Məhkəmə qərarları › İş №2(102)-2147/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2147/2022

09.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2147/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Açar sözlər: iş ümumi məhkəməyə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-17/2022 nömrə li iş üzrə 31 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və MMC-nin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 31 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim Z.İmanov, iş № 2(043)17/2 022) işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 32.3, 32.4, 32.5-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarına istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxsdir. Belə ki, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verg i ödəyicisi kimi uçota alınmış (VÖEN **********), cavabdeh MMC isə hüquqi şəxs olaraq dövlət qeydiyyatından keçmişdir. İş üzrə tərəflərin hüquq münasibətləri onların ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Bundan başqa mübahisə predmeti qeyri-yaşayış sahəsinin sökülməsindən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mülki işə kommersiya məhkəməsində baxılmalıdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahis ə ümumi məhkəməyə aiddir. Belə ki, iş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti dayandırılmış fiziki şəxsdir və mübahisə predmeti ona məxsus fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsidir. Hüquqi şəxs olan cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evini sökərək torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Tərəflər arasında heç bir işgüzar əlaqə yoxdur. İddiaçı qərardadın ləğvini və işin baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahis ələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılma sı üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Baxılan iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı VÖEN-ə malik fiziki şəxs, cavabdeh isə MMC-dir (hüquqi şəxsdir). Məhkəmə işdə iştirak edən şəxslərin subyektiv tərkibini nəzərə alaraq işin kommersiya məhkəməsində baxılmalı olduğu qənaətinə gəlmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini, mübahisənin ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyini nəzərə almamışdır. İşdən görünür ki, iddia tələbi cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış (otel) binasının iddiaçıya məxsus fərdi yaşayış evinin torpaq sahəsinə düşən hissəsinin sökülməsi və MMC-nin həmin torpaq sahəsindən çıxarılması barədədir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsində inşa edilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Halbuki qüvvədə olan mülki prosessual qaydalara əsasən işə Gəncə Şə həri Kəpəz Rayon Məhkəməsində baxılmalıdır. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ye ni qərar qəbul edə bilər (403-1.8.2). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-17/2022 nömrəli iş üzrə 31 yanvar 2022-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar