Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2149/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər):mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və tikilinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-645/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli q ətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X11 ona məxsus olan Abşeron rayonu (hazırda Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi) 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsini AN-İ № ******* saylı, xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır.
2. Qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2154/2019 nömrəli qərarı ilə ünvan nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
4. Həmin qərar icra edilərək ünvan ünvanında yerləşən 0,095 ha torpaq sahəsinə dair X2 adına xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır.
5. Torpaq sahəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 tərəfindən X1.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2154/2019 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh və İddiaçı üçüncü şəxs qismində cəlb edilmişlər, ünvan nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının idd iaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir.
7. Həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-585 saylı, 10 may 2019-cu il tarixli arxiv arayışına əsasən Abşeron rayon 1 saylı Zeytun sovxozu direktorunun 29 noyabr 1999-cu i l tarixli, 08 saylı əmri ilə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 236 saylı sərəncamının 8-ci bəndinə əsasən Yeni Suraxanı qəsəbəsi ərazisində yerləşən sovxoza məxsus ərazidə fərdi ev tikmək üçün 1.000 kv.metr torpaq sahəsi Cavabdeh ayrılmışdır. Əsas: Sovxoz həmkarlar təşkilatının 06 saylı, 29 noyabr 1999-cu il tarixli protokolu. 8. 2 saylı Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2154/2019 saylı məktubuna əsasən Cavabdeh iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytun sovxozunda yerləşən 1000 kv.metr torpaq sahəsinin iddiaçı X3 məxsus olan ünvan nda yerləşən 950 kv.metr torpaq sahəsi ilə naturada üst-üstə düşübdüşməməsinin, düşdüyü təqdirdə naturada yeri göstərilməklə buna dair rəyin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********55 nömrəli məktubuna əsasən tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Torpaq sahəsi naturada 950 kv.metr olmaqla təqdim olunmuş plan-ölçüdə qeyd olunan koordinat nöqtələri ilə tam olaraq üst-üstə düşür. Sözügedən torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən **********20 reyestr nömrəsi ilə X4 mülkiyyətindədir. Cavabdeh tərəfindən torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yerləşmə cizgisi təqdim olunmadığı üçün sənədin gös tərilən sahəyə aid olub-olmaması məlum deyildir.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8152/2021 nömrəli qərarı ilə iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh, İddiaçı və X9 üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan-ölçünün verilməsi tələbinə dair iddiası rədd edilmişdir.
11. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********75 nömrəli məktuba əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 saylı, 30 iyul 2019-cu il tarixli qər arı ilə X2 adına qeydiyyata alınmış ünvan nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi ilə İddiaçı xx.xx.2007-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən yerli baxış zamanı göstərdiyi sahə eynilik təşkil etməklə üst-üstə düşür.
12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-18/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X6, İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun qanuni istifadəsində olmasının müəyyən edilməsi və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı X4 cavabdehlər X7 və X8 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı Cavabdeh, X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarından irəli gələn sahiblik, istifadə hüquqlarının tanınması və Abşeron rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli sərəncamının və cavabdeh X6 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiaçı Cavabdeh iddiasının təmin olunmaması, müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı iddiasının qismən təmin olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşın maz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X4 adına verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 1 saylı Zeytun sovxozunda yerləşən 0.0950 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, eyni tarixli və saylı qərardadla X4 cavabdehlər X7 və X8 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)6338/2022 nömrəli qətnaməsi ilə Cavabdeh şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 18/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmı şdır.
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9137/2023 nömrəli qərardadı ilə icrada geriyə dönüşlə bağlı ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2154/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının icrasına geriyə dönüş edilməsi və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan nun ərazisində yerləşən 950 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və bu barədə X2 adına veilmiş ********** saylı qeydiyyat nömrəli çıxarış və plan-ölçünün ləğv olunması qərara alınmışdır.
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9137/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (İddiaçı və qeyriləri üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil1 ərizə təqdim edərək, cavabdeh tərəfindən zəbt olunmuş Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən DƏDRX-nin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı çıxarış ına əsasən 0.0957 ha torpaq sahəsinin və tikilinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
18. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən mübahisələndirilən torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli və MH ******* seriyalı çıxarış verilmişdir. Eyni zamanda çıxarışla yanaşı xx.xx.2007-ci il tarixdə mübahisə predmeti olan – Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.0957 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Pasportu da verilmişdir. Belə ki, daha sonra maddi baxımdan imkan olmadığına görə orada hər hansı tikinti və s. işləri apara bilməmişdir. Bununla əlaqəli mülki işlər olub və iddiaçının xeyrinə qəbul olunmuş qətnamələr mövcuddur. Həmin qətnamələrdən apellyasiya şikayəti verilsə də, təmin edilməmiş, qətnamələr qüvvədə qalmış, kassasiya şikayəti isə verilməmiş və qanuni qüvvəsini almışdır. Cavabdehin onun torpağını zəbt etməsi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)- 2586/2023 nömrəli iş üzrə 4 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.N.Mahmudova) iddia təmin edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ daha əvvəl daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın dığından, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
21. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəsi gedən torpaq sahəsi üzərində hər hansı hüquqları qalmamışdır və onun iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsində və tikilidə mülkiyyətçinin iradəsinin əleyhinə yaşaması, hüquqi əsaslar olmadan oradan istifadə və torpaq sahəsindən çıxmaqdan imtina etməsi iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, cavabdehin mübahisəli torpaq sahəsindən və tikilidən çıxmaması mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan “öz istədiyi kimi” istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139-1, 139-1.1, 139-1.1.1, 140, 146.1, 146.2, 148.2, 152.1, 152.5, 157.2, 157.5, 178.1, 238.1, 239.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 55, 67.1, 84, 111.1, 111.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qərarına, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 82.3, 106.1, 217.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin işə qeyri-obyektiv yanaşması düzgün olmayan qətnamənin çıxarılmasına, onun torpaq sahəsinə olan qanuni sahiblik hüququnun pozulmasına səbəb olmuşdur. Halbuki, istinad olunan inzibati məhkəmənin qərarında cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə İddiaçı iddia etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyünün müəyyən edilmədiyi və məhz bu səbəbdən də həmin inzibati işdə üçüncü şəxs qismində cəlb edilən Cavabdeh münasibətdə iş baxılmamış saxlanılmışdır. Torpağı boşaltmağının müqabilində pul istəməsi yalandır. Onun istifadəsində olan torpaq ilk gündən onun istifadəsində olmuşdur və orada inşa edilmiş tikililər də onun tərəfindən inşa etdirilmişdir. Həmin tikililər, eləcə də yerləşdiyi torpaq sahəsi heç vaxt iddiaçının istifadəsində olmayıb. Tikililərin inşa edildiyi tarixin özü, iddiaçı tərəfin əyri yolla əldə etdiyi sənədlər əsasında adına qeydiyyat aparılan tarix buna əyani sübutdur. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə iddiaçı tərəfin hüquqlarının daha əvvəl yarandığını təsdiq edən sübutların həqiqiliyini araşdırmamış və onun inzibati məhkəmədə mübahisələndirdiyi məsələnin məhz dövlət reyestrində aparılan qeydiyyatlara dair olmasını nəzərə almamışdır. Halbuki, inzibati məhkəmənin icraatında olan işdən mülki icraatda baxılan işin asılılığı var, yəni onun inzibati məhkəmədə tələbinin təmin olunması mülki işin ən azından onun istifadəsində olan torpaq sa həsinə münasibətdə təmin olunmamasına əsas verir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-645/2024 nömrəli iş üzrə 5 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rüstəmli Məhəmməd (sədrlik edən və məruzəçi), İsgəndərov Akif və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (əvvəl Abşeron rayonu), 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən 0,0957 ha torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qe yd olunan torpaq sahəsinin iddiaçıya məxsusluğu təsdiq olunmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin məhz ona aid olması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh heç bir qanuni əsas olmadan iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən iddiaçının iradəsinə zidd olaraq istifadə edir və bu hal iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir.
29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (nümayəndə və Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi iddia tərəfin iddialı olduğu əmlaka dair hüquq müəyyən edən sənədlərinin inzibati məhkəmədə mübahisələndirildiyi halda cavabdehin vəsatətinə baxmayaraq icraatlarındakı işə baxmağa davam ediblər və nəticə etibarı ilə də qanuni istifadəsində olan torpaq sahəsinə dair dövlət reyestrində aparılmış saxta qeydiyyata əsaslanmaqla iddianı əsaslı sayan qətnamələr qəbul ediblər.Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normala rının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
34. Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
35. Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezump siyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
36. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
37. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
38. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanara q mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
40. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan su i-istifadə olmasın.
41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
42. Maddə 157.5.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sah ib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
43. Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
44. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyy ətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
45. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə ta m mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçıya məxsus torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin cavabdehə aid olması ilə bağlı heç bir sübut olmadığından iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-645/2024 nömrəli, 5 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.