Məhkəmə qərarları › İş №2(102)-2149/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2149/2022

23.05.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2149/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə, Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il i tarixli, 2(107)1568/2021 nömrəli qətnaməsindən üçüncü şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Xanlar rayonunun Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli, 54a nömrəli qərarı ilə bələdiyyənin ərazisindəki kənd təsərrüfatına yararsız torpaq sahəsindən Cavabdeh2 torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göygöl rayon şöbəsi tərəfindən tərtib olunmuş 26 aprel 2006-cı il tarixli, JN:0497, KOD 50806018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göygöl rayonunun Quşqara kəndində Cavabdeh2 mülkiyyətinə verilmiş torpağın ümumi sahəsi 1,31 ha olmaqla, 467 konturda 6000,96 kv.m, 467A konturda 2000 kv.m. və 467D konturda 5096,86 kv.m göstərilmişdir.

3. Torpaq sahəsinin 0,509686 ha hissəsinə dair Cavabdeh2 mülkiyyət hüququ 18 iyul 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

4. Cavabdeh2 26 iyul 2007-ci il tarixdə 0,509686 ha torpaq sahəsinin 0,06 ha hissəsini X1, 0,24 ha hissəsini X3, 18 dekabr 2012-ci il tarixdə isə 0,209686 ha hissəsini Maraqlı şəxs1 satmışdır.

5. Göygöl rayonunun Quşqara kəndi ərazisində 0,209686 ha torpaq sahəsi üzərində Maraqlı şəxs1 mül kiyyət hüququ 12 aprel 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən 10 may 2012, 27 may 2012, 27 iyun 2012 və 30 yanvar 2013-cü il tarixli sərəncamları ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik” bağ ərazisinin ölçüsü 500 kv.m. olan 41, 42, 43 və 44 nömrəli sahələrində müvafiq olaraq Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs2 və X4 fərdi yaşayış evinin inşasına icazə verilmişdir.

7. Maraqlı şəxs1 ilə Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs2 və X2 iştirakı ilə mülki və inzibati iş icraatı qaydasında müxtəlif məhkəmə mübahisələri olmuşdur.

8. Bundan əlavə, Xanlar rayonunun Quşqara bələdiyyəsinin 24 fevral 2006-ci il tarixli, 14 nömrəli qərarı ilə bələdiyyənin ərazisindəki yararsız torpaq sahəsindən Cavabdeh1 torpaq sahəsi ayrılmışdır.

9. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göygöl rayon şöbəsi tərəfindən tərtib olunmuş 07 aprel 2006-cı il tarixli, JN:491, KOD 50806018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göygöl rayonunun Quşqara kəndində Cavabdeh1 mülkiyyətinə verilmiş torpağın ümumi sahəsi 1,72 ha olmaqla, 491 konturda 17166,05 kv.m göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Göygöl rayon Quşqara bələdiyyəsi Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-0497, KOD 50806018 saylı Dövlət Aktına əsasən cavabdehin mülkiyyətində olan 1,31 ha torpaq sahəsinin 0,51 ha hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi, cavabdehin mülkiyyətində bələdiyyənin 21 noyabr 2005-ci il tarixli, 54a saylı qərarına əsasən alqı-satqı yolu ilə satılmış 0,80 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, bələdiyyə tərəfindən cavabdehə 0,80 ha torpaq sahəsi satıldığı halda, 28 aprel 2006-cı il tarixdə torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilərkən texniki səhvə yol verilərək, 0,80 ha əvəzinə 1,31 ha torpaq sahəsi göstərilmişdir. Cavabdeh bu barədə rayon torpaq sahəsinə və bələdiyyəyə heç bir məlumat verməmiş, nəticədə 0,51 ha torpaq sahəsinə qanunsuz olaraq sahiblik etmişdir.

12. Bundan ba şqa iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsi Cavabdeh1 qarşı iddia ərizəsi ilə ayrı icraatda məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-0491, KOD 50806018 saylı Dövlət Aktına əsasən cavabdehin mülkiyyətində olan 1,72 ha torpaq sahəsinin 0,72 ha hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi, cavabdehin mülkiyyətində bələdiyyənin 24 fevral 2006-cı il tarixli, 14 saylı qərarına əsasən alqı-satqı yolu ilə satılmış 1,00 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Həmin iddia eyni qaydada əsaslandırılmışdır.

14. Göygöl Rayon Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərardadı ilə iddialar bir icraatda birləşdirilmişdir.

15. Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ilə (hakim E.X.Həsənova) iddia təmin edilmiş, Cavabdeh1 adına verilmiş torpağa mülkiyyət hüququna dair 07 aprel 2006-cı il tarixli, JN-0491 nömrəli Dövlət aktı 0,72 ha torpaq sahəsi üzrə və Cavabdeh2 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli JN-0497 nömrəli Dövlət aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilmişdir.

16. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər torpağa mülkiyyət hüququna dair dövlət aktları alarkən əsassız olaraq həmin aktlara bələdiyyəyə məxsus əlavə torpaq sahələri yazdırmış, yaxud həmin yazılar səhv etmə nəticəsində baş vermiş, bununla da dövlət aktlarında torpaq sahələrinin ölçüsü cavabdehlərlə bağlanmış alqı-satqı aktlarına uyğun olmamışdır.

17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 3 37.1, 567, 646.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs3 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-410/2021 nömrəli qərardadı ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ş.Hüseynovdan və V.İ.Məlikovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmi n edilərək, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi qismən, yəni “Cavabdeh2 adına verilmiş torpağın mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli, JN-0497, KOD 50806018 nömrəli Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin cavabdehə münasibətdə iş üzrə icraata xitam verilmiş, tərəflərə (o cümlədən hüquqlarına toxunan şəxslərə) hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək, müraciətləri həmin orqan tərəfindən həll olunmadığı (hərəkət və ya hərəkətsizliyi) təqdirdə isə məhkəmə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət hüququ izah olunmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, idd iaçı tərəfin mübahisələndirdiyi cavabdehin adına verilmiş torpağın mülkiyyət hüququna dair Dövlət Aktı, müvafiq bələdiyyənin 21 noyabr 2005-ci il tarixli, 54a nömrəli qərarı əsasında verilmişdir. Göründüyü kimi, hazırkı mübahisənin predmeti hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Belə ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

22. Məhkəmə öz mövqey ini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci, İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarı ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı və üçüncü şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs3 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-410/2021 nömrəli qərardadının ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 may 2021ci il tarix li, 2(102)-2957/2021 nömrəli qərarı ilə (hakim Ə.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və İ.K.Xəlilovdan ibarət tərkibdə) kassasiya şikayətləri təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(107)-410/2021 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. Kassasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, inzibati-iqtisadi məhkəmələr 2011-ci il yanvar ayının 1-dən fəaliyyətə başlamış, hazırkı iş üzrə iddia ərizəsi isə məhkəməyə 18 avqust 2010-cu ildə verilmiş, həmin iş üzrə qətnamə 29 oktyabr 2010cu ildə qəbul edilmişdir.

26. Bundan başqa, inzibati-iqtisadi məhkəmələri yaradılana qədər qüvvədə olan MPM-in 25.1-ci maddəsinə əsasən, mülki mə hkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələrdə baxılırdı.

27. Apellyasiya instansiyası məhkəməsi isə işin yuxarıda göstərilən hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə qanuni və əsaslı olmayan qərardad qəbul etmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

28. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(107)-1568/2021 nö mrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Q.Abbasovdan və İ.H.Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Göygöl rayon Quşqara Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı iddialar rədd edilmişdir.

29. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia cavabdehlərin adına torpağın mülkiyyət hüququna dair JN-0497 nömrəli Dövlət Aktları verilməsindən təq ribən 4 ildən artıq müddət keçdikdən sonra qaldırılmış və iddiaçı Mülki Məcəllənin 354.1, 354.2-ci maddələri ilə müəyyən olunmuş kəsici müddətləri ötürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

30. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 birgə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il i tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi, bu mümkün olmadıqda isə işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfin dən Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrinin tələbləri pozulmuş, Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5, 191.3, 220.4-cü maddələrinə riayət olunmamışdır.

32. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini şikayət verilməmiş digər cavabdehə aid hissədə də yoxlamışdır. Digər tərəfdən, iddiaçı tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı mübahisələndirildiyi halda, məhkəmə tələbi əqdin etibarsız sayılması kimi qiymətləndirməklə səhvə yol vermiş və iddiaçıya münasibətdə bir illik müddəti tətbiq etmişdir. Halbuki, iddiaçı cavabdeh tərəfindən dövlət aktının saxtalaşdırılmasından xəbər tutduğu vaxtdan məhkəməyə müraciət etmişdir.

33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

34. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsini xahiş etmişdir.

35. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə tərəflər arasında illərdir ki, məhkəmə mübahisələri davam edir. Hazırda mübahisələndirilən Dövlət Aktı bələdiyyə qərarı, yəni inzibati akt əsasında verildiyindən, həmin aktın mülki mühakimə qaydasında mübahisələndirilməsi yolverilməzdir. Ali Məhkəmədə formalaşdırılmış vahid praktikaya uyğun belə iddialara xitam verilməlidir. Kassasiya baxışının hədləri:

36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası m əhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxslər tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəmə sinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə g örə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 296.1-cü maddəsinə əsasən (01 iyul 2011-ci il tarixədək qüvvədə olan) maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 296.2-ci maddəsinə əsasən (01 iyul 2011-ci il tarixədək qüvvədə olan) yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfində n qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. 298-ci maddəsinə əsasən (01 iyul 2011-ci il tarixədək qüvvədə olan) şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə ba xan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 40. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun t ələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, eyni zamanda prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

42. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normalarını pozmuşdur.

43. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ayrı-ayrılıqda 2 müstəqil tələblə məhkəməyə müraciət etmiş, həmin tələblər bir icraatda birləşdirilmiş və hər ikisi təmin edilmişdir.

44. Maraqlı şəxs1 qətnamə ilə maraqlarına toxunan şəxs qismində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh2 aid hissədə mübahisələndirildiyi halda, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam ləğv etmiş və hər iki cavabdehə qarşı olan iddiaları rədd etmişdir.

45. Bununla da, apellyasiya məhkəməsi apellyasiya baxışının hədlərini pozaraq, qətnaməni apellyasiya qaydasında mübahisələndirilməyən Cavabdeh1 adına ol an Dövlət Aktının da qismən etibarsız hesab edilməsinə dair hissədə də ləğv etmiş və iddianı sonuncuya münasibətdə də rədd etmişdir.

46. Halbuki, “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlil lərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.

47. Digər tərəfdən, apellyasiya məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərinə zidd olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında olan göstərişlərinə tam əməl etməmişdir. Həmin qərarda isə göstərilmişdir ki, hazır ki iddia 2010-cu ildə verildiyindən və işə həmin zaman baxıldığından, mübahisə həmin dövrün qanunvericiliyinə uyğun həll olunmalıdır.

48. İddiaçı tərəfindən inzibati orqan tərəfindən tərtib olunmuş inzibati aktı – Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı mübahisələndirildiyi halda, apellyasiya məhkəməsi təkrar apellyasiya baxışında iddia tələbinə aid olmayan əqdlərin etibarsızlığı institutuna istinad etmiş və həmin institutla müəyyən olunan kəsici müddətləri tətbiq etməklə iddianı rədd etmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şə xs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər.

50. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünü idarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda müddətlər MPM-in 01 iyul 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənmişdir.

51. İddiaçı 25 aprel 2006-cı il tarixdə verilmiş Dövlət Aktını təxminən 4 il 4 ay müddətindən sonra mübahisələndirdiyindən, müddətin buraxılmasını üzrlü olmasına, o cümlədən həmin Dövlət Aktından nə vaxt xəbər tutmasına dair sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etmədiyi ndən, o cümlədən hazırda yoxlanılan apellyasiya instansiyası məhkəməsində müddətin tətbiqinə dair normada pozuntu olsa da, məhz müddət ötürüldüyü üçün iddia rədd olunduğu halda, iddiaçı həmin qətnaməni mübahisələndirmədiyindən məhkəmə kollegiyasının qənaətinə görə, iddia MPM-in 01 iyul 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən rədd olunmalıdır.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2021-ci il i tarixli, 2(107)-1568/2021 nömrəli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “Cavabdeh2 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25 aprel 2006-cı il tarixli, JN-0497, KOD 5080601 8 saylı Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar