Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2144/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin Cavabdeh qarşı iş mülki üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1342/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları: 1. 19.04.1974-cü il tarixli 121825 saylı orderlə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, 22/24 saylı evin 78 saylı mənzili Cavabdeh ailə üzvləri- İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə birlikdə verilmişdir.
2. Cavabdeh ilə İddiaçı1 arasında olan nikah xx.xx.1989-cü il tarixdə ləğv edilmişdir.
3. Binəqədi Rayon Xalq Məhkəməsinin 2-492 saylı, xx.xx.1993-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir.
4. X3, X1, X4 və X5 tərəfindən imzalanmış akta əsasən onlar Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, ev 22/24 ünvanında yaşayırlar və bildirirlər ki, 1990-cı il tarixdən indiyədək xx.xx.1944-cü il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında yaşamır.
5. Daxili İşlər Nazirliyinin yaşa yış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında qeydiyyatdadır. 6. ünvan 2i Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 145 saylı MənzilKommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır, yaşayır və ailə tərkibinə özü, qızları İddiaçı3 və İddiaçı2, nəvəsi X2 daxildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24-də yerləşən 78 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia o nunla əsaslandırılmışdır ki, cavabdeh mübahisə predmeti olan və onlara məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24-də yerləşən orderli 78 saylı mənzildə onlarla birlikdə olmaqla orada qeydiyyatda qalmışdır. Cavabdeh formal olaraq adıçəkilən mənzildə qeydiyyatda qalsa da, əslində 1993-cü ildən birdəfəlik köçərək anası Əliyeva Səkinəyə məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsində yerləşən 10 saylı binanın 13-cü mənzilində yaşamışdır. Həmin müddətdən Hunaya Ağamalıyeva adlı şəxslə ailə həyatı quraraq həmin ünvanda birgə yaşamağa davam etmişdir. Onların birgə nikahından Orxan adlı oğlu da olmuşdur. Həmin oğlunun da qeydiyyatı məhz anasına məxsus həmin ev olmuşdur. Cavabdehin Binəqədi Rayon Məhkəməsinin 2-492 saylı 1993-cü il ta rixli qətnaməsinə əsasən həmin mənzilə köçürülməsi barədə qətnaməsi mövcud olsa da, lakin heç zaman mənzil zərurəti mövcud olmadığından həmin ünvana köçüb yaşamamışdır. Bu hal bir daha təsdiq edir ki, onun mənzildə yaşamaq zərurəti olmamışdır. Cavabdeh 30 ildən artıqdir ki, mübahisə predmeti olan mənzildə yaşamamış və orada heç bir əşyası qalmamışdır. Həmin müddətdən yeni qurduğu ailəsi ilə birlikdə anasına məxsus evdə yaşamağa başlamışdır və indiyə kimi cavabdehin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 22/24-də yerləşən orderli 78 saylı mənzillə heç bir əlaqəsi yoxdur və heç bir əsas onu həmin mənzilə bağlamır. Etibarlı ailə əlaqələri mövcud deyildir, ehtiyaclarını həmin mülkiyyətdən istifadə etməklə qarşılamır. Göründüyü kimi, cavabdehin öz ailəsi, öz yaşayış yeri v ardır, onun göstərilən mənzildə qeydiyyatda olması və orada istifadə hüququnun qalmasına zərurət aradan qalxmışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5018/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, 22/24 saylı evin 78 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə aktına əsasən mübahisəli mənzilə istifadə hüququ tanınmaqla köçürülən cavabdeh 30 (otuz) ilə yaxın müddət ərzində həmin mənzildən istifadə etməməklə həmin yaşayış sahəsinə ehtiyacın olmamasını nümayış etdirmiş, bununla da, dövlət mülkiyyətində olan mənzilə istifadə hüququnu itirmişdir.
11. Məhkəmə həmçinin cavabdehi n iddia tələbinə münasibət bildirib qeyd etmişdir ki, cavabdehin mənzildən istifadə etməsinə iddiaçılar tərəfindən maneələr yaradılmasını göstərsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutları, yəni 30 (otuz) il ərzində mübahisəli mənzilə köçürülməsi və qanuni qüvvəyə minmiş məhkəmə aktların icrasının təmin edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 372.1, 372.2, 373.2, 377.2, 385.1, 425.1, 444.2-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar işin faktiki hallarını bütövlüklə təhrif etmiş, özlərini mübahisəli mənzilin mülkiyyətçisi kimi təqdim etmişlər və mənzil mülkiyyətçisinə aid olan maddi normalara istinad etmişlər. Halbuki, işin həqiqi hallarında müəyyən olunur ki, iddiaçılar mübahisəli mənzilin mülkiyyətçiləri deyillər. Həmin mənzili Cavabdeh Sovet dövründə fəaliyyət göstərdiyi müəssisədən order əsasında almışdır, hazırda da mənzil kirayə müqaviləsi onun adındadır. Bundan başqa, hazırkı işə baxan məhkəmə onun üçün preyudisial əhəmiyyətə malik Binəqədi rayon məhkəməsinin 2-492 nömrəli xx.xx.1993-cü il tarixli qətnaməsinin nəticələrini və həmin qətnamə üzrə müəyyən edilmiş faktları qəbul etmək dən imtina etmişdir, yəni həmin qətnaməni əhəmiyyətsiz qiymətləndirmişdir. Nə qədərki, iddiaçılar mənzilin mülkiyyətçiləri deyillər və mənzil kirayə müqaviləsi onların adına deyil - deməli onlar cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi vermək üçün subyektiv hüquqa malik deyillər. İddiaçıların hər hansı subyektiv hüquqları pozulmamış, onların qanunsuz əməlləri nəticəsində hüquqları pozulan şəxs Cavabdeh olmuşdur. Şəxsin mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququ (subyektiv hüquq) yaşayış sahəsinin mülkiyyətçisi malikdir. Mübahisəli mənzil mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata heç kimin adına qeydiyyata alınmamışdır. Ona görə cavabdehin yaşayış hüququna xitam verilməsi məsələsin ə baxılarkən Mülki Məcəllənin 228.1 və 228. 2-ci maddəsi və Mənzil Məcəlləsinin 30-cü maddəsi tətbiq edilə bilməz və iddia ərizəsi bu hissədə tam əsassızdır. Ehtimal edilsə ki, iddiaçılar mənzilin “mülkiyyəçisidirlər”, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən onlar bu halda da cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi tələb edə bilməzlər. İşin hallarından müəyyən olunur ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 əmək qabiliyyətinə malik olmayan cavabdehin doğma övladlarıdırlar və onlar əmək qabiliyyətinə malik olmayan valideynlərini saxlamaq öhdəliyini daşıyarlar. Lakin onlar, doğma atalarına saxlamaq və qayğı göstərməyə dair qanunla üzərinə düşən öhdəliklərini icra etmək əvəzinə, əksinə olaraq atalarına qarşı məhkəməyə iddia ərizəsi verib onun mənzildə olan hüquqularından məhrum e tmək istəyirlər. Konstitusiya Məhkəməsinin Plenumunun analoji işlərdə formalaşdırdığı hüquqi mövqeyinə görə, Cavabdeh iddiaçılar ailə üzvü sayılır, o əmək qabiliyətinə malik olmadığı üçün iddiaçılar onu saxlamaq öhdəliyini daşıyırlar və cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb etmək hüququna malik deyillər. Həmin mənzil Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir, ailə üzvləri həmin mənzil üzərində sərəncam vermək (özəlləşdirmək ) hüququ əldə etmişlər, lakin iddiaçıların destruktiv mövqeyinə görə mənzil bu günə özəlləşdirilməmiş və dövlət qeydiyyatına alınmamışıdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddiaçılar cavabdehi bu hüquqdan məhrum etmək istəyirlər.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2( 103)-1342/2024 saylı qətnaməsi ilə (hakimlər Elşən Kazımov sədrlik edən, məruzəçi, Kamran Əkbərov və İkram Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon məhkəməsinin 2(001)5018/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin mövqeyindən bəlli olmuşdur ki, əslində onun niyyəti heç də mübahisəli mənzilə köçərək orada həm keçmiş arvadı və övladları, həm də yeni arvadı və övladı ilə birlikdə yaşamaq deyil, həmin mənzildən pay əldə etmək istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə iddiaya gətirdiyi etirazı arasında ziddiyyət yaranır. Çünki, mənzildən pay almaq üçün, həmin mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmədiyini bəyan etmək, məqsədinə çatmaq üçün düzgün vasitə deyildir. Bunu qarşı tərəf olan keçmiş arvadı və övladları ilə ya məhkəmədən kənar həll oluna bilərdi, yaxud indiyədək həqiqi istəyinə uyğun iddia ilə məhkəməyə müraciət edə bilərdi.
17. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 53, 54, 60, 87-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh kassasiya şi kayətini apellyasiya şikayətinin dəlillərinə uyğun və oxşar məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh gözləniləm mülkiyyət hüquq konkret qanuna (Mənzil fondunun özəlləşdirilməsi haqqında “ Qanun) əsaslandığı üçün qanuni hesab edildiyi halda, birinci instansiya məhkəməsi cavabdehin əmlak hüquqularına qanunsuz müdaxilə edərək onun gözlənilən mülkiyyət hüquqularını pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının qüvvədə olan) Mülki Məcəlləsi (xx.xx.2009-cu ilədək
21. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə m üvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;
22. Maddə
53. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
23. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərin in razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;
24. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
25. Maddə 87.Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvl əri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarı
26. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil m übahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı
27. Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün ttbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv ed ilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə aktına əsasən mübahisəli mənzilə istifadə hüququ tanınmaqla köçürülən cavabdeh 30 (otuz) ilə yaxın müddət ərzində həmin mənzildən istifadə etməməklə həmin yaşayış sahəsinə ehtiyacın olmamasını nümayış etdirmiş və bununla da, dövlət mülkiyyətində olan mənzilə istifadə hüququnu itirmişdir.
38. Apellyasiya instansiy ası məhkəməsi, cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, cavabdeh mənzildən istifadə etməsinə iddiaçılar tərəfindən maneələr yaradıldığını göstərsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutları, yəni 30 (otuz) il ərzində mübahisəli mənzilə köçürülməsi və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına onların mane olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.
39. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin mövqeyindən bəlli olmuşdur ki, əslində onun niyyəti heç də mübahisəli mənzilə köçərək orada həm keçmiş arvadı və övladları, həm də yeni arvadı və övladı ilə birlikdə yaşamaq deyil, həmin mənzildən pay əldə etmək istəyidir. Ancaq bu vəziyyətdə əsl niyy əti ilə iddiaya gətirdiyi etirazı arasında ziddiyyət yaranır. Çünki, mənzildən pay almaq üçün, həmin mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmədiyini bəyan etmək, məqsədinə çatmaq üçün düzgün vasitə deyildir. Bunu qarşı tərəf olan keçmiş arvadı və övladları ilə ya məhkəmədən kənar həll oluna bilərdi, yaxud indiyədək həqiqi istəyinə uyğun iddia ilə məhkəməyə müraciət edə bilərdi.
40. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etməklə düzgün nəticəyə gəlmiş, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(103)-1342/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.