Məhkəmə qərarları › İş №2(102)-2146/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2146/2023

24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2146/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “icra məmurlarının məhkəmə qərarlarını (icra sənədlərini) icra etmədikləri, qanunsuz əməlləri və sair hərəkətlərinə və ya hərəkətsizlikləri nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi, aliment borcunun yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: icra məmurunun hərəkətlərinə (hərəkətsiziyinə) görə mənəvi zərər, sübutetmə, aliment borcunun hesablanması, işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (səd rlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X3 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)-311/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Quba Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı uşaqları 30 oktyabr 2014-cü il təvəllüdlü X9 və 23 dekabr 2015-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14.00-dan saat 16.00dək görüş verilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icra edilməsi üçün Cavabdehnə göndərilmiş, 22 avqust 2017-ci il tarixdə icra icraatı başlanmış dır.

2. Bundan başqa, Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə 30 oktyabr 2014-cü il təvəllüdlü X6 və 23 dekabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı 30 may 2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icra edilməsi üçün Cavabdehnə göndərilmiş, 01 avqust 2017-ci il tarixdə icra icraatı başlanmışdır.

3. Daha sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 30 oktyabr 2014-cü il təvəllüdlü X6 və 23 dekabr 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün həmin qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən İddiaçı hər ay hə uşaq üçün 130 manat olmaqla, iki uşağa görə 260 manat sabit pul məbləğində alimentin alınaraq X4 verilməsi qət edilmişdir. Həmin qətnamə də qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Cavabdehnə göndərilmiş, 19 avqust 2021-ci il tarixdə icra icraatı başlanmışdır.

4. Qeyd olunan icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiklərinə görə Quba Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 manat məbləğində cərimə edilmiş, həmin Məhkəmənin 02 dekabr 2021-ci il tarixli digər qərarı ilə İddiaçı İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmi şdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə övladları ilə ünsiyyətdə olmaq hüququnun icra məmurlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi səbəbindən icra edilmədiyi, övladlarına ata nəvazişi, ata qayğısı göstərməkdən məhrum edildiyi üçün dəymiş mənəvi zərərə görə 20000 manat kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh icra məmurlarının aliment hesablamalarının ləğv edilərək, faktiki aliment borcunun 2021-ci ilin dekabr ayı üçün 2820 manat təsdiq edilməsi və həmin məbləğə uyğun məcburetmə qaydasında hesablanması, Cavabdeh qanunsuz əməlləri nəticəsində pozulmuş hüquqlarının bərpası istiqamətində çə kdiyi məhkəmə xərclərinin hesablanaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının uşaqları ilə ünsiyyətini təmin edən məhkəmə qətnaməsi çıxan ilk gündən cavabdeh X5 məhkəmə qətnamələrinə məhəl qoymayaraq, hər dəfə görüş vaxtı gələndə telefona cavab vermir, görüşü başqa vaxta dəyişir, görüş baş tutanda isə görüşdə zorla özü də iştirak edir, görüş prosesinə maneçilik törədir, əsassız mübahisələrə cəhdlər edir. İcra məmurları, bu qanunsuzluqlara göz yumaraq, heç bir qanuni tədbir görmür və rəsmi etiraz, müraciət və təkliflərinə də cavab vermirlər. Bundan başqa Quba Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçının barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə 10 gün müddətində inzib ati həbs tətbiq edilmişdir. Baxmayaraq ki, iddiaçı Quba Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli icra sənədi əsasında 06 iyul 2017-ci il tarixindən 01 aprel 2020-ci il tarixədək tələbkar Rəqsanə Kazımovanın xeyrinə 3960 manat məbləğində aliment ödənişi edilmişdir. Həmin məbləği qeyd edilən tarixlərdə aylar üzrə bölüşdürsə, hər ay üçün 120 manat təşkil edir. Bu məbləğ 06 iyul 2017-ci il tarixli icra sənədi üzrə onun iş materialına təqdim etdiyi gəlirlər əsasında təyin edilmişdir. Həmin tarixdə iddiaçı Azərbaycan Respublikası KTN Meyvəçilik və X12 İnstitutunda mütəxəssis vəzifəsində işləməklə vergilər çıxıldıqdan sonra 180 manat civarında əmək haqqı almışdır. Cavabdeh həmin məbləğin cəminin 120 manat olduğunu bildirmişdir. İcra məmurunun icra sənədi əsasında hesabladığı aliment məbləğin i icra sənədinin qüvvəyə mindiyi tarixdən 01 aprel 2020-ci il tarixədək, tələbkarın övladları ilə ünsiyyət hüququnun təmin etməməsinə baxmayaraq, onun tərəfindən tələbkar Rəqsanə Kazımovanın xeyrinə mütəmadi qaydada ödənilmişdir. Aliment öhdəliyini icra etdiyi tarixlərdə nə tələbkar, nə də icra məmuru tərəfindən ödədiyi aliment məbləğinin az və ya çox olması barədə ona hər hansı formada bildiriş və ya xəbərdarlıq təqdim edilməmişdir. Belə olan təqdirdə, iddiaçıya heç bir məlumat verilmədən icra məmurunun nəyə əsasən və hansı formada aliment borcunun 9070,60 manat hesablaması onun üçün müəmmalı qalmışdır. İcra məmuru Nurəddin Əmrullayev məhkəməyə onun ümumilikdə 3480 manat məbləğində aliment ödədiyini bildirsə də, onda 3960 manat məbləğində tələbkarın xeyrinə aliment ödənişi etməyi barədə q əbzlər mövcuddur. Belə çıxır ki, icra məmuru dörd aylıq aliment ödənişini mənimsəməklə və onun aliment yükünü artırmaqla Rəqsanə Kazımovanın marağına xidmət edir. İcra məmurunun saxtakarlığa və qeyri-peşəkarlığa yol verərək aliment borcunu üç dəfədən artıq şişirtməsi səbəbindən iddiaçı həbs edilmiş, qarşı tərəf isə övladlarını ona göstərməyərək maneələr törətdiyi üçün beş yüz manat məbləğində cərimə edilmiş, icra məmuru vəzifəsini layiqincə yerinə yetirsəydi və məhkəmədən vaxt istəsəydi, qarşı tərəflə onun arasında razılıq əldə etmək mümkün olardı. Cavabdeh bu qanunsuz hərəkətlərindən və ya hərəkətsizliyindən iddiaçı illərdir ki, mənəvi sarsıntılar keçirir. Cavabdeh qanunsuz əməlləri, qəsdən və ya qeyri-peşəkarlıqları nəticəsində hüquqlarını pozmaları, eləcə də aliment borcunu səhv hesabla maları və sair hərəkətləri və ya hərəkətsizliklərinə görə həbsdə olduğu zaman həbsi ilə barışmadığını, mənəvi iztirab çəkməyi, psixoloji sarsıntılar keçirməyi, qanunsuz həbsi ilə barışmaz mövqe sərgiləyərək aclıq elan etməklə həyatını risk altına atıb icra məmurlarının qanunsuz əməlləri nəticəsində aclıq etməklə özünə qəsd həddinə çatdırmaq və haqsızlıq nəticəsində həyatın lazımsız və mənasız olduğunu zənn etmək və sair əzablara düçar olmuşdur.

7. Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(027)-1731/2022 nömrəli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq qanunvericilik aktlarının tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məhz Cavabdeh hərəkətsizliyi nəticəsində icra edilməməsi, cav abdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyanın dəyməsi öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı qeyd edilən icra vərəqəsinin cavabdeh tərəfindən illərlə icra edilməməsini qeyd etsə də, müvafiq sənədlərə əsasən mülki iş üzrə icra sənədi 10 mart 2022-ci il tarixdə qeydiyyata alınaraq, icraata başlama haqqında qərar qəbul edilməsi öz hüquqi təsdiqini tapmışdır.

9. Məhkəmə, iddiaçının 20000 manat mənəvi ziyan tələbi ilə bağlı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. İddianın qeyd olunan hissə si tam əsassız olduğundan və heç bir hüquqi əsasa söykənmədiyindən təmin edilməməlidir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı Cavabdeh icra məmurları tərəfindən məhkəmə qətnaməsi ilə təyin edilən aliment məbləğinin saxta yollarla hesablanmasını iddia etsə də, bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də tam əsassız olduğundan təmin edilə bilməz.

11. Məhkəmə iddiaçının ərizəsinin “Cavabdeh qanunsuz əməlləri nəticəsində pozulmuş hüquqlarının bərpası istiqamətində çəkdiyi məhkəmə xərclərinin hesablanaraq ona ödənilməsi” tələbinə dair hissəsinə hüquqi qiymət verərkən hesab etmişdir ki, iddia ərizəsinin əvvəlki iki tələbinin əsas tələb olduğu, həmin tələblərin təmin edilməməsi qənaətinə gəldiyi üçün tələbin üçüncü h issəsi də təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(027)-1731/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)-311/2023 nömrəli qətnaməsi ilə (hakim İ.K.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.İ.Məmmədovun və Z.T.Məmmədovun iştirakı ilə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e2(027)-1731/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhk əməsi qeyd etmişdir ki, uşaqlarla ünsiyyətin təmin edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin məhz Cavabdeh hərəkətsizliyi nəticəsində icra edilməməsi, eləcə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyanın dəyməsi öz hüquqi təsdiqini tapmır. Belə ki, iddiaçı iddia tələbində qeyd edilən icra vərəqəsinin cavabdeh tərəfindən illərlə icra edilməməsini qeyd etsə də, müvafiq sənədlərə əsasən icra sənədinin qeydiyyata alınaraq icraata başlama haqqında qərar qəbul edilməsi, müxtəlif vaxtlarda iddiaçının uşaqları ilə ünsiyyətinin təmin edilməsi, digər vaxtlarda isə ünsiyyətin təmin edilməməsinin R.Kazımovanın təqsirli hərəkətlərinin nəticəsi olması, bu hərəkətlərinə görə R.Kazımovanın Quba Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbay can Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğdə cərimə edilməsi öz hüquqi təsdiqini tapmışdır.

15. Aliment borcunun hesablanması qaydası və onun dəqiq məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya məhkəməsi hesab etmişdir ki, icra məmuru tərəfindən məhkəmə qətnamələri ilə yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxs İddiaçı 2017-ci ilin may ayından həmin ilin oktyabr ayına kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 laboratoriyasında mütəxəssis vəzifəsində, daha sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2020ci il tarixə kimi "xxxx" MMC-də Golf şöbəsinə Yaşıllaşdırma üzrə mütəxəssis vəzifəsində işlədiyi dövrlərdə əməkhaqqı cədvəllərinə görə, işləmədiyi dövrlərdə isə al iment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edildiyindən icra məmurunun hərəkətlərində hər hansı bir qanunsuzluq müəyyən edilməmişdir. Məhkəmə iclasında iddiaçı onun işləmədiyi dövrlərdə aliment borcunun orta əmək haqqına görə deyil, minimum əmək haqqına görə hesablanmalı olmasını israrla bildirsə də, məhkəmə onun bu dəlilini Ailə Məcəlləsinin 106.4-cü maddəsinin tələbləri baxımından əsassız hesab etmişdir.

16. Bundan əlavə, apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında mübahisə predmeti olan aliment borcunun məbləği ilə bağlı İddiaçı tərəfindən müəyyən məbləğlərdə ödənişlərin edilməsinə dair rəsmi sənədlər və aliment borcuna aid digər sübutlar təqdim olunacağı təqdirdə aliment borcunun y enidən dəqiqləşdirilməsinin mümkün olduğunu bildirmişdir.

17. Daha sonra, apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddiaçının aliment borcunun onun xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onun iddiası üzrə onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

18. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəllənin 106.4, 107.2-ci, Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)-311/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 12, 24, 25, 26, 31, 35, 46, 47, 50, 60, 61, 67, 71-ci, Ailə Məcəlləsinin 29.1, 29.2, 41.1, 49.3, 50.2, 50.3, 60.4, 51.1, 61.4, 61.5, 76, 78, 106.3, 106.4, 106.5-ci, “İcra haqqında” Qanunun 8, 17.1.4, 17.1.7, 26, 29, 82, 84-cü, Mülki Prosessual Məcəllənin 4, 8, 9, 10, 13, 19, 53, 77, 78, 85, 88, 95, 177, 188, 193, 199, 203, 204, 209, 212, 372, 374, 377, 380, 384-389-cu maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsində mülki işə kommersiya kollegiyasinın üzvləri və inzibati kollegiyanın üzvü tərəfindən baxılmış, məhkəmə işə qərəzli olaraq baxmış, bərabərlik prinsipi təmin olunmamış, məhkəməyə təqdim olunmuş sübutları araşdırmamışdır.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktla ra istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvə zinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmu ru tərəfindən müəyyən edilir. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pu l məbləğində müəyyən edə bilər. 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. 27. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün mə sələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirin i, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il ə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia üç tələbdən ibarət olmuşdur: - İddiaçının övladları ilə ünsiyyətini təmin edən məhkəmə qətnaməsinin icra olunmadığı üçün 20000 manat mənəvi zərərin ödənilməsi; - Cavabdehin vəzifəli şəxslərinin müəyyən etdiyi iddiaçıdan tutulmalı olan aliment borcunun ləğv edilməsi və aliment borcunun yenidən hesablanmaqla, 2021-ci ilin dekabr ayı üçün 2820 manat müəyyən edilməsi; - Məhkəmə xərclərinin tutulması.

31. Məhkəmə kollegiyası birinci tələbə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə işin faktiki hallarına və apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

32. Belə ki, bu tələbin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası məhkəməsi bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir.

33. İzah olunmalı dır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

34. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

35. Apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə həmin hissədə razılaşan kassasiya məhkəməsi qeyd edir ki, uşaqla ünsiyyətdən məhrum olunmaqla iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalması istisna olunmur. Lakin, maddi ziyanın olduğu kimi, mənəvi ziyanın əvəzinin ödənilməsi hüququnun reallaşdırılması yalnız aşağıdakı üç şərtin məcmu halında mövcudluğundan asılıdır: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

36. İddiaçı cavabdehin vəzifəli şəxslərinin onun övladları ilə ünsiyyətini təmin edən məhkəmə qətnaməsini n icra olunmamasını iddia edərək, cavabdehdən mənəvi ziyanın tutulmasını xahiş etsə də, işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində təqdim olunan sübutlara hüquqi qiymət verərək, cavabdehin məsuliyyətini müəyyən etməmişdir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, cavabdeh olan icra və probasiya şöbəsi üzərinə düşən vəzifələri yerinə yetirmiş, o cümlədən icra sənədini qeydiyyata alaraq icraata başlama haqqında qərar qəbul etmiş, müxtəlif vaxtlarda iddiaçının uşaqları ilə ünsiyyətini təmin etmiş, digər vaxtlarda isə ünsiyyətin təmin edilməməsinin R.Kazımovanın təqsirli hərəkətlərinin nəticəsi olmuş, bu hərəkətlərinə görə sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, cavabdeh tərəfindən hüquqa zidd olan hərəkət və ya hərəkətsizliyin edilməsi ape llyasiya məhkəməsi tərəfindən müəyyən olunmamışdır.

37. İşə apellyasiya məhkəməsi tərəfindən səlahiyyətsiz hakimlər tərəfindən baxılması ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırki mübahisəyə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri İ.K.Dadaşov, Z.İ.Məmmədov və Z.T.Məmmədov Mülki kollegiyanın hakimləri kimi baxaraq qətnamə qəbul etmişlər.

38. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır ( Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın ikinci tələbinə mülki mühakimə icraatı qaydasında baxmaqla haqlı olmamışdır.

40. Belə ki, apellyasiya məhkəməsi qeyd olunan tələbi rədd edərkən Ailə Məcəlləsinin 106.4-cü maddəsinə istinad etmiş, lakin həmin Məcəllənin 106.5-ci maddəsinin tələblərini nəzərə almamışdır. Halbuki, həmin normaya əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

41. Məhkəmə kollegiyası hesab edir ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsində qeyd olunmuş “mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət” anlayışı, müstəqil iddianı deyil, icra icraatına məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayətin verilməsini nəzərdə tutur.

42. Belə ki, məhkəmənin qətnaməsi ilə alimentin tutulması qaydası və məbləği müəyyən edildiyi halda, yaranmış borcun ayrıca iddia icraatı qaydasında mübahisələndirilməsi mülki prosessual qanunvericiliyi n prinsiplərinə ziddir. Alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsi əsasında hesablanmış borcun iddia icraatı qaydasında mübahisələndirilməsi bu məsələ ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər ki, bu son nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin səmərəliliyinə xələl gətirəcəkdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin tutulması ilə bağlı icra sənədi üzrə icraat zamanı aliment borcunun hesablanmasından ibarət icra məmurunun hərəkəti (hərəkətsizliyi) həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun bu hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

44. Konstitusiyanın 129-cu maddəsi ilə müəyyən edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi prinsipi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. 45. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab etmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nə zarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

47. Üçüncü tələb məhkəmə xərclərinin ödənilməsindən ibarət olmaqla, digər tələblərin əsaslılığından asılı olduğundan, məhkəmə kollegiyası onunla bağlı əlavə dəyərləndirmə aparılmasını zəruri hesab etmir.

48. Göstərilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəf icra məmurunun hərəkətlərindən iddia icraatı qaydasında deyil, “İcra haqqında” Qanunun tələblərinə əsasən icra sənədi üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayətlə müraciət etmək hüququna malikdir.

49. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, aliment borcunun müəyyən edilməsi h issəsində ləğv edilməklə, iş üzrə icraata həmin hissədə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, iddiaçıya aliment borcunun hesablanması ilə bağlı icra məmurunun hərəkətlərindən narazı qaldığı halda, “İcra haqqında” Qanuna əsasən icra sənədi üzrə icraata məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququ izah olunmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)-311/2023 nömrəli qətnaməsi qismən, aliment borcunun müəyyən edilməsi hissəsində ləğv edilsin və iş üzrə icraata həmin hissədə işə məhkəmə də mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması ilə əlaqədar xitam verilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2(105)-311/2023 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar