Məhkəmə qərarları › İş №2(102)-215/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-215/2024

01.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-215/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-215/2024 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 QSC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi boş buraxılmış iş günlərinə görə əmək haqqının hesablanıb ödənilməsi ” tələbinə dair mülki iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4684/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 02.12.2002-ci il tarixdə İddiaçı Cavabdeh2 ASC-də Təmir-tikinti sexinə Bina və Qurğuların Təmiri üzrə sex rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh2 ASC xx.xx.2017-ci il tarixli, 704-K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. 3. xx.xx.2017-ci il tarixdə "X6" MMC-də İstehsalat Departamentinə Bina və Qurğuların Təmiri və İstismarı üzrə nəzarətçi mütəxəssi s vəzifəsinə işə qəbul edilmişdir.

4. İddiaçı Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsində xx.xx.2019-cu il tarixindən əvəzçiliklə Bina və qurğuların təmiri və istismarı vəzifəsinə nəzarətçi mütəxəssis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh2 ASC-nin xx.xx.2019-cu il tarixli 18-K nömrəli Əmrinə əsasən İddiaçı bir aylıq sınaq müddəti təyin edilməklə, ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2019-cu il tarixədək əvəzçilik üzrə Cavabdeh2 ASC-yə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə təyin edilmişdir.

6. Cavabdeh2 ASC-nin 06-K saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.

7. Azərboru” ASC-nin xx.xx.2022-ci il tarixli aktına görə Cavabdeh2 ASC-nin Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssisi İddiaçı ilə bağlanılmış əvəzçilik üzrə əmək müqaviləsinin müddətinin başa çatması ilə əmək müqaviləsinə xitam verilməsi barədə işçiyə xəbərdarlıq verilmiş, lakin o, xəbərdarlığı imzalamaqdan imtina etmişdir. 8. “X6" QSC-nin strukturunda 23 sentyabr 2022-ci il tarixindən etibarən Ekologiya, Mülkü Müdafiə qərargahı və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssis və Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis ştat vahidlərinin ləğv ediləcəyi barədə "X6" QSCnin 054/i saylı xx.xx.2022-ci il tarixli əmri verilmişdir. 9. "X6" QSC tərəfindən İddiaçı 23 sentyabr 2022-ci il tarixdə "Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis" ştatının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixti sar ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda bildirilmişdir ki, "X6" QSC-də idarəetmə strukturunun təkmilləşdirilməsi, işlərin optimallaşdırılması və iş yerlərinin azaldılması zərurəti yaranmışdır. Bu səbəbdən də Cəmiyyətdə "Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis" ştatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixtisar olunacaqdır. Sizin Cəmiyyətdə əmək stajınız 5 ildən çox olduğundan Əmək Məcəlləsinin 77.1 maddəsinə əsasən 6 (altı) təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. 23 sentyabr 2022-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 03 noyabr 2022-ci il tarixdə başa çatacaq və 04 noyabr 2022-ci il tarixdə sizin əmək müqavilənizə Əmək Məcəlləsinin 70-ci maddəsinin b" bəndinə (işçilərin sayı v ə ya ştatları ixtisar edildikdə) əsasən xitam veriləcəkdir. Əmək Məcəlləsinin 77.3 maddəsinə əsasən orta aylıq əmək haqqınızın 1.7 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəkdir. Bu müddət ərzində sizə həftədə 1 gün olmaqla, cəmi 6 gün iş axtarmaq üçün vaxt veriləcək və həmin günlər siz əmək funksiyalarının icrasından azad olunacaqsınız.

10. Həmin xəbərdarlıqdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə məktubun məzmunu ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. 11. "X6" MMC X1 Birliyi İcraiyyə Komitəsinin xx.xx.2022-ci il tarixli, 63 saylı iclas protokoluna görə "X6" QSC-nin təqdimatının nəzərə alınması və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmış, "X6" QSC-n in xx.xx.2022-ci il tarixli, 196/K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatlar ixtisar) işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, işə bərpa, məcburi işəburaxılmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli 196/K saylı əmrin ləğv edilməsi, yenidən işə bərpa olunması, məcburi boş buraxılmış iş günlərinə görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Daha sonra iddia ərizəsinə əlavə barədə əri zə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh2 ASC ilə əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli Cavabdeh2 ASC tərəfindən verilmiş əmrin ləğv edilməsi, Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixində bağlanmış, xx.xx.2017-ci ildə və xx.xx.2022-ci ildə yenilənmiş müqavilənin bərpa edilməsi, məcburi boş buraxılmış iş günlərinə görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ASC-də bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsində işləmiş, 1978-ci ildə “X2 sənaye və mülkü tikinti ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir və təyinatla Azərbaycan Boruyayma zavodunun bina və qurğularının təmiri və tikintisi ilə məşğul olan “Mərkəzi metallurtəmir” trestinin “Azərbaycan İxtisaslaşdırılmış tikinti quraşdırma” idarəsində işə başlayıb. 2002-ci ildən sonra Cavabdeh2 ASC-də işləmiş, 2003-cü ildən 2017-ci ilə qədər “Bina və Qurğuların təmiri və istismarı” şöbəsinin rəisi işləmişdir. 2017-ci ildə Cavabdeh2 ASC “X6"-nin 3-cü İstehsalat sahəsinə çevrildikdən sonra işlədiyi şöbə ixtisara düşmüş və indiyə qədər cavabdeh təşkilatda “Bina və Qurğuların təmiri və istismarı“ üzrə nəzarətçi mütəxəssis vəzifəsində işləmişdir. Öz işini yaxşı bilir və layiqincə yerinə yetirir. Bunu cavabdeh təşkilatın və o cümlədən Cavabdeh2 ASC-nin kollektivi və rəhbərliyi yaxşı bilir. xx.xx.2017-ci ildə cavabdeh arasında əmək müqaviləsinə dəyişiklik edilməklə əmək haqqına 470 manatdan 564 ma nata dəyişiklik edilmişdir. Sonradan MMC tərəfindən edilən məcburi dəyişikliklə əlaqədar əmək haqqı sabit 564 manat qalmaqla 2 hissəyə bölünmüşdür. Beləki xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi yenilənməklə əsas iş yeri cavabdeh təşkilat göstərilmişdir və əmək haqqı 374 manata dəyişdirilmişdir. Eyni zamanda əvəzçilik üzrə Cavabdeh2 ASC-ə qəbul edilmişdir və orada əmək haqqı 193 manat göstərilmişdir. Bu dəyişikliyin müvəqqəti olduğu bildirilmişdir. 23 sentyabr 2022-ci il tarixinə aid Cavabdeh1 QSC tərəfindən işlədiyi iş yerinin ixtisarı ilə əlaqədar 03 noyabr 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq verilmişdir, həmin xəbərdarlığa xx.xx.2022-ci il tarixdə imza edib qəbul etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə heç bir qiymətləndirmə aparılmadan işdən çıxarmışlar. xx.xx.2022-ci il tarixli 196/k saylı əmr ilə bağlanmış əmək müqaviləsinə xitam vermişlər. Bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri baxımından həm faktiki, həm də hüquqi əsası yoxdur. Göründüyü üzrə, məlum əmr Əmək Məcəlləsinin 70,71,76,77,79 və 80-ci maddələrin tələbləri və şərtləri pozulmaqla rəsmləşdirilmişdir Belə ki, əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinin tələbləri baxımından ümumiyyətlə işəgötürən tərəfindən işçilərin sayı yoxsa ştatların ixtisar aparılması barədə təfsilatlı ilə qeyd edilməmiş və qeyd edilən ixtisarlardan hansının keçirməsini müəyyən edə bilməmişdir. Eyni zamanda onun tanış o lmaq hüququnu pozmuşdur. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinin əsasını Xəbərdarlıq məktubunda doğru dürüst qeyd edə bilməmişdir. Lakin məlum əmrdə bununla bağlı qeydlər olmadığından bu halın ümumiyyətlə olmamasına dəlalət edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddənin birinci hissəsinin tələbləri baxımından İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Bildirir ki, işəgötürən tərəfindən bu halla bağlı rəsmi xəbardarlıq məktubu xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İşəgötürən tərəfindən istənilən hər hansı formada deyil, bütün müvafiq əsaslandırma sə nədləri əlavə edilməklə əsaslandırılmış yazılı təqdimatla həmkarlar ittifaqı təşkilatına müraciət edilməli idi.

