Məhkəmə qərarları › İş №2(102)-214/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-214/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-214/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya ödənilmədən mənzildən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4808/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzili ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2nın xüsusi paylı mülkiyyətindədir və bununla bağlı adlarına müvafiq çıxarış verilmişdir.

2. X xx.xx.2004-cü ildə iddiaçı Xİddiaçı2 ilə nikaha girmiş, bu nikah 2009-cu ildə pozulmuş və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamənin icrası səbəbilə icra icraatına xitam verilsə də, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2012-ci il tarixli qərardadı ilə icra icraatı təzələnmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İdd iaçı1 və İddiaçı2 cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən cavabdehin istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil onların paylı mülkiyyətindədi. İddiaçı2 cavabdehlə 2004-cü ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuş, ailə qurduqdan sonra cavabdehi həmin mənzilə qeydiyyata salmışlar, bir müddət orada birlikdə yaşamışlar, birgə nikahdan övladları olmamış, cavabdehlə münasibətləri pozulmuş, məhkəmə qətnaməsi ilə aralarında nikah pozulmuş, bundan sonra cavabdeh həmin mənzildən anasına məxsus başqa mənzilə çıxıb getmiş, hazırda da an ası ilə anasının mənzilində yaşamaqdadır. İddiaçı sonradan başqa xanımla ailə qurmuş, həmin xanımdan 3 övladı olmuşdur, hazırda hamısı birlikdə mübahisəli mənzildə yaşayırlar. Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onların hüquqlarını pozur.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-875/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, hazırkı qətnamənin Musayeva (Hüseynova) Emma Tofiq qızının Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 7 saylı evin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olma sı qət edilmişdir.

6. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı2la 2004-cü il tarixdə nikaha daxil olaraq, mübahisəli mənzilə gəlin köçdüyündən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq edilməlidir. Cavabdeh mənzilə köçən zaman mənzilin bir hissəsi İddiaçı2 mülkiyyətində olduğundan cavabdehin həmin mənzildən istifadə hüququ yaranmışdır.

7. Cavabdehin həmin mənzildən istifadə hüququ olsa da, o, 2009-cu ildən mənzildən çıxıb getdiyindən və orada yaşamadığından, həmçinin bu illər ərzində mübahisəli mənzillə bağlı hər hansı iddiası olmadığından məhkəmə hesab etmişdir ki, onun mübahisəli mənzilə hər hansı ehtiyacı olmamışdır və hazırda da yoxdur. Cavabdehin həmin mənzildə formal qeydiyyatda qalması isə idd iaçıların mülkiyyət hüquqlarını pozur. Buna görə də iddia təmin edilməli və cavabdehin həmin mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228.5-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsin in ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, guya onun boşandıqdan sonra onun həmin mənzilə dair iddiası olmamışdır. Halbuki o, boşandıqdan sonra 2010-cu ildə məhkəmə qaydasında həmin evə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli qərardaddan da göründüyü kimi, həmin mənzilə köçürülsə də, iddiaçı onun evdə olmadığı zaman qıfılı sındırmış, mənzili o, orada yaşayayaşaya başqalarına kirayəyə vermiş, ona mənzildə yaşamağa imkan verməmişdir. İş materiallarına əlavə edilmiş 2(005)-3330/2009 saylı qətnamədən də göründüyü kimi, onun həmin mənzilə məhkəmə qaydasında köçürülməyinin səbəbi o olmuşdur ki, iddiaçılar onu bir bəhanə ilə anası gilə göndərm iş, evdən çıxan kimi dərhal qapının qıfılını dəyişmiş, məhz buna görə də həmin mənzilə gedə bilməmişdir. İddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət versələr də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə onun evə köçürülməyi qət edilmişdir. Məhz bu səbəbdənhesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6372/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi gə ldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində cavabdehin mülkiyyətlərində olan mənzilə istifadə hüququnun uzun müddətdir orada yaşamaması səbəbindən kompensasiya ödənilmədən xitam verilməsini bildirsələr də, işə baxılarkən müəyyən olunmuş faktiki hallara əsasən kollegiya hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ qanunla (tərəflər arasındakı münasibətlər 2004-cü ildə yarandığına görə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən) yaranmış və qanunla yaranmış istifadə hüququnun (istifadə hüququnun sahibinin) yaşayış sahəsinə ehtiyacın aradan qalxması əsası ilə kompensasiya ödənilmədən xitam verilməsi düzgün hesab edilə bilməz.

13. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh mübahisəli mənzilə iddiaçılardan biri, eyni zamanda mülkiyyətçi olan ərinin r azılığı əsasında köçüb orada yaşamağa başlamışdır. Bu isə o deməkdir ki, əslində Cavabdeh mənzilə köçməklə onun həmin mənzildən mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ yaranmış, sonradan da məhkəmə qətnaməsi bu hüququnun mövcudluğunu əsas götürülməklə həmin mənzilə köçürülmüşdür.

14. Bununla yanaşı, cavabdeh Mülki Məcəllənin 228.5-ci maddəsinin 2-ci cümləsinin mənasına görə mənzildən istifadə hüququ əldə etmişdir.Bu isə o deməkdir ki, ona qarşı yönələn tələbin təmin olunması, mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüquqlarının hüquqi mahiyyəti, onun saxlanılıbsaxlanılmaması, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünün müəyyən edilməsindən asılıdır.

15. Məhkəmə kollegiyası qeyd e tmişdir ki, Cavabdeh uzun müddətdir mübahisəli mənzildə yaşamaması özü-özlüyündə onun sözügedən yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət etmir. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından tərəflərin uzun illərdir münasibətlərinin gərgin olması, eyni zamanda, mənzilin cəmi iki otaqdan (çıxarışda 182 metr göstərilib) ibarət olmaqla onların mənzildə birgə yaşamalarının mümkün olmaması, yəni cavabdehin keçmiş qayınanası İddiaçı1, o cümlədən keçmiş əri olan İddiaçı2 yenidən nikaha daxil olaraq 3 övladı və arvadı ilə birlikdə həmin mənzildə yaşaması və cavabdehin də onlarla birlikdə yaşaması cavabdehin həmin mənzilə olan ehtiyacının normal səviyyədə qarşılanması üçün əlverişli olmamışdır. İş üzrə cavabdeh də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin mənzildə bu vəziyyətdə yaşamanın real olaraq mümkün olmaması səbəbindən həmin mənzildən çıxıb anasının yanında qalmasını bildirmişdir. Yənihazırkı vəziyyətdə cavabdehin orda yaşamamasının səbəbi real olaraq işin yuxarıda qeyd edilən faktiki hallarına əsasən yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmasından deyil, mövcud şəraitin bunun həyata keçirilməsinə özlüyündə onun iradəsindən asılı olmayaraq maneə yaratması ilə bağlı məcburiyyət qarşısında yaşaya bilməməsi ilə bağlıdır. Eyni zamanda, cavabdehin adına rəsmi qeydə alınmış hər hansı daşınmaz əmlak da mövcud deyil.

16. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Bu hüquqa mülkiyyətçilərin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensas iya verməsi yolu ilə xitam verilə bilər.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiyainstansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçılar kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

19. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mülki işin materiallarından və cavabdehin özünün izahatından görsənir ki, cavabdeh onlara məxsus mənzildən könüllü şəkildə çıxmış, evdən çıxarkən özünə məxsus geyim, şəxsi və cehiz əşyalarını (yataq dəsti və s.) da evdən çıxararaq, anasına məxsus evdə yaşamağa başlamışdır və 10 ildən çoxdur ki, anasının evində yaşayır. Deməli, cavabdeh 10 ildən çoxdur ki, öz zəruri ehtiyaclarını onlara məxsus evdə deyil, başqa yaşayış sahəsində qarşılamışdır. Cavabdehin onlara məxsus mənzildə formal qeydiyyatda qalması onların mülkiyyət hüquqlarını həyata keçirməklərinə maneə törədir və olar ondan asılı vəziyyətdə qalırlar.Mülki işin materialları və apellyasiya baxışında keçirilən iclaslarda cavabdehin izahatları ilə müəyyən olunmuşdur ki, onlar tərəfindən cavabdehin mənzildə yaşamasını mümkünsüz edən, hər-hansı bir hüquqa zidd və qanuna zidd hal baş verməmişdir. Çünki o evdən gedərkən evdə heç kim olmamışdır və heç kim onun evdə yaşamasına maneətörətməmişdir.Cavabdehin guya mənzilin qapısının kilidini dəyişməkləri barədə apellyasiya şikayətinin dəlilləri də heç bir mötəbər sübutla təsdiq olunmam ışdırİşin hallarından göründüyü kimi, Cavabdeh 2009-cu ildən evdən köçüb getmişdir və onun daha çox yaşadığı yer artıq 10 ildən çoxdur ki, anasının evidir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1615/2024 nömrəli 3 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) kassasiya şikayəti qismən təmin olunaraq, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır.

21. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, məhkəmə aktı ilə yarandığı təsbit edilmiş mənzildən istifadə hüququna yaşayış sahəsinə ehtiyacın aradan qalxmasına görə kompensasiya ödənilmədən xitam verilə bilər. Belə ki, şəxsi s ervitut sayılan mənzildən istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. Şəxsin mənzilə olan ehtiyacının normal səviyyədə qarşılanması üçün əlverişli olmaması barədə apellyasiya məhkəməsinin mövqeyi kifayət qədər əsaslandırılmamışdır və mübahisənin düzgün həlli üçün yetərli sayıla bilməz. Ehtiyacın normal səviyyəsi dedikdə, bunun meyarlarının nədən ibarət olması aydın şəkildə göstərilməli və qanunvericiliyə uyğun qaydada əsaslandırılmalıdır.Əgər bununla otaq və şəxslərin sayına görə mənzildə birgə yaşamanın mümkün olmaması nəzərdə tutulursa, qeyd olunmalıdır ki, həmin xüsusatlara bir qayda olaraq, yaşayış sahəsinə köçürülmə məsələsi məhkəmə tərəfindən həll edilərkən hüquqi qiymət verilməlidir. Yaxud icra icraatında köçürülmənin bu kimi obyektiv səbəbdən mümkün olmaması təsbit olunarsa, həmin fakt rəsmiləşdirilməlidir. Bu halda, tərəflər icra məmurunun qərarı (hərəkəti) ilə razılaşmadıqda onu müvafiq məhkəmədə mübahisələndirilə bilərlər.Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə şəxsin mənzilə köçürülməsi qət edildikdən və məhkəmə qərarı icra edildikdən sonra orada kimin hansı hissədə yaşamasına, yəni “yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi”nə dair yaranan mübahisə isə ayrıca iddianın predmeti ola bilər.Yuxarıda göstərilən rəsmiləşdirilmələr aparılmadan, istifadə hüququ sahibinin “şəraitin arzuolunmaz və ya normal səviyyədə olmaması” düşüncəsi ilə uzun müddət və daimi olaraq başqa yerdə yaşaması ona əsas vermir ki, mənzildən istifadə hüququ “ehtiyat hüquq” kimi müddətsiz saxlanılsın, yaxud bu ehtiyacın aradan qalxmasına baxmayaraq mülkiyyətçidən kompensasiya tələb etsin. Əks yanaşma mülkiyyət hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib ç ıxara bilər. Mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində başqa yaşayış sahəsinin olması, yaxud başqa yerdə mənzildən istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququnun itirilməsinə əsas verə bilər.Belə hallar qiymətləndirilərkən istifadə hüququ sahibinin mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəniözünün prosessual fəallığının nədən ibarət olması (icra məmuruna və digər aidiyyəti orqanlara müraciət edib-etməməsi), etməmişsə bunun səbəbl əri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurması, həmin yerdə qaldığı müddətin uzunluğu və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır.Baxılan işdə cavabdehin mübahisəli mənzilə köçürülməsinə dair icra sənədinin icrasının təzələndiyi 2012-ci ildən hazırkı iddianın qaldırıldığı 2022-ci ilədək icra icraatının gedişi, nəticəsi, cavabdehin sözügedən yaşayış sahəsinə köçürülməməsinin konkret səbəbləri, bunun iddiaçılardan qaynaqlandığını, yoxsa cavabdehin iradəsindən irəli gəldiyi və digər mühüm hallar tam və hərtərəfli şəkildə araşdırılmamışdır. Halbuki, həmin xüsusatlarınaydınlaşdırılması təxminən 10 il müddətində başqa ünvanda yaşayan cavabdehin mübahisəli mənzilə olan ehtiyacının aradan qalxıb-qalxmamasına düzgün hüquqi qiymət verilməsi üçün əhəmiyyətli olmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4808/2024 nömrəli 11 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhkəmməd Rüstəmli) apellyasiya şikayəti təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə uyğun olaraq qeyd olunan məsələlər (hallar) bir daha ətraflı araşdırılmış, icra qurumundan icra işi tələb edilib öyrənilmiş və müəyyən edilmişdirki, həqiqətən də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadına əsasən tələbkarın mü raciəti təmin olunaraq icra vərəqəsinin dublikatı icra olunması üçün yenidən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qaytarılmış, xx.xx.2012-ci il tarixdə icra məmuru Elgiz Qəmbərov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, 3 dəfə - xx.xx.2012ci il, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixlərdə məcburi icra tədbirinin həyata keçirilməsi təyin edilmiş, lakin tələbkar icra yerinə gəlmədiyindən icra sənədinin icrası baş tutmamışdır. İcra məmuru bunu nəzərə alaraq xx.xx.2013-cü il tarixli qərarla icraqaytarmışdır. Göründüyü kimi, icra sənədinin icra olunmamasında iddiaçıların hər hansı təqsirli hərəkəti olmamışdır.Tələbkar Cavabdeh icra sənədinin icrasında özü maraqlı olmamış, icra yerinə gəlməmiş və sonradan icra məmurunun icra sənədinin qaytarılması barədə xx.xx.2013-cü i l tarixli qərarını məhkəmə qaydasında mübahisələndirməmişdir.Apellyasiya baxışı zamanı Cavabdeh etiraf etmişdir ki, o, həqiqətən də icra yerinə getməmiş və icra sənədinin icrasını tələb etməmişdir. Bunun səbəbi isə mənzilin bir otaqlı olması və iddiaçılarla birlikdə orada yaşamağın qeyrimümkün olması olmuşdur. O, həmin vaxt da, hazırda da anasına məxsus mənzildə onunla birlikdə yaşayır.

24. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh 10 ildən artıq müddət ərzində mübahisəli mənzildə yaşamamaqla və həmin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsinin icrasını tələb etməməklə həmin yaşayış sahəsinə marağı və ehtiyacı olmadığını nümayiş etdirmiş və istifadə hüququnu itirmişdir.

25. Göründüyü kimi, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirsələr də, cavabd eh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Kassasiya instansiyası məhkəməsində iknci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan tarixlərdə məcburi icra tədbirinin həyata keçirilməsi təyin edilsə də, bildirişlər məhz cvabdehin qeydiyyatda olduğu mübahisə predmeti olan mənzilə göndərilmiş, icra sənədinin icrası ilə bağlı tərtib edilmiş aktlarda cavabdehlə əlaqə saxlanılıb məlumat verildiyi qeyd olunan əlaqə nömrəsi isə məhz mübahisə pre dmeti olan mənzilin əlaqə nömrəsi olmuşdur. Bunu məhkəmə iclasında sədrlik edən hakimin sualına cavab olaraq İddiaçı2 da şəxsən təsdiq etmişdir. Məhkəmə iclasının audio-video yazısına nəzər yetirilə bilər. Belə olan halda, icra işində qeyd olunan məcburi icra tədbirinin həyata keçirilməsinin təyin olunmasından cavabdeh məlumatsız olmuşdur, iddiaçılar isə ona bu barədə məlumat verməmişlər. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunur ki, apellyasiya baxışı zamanı cavabdeh etiraf etdi ki, o, həqiqətən də icra yerinə getməmiş və icra sənədinin icrasını tələb etməmişdir. Bunun səbəbi isə mənzilin bir otaqlı olması və iddiaçılarla birlikdə orada yaşamağın qeyrimümkün olması olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh icra yerinə getmədiyini məhkəmədə bildirməmiş, əksinə məcbu ri icra tədbirinin həyata keçirilməsinin təyin edilməsindən xəbərsiz olduğunu və icra işi üzrə tərtib edilmiş aktlarda qeyd olunan əlaqə nömrəsinin ona məxsus olmadığını bildirmişdir. Mənzilin bir otaqlı olması və həmin dövrdə iddiaçılarla birlikdə orada yaşamağın qeyri-mümkün olması isə İddiaçı2 yenidən ailə qurması, 3 övladı, yoldaşı və anası ilə birlikdə orada yaşaması cavabdehin həmin mənzildə yaşamasını mümkünsüz etmişdir. Məhz bu səbəbdən cavabdeh daha sonralar icra tədbirlərinin həyata keçirilməsi üçün yenidən icra şöbəsinə müraciət etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada v ə məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Maddə 22 8.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

34. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yax ud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstər sə də, kassasiya instansiyası məhkəməsi bu dəlillərlə razılaşmır.

48. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, icra qurumundan icra işi tələb edilib öyrənilmiş və müəyyən edilmişdir ki, həqiqətən Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadına əsasən tələbkarın müraciəti təmin olunaraq, icra vərəqəsinin dublikatı icra olunması üçün yenidən Nərimanov rayon İcra şöbəsinə qaytarılmış, xx.xx.2012-ci il tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, 3 dəfə - xx.xx.2012-ci il, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixlərdə məcburi icra tədbirinin həyata keçirilməsi təyin edilmiş, lakin tələbkar icra yerinə gəlmədiyindən icra sənədinin icrası baş tutm amışdır. İcra məmuru bunu nəzərə alaraq xx.xx.2013-cü il tarixli qərarla icra sənədini geri qaytarmışdır.

49. Göründüyü kimi, icra sənədinin icra olunmamasında iddiaçıların hər hansı təqsirli hərəkəti olmamışdır. Əksinə, tələbkar- cavabdeh icra sənədinin icrasında özü maraqlı olmamış, icra yerinə gəlməmiş və sonradan icra məmurunun icra sənədinin qaytarılması barədə xx.xx.2013-cü il tarixli qərarını məhkəmə qaydasında mübahisələndirməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh etiraf etmişdir ki, o, həqiqətən icra yerinə getməmiş və icra sənədinin icrasını tələb etməmişdir. Bunun səbəbi isə mənzilin bir otaqlı olması və iddiaçılarla birlikdə orada yaşamağın qeyri mümkün olması olmuşdur. Cavabdeh həmin vaxt da, hazırda da anasına məxsus mənzildə onunla birlikdə yaşayır.

50. Apellyasiya ins tansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh 10 ildən artıq müddət ərzində mübahisəli mənzildə yaşamamaqla və həmin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsinin icrasını tələb etməməklə, həmin yaşayış sahəsinə marağı və ehtiyacı olmadığını nümayiş etdirmiş və istifadə hüququnu itirmişdir. Bununla da iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirsələr də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassatorun kassasiya şikayəti ilə eyni məzmu nlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Qərar aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2(103)-4808/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar