Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2141/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehər Cavabdeh, Ağdaş rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, əqdlərdə təmsilçilik, təmsilçinin şəxsən özü barəsində əqd bağlaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehər Cavabdeh, Ağdaş rayon Not ariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı alqı-atqı müqaviləsinin, reyestr qeydiyyatının və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22.07.2017-ci il tarixli, ƏN-İ seriyalı 662161 saylı etibarnaməyə əsasən X3 2 ay müddətinə İddiaçı1 adından çıxış etmək, imza etmək, ərizə vermək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək etibar edilmiş dir.
2. İddiaçı2 notariat qaydada verdiyi 28.07.2017-ci il tarixli ərizə ilə arvadı İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv.m olan torpaq sahəsinin (bundan sonra – mübahisəli torpaq sahəsi) satılmasına razılıq vermişdir. 3. 28.07.2017-ci il tarixli, AN-İ № ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı1 ona məxsus olan mübahisəli torpaq sahəsini alıcı Cavabdeh satmışdır. İddiaçı1 əvəzinə Ağdaş rayon Notariat Kontorunda 22.07.2017-ci il tarixdə verilmiş 4005 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X4 imza etmişdir. X4 ilə Cavabdeh 23.05.1980-ci il tarixdən rəsmi nikahdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı2 və İddiaçı1 (bundan sonra – iddiaçılar) Cavabdeh (bunda n sonra – cavabdeh), Ağdaş rayon Notariat Ofisinə (bundan sonra – notariat ofisi) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə (bundan sonra - 17 saylı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə (cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4) məhkəməyə müraciət edərək, mübahisəli torpağın alqı-satqı müqaviləsinin, reyestr qeydiyyatının və onun əsasında verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların Ağdaş rayonu, Əmirarx kənd sakini X4 ilə qohumluq əlaqələri vardır. Yaşadığı fərdi-yaşayış evinin arxa-yan tərəfində 0,05 ha zəbt olunmuş və 1969-cu ildən faktiki istifadələrində olan torpaq sahəsi mövcud olub. Həmin torpaq sahəsini qanuna müvafiq qaydada rəsmiləşdirməyə görə təxminən 2017-ci ilin əvvəlində aidiyyəti orqanlara müraciət etmişdir. İlk vaxtlarda torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımı sənədləri toplamağa başlamışdır. Qohumlarına demişdir ki, sənədlər qaydasına qoyulduqdan sonra torpağı satmaq niyyətindədir. Bunu eşidən qohumu X4 2017-ci ilin təxminən fevral-mart aylarında torpağı almaq fikrinə ifadə etmiş, torpaq sənədləşdikdən sonra onu sonuncuya 10000 manata satmaq barədə ilkin razılığa gəlmişlər. Bundan sonra X1 müəyyən qüsurlar olduğunu bildirmiş və onları aradan qaldırmaq adı ilə ona etibarnamə verilməsini təklif etmiş, qohum kimi güvənərək arvadı mülkiyyətçi kimi ona etibarnamə vermişdir. Sonradan xəbər tutmuşdur ki, X4 etibarnamədən istifadə edərək mübahisəli tor paq sahəsini öz arvadının adına sənədləşdirmişdir.
6. Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil məhkəmədən iddianın rədd olunmasını xahiş etmişlər.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Şükür Cəbrayılov onun tanışıdır. Sonuncu ondan qapını rəngləməyi xahiş etmişdir. O da qardaşı Rövşən Cabbarovla birlikdə qapını rəngləmişdir. Daha sonra Şükür Cəbrayılov ondan hasar hörə bilib-bilməməsini soruşmuş, o da hörə biləcəyini bildirmişdir. Həmin vaxt İddiaçı2 da orada görüb tanımışdır. Orada 8 gün işləmişlər. Həyətdə hörülmüş hasarın fundamentini də özləri qazmışlar. Orada olarkən Şükür Cəbrayılovun torpağı İddiaçı2 5000 manata aldığını eşitmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da şahid X6 ilə eyni məzmunlu ifadə vermiş dir.
9. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(014)-1146/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Sultanov) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçılar alqı-satqı müqaviləsi üzrə vəsaitin onlara ödənilmədiyini bildirsələr də, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı2 torpağın satılmasına öz razılığını bildirmiş, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən pul vəsaitinin notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmamış, hazırda 4 ildən sonra iddiaçılar pul vəsaitinin onlara ödənilmədiyini iddia edərək müqavilənin ləğvini məhkəmədən xahiş etsələr də, bununla bağlı məhkəməyə mötəbər s übutlar təqdim edə bilməmişlər. Tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş heç bir əsas mövcud deyil.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 324.2, 324.4, 389.1, 421.1, 421.2, 423.1, 423.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçılar аpellyаsiyа şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakim barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmi şlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi günü, saat 18.05-də məhkəmə prosesi başlayanda hakimin MPM-ə uyğun olmayan hərəkətlərini görüb rüşvət almaları barədə öz çıxışını və cavabdehin anidən və özü də bilmədən dediyi ifadələrin protokola salınmasını və qeyd olunmasını hakimdən tələb etmişdir. Hakim qətnaməni elan etmişdir. Təxminən saat 18:40-da məhkəmə iclas protokolunun tərtib olunması, protokolla tanış olması və qeydlərin yazılmasına dair vəsatət təqdim etmişdir. Hakim vəsatəti qəbul etməyərək sonradan onu çağıracaqlarını demişdir. Dəfələrlə məhkəmədə olmasına baxmayaraq, onu protokollarla tanış etməmiş, qeyd yazmağa şərait yaratmamış, qətnamənin tam mətnini ona təqdim etməmişdir. Məhkəmə tərəfindən MPMin 9.3, 14.2, 77.1, 217.4, 372.6, 372.7, 384.0.2, 385, 394.1, 394.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya baxışı zamanı verdiyi izahatında İddiaçı2 şikayətin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, iddiaçı olaraq alqı-satqı müqaviləsinin ləğvini xahiş etsələr də, əslində həmin müqavilənin etibarsız hesab olunmasını xahiş etməklə, torpaqlarının geri qaytarılmasını istəyiblər.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-2004/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Məmmədov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, mübahisəli torpaq sahəsinin 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında 17 saylı Ərazi İdarəsində Cavabdeh adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş bütün sənədlər ləğv edilmiş, mübahisəli torpaq sahəsinin iddiaçılara qaytarılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh ilə X2 ər-arvad olması özü-özlüyündə iddiaçını etibarnamə əsasında təmsil edən X2 təmsil etdiyi şəxsin əmlakını arvadı ilə ümumi mülkiyyətinə əldə etdiyini təsdiq etmiş olur. Bu isə, öz növbəsində alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas deməkdir. Belə ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Hazırkı iş üzrə mübahis ə olunan alqı-satqı müqaviləsinin etibarsızlığı təsdiq edildiyindən həmin müqavilə əsasında verilmiş plan ölçü sənədi və çıxarış ləğv edilməlidir. Etibarsız hesab edilən müqavilə nəticəsində tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan torpaq sahəsi iddiaçılara qaytarılmalıdır. Cavabdehin etibarsız əqd nəticəsində iddiaçılara hər hansı məbləğdə pul ödəməsi təsdiq edilməmişdir.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 359.1, 152.8, 364.1, 364.2, 360.1, 337.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin də lilləri
17. Cavabdeh (Vəkil) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf torpağı etibarnamə verilməmişdən qabaq özünə almaq istədiyini bildirmişdir. İddiaçı da etibarnaməni bunu bilərək vermişdir. Həm də təmsilçilik hüququ şəxsin alqı-satqı müqaviləsini şəxsən öz adına aparılacağı halda etibarsız edir. Torpaq sahəsini isə təmsilçi həyat yoldaşının adına alqı-satqı etmişdir. Həmçinin, bütün hərəkətlər notariat qaydasında aparıldığı üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
19. Kassator şikayətində Mülki Məcəllənin 359.3-cü maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçılar hər biri ayrı lıqda kassasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
21. Kassasiya şikayətinə etirazlar iddia ərizəsi ilə eyni məzmunda tərtib edilmiş və qətnamənin əsaslı, qanuni və ədalətli olması göstərilmişdir. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fa ktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq
24. Mülki Məcəllə Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 33 7.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə t icarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyy əti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
25. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
28. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.