabdeh1 idarə etdiyi Mercedes 1840 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşın və həmin avtomaşına qoşulmuş Krone markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə X1 idarə etdiyi “Azərbaycan Kağız və X2” MMC-nin mülkiyyətində olan ** AE *** dövlət qeydiyyat nişanlı, İSUZU NGR markalı xüsusi təyinat yük avtomaşını ilə toqquşmuşdur. Toqquşma nəticəsində ** AE *** dö vlət qeydiyyat nişanlı, İSUZU NGR markalı xüsusi təyinat yük avtomaşınına maddi zərər dəymişdir. Nizami rayon DYPŞ-nin xx xxxxxx 2018-ci il tarixli TP1900594 saylı İnzibati tənbeh vermə haqqında Qərarına əsasən cavabdeh Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. xxxx MMC tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli Qüsur Aktına əsasən ** AE *** dövlət qeydiyyat nişanlı, İSUZU NGR markalı xüsusi təyinat yük avtomaşınının 11 601 (on bir min altı yüz bir) manat təmir xərci vardır. Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5 000 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, 6 601 manat məbləğində zərər isə ödənilməmişdir. Nizami RPİ-nin TŞ-nin xx xxxx 2018-ci il tar ixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarında əks olunmuş Cavabdeh1 izahatında o, özü göstərir ki, 2018-ci ilin fevral ayından Cavabdeh4 MMC-də sürücü vəzifəsində çalışır. xx xxxxxxx 2014-cü il tarixdə verilmiş AC 315912 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ** BT *** dövlət qeydiyyat nişanlı, Mercedes 1840 Yük markalı yük maşını Cavabdeh2 mülkiyyətindədir. xx xxxxx 2018-ci il tarixdə verilmiş AD 29418 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ** ZC *** dövlət qeydiyyat nişanlı Krone yarımqoşqu markalı qoşqu Cavabdeh3 mülkiyyətindədir. Cavabdeh ”Cavabdeh4” MMC xx xxxx 2019-cu il tarixdə yazılı etiraz təqdim edərək iddia tələbini qəbul etmədiyini, digər cavabdeh Cavabdeh1 heç bir zaman Cavabdeh4 MMC-də işləmədiyini, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1Aydı novun istifadə etdiyi ** AE *** dövlət qeydiyyat nişanlı, İSUZU NGR Yük Xüsusi Təyinat markalı nəqliyyat vasitəsinin də Cəmiyyətin mülkiyyətində olmadığını bildirmiş və Cavabdeh4 MMC-nin cavabdeh siyahısından çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 MMC tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş V-109/19 saylı Arayışdan görünür ki, Cəmiyyət Cavabdeh1 adlı şəxslə əmək münasibətlərində olmamış və onunla əmək müqaviləsi imzalamamışdır. Cavabdeh4 MMC tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş VO-111/19 saylı Arayışdan görünür ki, Cəmiyyətin mülkiyyətində ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmamışdır. Cavabdeh Cavabdeh1 iddia tələbini qəbul etməyərək yazılı etiraz təqdim edərək göstərmişdir ki, həm ehtiyat hissələrin alınması, həm də xidmətlərə görə göstərilən məbləğ həddindən artıq şişirdilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində qüsur aktında göstərilən hissələrin hamısına zərər dəyə bilməzdi. Çünki həmin yük avtomobilinin ön sağ hissəsi onun idarə etdiyi yük avtomobilinə çırpılmışdır. Həmçinin, qüsur aktında göstərilən hissələrin haradan və hansı qiymətə alınması barədə heç bir sənəd işə əlavə edilməmişdir. Qüsur aktında dörd ədəd fara pavarotnikin alınması göstərilmişdir, lakin tərtib edilmiş sənədlərdən görünür ki, yük avtomobilinin ancaq ön sağ farası zərər çəkmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdə avtomobilin təmirinə çəkilən 6 530 manat xərclə əlaqədar elektron-vergi qaiməsi və həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Maşının real bazar dəyəri ən çoxu 17 000 manat təşkil etdiyi halda iddia tələbinin bu qədər olması ağlasığmazdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli № 20652 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “İsuzu NGR” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 8.685 manat müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qər ardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli № 27529 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2013-cü il buraxılışlı “İsuzu NGR” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8.601 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 5071 manat, təmir-bərpa işlərinin qiyməti – 3530 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7.665 manat. O cümlədən: dəyişilməli hi ssələrin qiyməti – 4.135 manat, təmir-bərpa işlərinin qiyməti – 3.530 manat müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) xx xxxxxx 2020-ci il tarixli, 2(005)-130/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh1 2 665 (iki min altı yüz altmış beş) manat məbləğində pul və 15 (on beş) manat məbləğində dövlət rüsumunun iddiaçı “Azərbaycan Kağız və X2” MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pulun cavabdeh Cavabdeh1 tutulması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müd dəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş xx.xx.2019cu il tarixli ekspertiza rəyi əsas götürülməklə vurulmuş ziyanın həcmi 7665 manat olduğundan, iddiaçının iddia ərizəsində qeyd etdiyi və məhkəmə iclasında iddiaçının nümayəndəsinin bildirdiyi kimi Azərbaycan Dövlət Sığorta kommersiya Şirkəti tərəfindən həmin ziyanın 5000 manat məbləğində iddiaçıya sığorta ödənişi həyata keçirilməsi halı nəzərə alınmalı və iddia tələbi qismən təmin edilməli, 2665 manat məbləğində pul cavabdeh Cavabdeh1 Azərbaycan Kağız və X2” MMCnin xeyrinə ödənilməli, digər hissələrdə iddia rədd edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097,1, 1111,2, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabde h Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-130/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, İlham Kərimli və Şeyda Məhərrəmova) xx xxxx 2020-ci il tarixli 2(103)4418/2020 nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-130/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində ləğvi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ikinci dəfə verilən xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilən məbləğlər əsas götürülmüşdür. Cavabdeh Cavabdeh1 Cavabdeh4 MMC-də işləməsini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, həmçinin nə Cavabdeh1 idarə etdiyi yük maşını, nə də həmin yük maşınına qoşulan yarım qoşqu Cavabdeh4 MMC-nə məxsus olmamış, əksinə digər cavabdehlərin mülkiyyətində olmuş və həmin şəxslər tərəfindən cavabdeh Cavabdeh1 etibarnamə verilmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən iddianın təmin olunmuş hissəsində ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbayc an Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İş materiallarından aydın olur ki, iddiaçıya zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi cavabdehin əmək funksiyalarının icrası zamanı törədilmişdir. Bu fakt məhkəmə zamanı ancaq Cavabdeh4 MMC-nə münasibətdə araşdırılmış, Cavabdeh1 iş materiallarında olan Nizami RPİ-nin Təhqiqat Şöbəsinin 10 iyul tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarında qeyd edilmiş onun “xxxx” MMC-nin işçisi olması ilə bağlı hala münasibət bildirilməmiş, nəticədə məhkəmə iş üzrə tətbiq edilməli maddi hüquq normasını - Mül ki Məcəllənin 1099.1-ci maddəsini tətbiq etməmiş və vurulmuş zərərin əvəzinin cavabdehdən tutulması haqqında səhv nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Cavabdeh1 vəkili Vəkil iş üzrə verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxıl masını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülk i qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şə xslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin məzmunundan görünür ki, nəqliyyat vasitələrindən istifadə nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki iş üzrə kassasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyini yoxlayaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh1 “xxxx” MMC-də işləməsini bildirsə də. bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, “xxxx” MMC iş üzrə cavabdeh olmamış, iddiaçı ona qarşı hər hansı tələb irəli sürməmişdir. Cavabdeh1 idarə etdiyi yük maşını və həmin yük maşınına qoşulan yarım qoşqu digər cavabdehlərin mülkiyyətində olmuş və həmin şəxslər tərəfindən cavabdeh Cavabdeh1 etibarnamə verilmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən cavabdeh yalnız bu zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirdiyi halda, məsuliyyət daşımır. Cavabdeh isə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığın ı və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının təl əblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4418/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.