Məhkəmə qərarları › İş №2(102)-2146/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2146/2021

14.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2146/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı; İddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pulun ödənilməsi, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh vəkili Vəkil1, X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərindəki hüquqlarla bağlıdır. İddiaçı torpaq sahəsindəki payına uyğun ona pul əvəzinin verilməsini, Cavabdeh isə həmin ev və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindəki payına uyğun əvəzin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsindəki payına uyğun əvəz şəklində 220.000 (iki yüz iyirmi min) manat miqdarında pul vəsaitinin birdəfəlik olaraq Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin (0,02217 ha) 1/3 hissəsinin (73,9 kv.m) mülkiyyətçisidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının \ nömrəli, 27 oktyabr 2017-ci il tarixli Qərarına əsasən qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-X nömrəli, 07 iyun 2017-cı il tarixli qərarına uyğun olaraq, onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv. m) üzərində hüquqların dövlət qeydiyyatına alınmasından i mtina qanunsuz hesab edilmiş, həmin hissəyə dair İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirilməsi və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi idarənin üzərinə qoyulmuşdur. Müvafiq icra sənədinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv.m) üzərində onun mülkiyyət hüququnu rəsmiləşdirmiş və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış vermişdir. Torpaq sahəsinin digər mülkiyyətçisi Cavabdehdır. Torpaq sahəsinin 2/3 hissəsinin mülkiyyətçisi olmasına rəğmən o, iddiaçıya məxsus hissəyə də sahiblik edərək, onun öz payına düşən torpaq sahəsinə sa hiblik və istifadə hüququnu məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh ilkin iddiaya etiraz edərək göstərmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi ünvan 3 ünvanda yerləşən, 2/3 hissəsi Cavabdeh, 1/3 hissə isə İddiaçı ümumi paylı mülkiyyətində olmuş fərdi yaşayış evinin altındakı və həyətyanı torpaq sahəsidir. Hazırda isə bu fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququna xitam verilmiş, ev tamamən cavabdehin mülkiyyətindədir. Evin əvvəlki mülkiyyətçiləri hər biri daşınmaz əmlakın 1/3 hissəsinə payla İddiaçı, onun qardaşı X və bacısı x olmuşlar. Sonradan iddiaçının qardaşı X29 sentyabr 2010cu il tarixdə, bacısı x isə 06 yanvar 2011-ci il tarixdə öz paylarını Cavabdeh satmışlar. 2011-ci ilin mart ayında x məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq evin yararsız vəziyyətdə olması, belə vəziyyətdə ondan istifadənin mümkünsüzlüyü, onun bərpa olunmasında İddiaçı iştirak etmək istəməməsi, eləcə də, evdən birlikdə istifadə etmək barədə razılığın əldə olunmaması, İddiaçı mülkiyyət hüququndan sui-istifadə etməsi, vəzifələrini yerinə yetirməməsi səbəbindən tərəflər (payçılar) arasında mübahisə yarandığını əsas gətirərək, ümumi paylı əmlakın qapalı hərracdan satılması yolu ilə ümumi mülkiyyətə xitam verilməsini tələb etmişdir. İddiaçı isə qarşılıqlı iddia qaldıraraq evin 2/3 hissəsinin Cavabdeh satılması zamanı onun satın almaqda üstünlük hüquqlarının pozulması əsası ilə həmin 2/3 hissə payı tələb etmişdir. Nərimanov Rayon Məhkəməsi 2011-ci ilin may ayında mübahisəli evə baxış keçirmiş, evin y arısökülmüş və yaşamaq üçün yararsız vəziyyətdə olduğunu təsbit etmişdir. Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin, İddiaçı qarşılıqlı iddiası isə rədd edilmişdir. Bu qətnamə apellyasiya instansiya məhkəməsinin birinci qətnaməsi ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Lakin qətnamə kassasiya instansiya məhkəməsi tərəfindən ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Beləliklə, işə uzun müddət ərzində 5 dəfə müxtəlif məhkəmə instansiyalarında baxılmışdır. Yarısökülmüş binanın qalıqları və tullantıları yanğın təhlükəsi yaratdığı, sanitar normaları pozduğu və ətraf mühitə ziyan vurduğu üçün Cavabdeh mübahisəyə yuxarı instansiya məhkəmələrində baxılan dövrdə baş verə biləcək hər hansı bir bəd bəxt hadisənin qarşısının alınması məqsədilə ərazini söküntülərdən və tullantılardan təmizlətdirmiş və ərazini abadlaşdırmaq məcburiyyətində qalmışdır. Lakin ikinci dəfə 30.05.2012-ci il tarixdə işə baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası apelyasiya şikayətinə baxılan müddətdə fərdi yaşayış evinin faktiki mövcud olmadığını əsas gətirərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və hər iki iddianın rədd edilməsini qət etmişdir. Bu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.11.2012-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra İddiaçı məhkəmədə Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia qaldıraraq, 1/3 hissəsinin mülkiyyətçisi olduğu fərdi yaşayış evinin sökülməsi nəticə sində ona mülkiyyət hüququndan məhrum olduğu evin 1/3 hissəsinə və müvafiq hissədə tikilinin altındakı torpaq sahəsindən istifadə hüququnu itirməyə görə maddi zərər qismində 250.000 manat, mənəvi zərər qismində isə 30.000 manat olmaqla, ümumilikdə 280.000 manat məbləğində pulun daşınmaz əmlakın qalan 2/3 hissəsinin payçısı Cavabdeh tutularaq ona ödənilməsini tələb etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə ümumilikdə 60.000 manat məbləğində pulun tutulması qət edilmişdir. Hər iki tərəfin bu qətnamədən ayrı-ayrılıqda verdikləri apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 16 dekabr 2013-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2014-cü il qərarı ilə tərəflərin həmin qətnamədən verdikləri kassasiya şikayətləri də təmin edilməmişdir. Nəticə etibarı ilə Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən icra edilərək, İddiaçı ümumilikdə 60.000 manat ödənilmişdir. Bundan sonra Cavabdeh sökülmüş evin yerində yeni ev tikmişdir. Cavabdeh qətnaməni icra etdikdən, yəni İddiaçı 1/3 payının dəyərini ona tam ödədikdən sonra məhkəmədə iddia qaldıraraq, İddiaçı mübahisəli fərdi yaşayış evinə 1/3 payla ümumi paylı mülkiyyət hüququna xitam verilməsini və onun həmin ev üzərində tam mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. İddiaçı də məhkəmədə qarşılıqlı iddia qaldıraraq, sözügedə n fərdi yaşayış evinə aid 0,02217 ha sahəsi olan torpaq sahəsinin bölünməsi, həmin torpaq sahəsinin 1/3 hissəsinin koordinatlarının müəyyən edilməsi və qarşılıqlı iddia üzrə iddiaçıya ayrılması, həmin torpaq sahəsinin 1/3 hissəsinin onun faktiki sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsinin 1/3 hissəsi üzrə bütün hüquqların həyata keçirilməsində Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı qeyri-şərtsiz buraxılmasının Cavabdeh bir vəzifə kimi həvalə edilməsi və onun həmin hissə üzrə bütün hüquqlarının həyata keçirilməsinə maneəçilik törədilməməsini tələb etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək İddiaçı mübahisəli fərdi yaşayış e vinə 1/3 payla ümumi paylı mülkiyyət hüququna xitam verilmiş və Cavabdeh həmin ev üzərində tam mülkiyyət hüququ tanınmışdır. İddiaçı qarşılıqlı iddiası isə rədd edilmişdir. Mülki qaydada mübahisə gedən dövrdə, İddiaçı parallel olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış verilməsini tələb etmişdir. Lakin 05.05.2016-cı il tarixli bildirişlə ona torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, evin payçıları arasında torpaq sahəsinin bölgüsü aparılmamış, ölçmə və sənədləşdirmə işlərinin aparılması üçün yerində baxış keçirilməsi tə min olunmamışdır. Bundan sonra, İddiaçı 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “iddiaçının torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddianı qaldırmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 07 iyun 2017-ci il tarixli qərarı ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ünvan 2 saylı fərdi yaşayış evinə aid torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv/m) üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinas ı qanunsuz hesab edilmiş, həmin torpaq sahəsinin 1/3 hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun rəsmiləşdirilməsi və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının 20.11.2017 tarixli, x nömrəli qərarı ilə apellyasiya məhkəməsinin bu qərarı dəyişdirilmədən saxlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə yenidən baxılmış, Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 25 aprel 2018-ci il tarixli, x nö mrəli qərarı ilə İddiaçı tərəfindən verilən kassasiya şikayəti də təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh sözügedən fərdi yaşayış evinə tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 16.08.2019-cu il tarixdə qeydiyyata alınmış, həmin ev üzərində iddiaçının paylı mülkiyyət hüququna dair qeydiyyat isə ləğv edilmişdir. Beləliklə, iddiaçı mübahisəli torpaq sahəsini evə paylı mülkiyyət hüququnu itirməzdən və həmin payın cavabdehə keçməsindən əvvəl özəlləşdirmişdir. Cavabdeh fərdi yaşayış evinə aid torpaq sahəsinin özəlləşdirilməsini tələb etmədiyi üçün, yalnız 1/3 hissədə torpaq sahəsi xüsusi mülkiyyətdədir. Lakin özəlləşdirilən 1/3 hissənin koordinatları müəyyən edilməmiş, özəlləşdirilməmiş hissədən fiziki olaraq ayrılmamışdır. Cavabdehin evdən 1/3 hissə və 0.00739 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 28.03.2018-ci il tarixdə qeydiyyata alınmış, ona ******* nömrəli çıxarış verilmişdir. İddiaçının hazırkı iddiasında qoyulan tələblər barəsində Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli, xnömrəli qətnaməsi vardır. Həmin qətnamə hazırda da qüvvədədir. İddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında bildirir ki, hazırkı iddianın əsası əvvəlkindən fərqlidir. Belə ki, əvvəlki iddiasını torpağa olan hüququnun pozulmasına münasibətdə məhkəmə təmin etməmişdir. Məhkəmə bu qərarını onunla əsaslandırmışdır ki, iddiaçının torpağa mülkiyyət hüququ olmamışdır. Lakin iddiaçı sonradan mülkiyyət hüququ əldə etdiyi üçün yeni əsasla, yəni mülkiyyətçi qismində hazırkı iddianı qaldırmışdır. İddiaçının bu dəlili tam əsassızdır, çünki hazırkı iddia ilə əvvəlki iddianın fərqi sadəcə ondan ibarətdir ki, iddiaçı əvvəlki iddia ərizəsində evin sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi kimi və torpaq sahəsinin payına uyğun kompensasiya şəklində, ümumilikdə 250.000 manat tələb etmiş, hazırkı ərizəsində isə yalnız torpağa hüququnun itirilməsinə görə 220.000 manat tələb edir. Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2013cü il tarixli, X nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə kompensasiya təkcə evdəki paya görə deyil, həm də onun altındakı torpağa hüququn itirilməsinə görə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.05.2014-cü il tarixli,X nömrəli qərarında da qeyd edilmişdir ki, mübahisəl i evə paylı mülkiyyət hüququ olan digər şəxslər özlərinə məxsus 1/3 hissəni, ümumilikdə isə 2/3 hissə payı Cavabdeh torpaq sahəsində olan hüquqla birlikdə satmış, birinci və apellyasiya instansiya məhkəməsi isə İddiaçı məhv olmuş 1/3 hissədəki payına görə digər payların alqı-satqı qiymətinə uyğun məbləğdə kompensasiya ödənilməsini müəyyən etmişdir. Göründüyü kimi, iddiaçı həmin vaxt mübahisəli torpaq sahəsini özəlləşdirməsə də, məhkəmə onun payçısı olduğu evin altında yerləşən torpaq sahəsinə hüquqlarının olduğunu təsdiq etmiş və bu hüququn itirilməsinə görə ona evdəki payla birlikdə bazar qiymətinə uyğun kompensasiya müəyyən etmişdir. Yəni, iddiaçının torpağa hüququnun itirilməsinə görə kompensasiya ödənilməsi tələbi qismən də olsa, təmin edilmişdir. İddiaçının həmin torpaq sahəsinə hüquq unun itirilməsinə görə yenidən kompensasiya tələb etməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə yol verilmir. Ona görə də, hazırkı iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Əgər məhkəmə iddia tələbinin əsasının dəyişdiyi qənaətinə gələrək, işin icraatına xitam vermirsə, onda mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi tətbiq edilməlidir. Müvafiq maddənin tələblərinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki mülki iş üzrə mübahisəli torpaq sahəsinə hüququn itirilməsinə görə iddiaçıya kompensasiya, hələ həmin torpaq sahəsinin özəlləşdirilməsindən əvvəl məhkəmə tərəfindən müəyyən edilmiş və cavabdeh tərəfindən ödənilmişdir. Bu hal-hazırkı iddianın rədd edilməsi üçün kifayətdir. ******* nömrəli çıxarışdan görünür ki, fərdi yaşayış evinə mülkiyyət hüququ 25.02.2009-cu il tarixdə 1/3 hissədə İddiaçı, 15.02.2011 tarixdə 2/3 hissədə Cavabdeh adına qeydiyyata alınmışdır. Evin altında olan torpaq sahəsinə mülkiyyət hüququ isə dövlətə məxsus olmuşdur. Həmin torpaq sahəsinə tərəflərin istifadə hüququ qeydiyyata alınmışdır. ******* nömrəli çıxarışdan görünür ki, fərdi yaşayış evindən 1/3 hissə və 0.00739 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Daşınmaz 5. 6. 7. 8.

9. Əmlakın Dövlət Reyestrində 28.03.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Evin digər 2/3 hissəsinə mülkiyyət hüququ cavabdehə aid olmuşdur. Bu çıxarışda evə aid torpaq sah əsinin qalan 2/3 hissəsi ilə bağlı qeyd yoxdur. Hesab edir ki, İddiaçı hazırda nə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə, nə də onun altındakı torpaq sahəsinə hüququ qalmamışdır. Ona görə də onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi üzərində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslan dırılmışdır ki, işin mübahisə olunmayan hallarından göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsini evə paylı mülkiyyət hüququnu itirməzdən və həmin pay cavabdehə keçməzdən əvvəl özəlləşdirmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə, 28.03.2018-ci il tarixdə qeydə alınmışdır. Hazırda məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında d aşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə, 16.09.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı evdəki 1/3 hissə paya və torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı isə ləğv edilmişdir. Müvafiq qeydiyyat Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.10.2016-cı il tarixli qətnaməsinin icrası yolu ilə aparılmışdır. Hazırda İddiaçı nə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə, nə də onun altındakı torpaq sahəsinə hüququ qalmamışdır. Ona görə də, hazırda mövcud olan ******* nömrəli çıxarış da hüquqi qüvvəyə malik olmadığından ləğv edilməlidir. İddiaçı qarşılıqlı iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinin qanunsuz və əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) 19 dekabr 2019-cu il tarixli 2(005)3048/2019 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı daşınmaz əmlaka hüquqların qeydiyyatı barədə çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi üzərində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyest rindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən İddiaçı torpaq sahəsinə olan hüquqlarının itirilməsinə görə evdəki payla birlikdə bazar qiymətinə uyğun olaraq 50.000 manat məbləğində kompensasiya ödənildiyindən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(005)-7922/2016 nömrəli qətnaməsinə əsasən İddiaçı müvafiq fərdi yaşayış evinin 1/3 hissəsinə paylı mülkiyyət hüququna xitam verilməsi və Cavabdeh müvafiq fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnun tanınması qət edildiyindən ilk iddiada İddiaçı ümumi əmlakdakı paya hüququnu itirmişdir. Bu səbəbdən qarşılıqlı iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi üzərində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), Vəkil1 və Ş.Məmmədova) 03 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(005)3048/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gə ldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iş üzrə yeni qərar qəbul olunmasını, ilkin iddianın təmin tam təmin edilərək torpaq sahəsinin onun payına uyğun əvəzi şəklində 220.000 manat miqdarında pul vəsaitinin birdəfəlik olaraq Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə faktiki olaraq qüvvədə olan 2 məhkəmə aktı (Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının X saylı 07 iyun 2017-cı il tarixli Qərarı və Azərbaycan Respu blikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Xsaylı 27 oktyabr 2017-ci il tarixli Qərarı) ləğv edilmiş, bu isə yolverilməzdir. S. Nağıyevanın iddia tələblərinin təmin edilməsi üçün heç bir hüquqi əsaslar mövcud deyildir. Onun iddia tələbləri qanunla əsaslandırılmır. İlkin iddiaçı ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin (0,02217 ha) 1/3 hissəsinin (0,00739 ha və ya 73,9 kv.m) mülkiyyətçisidir. Müvafiq icra sənədinə əsasən İdarə 28 mart 2018-ci il tarixdə həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu rəsmiləşdirmiş və buna dair adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı vermişdir. Birinci instansiyası məhkəməsi məhz həmin çıxarışı qanunsuz olaraq ləğv etmiş, apellyasiya məhkəməsi isə bununla əsassız olaraq razılaşmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, S. Nağıyevanın qarşılıqlı iddiasında nəzərdə tutulan tələb İdarəyə qarşı irəli sürülməmişdir. İlkin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsi (73,9kv. m) üzrə hüquqlar isə hər hansı əsasla X4ma keçməmiş və həmin keçmə üçün heç bir hüquqi əsas mövcud deyil. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 noyabr 2019-cu il tarixli və İdarənin 12 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,00739 ha torpaq sahəsi ilkin iddiaçının mülkiyyətindədir. Həmçinin S. Nağıyevanın adına verilmiş 16 avqust 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan da görünür ki, o, ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin hüquq sahibidir. Onu da qeyd etmək istəyir ki, ilkin iddiaçının Cavabdeh qarşı evə aid torpaq sahəsinin 1/3 hissəsinin onun faktiki sahibliyinə və istifadəsinə verilməsi, həmin hissədən bütün hüquqlarının həyata keçirilməsində Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və s. iddia tələbləri inzibati işin predmeti olmamışdır. Tərəflər arasında torpaq sahəsindən istifadə ilə bağlı mübahisə inzibati iş üzrə baxılmamışdır (həmin işin predmeti olmamışdır). Xüsusilə qeyd edir ki, o, qardaşı VX və bacısı N.X fərqli olaraq ev üzrə ona məxsus payını (topraq sahəsi üzrə hüquqla birlikdə) Cavabdeh satmamışdır. Evdəki pavına görə kompensasiya yox, evin sökülməsinə görə zərərin əvəzi ona ödənilmişdir - həmin ödənişin hüquqi statusu məhz bu cürdür. O, əvvəlki mülki işlər üzrə (o cümlədən 2013-2014-ci illərdə) öz payının ayrılm asını tələb etməmiş, bu da həmin işlər üzrə qəbul olunmuş məhkəmə aktlarından açıq-aşkar görünür. İddia tələbi aşağıdakı idi - evin sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi. Bir daha xüsusilə bildirir ki, öz payını (o cümlədən torpaq sahəsi üzrə) X satmamış, həmin paydan onun xeyrinə imtina etməmiş, bu pay hərracdan satılmamışdır. ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin (0,02217 ha) 1/3 hissəsi (73,9 kv.m) ona mülkiyyət hüququ əsasında məxsusdur. Cavabdeh onu həmin hissədən istifadə etməsindən məhrum etmişdir. Cavabdeh, ona mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsindən əsassız olaraq sahiblik edir və ondan istifadə edir. Bununla əlaqədar olaraq, o, hazırkı iş üzrə MM-nin 215.2-ci maddəsinin müddəalarına əsas götürərək X müvafiq əvəz ödəməyi tələb edir. Hazırda həmin ərazidə yerləşən torpaq sahələrinin 1 kv. m.-nin real bazar qiyməti 2.500-3.000 manat təşkil edir. Bundan əlavə, ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin (0,02217 ha) 1/3 hissəsi (73,9 kv.m) üzərində onun mülkiyyət hüququma xitam verilməmişdir - buna dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil. Qanunsuz olaraq mülkiyyətindən məhrum edilmişdir. Məhkəmələr onun hüquqlarını kobud şəklində pozmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdilər.

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 kassasiya şikayət inə etiraz edərək onun təmin olunmamasını, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

18. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qar şı etiraz edilə bilər.

19. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

20. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

21. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrı lmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

22. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da pa ylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

23. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyu la bilər.

26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

27. Maddə 88, hissə 1 və

3. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub ola n və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu:

28. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

29. Maddə 12.2. Dövlət reyestrindən elektron çıxarışın mə zmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Maddə 13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

38. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2011-ci il tarixli, 2(005)-1491/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun paylı mülkiyyətçiləri Cavabdeh (2/3 hissən in payçısı) və İddiaçı (1/3 hissənin payçısı) üçün keçirilən qapalı hərracdan (auksiondan) satılması, satış qiymətinin hərracda uduzan tərəfin (payçının) payına mütənasib hissəsinin hərracda udan tərəfdən (payçıdan) alınaraq hərracda uduzan tərəfə (payçıya) ödənilməsi, həmin tərəfin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindəki payının hərracda qalib gələn tərəfin (payçının) mülkiyyətinə verilməsi, hərracda uduzan tərəfin həmin ev üzərindəki ümumi paylı mülkiyyət hüququna xitam verilməsi, qarşılıqlı iddia üzrə İddiaçı ünvan 1 ünvanda yerləşən yerləşən fərdi yaşayış evinin 2/3 payının alınmasında üstünlük hüququnun tanınması, həmin pay üzrə alıcının hüquq və vəzifələrinin ona keçməsi, ev üzrə tam mülkiyyət hüququnun onun adına qeydiyyata alınması və mülkiyyət hüququnun həyata keçirilməs ində törədilən maneələrin aradan qaldırılmasına dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

39. İşə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli X1 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2011-ci il tarixli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

40. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2012-ci il tarixli,X ömrəli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli, Xnömrəli qətnaməsinin ləğv edilməsi, işin apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməs i qərara alınmışdır.

41. İşə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 30 may 2012-ci il tarixli,Xnömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2011-ci il tarixli, X nömrəli qətnaməsinin ilkin iddianın təmin edilməsinə dair hissədə ləğv edilməsi, iddiaçı Cavabdeh iddia tələbinin təmin edilməməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2011-ci il tarixli, X nömrəli qətnaməsinin digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

42. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli, 2(102)-3664/12 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh İddiaçı kassasiya şikay ətlərinin təmin edilməməsi qərara alınmışdır.

43. İşə əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli, X nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı müvafiq evin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi torpaq sahəsinin payına uyğun kompensasiya şəklində 250.000 manat, mənəvi zərərə görə isə 30.000 manat olmaqla, cəmi 280.000 manat miqdarında pul vəsaitinin birdəfəlik cavabdehdən tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, mübahisəli mənzilin digər mülkiyyətçilərin hər birinə məxsus 1/3 hissəsinin hər birinin 2010-cu il tarixdə müvafiq olaraq 50.000 və 60.000 manata satılması nəzərə alınaraq, Cavabdeh İddiaçı xeyrinə 50.000 manat maddi, 10.000 manat məbləğində isə mənəvi ziyanın tutulması, iddianın qalan hiss ədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi vərəsəlik əsasında hər birinə 1/3 hissədə olmaqla Ukleyn Viktor, İddiaçı və Teryoşkina Nina arasında bərabər payda bölünmüşdür. Həmçinin, mübahisə predmeti olan evin tamamilə sökülməsi və yerində yaşıllaşdırma-abadlıq işlərinin aparılması məlum olmuşdur.

44. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 16 dekabr 2013-cü il tarixli, X nömrəli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

45. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 6 may 2014-cü il tarixli, X nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 16 dekabr 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, İddiaçı tərəfindən mülkiyyət hüququ əldə olunmamış torpaq sahəsinə görə cavabdehdən pul vəsaitinin tələb olunmasının hüquqi əsası mövcud deyildir. Bundan əlavə, mülki işin materialları ilə müəyyən edilir ki, İddiaçı ilə mübahisəli evə paylı mülkiyyət hüququ olan digər şəxslər özlərinə məxsus 1/3 hissədə, cəmi 2/3 hissə payı Cavabdeh torpaq sahəsinə olan hüquqla birlikdə satmış və birinci və apelyasiya instansiya məhkəməsi İddiaçı məhv olmuş 1/3 hissədəki paya görə digər payların alqı-satqı nəticəsində aldıqları məbləğə uyğun məbləğdə kom pensasiya ödənilməsini müəyyən etmişdir.

46. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, X nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddia ərizəsi təmin edilmiş, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə paylı mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh müvafiq fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnun tanınması, İddiaçı evin torpaq sahəsinin bölünməsi, həmin torpaq sahəsinin 1/3 hissəsinin koordinatlarının müəyyən edilməsi və bu sahənin onun faktiki istifadəsinə və sahibliyinəı verilməsi, bu torpaq sahəsinə hüquqların həyata keçirilməsinə tprədilən maneələrin aradan qaldırılması və s. dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

47. İşə əlavə edilmiş Bakı Apely asiya Məhkəməsinin 01 fevral 2017-ci il tarixli, X nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

48. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 avqust 2017-ci il tarixli,X nömrəli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 01 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

49. İşə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, X nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apely asiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

50. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, X nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, X nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

51. İşə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 24 noyabr 2016cı il tarixli, X nömrəli qərarının surətindən görünür ki, İddiaçı və üçüncü şəxs Cavabdeh apelyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2016cı il tarixli, X nömrəli qərarının dəyişdi rilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2017-ci il tarixli, X nömrəli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 24 noyabr 2016-cı il tarixli, X nömrəli qərarının iddiaçının şikayətinə münasibətdə ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 07 iyun 2017-ci il tarixli, X nömrəli qərarının surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2016-cı il tarixli, X nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ünvan 2 nömrəli fərdi yaşayış evinə aid torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv. m) üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanunsuz hesab edilmiş, Bakı şəhər Ərazi İdarəsinin müvafiq fərdi yaşayış evinə aid torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv. m) üzərində İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirilməsi və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

52. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİ qtisadi Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, X nömrəli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 07 iyun 2017-ci il tarixli, X nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

53. İşə əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, X nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindəki payına uyğun əvəzin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

54. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2019cu il tarixli, X9 nömrəli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, Xnömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayə t təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

55. İşə əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli,Xnömrəli qərardadından görünür ki, İddiaçı şikayəti təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, Xnömrəli qərardadının ləğv edilməsi və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

56. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 nömrəli evin 2/3 hissəsi Ca vabdeh (15.02.2011-ci il), evin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi isə İddiaçı (28.03.2018-ci il) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

57. İşə əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 nömrəli evin 2/3 hissəsi Cavabdeh (15.02.2011ci il), evin 1/3 hissəsi isə İddiaçı (25.02.2009-cu il) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

58. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.00739 ha torpaq sahəsi olan ünvan 2 nömrəli fərdi yaşayış evi 16 avqust 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş 04 noyabr 2019-cu il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.00739 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

59. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi vərəsəlik hüququ əsasında hər birinə 1/3 hissədə olmaqla mirasqoyanın vərəsələri olan X, İddiaçı və X keçmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli evin X və X əxsus olan 2/3 hissəsini 2010-cu ildə müvafiq olaraq 50.000 və 60.000 manata satın almış və sonradan həmin evi sökmüşdür. Bundan sonra İddiaçı Cavabdeh qarşı evin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi torpaq sahəsinin payına uyğun kompensasiya ş əklində 250.000 manat, mənəvi zərərə görə isə 30.000 manat olmaqla, cəmi 280.000 manat miqdarında pul vəsaitinin birdəfəlik cavabdehdən tutulması tələbinə dair iddia qaldırmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli, Xnömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, mübahisəli mənzilin digər iki paylı mülkiyyətçisinin hər birinin 1/3 hissəsinin 2010-cu il tarixdə müvafiq olaraq 50.000 və 60.000 manata satılması nəzərə alınaraq Cavabdeh İddiaçı xeyrinə 50.000 manat maddi, 10.000 manat məbləğində isə mənəvi ziyanın tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, X nömrəli qətn aməsinə əsasən Cavabdeh iddia ərizəsi təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə paylı mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh müvafiq fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququnun tanınması, İddiaçı evin torpaq sahəsinin bölünməsi, həmin torpaq sahəsinin 1/3 hissəsinin koordinatlarının müəyyən edilməsi və bu sahənin onun faktiki istifadəsinə və sahibliyinə verilməsi, bu torpaq sahəsinə hüquqların həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması və s. dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 01 fevral 2017-ci il tarixli, xnömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərb aycan Respublikası Ali Məhkəməsinin 27 avqust 2017-ci il tarixli, x nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 01 fevral 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, x7 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, x8 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, x7 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 07 iyun 2017-ci il tarixl i, x nömrəli qərarına əsasən İddiaçı apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2016-cı il tarixli, xnömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ünvan 2 nömrəli fərdi yaşayış evinə aid torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv.m) üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanunsuz hesab edilmiş, Bakı şəhər Ərazi İdarəsinin müvafiq fərdi yaşayış evinə aid torpaq sahəsinin 1/3 hissəsi (73,9 kv. m) üzərində İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirilməsi və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, x nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 07 iyun 2017-ci il tarixli, x nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 nömrəli evin 2/3 hissəsi Cavabdeh (15.02.2011ci il), evin 1/3 hissəsi və 0.00739 ha torpaq sahəsi isə İddiaçı (28.03.2018-ci il) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra isə, yəni 16.08.2019-cu il tarixli çıxarışa əsasən müvafiq fərdi yaşayış evi 16 avqus t 2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda ilk iddiada iddiaçı torpaq sahəsindəki payına uyğun əvəz şəklində 220.000 (iki yüz iyirmi min) manat miqdarında pul vəsaitinin birdəfəlik olaraq Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini, qarşılıqlı iddiaçı isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş, müvafiq fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.00739 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş edir.

60. Apellyasiya məhkəməsinin qənaətinə görə işin mübahisəli halları ondan ibarətdir ki, qarşılıqlı iddiaçı Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müvafiq fərdi yaşayış evi nin 1/3 hissəsinə və 0.00739 ha torpaq sahəsinə görə İddiaçı digər payların alqı-satqı qiymətinə uyğun məbləğdə kompensasiya ödədiyini, ilk iddiada iddiaçı isə müvafiq ev söküldüyündən Cavabdeh evin sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin tutulduğunu, yəni ona evdəki payına görə kompensasiya yox, evin qanunsuz sökülməsinə görə zərərin əvəzinin ödənildiyini bildirir.

61. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı öz iddiasında cavabdehdən torpaq sahəsindən istifadəyə görə pul tələb edərkən, həmin torpaq sahəsinin (0.00739 ha) ona mülkiyyət hüququ ilə məxsus olmasına, bu hüququnun məhkəmə qərarı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməsinə və qeyd edilən sahənin cavabdehin qanunsuz istifadəsində olmasına istinad etmişdir.

62. Həmçinin, ilk iddiaçı tərəflər arasında uzun müddət davam edən mülki mübahisənin gedişində məhkəmə qətnaməsi əsasında evin 1/3 hissəsinə görə onlara verilmiş 60.000 (50.000 maddi, 10.000 mənəvi zərər) manat kompensasiyanın cavabdehin mübahisəli evin ona aid olan hissəsini qanunsuz sökməklə ona vurmuş olduğu zərərin əvəzi kimi hesablandığına, o, qardaşı və bacısından fərqli olaraq ev üzrə ona məxsus olan payını (torpaq sahəsi üzrə hüquqla birlikdə) cavabdehə satmadığına, hər hansı formada özgəninkiləşdirmədiyinə və onunla bu barədə heç bir əqd bağlamadığına istinad etmişdir.

63. İlk iddianın bu halları ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında hazırkı mübahisəli əmlaka dair əvvəllər qəbul edilmiş və hazırda da qüvvədə olan məhkəmə qərarlarında (Bakı Şəhəri Nərimanov Rayon Məhk əməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(005)7922/2016 nömrəli qətnaməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(103)11265/2017 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, x nömrəli qərarı) qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən İddiaçı 60.000 manat kompensasiya məbləğinin ödənilməsinə sonuncunun mübahisəli əmlakın 1/3 hissəsinə olan mülkiyyət hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4 və 220.5-ci maddələri əsasında xitam verilməsi üçün əsas kimi qiymət verilmişdir. Bu zaman işə baxan məhkəmələr həmin kompensasiya məbləği müəyyən edilərkən, mübahisəli əmlakın digər mülkiyyətçilərinin özlərinə məxsus 1/3 payı Cavabdeh müvafiq olaraq 50.000 manat və 60.000 manata satmalarına, İddiaçı də faktiki olaraq həmin satış qiymətinə uyğun məbləğdə kompensasiyanın hesablanaraq ödənilməsinə istinad etmişlər.

64. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ilk İddiaçı öz iddia ərizəsində və apellyasiya şikayətində mübahisəli əmlakdakı payını qarşılıqlı iddiaçı Cavabdeh özgəninkiləşdirmədiyinə və onunla hər hansı bir əqd bağlamadığına istinad etməsi əsassızdır. Belə ki, onun mübahisəli əmlakdakı 1/3 payı tərəflər arasında bağlanmış əqd əsasında deyil, məhkəmənin qətnaməsi əsasında, əvəzi kompensasiya şəklində ödənilməklə Cavabdeh mülkiyyətinə keçmişdir.

65. Bundan başqa, ilk iddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2014-cü il tarixli qərarının 8-ci səhifəsinin 5-ci abzasına istinad etmişdir.

66. Həmin qərarın qeyd edilə n hissəsində deyilir: «Daşınmaz əmlak kimi ev məhv olduqdan sonra, İddiaçı tərəfindən mülkiyyət hüququ əldə olunmamış torpaq sahəsinə görə cavabdehdən pul vəsaitinin tələb edilməsinin hüquqi əsası mövcud deyildir. Bundan əlavə, mülki işin materialları ilə müəyyən edilir ki, İddiaçı ilə mübahisəli evə paylı mülkiyyət hüququ olan şəxslər özlərinə məxsus 1/3 hissədə, cəmi 2/3 hissə payı Cavabdeh torpaq sahəsinə olan hüquqla birlikdə satmış və birinci və apellyasiya instansiya məhkəməsi İddiaçı məhv olmuş 1/3 hissədəki paya görə digər payların alqı-satqı nəticəsində aldıqları məbləğə uyğun məbləğdə kompensasiya ödənilməsini müəyyən etmişdir. Ona görə də, məhkəmə kollegiyası İddiaçı kassasiya şikayətini əsassız hesab edir.»

67. Qərardan göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyası aşağı i nstansiya məhkəməsinin qətnaməsinə iddiaçının torpaqla bağlı iddiasının təmin edilməməsi hissəsində qiymət verərkən, həmin torpağa dair iddiaçının mülkiyyət hüququ əldə etməməsi ilə yanaşı, digər paylı mülkiyyətçilərin mübahisəli evdəki əmlak paylarını (hər biri 1/3 hissə) Cavabdeh torpaq sahəsinə olan hüquqla birlikdə satmalarına, eyni zamanda İddiaçı məhv olmuş 1/3 hissədəki payına görə kompensasiyanın həmin alqı-satqı zamanı digər payçılara ödənilən məbləğə uyğun müəyyən edilməsinə əsaslanmışdır.

68. Başqa sözlə, Ali Məhkəmənin MİÜMK bu qərarında faktiki olaraq, mübahisəli evin 1/3 hissəsinə görə İddiaçı maddi və mənəvi zərərin əvəzi olaraq ödənilən kompensasiyanın tək evə görə deyil, evin altındakı torpaq sahəsinə görə də hesablandığını müəyyən etmişdir.

69. Qeyd edilənlərlə yanaşı, mə hkəmə kollegiyası nəzər almışdır ki, Ali Məhkəmənin bu qərarı İddiaçı Cavabdeh qarşı evin sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin və torpaq sahəsinin payına uyğun kompensasiyanın ödənilməsi tələbi əsasında başlanmış mülki işlə bağlı olmuş, həmin tələbə baxan Bakı şəhəri Nərimanov rayon məhkəməsi iddianı əsaslı hesab etsə də, tələb edilən maddi və mənəvi ziyanın məbləğini azaltmış, buna görə də iddianı qismən təmin etmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmə isə öz növbəsində apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır.

70. Göstərilənlərə əsasən apellyasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə paylı mülkiyyət hüququna əsasən, həmin evin altında yerləşən torpaq sahəsinin də 1/3 hissəsinə istifadə hüququnun olmasına istinad edərək, Cavabdeh həmin torpaq sahəsinə görə də kompensasiya tələb etmiş, onun iddiası məhkəmənin qətnaməsi ilə qismən təmin olunmuş, hazırda isə həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun olması əsası ilə cavabdehdən birdəfəlik pul vəsaitinin ödənilməsini tələb etmişdir.

71. Məhkəmə kollegiyası onu da bildirmişdir ki, ilk iddia tələbində iddiaçı cavabdehdən onun xeyrinə 220.000 manat pul vəsaitinin əvəz şəklində birdəfəlik ödəniş olaraq tutulmasını tələb etsə də, bu pulu hansı qismində (kompensasiya, hüquqlarının pozulmasına görə dəymiş zərərin əvəzi və s.) və məhz nəyin əvəzi olaraq tələb etməsi aydın deyil.

72. Göstərilənlərlə yanaşı, ilk İddiaçı mübahisəli torpaq sahəsinin 1/3 hissəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair qarşılıqlı iddia ilə mübahisələndirilən çıxarışı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 07 iyun 2017-ci il tarixli, x nömrəli qərarı dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, x nömrəli qərarı əsasında əldə etmişdir.

73. Apellyasiya kollegiyası vurğulamışdır ki, Ali Məhkəmənin həmin qərarının qəbul edilən vaxt İddiaçı mübahisəli əmlakda 1/3 hissədə olan paylı mülkiyyət hüququna xitam verilməsinə dair mülki işə baxılmış, İddiaçı məhkəmə qərarı əsasında 28.03.2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.00739 ha torpaq sahəsinə dair paylı mülkiyyət hüququna dair RX seriyalı ******* saylı Dö vlət reyestrindən Çıxarış əldə etdikdən sonra, yəni 25 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə İddiaçı 60.000 manat kompensasiya məbləğinin ödənilməsinə sonuncunun mübahisəli əmlakın 1/3 hissəsinə olan mülkiyyət hüququna xitam verilməsinə dair qərardan verilmiş kassasiya şikayəti dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Başqa sözlə, İddiaçı məhkəmə qərarı əsasında 1/3 hissədə paylı mülkiyyət hüququ ilə ona məxsus olan mübahisəli evin altındakı torpaq sahəsinin bir hissəsinə mülkiyyət hüququnun qeydə alınmasına dair Çıxarış əldə etdikdən sonra, digər məhkəmə qərarı ilə onun həmin evə dair paylı mülkiyyət hüququna xitam verilmiş və həmin paya dair Cavabdeh mülkiyyət hüququ tanınmışdır.

74. Qanunvericiliyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəm ə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (§ 32). 75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 16.1-ci bəndinə əsasən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Həmin Qərarın 16.2ci bəndinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

76. Apellyasiya məhkəməsi nəzərə almışdır ki, paylı mülkiyy ətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (§ 21-23).

77. Həmçinin, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (§ 27).

78. Belə liklə, İddiaçı 28.03.2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə uyğun olaraq həmin evin torpaq sahəsinin də 1/3 hissəsinə, yəni 0.00729 ha hissəsinə paylı mülkiyyət hüququ əldə etdikdən sonra, onun həmin evdə olan paylı mülkiyyət hüququna xitam verildiyindən və qarşılıqlı iddiaçı Cavabdeh həmin ev üzərində tam mülkiyyət hüququ tanındığından, İddiaçı həmin torpaq sahəsindəki paylı mülkiyyət hüququna da xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən, İddiaçı mübahisəli evin torpaq sahəsinin 0.00739 ha hissəsinə dair mülkiyyət hüququna istinad etməklə, qarşılıqlı iddiaçı Cavabdeh pul vəsaiti tələb etməsi əsaslı deyil.

79. Apellyasiya məhkəməsi İddiaçı adına verilmiş RX seriyalı ******* №-li Dövlət reyestrindən Çıxarışın ləğv edilməsinə dair qarşılıq lı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, həmin Çıxarış mübahisəli əmlaka dair paylı mülkiyyətçilərin mülkiyyət hüququnun 28.03.2018-ci il tarixə olan vəziyyətini əks etdirir. Həmin Çıxarışdakı məlumatlardan görünür ki, ünvan 2 ünvanda yerləşən yerləşən mübahisəli fərdi yaşayış evinin 2/3 hissəsi mülkiyyət hüququ ilə Cavabdeh, 1/3 hissəsi və evin torpaq sahəsinin 0.00739 ha hissəsi isə İddiaçı adına Dövlət reyestrində qeydiyyatdan keçmişdir.

80. Lakin iş materiallarında olan və mübahisəli əmlaka dair hüquqların Dövlət reyestrində qeydə alınmasına dair tərtib edilmiş 16.08.2019-cu il tarixli digər Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən yerləşən mübahisəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.

81. Beləliklə müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən yerlə şən mübahisəli fərdi yaşayış evinə dair DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* №-li Dövlət reyestrindən çıxarışda əks olunmuş məlumatlar həmin əmlaka dair hüquqların hazırkı vəziyyətini düzgün əks etdirmir. Bu baxımdan həmin çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddia tələbi əsaslı olmuşdur.

82. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan kassasiya məhkəməsi həmin dəlillərə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

83. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

84. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar