Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2148/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ 2(102)-2148/22 Açar sözlər: mənzilə istifadə hüququnun tanınması Bakı şəhəri, 18 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1614/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə 18 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X14 İddiaçı anası olmuşdur. Cavabdeh isə iddiaçının oğludur. 2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 29 sentyabr 1987-ci il tarixli Qeydəalma Vəsiqəsi əsasında X10 mülkiyyətində olmuşdur.
3. Sözügedən fərdi yaşayış evi 27 iyul 2013-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik qaydasında 06 noyabr 2012-ci il tarixdə vəfat etmiş X7 onun vərəsələri (nəvələri) Cavabdeh və X8 bərabər paylarda (hər birinə 1/2 pay) olmaqla miras qalmış və həmin şəxslərin adına paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir. 4. 24 oktyabr 2018-ci il tarixli bağışlama müqaviləsi əsasında X11 fərdi yaşayış evinin onun mülkiyyətində olan 1/2 hissəsini Cavabdeh bağışlamış və həmin tarixdə də 0,123 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh tam mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.
5. Cavabdeh ilə X11 və X6 arasında 25 oktyabr 2018-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsi əsasında Cavabdeh ünvan 2 ünvanında yerləşən 0,123 hektar torpaq sahəsində 441 kvadrat metr hissəsini X8 və X1.
6. Hazırda ünvan 2 ünvanında 0,0789 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir.
7. İddiaçı X9 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2014-cü il tarixdə Şəki şəhəri, 20 yanvar küçəsi, dalan 3,ev 2A ünvanda yerləşən fərdi yaşayış evi alqı-satqı yolu ilə əldə edilmiş, X4 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
8. İdd iaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla yaşayır. Həmin fərdi yaşayış evi onun anası X10 mülkiyyətində olmuşdur. Anası 27 iyul 2013-cü il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evi X10 nəvələri, yəni onun uşaqları olan X11 və hazırki iş üzrə Cavabdeh adlarına qeydiyyata alınmışdır. Bununla bağlı onun da razılığı alınmışdır. X2 öz payını Cavabd eh bağışlamış və hazırda qeyd edilən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. O, anadan olduğu gündən bu günədək həmin evdə yaşayır. Hətta, həmin evdə onun atası da yaşayır və atasına özü qulluq edir. Lakin, Cavabdeh onun həmin evdə yaşamasına imkan vermir. Onun yaşamağa başqa yeri yoxdur. Onun əşyalarının bir qismi bacısının evində, bir qismi isə qaynının evindədir. Cavabdeh ona özünə məxsus olan, hansı ki, gündəlik işlətməli olduğu əşyalarını həmin evə gətirməyə qoymur. Həmin evin həyətində qarajı və avtomobil təmiri sexi olsa da, onlardan cavabdeh özü istifadə edir. Həyətdə ayrıca ev var və həmin evdə də onun atası yaşayır. O, 2 il əvvəl Cavabdeh evləndirib oradan çıxmışdır. Sonra getdiyi ünvanı satıb şəhərdən ev almışdır. 2021-ci ilin mart ayından isə hazırda yaşadığı ünvana gəlmiş dir. Lakin, başqa ünvanda yaşadığı müddətdə vaxtaşırı mübahisə predmeti olan evə gəlib atasına baş çəkmişdir. Hazırda Cavabdeh onun böyüyüb boya başa çatdığı və qeydiyyatda olduğu evdə yaşamağa qoymur. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
10. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evin 1/2 hissəsi ona nənəsindən, yəni atasının anasından vərəsəlik yolu ilə, digər 1/2 hissəsi isə qardaşının bağışlaması yolu ilə keçmişdir. Ev ona vəsiyyət edilərkən atasının və bacılaranın razılığı alınmışdır. O, 2017- ci ildə ailə qurmuşdur. Atası olan hazırki iş üzrə İddiaçı 2017-ci ilin may ayında oradan şəhərin 124-cü kvartalına köçmüş və orada ev tikmişdir. Sonra İddiaçı oranı sataraq ünvan 4 ünvanına köçmüşdür. İddiaçı 04 aprel 2021-ci il tarixdə yenidən hazırki evlərinə qayıtmışdır və hazırda həmin evdə yaşayır. Onun mülkiyyətində olan evdə iddiaçının atası, yəni onun babası da yaşayır. İddiaçı başqa ünvanda yaşadığı müddətdə öz atasına vaxtaşırı baş çəkmişdir. Əslində, İddiaçı onun öz mülkiyyətində olan evindən istifadə etməsinə maneəçiliklər yaradır. Ona görə də iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
11. Şəki Rayon Məhkəməsinin 2(075)-972/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddianın qismən təmin edilməsi, İddiaçı Daşınmaz Ə mlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, Mahmud Əliyev küçəsi dalan 5, ev 2, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması qət edilmiş, iddia tələbi qalan hissəsinin təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi iş üzrə iddianın təmin edilən hissəsində gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, İddiaçı 1969-cu il tarixdə ünvan 3 ünvanında yerləşən evdə anadan olmuş, həmin evdə böyüyüb, boya-başa çatmış və həmin ünvanda pasport qeydiyyatındadır. Bununla bağlı evin əvvəlki mülkiyyətçisi və onun digər ailə üzvləri başqa qeyd-şərt göstərilməmiş, onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. Buna görə də hazırki münasibətlərə həmin dövrdə qüvv ədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh mülkiyyətində olan evdə İddiaçı yaşamaq və oradan istifadə etmək hüququ vardır. İddiaçı ünvan 3 ünvanında yerləşən evdən istifadə hüququnun tanınmasını tələb etməkdə haqlıdır.
13. Məhkəmə bu hissədə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 157.1 157.2, 157.4-cü maddələri, 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı, Mənzil Məcəlləsinin 123, 53-cü maddələrinə istinad etmişdir.
14. Məhkəmə iddianın təmin edilməyən hissəsində göstərmişdir ki, tərəflərin izahatları ilə İddiaçı faktiki olaraq həmin evdə yaşamasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə onun iddia tələbinin evə köçürülməsi ilə bağlı hissəsini əsaslı hesab etmir.
15. Bu hissədə isə məhkəmə, Mülki Proosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın tam təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnaməsini qismən qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, qətnamə qəbul edilərkən işin hallan tam və ətraflı araşdırılmamış, işin hallan obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalan düzgün tətbiq edilmədən əsassız qətnamə qəbul edilmişdir. Hesab edir ki, sözügedən qətnamə apellyasiya instansiyasında ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
18. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf verdiyi izahatda əlavə olaraq qeyd etmişdir ki, iddiaçı onun atası olmasına baxmayaraq, daim evdə münaqişə, səs-küy yaradır. İddiaçının bu hərəkətlərinə tab gətirməyən həyat yoldaşı və uşaqları evdən çıxıb getmişlər. Qeyd olunan mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı neçə ildir ki, 3-cü arvadı ilə bi rlikdə özlərinə məxsus olan evdə yaşayırlar. İddiaçının Şəki şəhərində özünə məxsus yaşayış evi olduğundan olduğundan, hazırki mənzilə olan ehtiyacı aradan qalxmışdır.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil onun ata-baba yurdudur. Başqa yerdə evinin olubolmamasının buna heç bir aidiyyəti yoxdur. Cavabdeh onun oğlu olmasına baxmayaraq bi övlad kimi ona qarşı pis münasibət bəsləyir, onu döyür, təhqir edir. Atası yaşlı adamdır və hazırda mübahisəli evdə yaşayır. Hazırda atasına da qulluq lazımdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 12 oktyabr 202 1-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş N 2(107)-1614/2021) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(075)-972/2021 nömrəli qətnaməsi qismən, yəni mübahisələndirilən “İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, Mahmud Əliyev küçəsi dalan 5, ev 2, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması” hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı X9 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2014-cü il tarixdə Şəki şəhəri, 20 yanvar küçəsi, dalan 3,ev 2A ünvanda yerləşən fərdi yaşayış evi alqı-satqı yolu ilə əldə edilmiş, X4 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
22. Məhkəmə kollegiyasının iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. İddiaçı cavabdehin atası olmaqla, sonradan ailə qurmuş və yeni ailəsi ilə birlikdə neçə vaxtdır ki, mübahisəli mənzildə deyil, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi X4 adına qeydiyyata alınmasına baxmayaraq, İddiaçı ilə onun hazırki arvadı X5 birgə nikah dövründə alqı-satqı yolu ilə əldə olunmuşdur. Buradan belə məntiqi nəticəyə gəlinir ki, iddiaçının artı q həmin evin ½ hissəsinə mülkiyyət hüququ yaranmışdır. Kollegiya qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ciaddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcə lləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı.
23. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt təl əb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.
24. Kollegiya qeyd edir ki, bu xarakterli mübahisələrə baxılarkən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Hazırki işin faktiki halından göründüy kimi iddiaçı artıq başqa yaşayış evində yaşayış sahəsinə olan ehtiyacını təmin etmək iqtidarında olduğu halda, cavabdehin (mülkiyyətçinin) evindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir. Kollegiyanın qənaətinə görə iddiaçı üçün bu əsaslar aradan qalxdığı üçün mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qayatarılması barədə qərar qəbul edilməsini xa hiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası işin faktiki hallarını, məhkəmədə verdiyi izahatı nəzərə almayaraq arvadına məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini üçüncü evliliyindən olan xəstə övladının müalicəsi ilə əlaqədar alqı-satqı etdiyini, evin satılma ərəfəsində olduğunu nəzərə almamış, onun mübahisə predmeti olan evdə daimi yaşadığına, xəstə və yaşlı atasına qulluq etdiyinə əhəmiyyət vermədən həmin evdə qeydiyyatda olduğu və yaşadığı halda həmin evdə yaşamadığını qeyd edərək qərəzli qətnamə qəbul etmişdir. Halbuki o, həmin evdə yaşlı və xəstə atasına qulluq edir və yaşayır. Başqa ünvanda arvadının adına ev olması onun orada yaşaması mənasına gəlməməlidir.
27. Onun mübahisə predmeti olan mənzildə yaşadığı müəyyən edilsə də iddia tələbini mənzilə köçürülmə hissəsində təmin etməmişdir.
28. Kassator şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
29. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinə görə guya iddiaçı xəstə və yaşlı atasına baxır. Halbuki iddiaçının atası Sabir Hümmətov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Kassasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bundan əlavə iddiaçı ikinci ailəsinin Hümmətova Zərinə olduğunu qeyd etsə də, əslində o, iddiaçının üçüncü ailəsidir.iş materialları və iddiaçının izahatından görünür ki, o, 2 il əvvəl Cavabdeh evləndirib oradan çıxmışdır. Sonra getdiyi ünvanı satıb şəhərdən ev almışdır. 2021-ci ilin mart ayından isə hazırda yaşadığı ünvana gəlmişdir. Əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvl əri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
32. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni qismən, iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, Şəki şəhəri, 20 yanvar küçəsi, dalan 3,ev 2A ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ilə onun hazırki arvadı X5 birgə nikah dövründə alqı-satqı yolu ilə əldə olunmuşdur. Məhkəmə buradan belə nəticəyə gəlmişdir ki, iddiaçının ümumi mülkiyyətində başqa yaşayış sahəsi olduğu üçün onun öz mənzil ehtiyacını mübahisəli evdə ödəmək ehtiyacı aradan qalxmışdır.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassator kassasiya şikayətində onun mü bahisə predmeti olan mənzildə yaşadığı müəyyən edilsə də iddia tələbini mənzilə köçürülmə hissəsində təmin etməməsini göstərir. Halbuki, bu hissədə iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və iddiaçı həmin hissəni apellyasiya qaydasında mübahisələndirmədiyindən apellyasiya baxışının predmeti olmamışdır.
43. Həmçinin qeyd edilməlidir ki, iddiaçı özü də iddia ərizəsində göstərmişdir ki, anasının vəfatından sonra vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evi X10 nəvələri, yəni onun uşaqları olan X11 və hazırki iş üzrə Cavabdeh adlarına qeydiyyata alınmışdır. Bununla bağlı onun da razılığı alınmışdır.
44. Göründüyü kimi, iddiaçı özü həmin evə aid ona çatacaq mülkiyyət hüququnun vəsiyyətnamə üzrə ötürülməsinə razılıq vermişdir. Mül kiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva etdiyindən bu hal iddiaçının könüllü şəkildə istifadə hüququnu itirməsi kimi qiymətləndirilir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətini n dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1614/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov