Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2148/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)480/2023 saylı, 06 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları:
1. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1168 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh Qləmşah oğlu arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2006-clı il təvəllüdlü Nigar və xx.xx.2012-ci il təvəllüdlü Zaur anaları İddiaçı himayəsinə verilmişdir.
2. Torpaqların alqı-satqısına dair aktın surətindən, qəbzdən və Zizik bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarından görünür ki, X1 Zizik bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən fərdi yaşayış evi tikintisi məqsədi ilə 0,06 hektar torpaq sahəsi satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, Cavabdeh ilə birgə yaşadığı Quba rayonu, Zizik kəndində yerləşən evdən istifadə hüququ müəyyən edilməklə onun və iki azyaşlı övladının həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan xx.xx.2006-cı ildə Nigar və xx.xx.2012-ci ildə Zaur adlı iki uşaqları anadan olmuşdur. Nikaha daxil olduğu gündən cavabdehlə birgə nikah dövründə əldə etdiyi Quba rayonu, Zizik kəndində yerləşən fərdi evinə köçmüş və orada yaşamaqla birgə təsərrüfat aparmışlar. Cehiz əmlakları da hazırda həmin evdədir. Sənədləri olmadığı üçün məhkəməyə müraciət edərək evə dair ½ hissədə mülkiyyət hüququnun tanınmasına nail ola bilmir. Cavabdeh onu iki azyaşlı uşağı ilə evdən çıxarmış və o, dəfələrlə qayıtmaq istəsə də, həmin evə buraxmamışdır. Valideynlərinə məxsus olan ev darısqal olduğundan orada yaşaya bilmir. Ona görə də, kirayədə yaşamaq məcburiyyətində qalır. Cavabdeh ona və uşaqlarına qayğı göstərmir. İş yeri olmadığı üçün hazırda kirayədə azyaşlı uşaqlarla qalmaq, həmçinin uşaqları evdə tək qoyub işləmək ona çətin olur. Ev almağa və ya kirayə ev tutub yaşamağa da maddi imkanı yoxdur.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, o, İddiaçı ilə 2004-cü il tarixdə rəsmi olaraq ailə qurmuş və 7 il birgə yaşamışlar. Sonra bir müddət iddiaçının bacısıgildə, problemlər yarandıqdan sonra dayısıgildə və valideynlərinin evində yaşamışlar. Qardaşı torpaq sahəsi almışdır. İddiaçının köçüb yaşamaq istədiyi ev qardaşına məxsusdur. Ev 2 otaq və 1 z aldan ibarətdir, yaşayış üçün yararlıdır. O, özü də həmin evdə yaşamayacaq. Hesab edir ki, iddia əsassızdır və ona görə də, təmin olunmamalıdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X6 ifadələrində 2017-ci il tarixdə iddiaçının yaşadığı Quba rayonu, Zizik kəndindəki evində usta kimi işlədiklərini, həmin vaxt evin yararsız vəziyyətdə olduğunu, iddiaçının iki uşağı ilə həmin evdə olduğunu və işlədikləri vaxt iddiaçı tərəfindən onlara çay, yemək verildiyini, cavabdehi isə həmin evdə görmədiklərini bildirmişlər.
7. İş materiallarında olan Quba rayon Timiryazev bələdiyyəsində 07 oktyabr 2022-ci il tarixdə tərtib edimiş aktdan görünür ki, həqiqətən İddiaçı 2010-cu ildən 2020-ci ilə qədər Quba rayonu, Zizik kəndində əri ilə birgə tikdikləri yaşayış evində yaşayıb.
8. İş materia llarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 oktyabr 2022-ci il tarixli 122 nömrəli məktubundan görünür ki, İddiaçı və Cavabdeh məxsus ərazi dairəsinin Zizik kəndində fərdi yaşayış evinin olması barədə nümayəndəlikdə məlumat yoxdur.
9. Quba Rayon Məhkəməsinin 2(027)-2058/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim X8) iddia qismən təmin edilmiş, İddiaçı uşaqları xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X15 ilə birlikdə Quba rayonu Zizik kəndində yerləşən və faktiki Cavabdeh məxsus fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 2004-cü ildə Cavabdeh ilə rəsmi nikah qeyd etd irməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Nigar və xx.xx.2012-ci il təvəllüdlü Zaur adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə tikdikləri Quba rayonu, Zizik kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonradan cavabdeh X4 ilə xasiyyətləri uyğun gəlmədiyi üçün iddiaçı uşaqlarını da götürüb kirayədə yaşamağa məcbur olmuşdur. İddiaçıya məxsus cehiz əşyaları hal-hazırda da mübahisəli evdədir. Eyni zamanda, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, İddiaçı iki uşağı ilə birlikdə köçürülməsini tələb etdiyi Quba rayonu, Zizik kəndində yerləşən mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi Quba rayonu, Zizik kəndin də yerləşən mübahisəli yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığından, həmin evə heç bir hüquq müəyyən edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, hazırki tələb üzrə mübahisə edilən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmadığına və hüquqi nöqteyi nəzərdən evin mülkiyyətçisi bəlli olmadığına görə qeyd edilən fərdi yaşayış evinə istifadə hüququnun yaranması mümkün deyildir. Belə ki, istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi olduğu üçün yalnız rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlaka istifadə hüququ əmələ gələ bilər. Bu səbəbdən, iddia tələbi “İddiaçı Cavabdeh ilə birgə yaşadığı Quba rayonu, Zizik kəndində yerləşən evdən istifadə hüququnun müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Bundan əlavə, iddia tələbi “iddi açının iki azyaşlı uşağı ilə birlikdə Cavabdeh ilə birgə yaşadığı Quba rayonu, Zizik kəndində yerləşən yaşayış evinə köçürülməsi” hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehlə birgə nikah dövründə əldə etdikləri evdə birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşadığından, o və uşaqları Cavabdeh ailə üzvü olduğundan, həmin evi onların mənzili adlandırmaq olar. İddiaçı və iki uşağının həmin evə köçürülməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə ziddir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 139.1, 146.1, 228.1 və 228.5-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci, Ailə Məcəlləsinin 49.2-ci, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 8-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17 və 20-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh olmamasına, həmin evə dair Cavabdeh h ər hansı hüququnun olmamasına və həmin evə dair irəli sürülən istənilən tələb üzrə cavabdeh olmayan şəxs olmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, mübahisəli evin, yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi müəyyən edilmədən iş üzrə evin və torpaq sahəsinin sahibi olan üçüncü şəxs müəyyən edilmədən və işə cəlb edilmədən iddianın təmin olunmasına dair yekun qərar qəbul edilmiş, iddia ərizəsində istinad olunan halların təsdiqinə dair sübutların natamam olmasına, daşınmaz əmlakın məxsusluğunun reyestr məzmunu ilə və yaxud hüquqmüəyyənedici digər sənədlərlə (torpaq ayırma, AİK qərarı, Bələdiyyə və s.) müəyyənləşdirilməli olmasına hüquqi qiymət verilmədən iddia tələbininin təmin olunması barədə qətnamə qəbul edilmişdir. Yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin mül kiyyətçisinin, sahibi və ya istifadəçisinin kim olması ümumiyyətlə araşdırılmamışdır. Hazırkı iş üzrə həm iddiaçının, həm də cavabdehin həmin evdə müvəqqəti kirayəçi kimi yaşamalarına, onların heç birinin mübahisə predmeti olan evə hər hansı hüquqlarının olmamasına, qeyd olunan evə münasibətdə iddiaçı və cavabdeh qismində çıxış etmələri üçün qanunvericiliklə müəyyən edilmiş subyektiv hüququn üç elementindən heç birinin mövcud olmamasına hüquqi qiymət verilməmiş və araşdırılma aparılmadan yekun qərar qəbul edilmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X11 (sədrlik edən və məruzəçi), X12 və X18) 2(105)-480/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(027 )-2058/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə öz mövqeyini onunla əsalandırmışdır ki, iddiaçı cavabdehlə birgə nikah dövründə əldə etdikləri evdə birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşadığından, o və uşaqları Cavabdeh ailə üzvü olduğundan, həmin evi onların mənzili adlandırmaq olar.
17. Birinci instansiya məhkəməsi iddianı rədd etdiyi hissə ilə bağlı isə qeyd etmişdir ki, İddiaçı iki uşağı ilə birlikdə köçürülməsini tələb etdiyi Quba rayonu, Zizik kəndində yerləşən mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığından, həmin evə heç bir hüquq müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hes ab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.
18. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli yaşayış evinə köçürülməlidirlər.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi yaşayış evi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış və hüquqi vəziyyəti bəlli olmayan yaşayış evinə hüququnun da tanınması mümkün deyildir.
21. Məhkəmə kollegiyası tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx. 2006-cı il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçının himayəsində olduğunu nəzərə alaraq, onların anası ilə birlikdə mübahisəli evə köçürülməsi haqda tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. İşin halları ilə müəyyən olunur ki, cavabdeh iddiaçını övladları ilə həmin yaşayış evinə yaşamağa buraxmır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən həmin hüququn məhkəmədə tanınmasını arzulamışdır. Bununla belə, kollegiya iddiaçının evdən yaşayış-istifadə hüququnun tanınması hissəsində iddianı əsaslı hesab etmir.
23. Belə ki, evə mülkiyyət hüququ tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən iddiaçının həmin evə dair onun yaşayış-istifadə hüququnun tanınmasını tələb etməsi əsaslı hesab edə bilməz. İddiaçının evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanı olmalıdır. Bu isə evə yaşayış-istifadə hüququnun tanınması anlamına gələ bilməz.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25.2 və 43cü, Mülki Məcəllənin 139.1, 146.1, 228.1 və 228.5-ci, Ailə Məcəlləsinin 29.1-ci, Mənzil Məcəlləsinin 12.1, 13.1.1 və 14.1-ci, Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunun 3, 4 və 5-ci maddələrinə, «Uşaq hüquqları Bəyannaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə, Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi b arədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-480/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə
25. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
29. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alımalıdır.
31. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
32. Maddə 228.
1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
33. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinir mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
34. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadı n və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
35. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir.
36. Maddə 14.1.Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. «Uşaq Hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu
37. Maddə 3 Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
38. Maddə 4.Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbay can Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
39. Maddə 5.Dövlət orqanları, bütün fiziki və hüquqi səxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları Bəyannaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi
40. Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.
52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh iddiaçının tələbinin sübut edilməməsini göstərsə də, bununla bağlı dəlillərini iş in faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
53. Belə ki, kassasiya şikayətində cavabdeh fərdi yaşayış evinin ona və ya ailəsinə məxsus olmamasını, qardaşına məxsus olmasını, tələbə cavab verməli olan şəxs olmamasını göstərmiş olsa da birgə nikah müddətində mübahisəli fərdi yaşyaış evində ailəsi və uşaqları ilə birlikdə yaşadığını və nikahın faktiki olaraq pozulması anından iddiaçının həmin ünvandan çıxarılmasını qəbul etmişdir. Eyni zamanda fərdi yaşayış evinin qardaşına məxsus olmasına dair hər hansı mötəbər sübuta istinad etməmişdir.
54. Mübahisəli məsələ iddiaçının həmin evə yaşamaq hüququnun olmasıdır. Həmin məsələyə hüquqi qiymət verən apellyasiya məhkəməsi iddiaçının qeyd olunan evə köçüb yaşaması ilə qanuni mənafeyi olduğu, ona maneə olanların isə, qadağan edilmiş özbaşınalıq etmələrini müəyyən etmişdir.
55. Məhkəmə kollegiyası izah edir ki, Konstitusiyanın 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.
56. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikili olsa da, yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehin isə buna maneə olunması üçün hər hansı hüquqi əsaslarının olması iş materialları ilə müəyyən olunmur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçını mübahisələndirilən evə köçürməklə, düzgün nəticəyə gəlmişdir.
57. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
58. Göstərilənlə rə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 fevral 2023-cü il tarixli, 2(105)-480/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.