15. Cavabdeh2 ASC məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı şəxsi ərizəsi əsasında onunla Cavabdeh2 ASC arasında xx.xx.2019-cu il tarixli 1258 saylı 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanılmaqla əvəzçilik üzrə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bu barədə cəmiyyət üzrə 18-K saylı xx.xx.2019-cu il tarixli əmr verilmiş və bununla bağlı bütün məlumatlar Əmək Münasibətləri və Məşğulluq Altsisteminə daxil edilmişdir. Həmçinin, bildirirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58.1-ci maddəsinə əsasən - əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri, yəni Cavabd eh2 ASC iddiaçının əlavə iş yeri olduğu üçün əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılmışdır və iddiaçının əmək kitabçası onun əsas iş yerində saxlanılmışdır. İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə müddətin qurtarması ilə əlaqədar olaraq, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixində iddiaçıya xəbərdarlıq verilmişdir. İddiaçı xəbərdarlıqla tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etmiş və bununla əlaqədar olaraq həmin tarixdə cəmiyyətin əməkdaşları tərəfindən Akt tərtib olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsinə dair cəmiyyət üzrə xx.xx.2022-ci il tarixli 06-K saylı əmr verilmiş və bununla bağlı bütün mə lumatlar Əmək Münasibətləri və Məşğulluq Altsisteminə daxil edilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilən zaman tərəflərindən Əmək Qanunvericiliyinin heç bir tələbi pozulmamışdır. Digər tərəfdən, təqdim edilən sənədlərdən də göründüyü kimi iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmiş, son haqqhesab ödənilmiş və bu barədə xx.xx.2022-ci il tarixində iddiaçıya xəbərdarlıq verilmişdir.

16. Həmçinin Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə yazılı etiraz və iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh "X6" MM C iddiaya etiraz edərək, iddiaçının ştatının ixtisar edilməsi zamanı əmək qanunvericiliyinə tam riayət edildiyini və iddiaçının hər hansı hüququnun pozulmadığını bildirmişdir.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1130/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

19. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı ilə olan əmək müqavilələrinə xitam verilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmış və həmin normalara tam riayət olunmuşdur. İddiaçı iddia tələbi ilə bağlı əsaslandığı xüsusatlar məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar ilə tam təkzib olunmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 ASC-yə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssisi vəzifəsinə müvafiq əmrlə müddətli əmək müqaviləsi əsasında təyin edilmişdir. Həmçinin, iddiaçının müddətli əmək müqaviləsi üzrə fəaliyyət göstərdiyi vəzifəsinə müqavilə müddəti bitən tarixdən yəni qanunvericiliklə müəyyən edilmiş müddət ərzində (müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur) xitam verilmiş, onunla yeni əmək müqaviləsi imzalanmamışdır. Daha sonra isə müvafiq əmrlə işdən azad olunmuşdur. O cümlədən iddiaçının "X6" QSC-də işlədiyi "Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis" ştatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi nin "b" bəndinə əsasən ixtisar edilmişdir. Bununla da işəgötürən tərəfindən qanunvericilikdə qeyd olunmuş müvafiq tələblər yerinə yetirilmişdir.

20. Qeyd olunan əsaslara görə məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər "X6" QSC-yə və Cavabdeh2 ASC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma, yenilənmiş müqavilənin bərpa edilməsi, əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı” barədə iddia tələbi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

21. Birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixində bağlanmış, xx.xx.2017-ci ildə və xx.xx.2022-ci ildə yenilənmiş müqavilənin bərpa edilməsi” tələbinə münasibətdə qeyd etmişdir ki, həmin tələblərin heç bir hüquqi əsası mövcud deyil. "X6" QSC-nin xx.xx.2022-ci il tarixli, 196/K saylı əmri verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyindən, iddiaçı ondan əvvəlki müqavilələrin bərpa edilməsini tələb etməkdə haqlı olmamışdır.

22. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı hüquqlarının ehtimal olunan pozuntusundan xx.xx.2022-ci il tarixindən məlumatlı olsa da, iddia tələbi ilə yalnız 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, iddia tələbi irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 58, 68, 73, 82, 296-cı və MPM-nin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə verilmiş vəsatətlərə heç bir münasibət bildirməmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4684/2023 nömrəli mülki iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiya məhk əməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

28. ASC-nin xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı bir aylıq sınaq müddəti təyin edilməklə, xx.xx.2019-cu il tarixədək əvəzçilik üzrə Cavabdeh2 ASC-yə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə təyin edilmişdir. ASC-nin 06-K saylı xx.xx.2022-ci il tarixli əmri ilə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləninin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir. Qanunveriliyin tələbinə görə əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. Hazırki halda da müddətin bit məsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən məlumatlı olsa da, iddia tələbi ilə 2023-cü ilin fevral ayında müraciət etdiyindən qanunvericiliklə müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Yəni, iddiaçının həmin hissədə dəlillərindən asılı olmayaraq, müddətin keçməsinə görə iddiası təmin oluna bilməz. Prosessual qənaət prinsipi baxımından həmin hissədə şikayətin dəllillərini əsassızdır.

30. Kollegiya digər mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 196/K saylı əmrə münasibətdə qeyd etmişdir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) işdən azad edil mişdir. Staj müddətinə uyğun olaraq qanunverilicikdə nəzərdə tutulmuş müddət ərzində rəsmi xəbərdarlıq edilmiş, həmin xəbərdarlıqla tanış olmuşdur. Əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Digər hissələrdə də iddia tələbinin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 68, 68.2, 70 “b”, 77.1, 77.2, 77.3, 78.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1-n in xx.xx.2023-cü il tarixli 196/K saylı əmrində əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq ümumiyyətlə işəgötürən tərəfindən işçilərin sayı yoxsa, ştatların ixtisarının aparılması barədə təfsilatı ilə qeyd edilməmiş və qeyd edilən ixtisarlardan hansının keçirilməsi müəyyən edə bilməmişdir. Bundan başqa əmrdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əmrdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinin zəruriliyi əsalandırılmamışdır (3-cü bənd). İşəgötürən ştat ixtisarının zəruriliyi müvafiq qurumlardan alınan mütəxəssis rəyi ilə sübut edə bilərdi. Lakin bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Ona görə də iddiaçı məhkəmə iclasında ekspertizanın keçirilməsi barədə vəsatət qaldırmış və müvafiq rəyin verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin və Əmək Müfəttişliyinin mütəxəssislərin rəyinin alınmasını xahiş etmişdir. Birinci İnstansiya məhkəməsi işin araşdırılmasında buna fikir verməmiş, heç bir münasibət bildirməmişdir. “Bina və Qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis” ştatı 2 vahid olmasına baxmayaraq, iddiaçının işlədiyi bir ştat vahidi ixtisara salınmışdır. Sonradan iddiaçı məhkəmə iclasında ixtisar haqqında əmrlə tanış olanda məlum olmuşdur ki, “Bina və Qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis” işləyən Ziyadov Əziz ixtisara salınmamış, 2022-ci ilin avqust ayında öz ərizəsi ilə işdən çıxmışdır. xx.xx.2022- ci il ixtisar vaxtı onun ştatı vakansiyada qalmışdır. Şta t saxlanıldığı halda iddiaçının ştatı qanunsuz olaraq ixtisara salınır. İddiaçı xx.xx.2022-ci il tarixində “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il 196/k № li əmrlə tanış olan vaxt ixtisar haqqında 16 sentyabr 2022-ci il tarixli 054 İ № li əmrin olmasını görmüşdür. İxtisar haqqında Cavabdeh1 QSCnin 16 sentyabr 2022-ci il tarixli 054/i saylı əmrin surətini xx.xx.2023-cü il tarixində hazırlıq iclasında birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya təqdim edilmişdir. Əmrdən görünür ki, iddiaçının işlədiyi “Bina və Qurğuların təmiri və istismarı” üzrə nəzarətçi mütəxəssis ştat vahidi ixtisara salınmışdır. Bir həftə sonra xx.xx.2022-ci il tarixində Cavabdeh1 QSC tərəfindən verilmiş “xəbərdarlıq” məktubunda isə, iddiaçının işlədiyi həmin ştat vahidinin gələcəkdə ixtisar olunacağı qeyd edilmişdir. Bu iki sənədin məzmunu arasında olan ziddiyyətlər və “xəbərdarlıq” məktubunda “ixtisar haqqında” əmrlə əlaqədar heç bir qeyd olmadığından “ixtisar haqqında” Cavabdeh1 QSC-nin 16 sentyabr 2022-ci il tarixli 054 i saylı əmrin arxa tarixlə sənədləşdirilməsini göstərir. İşəgötürən 16 sentyabr 2022-ci il tarixli 054 /k saylı əmrlə iddiaçının işlədiyi “Bina və Qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis” ştatını ləğv etmişdir. Beş gün sonra 21 sentybr 2022-ci il tarixdə Həmkarlar İttifaqı Komitəsinə məktubla müraciət etmişdir. Göründüyü kimi Həmkarlar İttifaqı Komitəsinə yazılmış məktub formal xarakter daşıyır. Bu Əmək Məcəlləsinin 80-ci maddəsinin İ bəndinə ziddir. Cavabdeh2 ASC-də əvəzçilik üzrə xx.xx.2019-cu il tarixində bağlanmış 1258 saylı müqavilənin surətini xx.xx.2023-cü il tarixində məhkəmənin birinci baxış iclasında məhkəmə tərəfindən iddiaçıya təqdim edilmişdir. İddiaçı: Bununla əlaqədar Azərbaycan Respublikası MPM-in 53–cü maddəsinə əsasən iddia ərizəsinə əlavə etmişdir. Belə ki, “heç bir hüquqi əsası olmayan bu müqavilənin ləğv olunmasını, Cavabdeh1 QSC-nin xx.xx.2017-ci il tarixində bağlanmış xx.xx.2017-ci il tarixində və xx.xx.2022-ci il tarixində yenilənmiş müqavilənin xx.xx.2022-ci il tarixindən bərpa edilməsini, məcburi buraxılmış iş günlərinə görə əmək haqının hesablanıb ödənilməsi barədə“ qətnamə qəbul edilməsini xahiş etmişdir. - Birinci instansiya məhkəməsi, məlum olmayan səbəblərdən, iddia ərizəsində iddiaçının tələb etmədiyi Cavabdeh2 ASC ilə bağlanmış. xx.xx.2019-cu il tarixli müqaviləyə xitam verilməsi haqqında x x.xx.2022-ci il tarixli əmrin ləğv olunması barədə qətnamədə geniş şərh vermişdir. İddia müddəti ötdüyünə görə iddianın təmin olunmaması barədə qətnamədə qeyd etmişdir. İddia ərizəsinə əlavədə iddiaçının tələbi – hüquqi əsası olmayan əvəzçilik üzrə müqavilənin ləğv olunmasını isə, həmin iddia tələbindən törəmə olduğu qənaətinə gəlmiş və iddiaçının əsas tələbini təmin etməmişdir. Eyni müəssisədə Cavabdeh1 QSC-nin 3-cü istehsalat sahəsi olan Cavabdeh2 və Cavabdeh2 ASC-də bir işçinin eyni sahədə, eyni vəzifədə və eyni vaxtda iki müqavilə ilə işləməyi absurddur. İddiaçı əvəzçilik üzrə müqaviləsi ləğv edildikdən sonra iş qarfikində dəyişiklik edilməsi ilə bağlı Cavabdeh2 ASCnin rəhbərliyinə müraciət etmiş və iş saatlarının 4 saata qədər azaldılmasını xahiş etmişdir. Əvəzçilik üzrə bağlanmış müq avilədə iddiaçının iş vaxtı 4 saat olduğuna görə həmin müqavilə ləğv olunduğundan sonra məntiqi olaraq iddiaçının iş saatları 4 saat azaldılmalıdır.Lakin nə Cavabdeh2 ASC, nə də Cavabdeh1 QSC bu müraciətə cavab verməmişdir. Nəticədə iddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (3 ay 3 gün) əvvəlki iş qrafiki üzrə işləmiş əmək haqqını isə ancaq Cavabdeh1 QSC ilə bağlanmış əsas müqaviləyə uyğun, yəni əvəzçilik üzrə bağlanmış müqavilədə göstərilən məbləğ qədər az olmuşdur (193 manat). Belə hesab edir ki, bu qrafiklə işlədiyinə görə əvəzçilik üzrə xx.xx.2019-cu i ldə bağlanmış əvvəlki müqavilə sözsüz ləğv olunmalı, xx.xx.2017-ci ildə bağlanmış xx.xx.2017-ci ilə və xx.xx.2022-ci il tarixində yenilənmiş müqavilə xx.xx.2022- ci il tarixindən bərpa olunmalı idi. Bakı Apellyasi ya Məhkəməsi qətnaməsində apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibət bildirməmiş, formal olaraq birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı Cavabdeh1 QSC etiraz edərək kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4684/2023 nömrəli mülki iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmiş və gpöstərmişdir ki, kassasiya şikayətində göstərilmiş maddi hüquq normasının pozulması va ya düzgün tətbiq edilməməsinə dair dəlillər əsassızdır. Belə ki, əmək qanunvericiliyinin tələbinə əsasən, iddiaçının 5 ildən artıq iş stajının olması nəzərə alınaraq Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən ona 6 təqvim həftəsi əvvəlcədən rəsmi xəbərdarlıq edilmiş, orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdən çıxarma müavinəti ödənilmişdir. Xəbərdarlığın mətnindən da məlum olur ki, iddiaçıya vəzifənin ixtisarı barədə bildirilir. Yəni, İddiaçı vəzifənin ixtisarı barədə məlumatlı olmuş, xəbərdarlıq xx.xx.2023-cü il tarixdə ona rəsmi qaydada təqdim edilmiş və onun tərəfindən imzalanmışdır. Buna baxmayaraq iddiaçı həm iddia ərizəsində xəbərdarlıq məktubunun ona gec, yəni xx.xx.2023-cü il tarixdə təqdim edildiyini, keçirilmiş məhkəmə iclaslarında da yalnış məlumat verərək fərqli vaxtlarda təqdim edildiyini bildirir. Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinin pozulmasına dair dəlillərə əsasən qeyd edilir ki, bu Məcəllənin və digər n ormativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlarini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur (maddə 11). "X6” işəgötürən kimi öz hüququnu həyata keçirərkən qanunun tələbinə uyğun olaraq müvafiq tədbirlər görmüşdür. Ştatların ixtisarı zərurəti yaranmış, bununla əlaqədar əmr verilmiş, işçiyə xəbərdarlıq edilmiş, işdənçıxarma müavinəti ödənilmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır. Bundan əlavə, iddiaçının qeyd etdiyi kimi, X4 (Əziz Ziyadov) onunla eyni vəzifədə işləməmişdir. Həmin şəxs Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinda Bina va qurğular üzrə nəzarətçimühəndis vəzifəsində işləmişdir. Yəni "Bina va qurğuların təmiri va istismarı üzrə nə zarətçi mütəxəssis ştatının 2 vahid olması iəa bağlı fikirlər də həqiqəti əks etdirmir. İşçinin işlədiyi vəzifənin ixtisarının mümkünsüzlüyü ilə bağlı fikirlər da tamamila əsassızdır va heç bir sənədla sübuta yetirilmir. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulmasına dair qanunla nəzərda tutulmuş qaydada sənədlar də əlavə edilərək xx.xx.2022-ci il tarixində Həmkarlar İttifaqı Komitəsina müraciət edilmişdir. Həmkarlar ittifaqı təşkilatı xx.xx.2022-ci il tarixində özünün əsaslandırılmış yazılı qararını işəgötürənə təqdim etmişdir. Eyni zamanda, X3 protokolu da təqdim edilmişdir. Protokoldan da göründüyü kimi İddiaçı özü da iclasa dəvət edilmiş va X3 icraiyyə Komitəsinin iclasmda iştirak etmişdir. İddiaçı tarafindan kassasiya şikayətində prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsinə dair gətirilmiş dəlillər da əsassızdır. İddiaçı məhkəmə icraatını süni şəkildə uzatmaq məqsədi ilə fərqli vəsatətlər vermiş, həmin vəsatətlərə baxılmış və münasibət bildirilmişdir. "Şahidin çağırılması” ilə bağlı vəsatət təmin edilmiş, iddiaçı özü sözügedən şahidin növbəti məhkəmə iclasında iştirak edəcəyini bildirmiş, məhkəmə iclasının təxira salınmasını xahiş etmişdir. Daha sonra isə yenə özü şahidin iştirakının təmin edilməsinin mümkün olmadığını bildirmişdir. Həmkarlar İttifaqının sədri Asif Abbasovla bağlı iddiaçınm bildirdiklərinə gəldikda isə Asif Abbasovun sədr olmasını təsdiq ədan sənədlər məhkəməyə təqdim edilmiş, şəxsan şahid qismində məhkəmədə iştirak etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı ilk məhkəmə iclasında ümumiyyətlə Həmkarlar t ərəfindən ona müraciət edilmədiyini, 2-ci məhkəmə iclasında sadəcə 10 dəqiqə onunla görüş keçirildiyini, Asif Abbasovun şahid qisminda iştirak etdiyi məhkəmə iclasında isə onu tanımış, aralarında keçən dialoqdan bəhs etmişdir. Bu hissədə də bildirilənlər həqiqətə uyğun deyil. İddiaçı özü öz ifadələri ilə təzad yaradır.

35. Cavabdeh2SC kassasiya şikayətinə etiraz verərək, göstərmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli iddia ərizəsinə əlavədə açıq şəkildə Cavabdeh2 ASC-yə qarşı xx.xx.2022-ci il tarixində əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi tələbi irəli sürülmüşdür. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən bu tələb ilə bağlı işə baxılmış, təqdim olunmuş sübutlar araşdırılmış və heç bir maddi və hüquq norması pozuntusu olmadan, təqdim olunmuş sübutlar əsasında düzgün və əsaslı qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh2 ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli 1258 saylı müqavilənin ilk dəfə tərəfimizdən xx.xx.2023-cü il tarixində məhkəmə iclasında ona təqdim olunduğunu qeyd edir. Lakin bildirilir ki, iddiaçının şəxsi ərizəsi əsasında onunla Cavabdeh2 ASC arasında xx.xx.2019cu il tarixli 1258 saylı 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanılmaqla əvəzçilik üzrə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bu barədə cəmiyyət üzrə 18-K saylı xx.xx.2019-cu il tarixli əmr verilmiş və bununla bağlı bütün məlumatlar Əmək Münasibətləri və Məşğulluq Altsisteminə daxil edilmişdir. İddiaçı sözügedən müqavilə ilə tanış olmuş, şəxsən imzalamış və müqavilənin bir surəti ona təqdim olunmuşdur. Həmçinin, məhkəmənin nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58.1-ci maddəsinə əsasən - əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri, yəni Cavabdeh2 ASC iddiaçının əlavə iş yeri olduğu üçün əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılmışdır və iddiaçının əmək kitabçası onun əsas iş yerində saxlanılmışdır. Həmin maddənin 3-cü hissəsində əvəzçilik üzrə əlavə iş yerində işləməyin 2 halı nəzərdə tutulmuşdur: iş vaxtından sonra və iş vaxtı ərzində. Əmək şəraitinin şərtləri imkan verdiyi üçün iddiaçı ilə əsas iş yeri üzrə iş vaxtı ərzində gündəlik iş saatı 4 saat olmaqla onunla əvəzçilik üzrə əmək müqaviləsi bağl anılmışdır. İşlədiyi 3 il ərzində iddiaçı tərəfindən iş vaxtı ilə bağlı heç bir şikayət olmamışdır. İddiaçı ilə bağlanılmış əvəzçilik üzrə müddətli əmək müqaviləsinə müddətin qurtarması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmiş və son haqqhesab ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

36. Maddə 68(1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

37. Maddə 68(2). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

38. Maddə 70(b). Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.

39. Maddə 71(1). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

40. Maddə 71(3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

41. Maddə 77.1 İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

42. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

43. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.

44. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

45. Maddə 78 (1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksə yinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

46. Maddə

80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla mü raciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

47. Maddə 300(1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xita m vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əs aslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Kassasiya şikayətinin və kassasiya şikayətinə etirazların dəlillərini araşdıraraq məhkəmə kollegiyası müəyyən edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

59. Eyni zamanda, qeyd olunmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmir.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4684/2023 nömrəli mülki iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar