Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2141/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İkam oğlunun Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1322/2025 nömrəli 4 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakılar ı müəyyən etdi: İşin halları 1. “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi Cavabdehdur. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən Cavabdeh “KİA PRİDE” markalı avtonəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixə kimi verilmişdir. 2. 09.11.2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən Cavabdeh “KİA PRİDE” markalı avtonəqliyyat vasitəsini idarə etməyi X1 etibar etmişdir. Etibarnamə xx.xx.2032-ci il tarixə qədər verilmişdir. 3. 18.11.2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən Cavabdeh “KİA PRİDE” markalı avtonəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2033-cü il tarixə qədər verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10500 manat məbləğində pulun, 121 manat dövlət rüsumunun və 300 manat ekspertiza tədqiqatının dəyərinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı, qiyməti 11500 manat olan, avtonəqliyyat vasitəsinin hissə-hissə alqı-satqısı məqsədilə şifahi və sadə yazılı əqd bağlamışdır. İndiyədək həmin avtonəqliyyat vasitəsinə görə ümumilikdə 10500 manat Cavabdeh ödəmişdir. L akin, aralarındakı bəzi mübahisələrdən sonra, Cavabdeh əsassız olaraq ona verilmiş idarə etmə hüququ barədə etibarnaməsini ləğv etmişdir. Hazırda həmin avtonəqliyyat vasitəsi Nərimanov DYPİ-nin əməkdaşları tərəfindən duracağa qoyulmuşdur və həmin əmlaka dair qeydiyyat şəhadətnamənin Cavabdeh adına olduğundan həmin əmlakı duracaqdan cavabdeh götürə bilər.
6. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü tələbləri qəbul etmir, həmin tələblər tamamilə əsassızdır və həqiqəti əks etdirmir. İddiaçı ilə onun arasında qeyd olunan avtomobilin ona satılmasına dair hər hansı razılaşma olmamış, tərəfindən ondan hər hansı məbləğdə pul alınmamış və ya hər hansı şifahi və ya yazılı əqd imzalanmışdır. İddia tələbində qeyd olunanlar tamamilə yanlışdır. İddiaçı cavabdehə qarşı olan qərəzli münasibətindən irəli gəlir. İddiaçı tərəf öz iddiasını, yəni “Kia Pride” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin guya ona satılmasını təsdiq edən hər hansı bir sübut və ya materialı iddia ərizəsinə əlavə etməmişdir. Yeganə olaraq avtomobil onun tərəfindən idarə olunması üçün iddiaçıya verilmiş etibarnamədir, həmin etibarnamə iş materiallarına əlavə edilmişdir. Bu isə həmin avtomobilin alqı-satqısı anlamına gəlmir. Bir daha qeyd edir ki, tərəflər iddiaçı tərəfindən avtomobilin ona satılmasına dair hər hansı məbləğdə pul ödəməmiş, belə bir razılaşma olmamışdır. Ümumiyyətlə, iddia tələbi qeyri-müəyyəndir. Hesab edir ki, tələb dəqiqləşdirilməlidir. Yəni iddiaçı ya avtomobilin onun mülkiyyətinə keçirilməsi və ya pulun ödənilməsini konkret gös tərsəydi, daha məqsədəuyğun olardı. Bu bir daha onu göstərir ki, iddiaçı hazırki tələblə özgəsinin mülkiyyətini əsassız olaraq sahibliyinə keçirib varlanmaq istəyir. İddiaçının tələbi ona olan şəxsi ədavəti və qərəzli münasibətindən irəli gələn yalan və böhtandan ibarətdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. 7. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, +994 70 247 34 26 əlaqə nömrəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh məxsus +994 70 247 34 26 əlaqə nömrəsi ilə iddiaçının “whatsapp” yazışmalarından görünür ki, tərəflərin avtomobillərin alqı-satqısı, onların təmiri və sair barədə söhbətləri olmuşdur. Həmçinin yazışmalarından müəyyən olunur ki, cavabdeh iddiaçıya səsli mesaj göndərmiş və göstərmişdır ki, “pul verəndə haqq- hesab edək, mənim fikrimlə 1200 qalıb”, yenə səsli mesajda iddiaçı “səhv hesablamısan, problem yoxdur, hesablayarıq təzdən”, “Bilirəm krişkaları ver heç olmasa, söz verdiyin şeyləri ver” cavabını vermişdir, cavabdeh “gələn il maşını adına keçirəndə verərəm”, “olar məndə gəl apar salonda krişka” sözləri ilə cavablandırmışdır.
8. Flaş kartda olan səs yazılarından aydın olur ki, səs yazılarda 2 kişi maşınla bağlı söhbət edirlər. Maşında olan problemlər müzakirə edilir. Onlardan biri digərinin ona maşınla əlaqədar 1000 manat yay aylarında parkda, 1000 manat maşını yeni alan zaman, bir dəfə 1000 və bir dəfə də 500 manat ödədiyini, 7000 də bir dəfəyə ödədiyini, ümumilikdə 10500 manat ödədiyini bildirir. 9. 08.07.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən verilmiş nəqliyyat vasitəsinin qiymətləndir ilməsinə dair hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində buraxılış ili 2008-ci il, qara metalik rəngli, **-CV-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” minik markalı, xetçbek tipli nəqliyyat vasitəsilə eyni texniki parametrlərə uyğun avtomobilin xx.xx.2022-ci il üçün orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri təxminən 12000 manat məbləğində müəyyən edilir. Tədqiqatın dəyəri 300 manat iddiaçı tərəfindən ödənilmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)2291/2024 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı “pul və əmlak” tələbinə dair mülki iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilmişdir.
11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan və məl umatından görünür ki, mərkəz məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir. Səbəb olaraq onu göstərmişdir ki, cavabdehin adından eyniləşdirici tədqiqat aparılması üçün eksperimental səs və nitq nümunəsinin və tədqiqatı tələb olunan mübahisəli fonoqramların dinləmə protokolunun təqdim edilməsi barədə ekspertin vəsatəti təmin edilməmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-2291/2024 saylı mülki iş üzrə 02 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi təmin edilərək Cavabdeh 10500 manat məbləğində vəsaitin, 121 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 300 manat ekspertiza tədqiqatının dəyərinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
13. Məhkəmə iddiaçının tələblərinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
14. Məhkəmə qeyd etmişdir ki, tərəflər tanışdırlar və onlar arasında avtomobil alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuş, cavabdeh özünə məxsus “Kia Pride” markalı, **-CV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 11500 manata iddiaçıya satmışdır. İddiaçı cavabdehə 10500 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizadan müəyyən edilmişdir ki, 2008-ci il buraxılışlı “Kia Pride” markalı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixi üçün orta bazar qiyməti 12500 manat təşkil etmişdir.
15. Eyni zamanda da məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizası da tərəflərin razılaşdığı məbləğin avtomobilin faktiki dəyərinə uyğun olduğunu təsdiqləyir. Belə olan halda da, məhkəmə hesab etmişdir ki, cavabdeh avtomobili geri alıb, ödənilən məbləği, yəni 10500 manat vəsaiti iddiaçıya geri qaytarmamaqla əsassız varlanmışdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərb aycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88 və 217-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Binəqədi Rayon Məhkəməsi iddiaçı “pul və ya əmlak” tələbi ilə məhkəməyə müraciət edərək yaranmış münasibətlərin müqavilədən irəli gəldiyini göstərsə də, məhkəmə iddianın əsasını dəyişərək bunu “əsassız varlanma” kimi göstərir və qətnamədə bunu niyə etdiyini demək olar ki, əsaslandırmamışdır. Hazırki qətnamə istinad olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq plenum qərarı ilə ziddiyyət təşkil etmişdir. Məhkəmə tərəflər arasında alqı-satqı müqaviləsini, avtomobilin iddiaçıya satılmasını qəbul edir, lakin, onun ona qaytaracağı pulun əsasını dəyişir, yəni öhədliyin müqavilədən əmələ gəlməsini qəbul etmir. Halbuki, iddianın əsasını məhz müqavilədən əmələ gələn öhədliyin yerinə yetirilməməsi təşkil edir. İddiaçı X2 iddia tələbində qeyd edir ki, “məndən xx.xx.2022-ci il tarixdə “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı, qiyməti 11500 manat olan, avtonəqliyyat vasitəsinin hissə-hissə alqı-satqı sı məqsədilə şifahi və sadə yazılı əqd bağlamışdır”. Göründüyü kimi iddiaçı öz tələbini əsaslandıran zaman avtomobil almasını qeyd edir və bütün sübutlarını da məhz bu müqavilə üzərindən məhkəməyə təqdim edir. Bu barədə məhkəməyə etiraz təqdim edərək bildirilməyinə baxmayaraq ki, onun tərəfindən iddiaçı A.Baxşıyevə avtomobil verilmişdir, lakin burada məqsəd alğı-satqı olmamışdır. Sonradan iddiaçının belə bir fkiri yaranmışdırsa belə o, avtombil üçün lazımı ödənişi etmədiyindən bu müqavilə baş tutmamış və vermiş olduğu etibarnaməni ləğv edərək sözügedən avtomobili qanunsuz sahiblikdə geri qaytarmışdır. İddiaçının öz iddia tələbini müqavilə adlandırdığı halda, məhkəmə yekun nəticəyə gəldiyi zaman yaranmış münasibətlərə tamamilə başqa hüquqi qiymət vermişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəmə si 2(001)- 2291/2024 saylı, 02 dekabr 2024-cü il tarixli qətnaməsində +994 70 *** ** ** mobil nömrəsinin ona məxsus olmasını qeyd etmiş və buna görə də həmin nömrə üzərindən iddiaçı ilə danışıqlarını sübut kimi qəbul etmişdir. Bununla əlaqədar qeyd edilmişdir ki, həmin nömrə həqiqətən də ona məxsusdur və aralarında danışıq və yazışma olmuşdur. Ümumiyyətlə iddiaçı ilə birbirini tanımışlar və aralarında təkcə avtomobilin verilməsi ilə bağlı deyil, çox mövzularla bağlı danışıqlar aparılmışdır. Onların etirafı olmadığı halda məhkəmə qətnaməsində iddiaçının təqdim etdiyi özünə lazım olan hissəni necə müəyyən etdi ki, həmin səs yazıları məhz avtomobilin alğı-satqısına görə verilmiş puldur? Tamamilə absurddur və məhkəmə sübutlara qiymət verərkən çox böyük səhvə yol vermişdir və məhz buna görə də iddia tələbi rədd edilməlidir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsi müvafiq qətnaməsində yalnız iddiaçı tərəfin təqdim etmiş olduğu whatsapp yazışmasına istinad etmişdir. Baxmayraq ki, həmin sübutlar onlar tərəfindən nə təkzib, nə də təsdiq olunmuşdur. Bu da onu göstərir ki, məhkəmə birtərəfli qaydada işi araşdırmış və yekunda səhv nəticəyə gəlmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1322/2025 nömrəli 4 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2291/2024 saylı, 2 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir k i, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, hazırki iddianın hüquqi dəyərləndirilməsi birinci instansiya məhkəməsinin düzgün olaraq istinad etdiyi Mülki Məcəllənin 1091-ci və 1092.1ci maddələrinin tələbləri daxilində aparılmalıdır.
21. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflər arasında avtomobilin satılmasını özündə ehtiva edən hər hansı etibarlı müqavilə bağlanmamış, cavabdeh “KİA PRİDE” markalı, **-CV-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini müvafiq məbləğ müqabilində xx.xx.2022-cü il tarixli, 7E-14248 seriya nömrəli etibarnamə əsasında iddiaçının sahibliyinə vermişdir. Beləliklə də, iddiaçının həmin avtomobili əldə etmək məqsədilə ödəniş (avtomobilin qiyməti) olaraq ümumilikdə 10500 (7000+3500) manat pul ödədiyi, həmin avtomobilin razılaşmalarına görə o nun sahibliyinə keçdiyi, iddiaçı tərəfindən ödənişlər tam edilmədiyi üçün cavabdehin avtomobilə dair verdiyi etibarnaməni ləğv etdiyi, avtomobili iddiaçının sahibliyindən aldığı da məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.
22. İddiaçının mübahisəli avtomobilin sahibliyinə verilməsi üçün müvafiq məbləğdə pul ödədiyi öz təsdiqini tapsa da qeyd edilməlidir ki, rəsmi dövlət reyestrində qeydə alınmalı olan daşınar əşyalar ilə bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair cavabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamə alqı-satqı müqaviləsinin baş tutmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki etibarnamənin təyinatı fərqlidir və əmlakın adına özgəninkiləşdirilməsinə dair hər hansı öhdəliyin cavabdeh tərəfindən üzərinə götürülməsi həmin etibarnamədə göstərildiyi müəyyən edilməmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88 və 217-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkili Vəkil2 ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamə sini ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırımış, qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddələrinin tələbləri pozulmuşdur.
27. Belə ki, hər iki instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində çıxarıldığına görə ləğv edilməli və iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 385.1. Öhdəliyə əsasən b ir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əs as olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
34. Maddə 1092.1.1.Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq iddiaçı ilə olan əmək müqaviləsi ləğv olunan zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş məcburi qaydaların pozulması qən aətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1322/2025 nömrəli 4 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.