Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2141/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13625/2019 saylı qətnaməsindən üçüncü şəxs Cavabdeh2 MMC kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(004)-18/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.H.Tağıyev) İddiaçı Cavabdeh1 MMC və üçüncü şəxs Cavabdeh2 MMC-yə qarşı “mənzilin təhvil verilməsi” barədə iddiası təmin, Cavabdeh2 MMC İddiaçı qarşı “mənzilə dair müqavilənin və maliyyə arayışının etibarız hesab edilməsi” barədə qarşılıqlı iddiası rədd edilərək, Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində yerləşən, 8-ci blok, 10-cu mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 91,53 kv.metr 797 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilib. Üçüncü şəxs Cavabdeh2 MMC qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)10963/2018 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, M.A.Məmmədov və E.E.Nağıyeva) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Üçüncü şəxs Cavabdeh2 MMC qətnamədən kasasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-2790/2019 saylı qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, Q.Ə.Allahverdiyev və Ə.Ə.Əliyev) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbədə yerləşən 2 otaqlı, ümumi sahəsi 91.53 kv.metr olan 797 saylı mənzilin İddiaçı təhvil verilməsi və Cavabdeh2 MMC qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansi yası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13625/2029 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 MMC tərəfindən mənzilin təhvil verilməsi və Cavabdeh2 MMC qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilib. Üçüncü şəxs Cavabdeh2 MMC qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, 8-ci blok, 10cu mərtəbədə yerləşən, 2 otaqlı, ümumi sahəsi 91,53 kv.metr olan 797 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, Cavabdeh2 MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xxx kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh1 MMC, üçüncü şəxs Cavabdeh2 MMC və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya inst ansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xxx un izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən s axlayarkən, İddiaçı mübahisəli mənzili müqaviləyə əsasən əldə etməsinə, onun mənzilin pay haqqını tam məbləğdə ödəməsinə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı mənzilə sahiblik, istifadə hüququnun tanınmasına, həmin qətnamə ilə müəyyən edilmiş faktların hazırki işdə iştirak edən şəxslər üçün preyudsial əhəmiyyət daşımasına, Cavabdeh2 MMC tərəfindən sözügedən müqavilənin etibarsızlığının nəticələrinin tətbiqi haqqında hazırki iddianın onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülməməsinə, mübahisələndirilən hissədə ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 354.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslan dırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbədə yerləşən, 2 otaqlı, ümumi sahəsi 91,53 kv.metr olan 797 saylı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul edib müqavilədə razılaşdırılmış mənzilin dəyərini təşkil edən 54.918 manat pul vəsaitini Cavabdeh1 MMC ödəməyi öhdələrinə götürmüşlər. Bundan sonra mənzilin pay haqqı İddiaçı tərəfindən tam məbləğdə ödənilib və bu barədə Cavabdeh1 MMC tərəfindən onun adına maliyyə arayışı verilib. Sözügedən müqavilənin 1.5-ci bəndinə görə, yekun sənədləşmə kompleks tikinti olduğu üçün Cavabdeh2 MMC tərəfindən həyata keçiriləcəkdir. Lakin, İddiaçı müqavilə üzrə öhdəliklərini icra edib razılaşdırılmış pul vəsaitini Cavabdeh1 MMC ödəsə də, sonuncu, o cümlədən Cavabdeh2 MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Daha sonra qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı tələ binə əsasən, sözügedən mənzilə dair onunla Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, 8-ci blok, 10-cu mərtəbədə yerləşən, 2 otaqlı, ümumi sahəsi 91,53 kv.metr olan 797 saylı mənzil üzərində onun mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqları tanınmışdır. Eyni zamanda həmin qətnamə ilə müəyyən edilmişdir ki, sözügedən mənzil və mənzilin yerləşdiyi bina Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə məxsusdur. Həmin qətnamədən Cavabdeh1 MMC apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan C avabdeh2 MMC də həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə onun apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Qərardadda apelyasiya şikayətinin qeyrimümkün hesab edilməsinin əsası kimi Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam mübahisələndirildiyi üçün Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsinin Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə tam yoxlanılaraq bütövlükdə qüvvədə saxlanılması göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh2 MMC kasasiya şika yəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə Cavabdeh2 MMC izah edilmişdir ki, mübahisəli məsələyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu üçün Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinin tələbləri qaydasında təqdimat verilməsi üçün Ali Məhkəmənin sədrinə müraciət edə bilər. Hazırda İddiaçı qeyd olunanları əsas tutub mübahisəli mənzilin ona təhvil verilməsini iddia edir, Cavabdeh2 MMC isə, Cavabdeh1 MMC mənzilə dair müqavilə bağlamaq, mənzili satmaq səlahiyyətinin olmadığını göstərib, mənzilə dair İddiaçıla Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin və həmin mənzilə dair İddiaçı adına verilmiş maliyyə arayışının etibarsızlığını iddia edir. Daha sonra apellya instansiyası məhkəməsi işə əlavə edilmiş digər sübutları da araşdırıb müəyyən etmişdir ki, Bakı şəhər İHB-nın xx xxxx 2005-ci il tarixli, 203 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi dairəvi yolun üstündə 0,1 hektar torpaq sahəsi yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün Cavabdeh2 MMC-yə ayrılmışdır. Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli “birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh2 MMC özünə məxsus Bakı şəhər İHB-nın xx xxxx 2005-ci il tarixli, 203 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində ayrılmış torpaq sahəsini və 2 bloklu yarımç ıq qalmış binaları müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin davam etdirilməsi üçün Cavabdeh1 MMC təhvil verir və sonuncu isə ona təqdim olunmuş yarımçıq yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, onların satışını alqı-satqı müqavilələri və digər sənədlər əsasında Cavabdeh2 MMC adından rəsmiləşdirəcəklər, əgər satışı Cavabdeh1 MMC öz adından rəsmiləşdirərsə payçılar və rəsmi dövlət orqanları, alıcılar qarşısında özü öz əmlakı ilə, yəni zərərvuran Cavabdeh1 MMC məsuliyyət daşıyacaqdır və sonuncu gördüyü işin yarısı dəyərində, yəni payına düşən hissənin 25 faizi həcmində Cavabdeh2 MMC möhürü və imzası ilə satışı həyata keçirə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 MMC üçüncü şəxs qismində iştirak etdiyi əvvəlki məhkəmə çəkişməsi üzrə qəbul edilmiş və hazırda qüvvədə olan məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqları tanınmış və sözügedən mənzilin və mənzilin yerləşdiyi binanın Cavabdeh1 MMC və Cavabdeh2 MMC məxsus olması mü əyyən edilmişdir. Göründüyü kimi sözügedən qətnaməyə əsasən İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, mənzilin dəyərini tam məbləğdə ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericil iyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən sözügedən mənzil üzərində İddiaçı mülkiyyət hüququ əsasında sahiblik, istifadə hüququnun əmələ gəlməsini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Apelyasiya instansiyası məhkəməsi həmçinin düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli “birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin şərtlərinin sonuncu tərəfdən pozulması, mübahisəli mənzili vicdanlı əldə edən İddiaçı ziyanına təfsir oluna bilməz. Digər tərəfdən sözügedən müqavilənin 2.1.5-ci bəndində göstərilir ki, əgər satışı Cavabdeh1 MMC öz adından rəsmiləşdirərsə payçılar və rəsmi dövlət orqanları və alıcılar qarşısında o, öz əmlakı ilə məsuliyyət daşıyır. Cavabdeh1 MMC gördüyü işin yarısı dəyərində, yəni payına düşən hissənin 25 faizi həcmində satışı həyata keçirmək hüququna malikdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqla olaraq qeyd etmişdir ki, İddiaçıla bağlanmış müqavilənin Cavabdeh2 MMC möhürü ilə təsdiq edilməməsi, qanuni təmsilçisi tərəfindən imzalanmaması ilk iddianın rədd edilməsi üçün əsas ola bilməz və Cavabdeh2 MMC ayrıca birinci instansiya məhkəməsində Cavabdeh1 MMC-yə qarşı i ddia qaldırmaqla ona dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda qeydə etmişdir ki, İddiaçı sahiblik və istifadə hüquqları mübahisəli mənzil barəsində tanındığından, hazırki işin həlli baxımından həmin mənzillə bağlı Cavabdeh2 MMC İddiaçı qarşısında müqavilə öhdəliyi daşıyıbdaşımamasının əhəmiyyəti yoxdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin başqa şəxslərə satılmasına dair Cavabdeh2 MMC apelyasiya şikayətinin dəlilinə qiymət verib düzgün olaraq qeyd etmişdir ki, bu hal ona İddiaçıla bağlanmış müqaviləni yenidə nmübahisələndirməyə əsas vermir, həmin şəxslər özləri müstəqil iddia qaldıra bilərlər. Bu səbəbdən də Cavabdeh2 MMC apelyasiya şikayətinin dəlilləri tam əsassızdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin haqlı olar aq qeyd etmişdir ki, Cavabdeh2 MMC xx xxxxxxx 2007-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı bir illik kəsici müddəti də ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddənin mənasına görə kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, mübahisəli mənzil 2007-ci ildə İddiaçı satıldığı halda, bina tikməkdə yeganə məqsədi maddi qazanc əldə etmək və bu məqsədlə də mənzillərin satışında maraqlı olan Cavabdeh2 MMC bundan uzun müddət, yəni xx xxxxxx 2016cı il tarixədək (qarşılıqlı iddianın verildiyi tarixədək) məlumatsız olması inandırıcı, ağlabatan görünmür. Nəzərə almaq lazımdır ki, mübahisəli mənzil xx xxxxxxx 2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC tərəfindən X3, xx xxxxxx 2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən X1 təkrar satılmış və bu alqı-satqı müqavilələri ilə bağlı uzun müddət istintaq orqanınada müvafiq araşdırmalar aparılmışdır. Cavabdeh2 MMC kasa siya şikayətində bu xüsusatları qeyd edərək göstərmişdir ki, mübahisəli mənzil 2008-ci ildə Cavabdeh1 MMC tərəfindən İddiaçı başqa Ramiz Səadətova da satılmışdır və bu hal xx xxxxxxxx 2016-cı il tarixli hökmlə təsdiq olunur. Eyni zamanda İddiaçı da izahatında mübahisəli mənzillə bağlı uzun müddət cinayət araşdırmasının getdiyini, onun, eləcə də Cavabdeh2 MMC həmin proseslərə cəlb edildiyini və nəticədə mübahisəli mənzilin qanuni əsaslarla ona satıldığının müəyyən edildiyini, həmçinin mənzilin əvvəlcə onda olmaqla, orada müəyyən təmir işləri gördüyünü, lakin sonradan Cavabdeh2 MMC mənzili ondan alaraq yarımçıq qalmış təmir işlərini davam etdirdiyini və yalnız xx xxxxxxxx 2018-ci il tarixdə icra məmuru tərəfindən mənzilin ona təhvil verildiyini qeyd etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəm əsinin xx xxxx 2014-cü il tarixli qətnaməsindən də görünür ki, mənzillə bağlı tərəflər arasındakı mübahisə 2011-ci ildən yaranıb, belə ki, həmin mülki iş üzrə İddiaçı iddiasını onunla əsaslandırıb ki, xx xxxx 2011-ci il tarixdə Cavabdeh2 MMC tərəfindən ona bildiriş göndərilərək bağlanmış müqavilənin və maliyyə arayışının Cəmiyyətə təhvil verilməsi tələb olunub və buna əsas kimi isə, Cəmiyyət qarşısında müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilib. Qeyd olunanlardan aydın olur ki, Cavabdeh1 MMC və Cavabdeh2 MMC birgə fəaliyyətindən doğan, o cümlədən mübahisəli mənzillə bağlı uzun müddət cinayət mühakimə icraatı qaydasında ibtidai və məhkəmə araşdırmaları getmişdir. Belə olan halda həmin araşdırma çərçivəsində Cavabdeh2 MMC həmin mənzilin İddiaçı satıldığını bilməməsi mümkün d eyil. Cavabdeh2 MMC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsindən gec məlumat əldə etməsi mümkün görünsə də, onun uzun sürən cinayət araşdırması zamanı mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilədən məlumatsız olması heç cür inandırıcı sayıla bilməz. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət ver ib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Üçüncü şəxs Cavabdeh2 MMC kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13625/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2141/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2141/2020
25.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver