Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2149/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə üzvü olmayan şəxsin mənzildən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-239/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvanə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 avqust 2018-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, Cavabdeh iddiaçının oğlu Vasif Abbasovla xx.xx.2007-ci il tarixdə evlənmiş, həmin nikahdan onların iki uşaqları - 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X4 doğulmuşdur. X6 ilə Cavabdeh arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar ananın yanında saxlanmışdır.
3. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1007/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə, Cavabdeh və onun azyaşlı övladları 11 iyun 2008-ci il təvəllüdlü X5 və 12 may 2009-cu il təvəllüdlü X2 İddiaçı məxsus ünvanindən pa sport qeydiyyatından çıxarılması vəzifəsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunmuşdur.
4. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 11 iyun 2022-ci il tarixli arayışa əsasən Cavabdeh ünvanində qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və sonuncunun övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X2 mülkiyyətində olan ünvandan çıxarılıb mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılıb ki, cavabdeh ə vvəllər iddiaçının övladı X6 ilə nikahda olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların aralarında olan nikah pozulmuşdur. Cavabdeh 3 ilə yaxındır ki, uşaqları ilə birlikdə həmin mənzildə yaşamış və qeydiyyata düşmüşdür. Cavabdeh onun mənzilində yaşamasına baxmayaraq iddiaçını və mənzildə qeydiyyatda olan ailə üzvlərini mənzilə buraxmamış və mənzildə yaşamalarına imkan verməmişdir. Cavabdeh qərəzli hərəkətləri ilə iddiaçının mülkiyyətindən istifadə etməsinə imkan verməmişdir. İddiaçı dəfələrlə cavabdehdən mənzili boşaltmasını tələb etsə də, cavabdeh onun sözlərinə əhəmiyyət verməmişdir. İddiaçı öz mənzili olduğu halda başqa yerlərdə kirayədə yaşamağa məcbur olmuşdur. Cavabdeh bu hərəkətləri ilə onun mülkiyyət və mənzildən istifadə hüquqlarını kobud şəkild ə pozmuşdur.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini, cavabdehin iddiaçının övladı X1 həyat yoldaşı olduğunu, sonuncunun və ailə üzvlərinin mənzildə yaşamaq hüquqlarının olduğunu bildirərək, tələbin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi cavabdehin iddiaçının oğlu ilə birgə nikah dövründə əldə etdikləri mənzilin satışından götürülmüş vəsait hesabına alınmışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5193/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvani xx.xx.2018-ci il tarixdən İddiaçı məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. İddiaçının övladı X6 ilə cavabdehin arasında olan nikah pozulmuşdur. Cavabdeh mübahisəli yaşayış sahəsində xx.xx.2018-ci il tarixdən sonra məskunlaşmışdır.
10. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər xx.xx.2018-ci il tarixində (iddiaçının adına mübahisə predmeti olan yaşayış sahəsinə dair çıxarış verildiyi, cavabdehin məskunlaşdığı tarixdən) yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 1 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
11. Məhkəmə Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddəl ərinə istinadla qeyd etmişdir ki, cavabdeh iddiaçının ailə üzvü və digər qohumu olmadığından, onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Odur ki, cavabdeh mübahisəli evdə heç bir hüquqi əsas olmadan yaşadığından iddia əsaslıdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir.
12. Məhkəmə eyni zamanda cavabdehin nümayəndəsinin mübahisəli yaşayış sahəsinin cavabdehin iddiaçının oğlu ilə birgə nikah dövründə əldə etdikləri mənzilin satışından götürülmüş vəsait hesabına alınması barədə dəlilini, onu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən, eləcə də bu hal işin faktiki halları ilə təsdiqini tapmadığından əsassız hesab etmişdir.
13. Məhkəmə öz mö vqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 33, 60cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixli) 30.1, 30.4-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) A pellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, cavabdeh 3 ildən çoxdur ki, mübahisəli mənzildə qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ var. Məhkəmə də heç bir araşdırma aparmadan iddia tələbini təmin etmişdir. Himayəsində iki uşağı var və uşaqları ilə həmin ünvanda yaşayır, yaşayacaq başqa yeri yoxdur. İddiaçı ona 65000 manat kompensasiya verərsə mənzildən qeydiyyatdan çıxmağa razı olar. Əks halda iddia tələbi ilə razılaşmır və qətnamədən narazıdır. Çünki hazırkı mənzil məhz onun keçmiş əri ilə birlikdə birgə nikah dövründə əldə etdiyi mənzilin satışından əldə olunmuş pul vəsaiti ilə alınıb. Həmin mənzil 120000 manata satılıb və hazırkı mənzil 140000 manata alınıb. Satılan mənzil həyat yoldaşının adına olmuşdur.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-239/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Ayaz Mahmudov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyatının olması onu n həmin evə dair hər hansı hüquqlarını müəyyən etməmişdir.
18. Məhkəmə kollegiyası cavabdehin hazırki mənzilin keçmiş ərinin adına olan mənzilin satılmasından əldə olunan vəsaitlə alınmasına dair dəlilinə qiymət verərək qeyd etmişdir ki, cavabdeh qeyd etdiyi dəlili təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.
19. Məhkəmə kollegiyası cavabdehin digər dəlili - 65000 manat kompensasiya verilməsi qarşılığında mənzildən çıxacağına qiymət verərək qeyd etmişdir ki, hazırda cavabdehin mübahisəli mənzilə hər hansı hüququ olmadığından onun kompensasiya tələb etmək hüququ da olmamışdır. Cavabdehin iddiaçıdan kompensasiya tələb etmək hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia isə yalnız mülkiyyətçi tərəfindən qald ırıla bilər.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 33, 60cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixli) 30.1, 30.2, 30.4-cü, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 201 4-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd olunur ki, hazırkı mənzil məhz onun keçmiş həyat yoldaşı ilə birlikdə birgə nikah dövründə əldə etdikləri mənzilin satışından əldə olunmuş pul vəsaiti ilə alınmışdır. Həmin mənzil 120000 manata satılmış və hazırkı mənzil 140000 manata alınmışdır. Satılan mənzil həyat yoldaşının adına olmuşdur. L akin məhkəmə bu halları araşdırmamışdır. Həmçinin məhkəmə mülki prosesin çəkişmə prinsipini pozmuş, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
23. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 33, 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 88-ci, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30. 1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz.
26. Maddə
33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
27. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Madd ə
152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
30. Mad də 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
32. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə
2. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı
34. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublik ası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı
35. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməl idir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edi lmiş hallarına görə, mübahisəli mənzil xx.xx.2018-ci il tarixdən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının oğlu Vasif Abbasovla xx.xx.2007-ci il tarixdə evlənmiş, həmin nikahdan 11 iyun 2008-ci il təvəllüdlü Rüfət və 12 may 2009-cu il təvəllüdlü Nərmin adlı uşaqları doğulmuşdur. X6 ilə Cavabdeh arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh mübahisəli yaşayış sahəsində xx.xx.2018-ci il tarixdən sonra yaşamağa başlamışdır.
47. İddia tələbi cavabdehin iddiaçının mənzilindən çıxarılması barədədir. Bu halda iddia tələbi Mülki Məcəllənin 152.5-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinin işığında təhlil olunmalıdır. İddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etmək lə mülkiyyətində olan mənzildən cavabdehin istifadə etməsinə yol verməmək ixtiyarı vardır. Lakin mülkiyyətçinin bu hüququ, mülkiyyətçi üçün qanunla və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə mümkündür.
48. Bu baxımdan cavabdehin mənzilə hüquqlarının müqavilə və ya qanuna əsasən yaranıb yaranmadığı araşdırılmalıdır. Yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).
49. Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi (31-32-ci paraqraflar) yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçü n aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.
50. Cavabdeh mənzildən bu əsaslar üzrə hüququnun olduğunu iddia etmir.
51. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir (30-32-ci paraqraflar). Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
52. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri əsasında iddianı təhlil etmiş və qeyd etmişdir ki, cavabdeh iddiaçının gəlini olmaqla, iddiaçının ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid deyil.
53. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin mü ddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
54. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
55. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anl ayışının əhatə dairəsinə daxil edilməmişdir.
56. Məhkəmə kollegiyası kassatorun mənzildə daimi qeydiyyatda olması barədə dəlilini də qətnamənin ləğvi üçün əsas saymır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi n əticəyə səbəb ola bilər.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında qeydiyyatın hüquqi nəticələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
58. Göründüyü kimi, mənzildə qeydiyyatın olması, həmin şəxsin mənzildən istifadə hüququnun yaranmasına əsas hesab olunmur. Buna görə də məhkəmə kassatorun mənzildən istifadə hüququnun olmadığı barədə düzgün nəticəyə gəlmişdir.
59. İşin hal ları onu deməyə əsas verir ki, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir.
60. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hü quq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
61. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
62. Cavabdehin mübahisəli mənzilin keçmiş əri ilə birgə nikah müddətində əldə olunmuş vəsaitlə alınması barədə dəlilə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliy i sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
63. Mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu fakt Mülki Məcəllənin 140-cı maddəsində müəyyən olunmuş hüquqi nəticəni törədir. Yəni bu qeydiyyat əsasında, mübahisəli mənzilin üzərində iddiaçının mülkiyyət hüququnun həqiqiliyi və tamamlığı prezumpsiyası tanınır.
64. Kassatorun məhkəmə iclasında iştirakının təmin olunmaması barədə dəlili də əsassızdır. Ç ünki iş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsində məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, bu məhkəmə iclası barədə cavabdehə və vəkilinə elektron vasitələrlə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəf gəlmədiyinə görə məhkəmə iclası təxirə salınaraq xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə cavabdehə və vəkilinə elektron qaydada məlumat verilmiş, eyni zamanda cavabdehə poçt vasitəsi ilə bildiriş göndərilmiş, bildiriş xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin vəkili həmin gün başqa məhkəmədə işi olduğuna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehə və vəkilinə xx.xx.2023-cü il tarixə, saat 09:50-yə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə elektron va sitələ rlə məlumat verilmiş, eyni zamanda cavabdehə poçt vasitəsi ilə bildiriş göndərilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə çatdırılmışdır.
65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
66. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-239/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.