Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-214/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Daşkəsən rayon Təhsil şöbəsinə və Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1954/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının izahatına və iş materiallarına əsasən, İddiaçı 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirmişdir. 01.01.2008-ci ildən 31.01.2013-cü ilədək İddiaçı X2 dərnək rəhbəri işləmişdir. Daşkəsən rayon Təhsil şöbəsinin 31.01.2013-cü il tarixli, 06 saylı yerdəyişmə haqqında əmri ilə İddiaçı 01.02.2017-ci il tarixindən Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinə psixoloq vəzifəsinə dəyişdirilmiş, dərs ilinin sonuna kimi TYM-də dərnəyi saxlanılmışdır. Daşkəsən rayon Təhsil şöbəsinin 03.04.2017-ci il tarixli, 23 saylı əmri ilə ali təhsilli ibtidai sinif müəllimi, pedoqoji staja malik, müvəqqəti olaraq 03.04.2017-ci il tarixdən 15.06.2017-ci il tarixədək ixtisası üzrə Daşkəsən rayon Şahvələdli kənd ümumi orta məktəbində müəllim işləməyə icazə verilmişdir.
2. Daşkəsən rayon Təhsil şöbəsinin 10.03.2017-ci il tarixli məktubu ilə Daşkəsən rayon Ümumtəhsil məktəblərinin direktorlarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.02.2017-ci il tarixli məktubunun tələblərini icra etmək məqsədi ilə Təhsil Nazirliyinin 07.09.1999-cu il tarixli sərəncamının tələbləri gözlənilməklə İddiaçı da daxil olmaqla 25 nəfər qeyri-ixtisas məktəb psixoloqları ilə bağlanmış əmək müqaviləsinə 10.03.2017-ci ildən sonuncu haqq-hesab edilməklə xitam verilməsi tapşırılmışdır.
3. Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbi üzrə 13.03.2017-ci il tarixli, 7 saylı əmrlə İddiaçı məktəbin psixoloqu Azərbaycan Re spublikası Əmək Məcəlləsinin 68 “a” bəndinə əsasən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmilşdir. Qeyd edilən əmrdə əsas kimi Təhsil Nazirliyinin 07.09.1999-cu il tarixli sərəncamı və 13.02.2017-ci il tarixli məktubu, Daşkəsən rayon Təhsil şöbəsinin 09.03.2017-ci il tarixli məktubu göstərilmişdir.
4. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialının vəzifəli şəxsləri barəsində cinayət işinin istintaqı aparılır. Aparılmış araşdırma zamanı İddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qanunsuz olaraq qəbul edildiyi, 2006-2010-cu illərdə filialda qanunsuz təhsil aldığı, sonuncunun adına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 2011-ci ildə verilmiş 2/1860 nömrəli B 200199 s eriyalı diplomun saxta olduğu müəyyən edilmişdir. Gəncə ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının direktoru işləmiş X12 Azərbaycan respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinə əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 1987-ci ildə Daşkəsən şəhərində anadan olmuş, 2 011ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ibtidai təhsilin pedaqogika və metodika ixtisasını bitirmişdir. 01.01.2008-ci ildən 31.01.2013-cü ilədək X2 dəmək rəhbəri işləmişdir. 31.01.2013-cü ildən Daşkəsən rayon Təhsil şöbəsinin 6 nömrəli əmri ilə X3 ali pedaqoji təhsilli dərnək rəhbəri, 01.02.2013-cü ildən Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbində psixoloq vəzifəsinə dəyişdirilmiş və dərs ilinin sonuna kimi X2 dəməyi saxlanılmışdır. Daşkəsən rayon Təhsil şöbəsinin 03.04.2017-ci il tarixli, 23 nömrəli əmri ilə müvəqqəti olaraq, 03.04.2017-ci ildən 15.06.2017-ci ilədək ixtisası üzrə Daşkəsən rayonu Şahvələdli kənd ümumi orta məktəbində dərs aparılmasına icazə verilmişdir. 15.06.2017-ci il tarixdən Daşkəsən rayon Təhsil şöbəsi tərəfindən ona əvəzçiliklə dərs ap arması barədə müddətin başa çatdığı bildirilmiş, o, isə buna etiraz etməyərək əvvəlki iş yerinə, yəni Mollahəsənli kənd tam orta məktəbinə psixoloq vəzifəsi üzrə işləməyə getmiş, lakin Mollahəsənli kənd tam orta məktəbinin rəhbəri ona işləməsi üçün Daşkəsən rayon Təhsil şöbəsinin müvafiq göstərişi olmadığı bildirilmişdir. Əvəçiliklə işlədiyi Şahvələdli kənd ümumi orta məktəbində dərs aparmaq müddəti 15.06.2017-ci il tarixdə qurtardığndan əvvəlki iş yerinə qayıtmalı olduğunu izah etsə də, Mollahəsənli kənd tam orta məktəbin rəhbəri onu işə buraxmamışdır. Bununla əlaqədar olaraq RTŞ-yə müraciət etmiş, lakin RTŞ tərəfindən bu vaxtadək işdən azad olunması barədə müvafiq əmrin verilməsinin, nə də işə buraxılmamasının səbəbləri izah edilməmişdir. Çoxsaylı yazışmalardan sonra 7 saylı Ərazi Mali yyə Hesablama Mərkəzi tərəfindən X6ma ünvanlanmış məktubda Azərbaycan Respublikası Təhsil Nazirinin 08 aprel 1998-ci il tarixli, 206 nömrəli “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçasının təsdiq edilməsi haqqında” təlimatın tələblərinə uyğun olaraq məktəbdə psixoloq işləmək üçün baza psixoloji təhsilin olması, 2017-ci ilin mart ayında məktəblərdən işdən azad olunan işçilərin heç birinin baza psixoloji təhsilinin olması barədə sənəd təqdim edə bilmədikləri üçün işdən azad olunduqları bildirilmişdir. Bundan başqa, 12.02.2018-ci il tarixdə Daşkəsən rayon Təhsil şöbəsi tərəfindən qohumu Nuriyyə Məmmədovaya ünvanlanmış 23.01.2018-ci il tarixli, 10 saylı məktubda rayonun ümumtəhsil məktəblərində işləyən psixoloqların qeyri-ixtisas təhsilli olduqları üçün 2017-ci ildən işdən azad olunduqları bildirilmişdir. Bununla da, onun Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbindən psixoloq vəzifəsindən azad olunması barədə işəgötürənin müvafiq əmri olmadığı və bu günədək ona əmək kitabçası verilmədiyi üçün hesab edir ki, işəgötürən əmək qanunvericiliyin tələblərini pozduğu üçün o, Mollahəsənli kənd tam orta məktəbinə öz işinə qayıtmalıdır. Həmçinin, işdən azad olunma barədə işəgötürən yalnız qeyrimüəyyən tarix, yəni 2017-ci il tarixi göstərmişdir. Qeyd edilən məktubdan görünür ki, işəgötürən onunla əmək müqaviləsinin ləğv edilməsi barədə heç bir əmr verməmiş, yalnız, 2017-ci ildə onun işdən azad olunması barədə göstəriş olmuşdur. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh Daşkəsən rayon Təhsil Şöbəsini n nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, İddiaçı ixtisas üzrə ibtidai sinif müəllimi olsa da, 31.01.2013-cü il tarixdən Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinə psixoloq vəzifəsinə təyin edilmişdir. Lakin qeyri-ixtisas olduğuna görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.09.1999-cu il tarixli, 682 nömrəli sərəncamı və 13.02.2017-ci il tarixli, M-66/09-24 nömrəli məktubu, Daşkəsən rayon Təhsil şöbəsinin 09.03.2017-ci il tarixli, 58 nömrəli məktubuna əsasən məktəb üzrə verilmiş 10.03.2017-ci il tarixli, 7 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 “a” bəndinə uyğun olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci il 08 aprel tarixli, 206 nömrəl i “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçasının təsdiq edilməsi haqqında” təlimatın tələblərinə uyğun olaraq məktəbdə psixoloq işləmək üçün baza psixoloq təhsilli olmalıdır. 2017-ci ildə mart ayında məktəblərdən işdən azad olunan işçilərdən heç biri, o cümlədən İddiaçı baza psixoloq təhsili olması barədə sənəd təqdim edə bilmədiyi üçün işdən azad olunmuşdur. İddiaçı ixtisası üzrə X14 Qaydaları”na uyğun olaraq müsabiqədə iştirak etməsi, uyğun hesab edildiyi halda rayon üzrə vakant yerlərin birinə təyin ediləcəyi bildirlmişdir. Eyni zamanda, İddiaçı ali təhsil haqqında diplomu şübhəli olduğu üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən götürlümşüdür. Nümayəndə, eyni zamanda iddia müddətinin tə tbiqinə dair ərizə vermişdir.
8. Cavabdeh Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Daşkəsən rayon Təhsil şöbəsinin 09.03.2017ci il tarixli, 58 saylı məktubu ilə qeyri-ixtisas məktəb psixoloqlarının işdən azad edilməsi tapşırılmışdır ki, 10.03.2017-ci il tarixli, 7 saylı əmrlə də İddiaçı Əmək Məcəlləsinin 68 “a” bəndində əsasən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad edilməsini bilmişdir. Belə ki, şəxsən onun tərəfindən işdən azad edilməsinin səbəbləri iddiaçıya izah edilmiş, iddiaçı lakin əmək kitabçasını götürməkdən imtina etmişdir. Belə ki, onunla son haqq-hesab aparılmış və son haqq-hesab ona ödənilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, İddiaçı baza p sixoloji təhsilə malik olmamaqla, diplomu da saxta olmuşdur. Hazırda məktəb psixoloqu işinə digər şəxs işə götürülmüşdür. Hesab edir ki, iddiaçının işə bərpa olunması üçün əsaslar mövcud deyildir.
9. Daşkəsən Rayon Məhkəməsinin (hakim A.Əliyev) 02 noyabr 2018-ci il tarixli, 2(030)-184/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Məhkəmə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 76, 296-cı, Mülki Məcəllənin 375.1, 375.2-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbindən psixoloq vəzifəsindən 10.03.2017-ci il tarixindən azad edildiyi barədə məlumatı olduğu, yəni hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ilədək müddət keçdiyi halda məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Həmçinin iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 2011-ci ildə İddiaçı verilmiş 2/1860 nömrəli B 200199 seriyalı diplomun hüquqi əsası yoxdur və həmin diplom cinayət işinin araşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən götürülmüşdür. Odur ki, hüquqverici sənəd olmadığı üçün İddiaçı müəllimlik fəaliyyəti ilə məşğul olması ümumiyyətlə qeyri-qanuni olmaqla yolverilməzdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Bayramov (sədrlik edən və məruzəçi), L.Süle ymanov və F.Mehtiyev) 02 aprel 2019-cu il tarixli, 2(104)-1809/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin norma və prinsiplərinə əməl edilmişdir. Bundan başqa, İddiaçı Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbindən psixoloq vəzifəsindən 10.03.2017-ci il tarixindən azad edildiyi barədə məlumatlı olduğu, yəni hüquqlarının pozulduğunu bildiyi gündən bir ay ərzində məhkəməyə müraciət etməli olduğu halda bunu etməmişdir. c) Kassasiya instansiyası m əhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) 2(102)-6242/2019 nömrəli iş üzrə 15 oktyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 02 aprel 2019-cu il tarixli 2(104)-1809/19 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həmin maddədə əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsinin mümkünlüyü nəzər də tutulmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin ümumi əsaslarını müəyyən edir. Məhz bu əsaslar üzrə işçi ilə işəgötürən arasındakı hüquqi əlaqə kəsilir və əmək hüquq münasibətlərinin qüvvəsi dayandırılır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində sadalanan əsasların hamısı blanket (göndərici) xarakter daşıyır və Əmək Məcəlləsinin ayrı-ayrı maddələrində onların məzmunu ətraflı şəkildə açıqlanır. Məsələn, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası 70-ci maddədə və s. nəzərdə tutulmuşdur. Əgər əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunursa əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinc i hissəsinin “a” bəndinə deyil, 70-ci maddəsinə istinad olunmalıdır. Hazırkı işdə iddiaçı tutduğu vəzifənin ixtisasına uyğun olmaması səbəbindən işdən azad edilmişdir. Bu isə hüquqi tövsif baxımından Əmək Məcəlləsinin 70- ci maddəsinin “c” bəndinə uyğun gəlir. Yəni, göstərilən əsasla əmək müqaviləsi xitam olunarkən yalnız 70-ci maddənin “c” bəndinə istinad olunmalıdır. Maddənin məzmunundan göründüyü kimi, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün səlahiyyətli orqan tərəfindən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə qərarın qəbul edilməsi tələb olunur. Bu səlahiyyətli orqan barədə məlumatlar isə 70-ci maddənin “qeyd” hissəsində göstərilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, göstərilən əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərin mübahisələrinə baxılarkən işəgötü rən işçiyə münasib iş təklif etdiyini, lakin işçinin başqa işə keçməkdən imtina etdiyini, habelə belə işə keçirmək imkanının olmadığını göstərən sübutlar təqdim etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən işəgötürən tərəfindən əmək qanunvericliyinin göstərilən tələblərinə əməl olunub-olunmadığı bir daha yoxlanılmalı və qiymət verilməlidir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 296- cı maddəsinə istinad edərək İddiaçı 10.03.2017-ci il tarixli əmrdən məlumatlı olduğu qənaətinə gəlsə də, bu qənaətə hansı mötəbər sübutlar əsasında gəldiyini açıqlamamışdır. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulan sənədlərin işçiyə təqdim olunduğunu sübut etmək vəzifəsi işçinin deyil, məhz işəg ötürənin üzərinə düşür. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmrin, əmək kitabçasının, son haqqhesabın və s. sənədlərin işçiyə verilməsi qanunla müəyyən olunmuş qaydada mötəbər sübutlarla təsdiq olunmadan İddiaçı iddia müddətini buraxmış olduğu qənaətinə gəlinməsi onun məhkəmə müdafiə hüququnun və ədalətli araşdırmaya olan hüququnun pozulması ilə nəticələnə bilər. Ona görə də işə yenidən baxılarkən bu hal bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseynzadə (sədrlik edən və məruzəçi), İ.Şəfiyev və Ş.Rzaquliyev) 11 fevral 2020-ci il tari xli, 2(104)-753/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbinin 10.03.2017-ci il tarixli, 7 saylı əmri rəsmiləşdirilərək, Əmək Məcəlləsinin 68 “a” bəndində əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, iddiaçı həmin əmri mübahisələndirməmiş və əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı iddia tələbini irəli sürmüşdür. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, müvafiq əmrin ləğv edilmədən işçinin işə bərpa edilməs i yolverilməzdir. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı tələbinin mahiyyət etibarı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi kimi qəbul edildiyi halda da iddiaçının əvvəlki işinə bərpa edilməsi yolverilən olmamışdır. Belə ki, ilk öncə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı əmək qanunvericiliyi ilə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddətini də ötürmüşdür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbinin 10.03.2017-ci il tarixli, 7 saylı əmri işdən azad edildikdən sonra, 175.15 son haqq-hesab pulunu almış, 03.04.2017-ci il tarixli, 23 saylı əmrə əsasən əvəzçiliklə ibtidai sin if müəllimi kimi müvəqqəti olaraq, 03.04.2017-ci il tarixdən 15.06.2017-ci il tarixədək Daşkəsən rayonu Şahvələdli kənd ümumi orta məktəbində müəllim kimi işləmişdir. 2017-ci ilin sentyabr ayında isə yeni tədris ilinin başlamasına baxmayaraq, əvvəlki yəni Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbində işinə davam etməmişdir ki, bunu da iddia ərizəsində direktorun onu işə buraxmaması ilə əlaqələndirmişdir. Bununla da məhkəmə kollegiyası iddiaçının işdən azad edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan təxminən bir il əvvəl işdən azad olunması barədə məlumatlı olması qənaətinə gəlmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinə Ərazi Maliyyə Hesablama Mərkəzi tərəfindən qohumu olan X4 ünvanlanmış məktubla məktəbdə psixoloq işləmək üçün baza psixoloji təhsilin olması, 2017ci ilin mart ayında məktəblərdən işdən azad olunan işçilərin heç birinin baza psixoloji təhsilinin olması barədə sənəd təqdim edə bilmədikləri üçün işdən azad olunduqlarını bildirmişdir ki, həmin məktub 04 yanvar 2018-ci il tarixli olmaqla, iddiaçı tərəfindən məhkəməyə isə 06 mart 2018-ci il tarixdə müraciət edilmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialının vəzifəli şəxsləri barəsində cinayət işinin istintaqı aparılmış, araşdırma zamanı İddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qanunsuz olaraq qəbul edildiyi, 2006-2010-cu illərdə filialda qanunsuz təhsil aldığı, sonuncunun adına Azərbaycan Mü əllimlər İnstitutunun Gəncə filialının ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 2011-ci ildə verilmiş 2/1860 qeydiyyat nömrəli B 200199 seriyalı diplomun saxta olduğu müəyyən edilmiş, qeyd olunan əməllər üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 1(088)- 07/2018 saylı hökmü ilə 31 avqust 2000-ci il tarixdən 10 dekabr 2013-cü il tarixədək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının direktoru vəzifəsində işləmiş X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 iyul 2018-ci il tarixli, 05-05-39/12 saylı məktubuna əsasən də Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı tərəfind ən 2011-ci ildə İddiaçı adına yazılmış B seriyalı, 200199 nömrəli diplom blankının hüquqi əsasının olmadığı müəyyən edilmişdir ki, qeyd olunan hal da iddiaçının əvvəlki işinə bərpa edilməsinə əsas vermir. Məhkəmə kollegiyası İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbinin 10.03.2017-ci il tarixli, 7 saylı əmrinə münasibətdə isə qeyd etmişdir ki, həmin əmr qüsurlu olsa da, əmrin mahiyyətindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi anlaşılmaqdadır. Belə ki, həmin əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə istinad edilmişdir ki, həmin maddə blanket xarakterli olmaqla, işçinin və ya işə götürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmənin ümumi əsasını müəyyən etməkdəd ir. Əmrin verilməsinə əsas kimi isə Təhsil Nazirliyinin 07.09.1999-cu il tarixli, 682 nömrəli sərəncamı və 13.02.2017-ci il tarixli, M-66/09-24 nömrəli və Daşkəsən rayon Təhsil şöbəsinin 09.03.2017-ci il tarixli, 58 saylı məktubu göstərilmişdir ki, həmin sənədlərlə də iddiaçının məktəb psixoloqu işləməsi üçün müvafiq ixtisasının olmamaması müəyyən edilmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) 2(102)-45/2021 nömrəli iş üzrə 04 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli 2(104)-753/2020 nömrəli qətnaməsi ləğv ed ilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Hazırkı işdə iddiaçı tutduğu vəzifənin ixtisasına uyğun olmaması səbəbindən işdən azad edilmişdir. Bu isə hüquqi tövsüf baxımından Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun gəlir. Yəni, göstərilən əsasla əmək müqaviləsi xitam olunarkən yalnız 70-ci maddənin “c” bəndinə istinad oluna bilərdi. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslarının qüsurlu olmasını qəbul etməklə yanaşı əmrin mahiyyətindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin anlaşıldığını qeyd edərkən nəzərə almamışdır ki, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan ƏM-nin normaları məhkəməyə əmək müqaviləsinə xitam verilməsi əsasının məhz əmrdə göstərilən əsasla deyil, başqa əsasla xitam verilməsi qənaətinə gəlməklə bağlı səlahiyyət verməmişdir. İddiaçı iddia müddətinin ötürülməməsi barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, həmin dəlillər üzrə də işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr verildikdən sonra iddiaçı əvəzçilik qaydasında başqa kənddə yerləşən məktəbə göndərilmiş və bir müddət həmin məktəbdə işləmişdir. İddiaçı bu hala münasibətdə hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi halda o, bu əmr verildikdən sonra əvəzçilik qaydasında işləmək üçün başqa məktəbə göndərilə bilməzdi. Ona görə də o bu müddət ər zində hesab etmişdir ki, onunla bağlanmış əmək müqaviləsi qüvvədədir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yeni apellyasiya baxışında bu hal da araşdırma predmeti olmalı və iddia müddətinin ötürülüb-ötürülməməsi baxımından həmin hala da hüquqi qiymət verilməlidir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- R.Muradov (sədrlik edən və məruzəçi), R.Mamedov və Ə.Məmmədov) 02 iyun 2021-ci il tarixli, 2(104)-1954/2021 nömrəli qətnaməsi ilə Daşkəsən Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli 2(030)-184/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırılma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tutduğ u vəzifənin ixtisasına uyğun olmaması səbəbindən işdən azad olunmuşdur. Bu isə hüquqi tövsüf baxımından Əmək Məcəlləsinin “c” bəndinə uyğun gəlir. Yəni göstərilən əsasla əmək müqaviləsinə 70-ci maddənin “c” bəndinə istinad olunmaqla xitam verilə bilərdi. Lakin buna baxmayaraq işəgötürən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Kollegiya hesab etmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsilə xitam verilməsinə baxmayaraq, əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə iddia tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kass asiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesinin gedişində İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun 25.10.2018-ci il tarixli, 08-08-36/12 saylı məktubu təqdim edilmişdir. Həmin məktubda 24.07.2018-ci ildə 05-05-39/12 № ilə aparılan araşdırmanın düzgün olmadığı, texniki səhvə düşdüyü, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən 2011-ci ildə İddiaçı adına yazılmış B seriyalı, 200199 nömrəli diplom blankının hüquqi əsası olduğu göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoru tərəfindən belə bir məktubun verilmədiyi, mə ktubun qeyri-qanuni olduğu müəyyən olunmuş, İddiaçı tərəfindən həmin məktubun hansı qaydada əldə edildiyi izah edilməmişdir. Odur ki, məhkəmə tərəfindən həmin məktub sübut kimi qiymətləndirilməmişdir. Hazırkı işdə iddiaçı tutduğu vəzifənin ixtisasına uyğun olmaması səbəbindən işdən azad edilmişdir. Bu isə hüquqi tövsif baxımından Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun gəlir. Yəni, göstərilən əsasla əmək müqaviləsi xitam olunarkən yalnız 70-ci maddənin “c” bəndinə istinad oluna bilərdi. Bundan başqa qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslarının qüsurlu olmasını qəbul etməklə yanaşı əmrin mahiyyətindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin anlaşıldığını qeyd edərkən nəzərə almamışdır ki, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan ƏM-nin normaları məhkəməyə əmək müqaviləsinə xitam verilməsi əsasının məhz əmrdə göstərilən əsasla deyil, başqa əsasla xitam verilməsi qənaətinə gəlməklə bağlı səlahiyyət verməmişdir. İddiaçı iddia müddətinin ötürülməməsi barədə kassasıya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlillər üzrə də işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr verildikdən sonra iddiaçı əvəzçilik qaydasında başqa kənddə yerləşən məktəbə göndərilmiş və bir müddət həmin məktəbdə işləmişdir. İddiaçı bu hala münasibətdə hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi halda o, bu əmr verildik dən sonra əvəzçilik qaydasında işləmək üçün başqa məktəbə göndərilə bilməzdi. Ona görə də o, bu müddət ərzində hesab etmişdir ki, onunla bağlanmış əmək müqaviləsi qüvvədədir. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 10 mart 2017-cı il tarixdə xitam verildikdən sonra, sonuncu Daşkəsən Rayon Təhsil Şöbəsinin 03 aprel 2017-ci ıl tarixli 23 nömrəli əmri ilə müvəqqəti olaraq əvəzçilıklə dərs aparılması üçün 03 aprel 2017-ci il tarixdən 15 iyun 2017-ci il tarixədək ixtisası üzrə Daşkəsən rayonu Şahvələdli kənd ümumi orta məktəbinə müəllim işləməyə göndərilmiş və sonuncu həmin tarixədək həmin məktəbdə işləməklə əmək haqqı almışdır. İşin qeyd olunan bu halı iş materialları, eləcə də iddiaçının məhkəmə kollegiyasında vermiş olduğu izahatla da təsdiq olunur. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra Daşkəsən rayonu Şahvələdli kənd ümumi orta məktəbinə müəllim işləməyə göndərilən zaman əmrin surəti, eləcədə əmək kitabçası ona verilməsə də, lakin həmin əmrdən məlumatlı olmuş, eləcədə ona son haqq-hesab ödənilmişdir. İddiaçı 03 aprel 2017-ci il tarixdən 15 iyun 2017-ci il tarixədək sonuncu iş yerində müvəqqəti olaraq əvəzçiliklə işləmiş və müvafiq əmək haqqı almışdır. Əvəzçilik müddəti başa çatdıqdan sonra işdən azad olunmuşdur. Göründüyü kimi iddiaçı 03 aprel 2017-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbi üzrə 10 mart 2017-ci il tarixli 7 saylı əmrdən məlumatlı olmuşdur. İddiaçı əmək kitabçasının, eləcədə əmrin surətinin ona verilməməsini iddia etsə də, lakin apellyasiya icraatı zamanı təqdim olunmuş 10 mart 2017-ci il tarixli aktın surətindən görünür ki, əmək kitabçasının surəti həmin gün iddiaçıya təqdim olunsa da, lakin sonuncu qəbul etməkdən imtina etmiş və bildirmişdir ki, əsassız olaraq işdən çıxarılmışdır və öz işinə bərpa olunacaqdır. Mülki kollegiyanın, iddiaçı tərəfindən iddia müddətinin üzrsüz səbəbdən ötürməsi barədə gəldiyi bu qənaət də əsassızdır. Belə ki, iddiaçının 175.15 manat məbləğində son haqq-hesab pulunu almasına dair göstərilənlər həqiqətə uyğun deyildir. Çünki iddiaçının həmin pulun onun son haqq-hesabı olması barədə heç bir məlumatı olmamış, bu barədə ona heç bir xəbərdarlıq edilməmişdir. İddiaçı özü də, həmin pulun onun son haqq-hesabı olmasını bilə bilməzdi. Ona görə ki, həmin dövrdə o, əvəzçilik üzrə əmək fəaliyyətini davam etdirərək, Daşkəsən rayonu Şahvələdli kənd ümumi orta məktəbində müəllim kimi işləmişdir. Bundan başqa Ərazi Maliyyə Hesablama Mərkəzi tərəfindən iddiaçının qohumu olan X4 ünvanlanmış məktubun iddiaçıya çatdırılıb-çatdırılmaması, çatdırılmışdırsa, bunun nə vaxt edildiyi barədə heç bir sübut növü olmadığı halda, bu faktın iddia müddətinin üzrsüz səbəbdən buraxılmasına dair qənaətə gəlinməsinə əsas vermir. İddiaçı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qəbul olunaraq, orada qiyabi təhsil almış, təhsil müddətini başa vurduqdan sonra müvafiq imtahanlar verməklə ali təhsilini başa vurmasına dair diplom almışdır. Onun adına yazılmış B seriyalı, 200199 nömrəli diplom blankının hüquqi əsasının olub-olmama sında iddiaçının heç bir günahı olmamış, bu işdə günahları olan şəxslər cəzalandırılmışdır. Nə qədər ki, iddiaçının adına verilmiş diplom məhkəmə qaydasında etibarsız hesab edilməmişdir, bu xüsusata görə iddiaçının işdən azad edilməsi qanuni sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü ma ddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
29. Maddə
1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcə llədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
30. Maddə
68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqavi ləsində müəyyən etdiyi hallar.
31. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd:Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası,Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin vəpraktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanbaşa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
32. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
33. Maddə 2 96.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
34. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 41. 2011-ci il tarixli, B 200199 nömrəli diplomun surətindən görünür ki, Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı X1 30 iyul 2011-ci il tarixli qərarı ilə İddiaçı Maarif İbtidai təhsilin pedaqogikası və metodikası ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
42. Azərbaycan Respublika sı Təhsil Nazirliyinin 24 iyul 2018-ci il tarixli, 05-05-39/12 nömrəli məktubundan görünür ki, Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı tərəfindən 2011-ci ildə İddiaçı adına yazılmış B seriyalı, 200199 nömrəli diplom blankının hüquqi əsası yoxdur.
43. Daşkəsən rayon Təhsil şöbəsi üzrə 31 yanvar 2013-cü il tarixli, 06 nömrəli yerdəyişmə haqqında əmrin surətindən görünür ki, Daşkəsən rayon X3 ali pedoqoji təhsilli dərnək rəhbəri İddiaçı 01 fevral 2013-cü il tarixdən Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinə psixoloq vəzifəsinə dəyişdirilmiş, dərs ilinin sonuna kimi TYM-də dərnəyi saxlanılmışdır.
44. Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbi üzrə 10 mart 2017-ci il tarixli, 7 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbin psixoloqu Azərbaycan Respublikası Əmə k Məcəlləsinin 68 “a” bəndində əsasən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Təhsil Nazirliyinin 07 sentyabr 1999-cu il tarixli, 682 nömrəli sərəncamı və 13 fevral 2017-ci il tarixli, M-66/09-24 nömrəli və Daşkəsən rayon Təhsil şöbəsinin 09 mart 2017-ci il tarixli, 58 nömrəli məktubu.
45. Daşkəsən rayon Təhsil şöbəsi üzrə 03 aprel 2017-ci il tarixli, 23 nömrəli müvəqqəti olaraq əvəzçiliklə dərs aparılması barədə əmrin surətindən görünür ki, İddiaçı ali təhsilli ibtidai sinif müəllimi, pedoqoji staja malik, müvəqqəti olaraq 03 aprel 2017-ci il tarixdən 15 iyun 2017-ci il tarixədək ixtisası üzrə Daşkəsən rayonu Şahvələdli kənd ümumi orta məktəbinə müəllim işləməyinə icazə verilmişdir.
46. Daşkəsən rayonu Təhsil şöbəsi tərəfindən Daşkəsən rayon Ümumtəh sil məktəblərinin direktorlarına ünvanlanmış 10 mart 2017-ci il tarixli, 58 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 fevral 2017-ci il tarixli, M-66/09-24 nömrəli məktubunun tələblərini icra etmək məqsədi ilə Təhsil Nazirliyinin 07 sentyabr 1999-cu il, 682 nömrəli sərəncamının tələbləri gözlənilməklə, aşağıda adları göstərilən qeyri-ixtisas məktəb psixoloqları ilə bağlanmış əmək müqaviləsinə 10 mart 2017-ci il tarixdən sonuncu haqq-hesab ödənilməklə xitam verilməsi tapşırılmışdır. Siyahı üzrə 25 nəfər müəllimin adı qeyd edilmiş, o cümlədən Daşkəsən rayon Mollahəsənli kənd orta məktəbinin müəllimi İddiaçı adı da qeyd edilən siyahıda göstərilmişdir.
47. Azərbaycan Respublikası Təhsil Nazirliyi 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən X4 ünvanlan mış 04 yanvar 2018-ci il tarixli, 350/2 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci il 08 aprel tarixli, 206 nömrəli “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçasının təsdiq edilməsi haqqında” Təlimatın tələblərinə uyğun olaraq məktəbdə psixoloq işləmək üçün baza psixoloji təhsilli olmalıdır. 2017ci ildə mart ayında məktəblərdən işdən azad olunan işçilərin heç biri baza psixoloji təhsili olması barədə sənəd təqdim edə bilmədikləri üçün işdən azad olunmuşlar. Əgər hər hansı işdən azad olunan psixoloq baza psixoloji təhsilinin olması haqqında sənəd təqdim edərsə onun işlə təmin olunmasına yenidən baxılıb köməklik edilə bilər.
48. Daşkəsən rayonu Təhsil şöbəsi tərəfindən X4 ünvanlanmış 23 yanvar 2018-ci il tarixli, 10 nömrəli məktubundan görünür ki, rayonun ümumtəhsil məktəblərində işləyən qeyri-ixtisas təhsilli psixoloqlar qeyri-ixtisaslı olduqları üçün 2017-ci ildə işdən azad olunmuşlar.
49. Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbinin direktoru X8 məhkəməyə ünvanladığı 30 may 2018-ci il tarixli məlumatından görünür ki, İddiaçı – ibtidai sinif müəllimi 31 mart 2013-cü il tarixdən Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinə psixoloq vəzifəsinə təyin edilmişdir. Lakin qeyri-ixtisas olduğuna görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 sentyabr 1999-cu il tarixli, 682 nömrəli sərəncamı və 13 fevral 2017-ci il tarixli, M-66/09-24 nömrəli məktubu, Daşkəsən rayon Təhsil şöbəsinin 09 mart 2017-ci il tarixli, 58 nömrəli məktubuna əsasən məktəb üzrə verilmiş 10 mart 2017-ci il tarix li, 7 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 “a” bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Daşkəsən rayon Təhsil şöbəsinin 03 oktyabr 2017-ci il tarixli, 70 nömrəli əmrinə əsasən X7 ixtisas üzrə məktəbə psixoloq təyin edilmişdir. Məktəbin İddiaçı işlə təmin etmək səlahiyyəti yoxdur. İddiaçı “X14 üzrə müsabiqədə” iştirak edərək müvafiq bal toplayacağı təqdirdə ixtisası üzrə işlə təmin olunacağı bildirilmişdir.
50. Daşkəsən rayon Təhsil şöbəsinin 30 may 2018-ci il tarixli, 72 nömrəli məktubundan görünür ki, ali təhsilli ibtidai sinif müəllimi İddiaçı Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbində psixoloq vəzifəsində işləmişdir. İddiaçı ixtisas uyğunsuzluğuna görə işdən azad edilmişdir. İddiaçı ixti sası üzrə X14 Qaydaları”na uyğun olaraq müsabiqə iştirak etməsi, uyğun hesab edildiyi halda rayon üzrə vakant yerlərin birinə təyin ediləcəyi bildirlmişdir. Qeyd: İddiaçı ali təhsil haqqında diplomu şübhəli olduğu üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən götürlümşüdür.
51. Azərbaycan Respublikası Prokurorluğunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 10 fevral 2020-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialının vəzifəli şəxsləri barəsində cinayət işinin istintaqı aparılır. Aparılmış araşdırma zamanı İddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qanunsuz olaraq qəbul edildiyi, 2006-2010-cu illərdə filialda qanunsuz təhsil aldığı, sonuncunun adına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 2011-ci ildə verilmiş 2/1860 qeydiyyat nömrəli B 200199 seriyalı diplomun saxta olduğu müəyyən edilmişdir.
52. Azərbaycan Respublikası Təhsil Nazirliyi 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 30 yanvar 2020-ci il tarixli, 07 nömrəli məktubundan görünür ki, İddiaçı 01 fevral 2013-cü il tarixdən 10 mart 2017-ci il tarixədək Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbində psixoloq vəzifəsində işləmiş, 10 mart 2017-ci ildən 07 nömrəli əmrlə onunla balanmış əmək müqaviləsinə xitam verilmiş və ona 175,15 son haqq-hesab ödənilmişdir.
53. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 1(088)-07/2018 nömrəli hökmündən görünür ki, 31 avqus t 2000-ci il tarixdən 10 dekabr 2013-cü il tarixədək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının direktoru vəzifəsində işləmiş X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
54. Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbi üzrə 03 oktyabr 2017-ci il tarixli 22 nömrəli əmrdən çıxarışdan görünür ki, X10 ixtisası üzrə Mollahəsənli kənd tam orta məktəbinə psixoloq vəzifəsinə təyin edilmişdir.
55. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı tutduğu vəzifənin ixtisasına uyğun olmaması səbəbindən işdən azad olunmuşdur. Bu isə hüquqi tövsüf baxımından Əmək Məcəlləsinin “c” bəndinə uyğun gəlir. Yəni göstərilən əsasla əmək müqaviləsinə 70-ci maddənin “c” bəndi nə istinad olunmaqla xitam verilə bilərdi. Lakin buna baxmayaraq işəgötürən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Kollegiya hesab edir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsilə xitam verilməsinə baxmayaraq, əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi barədə iddia tələbi təmin edilə bilməz.
56. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 10 mart 2017-ci il tarixdə xitam verildikdən sonra, sonuncu Daşkəsən Rayon Təhsil Şöbəsinin 03 aprel 2017-ci il tarixli 23 nömrəli əmri ilə müvəqqəti olaraq əvəzçiliklə dərs aparması üçün 03 aprel 2017-ci il tarixdən 15 iyun 2017-ci il tarixədək ixtisası üzrə Daşkəsə n rayonu Şahvələdli kənd ümumi orta məktəbinə müəllim işləməyə göndərilmiş və sonuncu həmin tarixədək həmin məktəbdə işləməklə əmək haqqı almışdır. İşin qeyd olunan bu halı iş materialları, eləcə də iddiaçının məhkəmə kollegiyasında vermiş olduğu izahatla da təsdiq olunur. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, Daşkəsən rayonu Şahvələdli kənd ümumi orta məktəbinə müəllim işləməyə göndərilən zaman əmrin surəti, eləcədə əmək kitabçası ona verilməsə də, lakin həmin əmrdən məlumatlı olmuş, eləcədə ona son haqq-hesab ödənilmişdir. İddiaçı 03 aprel 2017-ci il tarixdən 15 iyun 2017-ci il tarixədək sonuncu iş yerində müvəqqəti olaraq əvəzçiliklə işləmiş və müvafiq əmək haqqı almışdır. Əvəzçilik müddəti başa çatdıqdan sonra işdən aza d olunmuşdur. Göründüyü kimi iddiaçı 03 aprel 2017-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbi üzrə 10 mart 2017-ci il tarixli 7 saylı əmrdən məlumatlı olmuşdur.
57. İddiaçı əmək kitabçasının, eləcə də əmrin surətinin ona verilməməsini iddia etsə də, lakin apellyasiya icraatı zamanı təqdim olunmuş 10 mart 2017-ci il tarixli aktın surətindən görünür ki, əmək kitabçasının surəti həmin gün iddiaçıya təqdim olunsa da, lakin sonuncu qəbul etməkdən imtina etmiş və bildirmişdir ki, əsassız olaraq işdən çıxarılmışdır və öz işinə bərpa olunacaqdır.
58. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2. maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün i şçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə 06 mart 2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
59. İşdə olan Daşkəsən rayon Təhsil şöbəsinin nümayəndəsi X5 ərizəsindən müəyyən olunur ki, sonuncu iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Kollegiya hesab etmişdir ki, iddia müddətinin axımı İddiaçı hüququnun pozulduğunu bildiyi vaxtdan, yəni 03 aprel 2017-ci il tarixdən hesablanmalıdır. Belə olan təqdirdə kollegiya hesab etmişdir ki, iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır
60. Digər tərəfdən iş materialları ilə İddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qanunsuz olaraq qəbul edildiyi, 2006-2010- cu illərdə filialda qanunsuz təhsil aldığı, sonuncunun adına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 2011-ci ildə verilmiş 2/1860 qeydiyyat nömrəli B 200199 seriyalı diplomun saxta olduğu da müəyyən edilmişdir.
61. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə, habelə bu iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarlarında göstərilən hallara hü quqi qiymət verildiyindən, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil.
63. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1954/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov