Məhkəmə qərarları › İş №2(102)-2150/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2150/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2150/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-12752/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) xx x xx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1699 NZF nömrəli kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2015-ci il tarixli, 1699 NZF nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 177757,02 manat məbləğində əsas, 75250,47 manat məbləğində faiz, cəmi 253007,49 manat məbləğində pul, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı, iddia ərizəsinə əlavə edilmiş sənədlərin notarial qaydada tədiq edilməsi üçün ödənilmiş 39 manat notariat xərci (haqq) İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın qeyd edilən kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan x 1 yerləşən 0,03344 ha torpaq sahəsində olan ümumi sahəsi 376,7 kvadrat metr, 145,4 kvadrat metr yaşayış, 231,3 yardımçı sahədən, 6 otaqdan ibarət, 26 saylı fərdi yaşayış evinə (0,03344 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından artıq qalan məbləğin ipoteka qoyana Cavabdeh qaytarılması, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin 769000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulması, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh ipoteka predmetindən (0,03344 ha torpaq sahəsi ilə birlikdə) çıxmazsa məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin 175 manat hissəsi Cavabdeh, 25 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı iddi a ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxx 2019-cu i tarixə olan 178458 manat məbləğində əsas, 103299 manat faiz, ümumilikdə 281757 manat kredit borcunun, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 39 manat notariat xərcinin tutulub iddiaçı "İddiaçı" ASC-nin xeyrinə ödənilməsi, ödəmənin xx.xx.2015-ci il tarixli, 1699 NZF nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Cavabdeh məxsus olan x1 evinə (0,03344 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək, h əmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı "İddiaçı" ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdə n istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən (borcun tam olaraq təmin edilməməsi hissədə) ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdi r ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi məhkəməyə təqdim edilmiş xx xxx 2019-cu il tarixli ərizəni nəzərə almadan ərizədə göstərilən əsas, faiz və cərimə borcu üzrə ekspertiza təyin etmədən qətnamə qəbul etmiş, apelyasiya instansiyası məhkəməsi bu pozuntuya diqqət vermyərək məhkəmənin etdiyi səhvi təkrarlamışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Banka hər ay vaxtı-vaxtında ödən işləri etmiş, lakin bank tərəfindən bu ödənişlər nəzərə alınmamış, borc məbləği şişirdilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyini nəzərə almayaraq əlavə faiz borcu hesablamış, apelyasiya instansiyası məhkəməsi bu hala həmiyyət verməmişdir. Məhkəmə ipotekla predmetinin real bazar qiymətini müəyyən etmək üçün ekspertiza keçirməmiş, nəticədə evin ilkin satış qiymət çox aşağı olmuşdur. Tərəflərin izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kasasiya şikayətini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kasasiya şikayətini isə əsass ız hesab edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qi ymətləndirilməməlidir. Əsaslandırma: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1699 NZF nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 20% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 250000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən məbləğdə krediti İddiaçı ASC-dən qəbul etmiş və müqavilələrlə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra edə bilməmiş, nəticədə Banka borcu yaranmışdır. Bununla bağlı Bank tərəfindən ona bildiriş ünvanlanaraq yaranmış borc məbləği haqqında məlumat verilməklə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borcun tutulması üçün məhkəməyə iddia ilə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş və bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət edərək, ilk öncə Cavabdeh 178458 manat məbləğində əsas, 44869 manat məbləğində faiz, ümumilikdə 223327 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Dah a sonra iddiaçı iddia tələbinin həcmini artırmışdır və həmin artırmaya uyğun olaraq borc məbləğini xx.xx.2019-cu il tarixə hesablamaqla cavabdehdən 178458 manat məbləğində əsas və 103299 manat məbləğində faiz borcunun tutulmasını tələb edir. Həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə 8000 manat məbləğində edilmiş və həmin məbləğin 4357,71 manat hissəsi mövcud olan əsas 3642,29 manat hissəsi isə faiz borcundan silinmişdir. Aparılmış ekspert tədqiqatının nəticələri üzrə məhkəmə eksperti tərəfindən tərtib edilmiş ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixinə Cavabdeh "İddiaçı" ASC-yə 177757,02 manat məbləğində əsas, 54018,38 manat məbləğində faiz, cəmi 231775,40 manat məbləğində borcu yaranmışdır. İddiaçı ASC ilə Cavabdeh və X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli alğı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Qara Qarayev küçəsində mülkiyyətində olan 0,03344 ha torpaq sahəsində yerləşən 26 nömrəli fərdi yaşayış evi X8 tərəfindən Cavabdeh 700000 manata satılmış (həmin məbləğin 350000 manat hissəsi Cavabdeh tərəfindən, 350000 manat hissəsi isə onunla İddiaçı ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti hesabına ödənilmişdir), həmin əmlak alıcı Cavabdeh tərəfindən qeyd olunan kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası X11 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqla rın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən x1 0.03344 ha torpaq sahəsində ümumi sahəsi 376,7 kvadrat metr, 145,4 kvadrat metr yaşayış, 231,3 yardımçı sahədən, 6 otaqdan ibarət, 26 nömrəli fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 236 nömrəli reyestr kitabının 21901 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası X11 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, x1 və 0,03344 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə y üklü edilmiş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 236 nömrəli reyestr kitabının 21901 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin notarial qaydada təsdiq oluunmuş surətinə əsasən Cavabdeh mülkiyyətində olan x1 yerləşən 0,03344 ha torpaq sahəsində ümumi sahəsi 376,7 kvadrat metr, 145,4 kvadrat metr yaşayış, 231,3 yardımçı sahədən, 6 otaqdan ibarət, 26 nömrəli fərdi yaşayış evi (torpaq sahəsi ilə birlikdə) xx.xx.2015-ci il tarixli, 1699 NZF nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq (İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası X11 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın’ Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh mülkiyyətində olan x1 küçəsində yerləşən 0.03344 ha torpaq sahəsində ümumi sahəsi 376,7 kvadrat metr, 145,4 kvadrat metr yaşayış, 231,3 yardımçı sahədən, 6 otaqdan ibarət, 26 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 236 nömrəli reyestr kitabının 21901 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. X4 xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən X1 İlhamə Musa qızına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka qoyulmasına etiraz etmir və k redit müqaviləsi üzrə borc ödənilmədiyi halda məhkəmə qərarı olmadan mənzili tərk etməyə razıdır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2017-cı il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin müqavilədən rəli gələn öhdəliklərin icra edilmədiyi səbəbindən yaranmış borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə ipoteka predmetinə tutmanın yönədilməsi üçün məhkəməyə müraciət ediləcəyi ona bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. v ə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükəyaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Apelyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək qeyd etmişdir ki, iddia tələbi xx.xx.2015-ci il tarixli, 1699NZF nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsdə əsaslı olmuşdur və birinci instansiya məhkəməsi haqlı olaraq bu hissədə iddia tələbini təmin etmişdir.İddiaçı ASC tərəfindən Cavabdeh müxtəlif tarixlərd ə bildirişlər göndərilməklə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borcun tutulması üçün məhkəməyə iddia ilə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmişdir. Göründüyü kimi İddiaçı ASC tərəfindən Cavabdeh bildirişlərin göndərilməsi pretenziya qaydasına riayət edilməsi kimi qiymətləndirilməlidir. Belə olan halda da İddiaçı ASC, Cavabdeh ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 1699 NZF nömrəli kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur və bu hissədə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq kredit borcunu iddiaçıya ödəməlidir. Bu baxımdan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, əsas və faiz borcunun məbləğlərinin müəyyən edilməsi ilə bağlı isə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmışdır. Belə ki, iddiaçı əsas və faiz borcunu xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən tələb etsə də, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə ekspertiza təyin edilmiş və məhz həmin rəy mötəbər sübut kimi qiymətləndirilmiş və buna uyğun olaraq xx.xx.2019-cu il tarixli maliyyə arayışında xx.xx.2019-cu il tarixə hesablanmış borcun məbləğləri deyil, ekspert rəyi ilə müəyyən edilən əsas borcun məbləği kimi - xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 177757,02 manat məbləğində əsas borc Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli ekspert rəyində xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə 54018,38 manat məbləğində faiz borcunun yarandığı göstərilmişdir (həmin müqav ilə üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə, yəni bu müddətdən əvvəl aparılmışdır). İddiaçı isə xx.xx.2019-cu il tarixinə hesablama aparmaqla cavabdehdən 103299 manat məbləğində faiz borcu tələb edir. Başqa sözlə, xx.xx.2018-ci il tarixinə mövcud olan faiz borcu məlumdur və belə olan halda həmin tarixdən xx.xx.2019-cu il tarixə, yəni 7 ay 5 gün üçün faiz borcu hesablanmalıdır. Bununla belə, məhkəmə xx.xx.2017-ci il tarixdən sonra hər hansı məbləğdə ödənişin aparılmadığını (ödəniş olmadığından əsas borc məbləği azalmır və bu səbəbdən faiz borcu illik 20 faiz dərəcəsi tətbiq edilməklə azalan əsas borc məbləğinə deyil, mövcud əsas borc məbləğinə hesablanır), əsas borc məbləğinin 177757,02 manat olduğunu, illik faiz dərəcəsinin isə20% təşkil etdiyini nəzərə alıb, riyazi hesablamalara əsas ən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixinə (177757,02 x 20% /100 = 35551,40 manat - 1 il üzrə faiz borcu, 35551,40 / 12 = 2962,62 manat - 1 ay üzrə faiz borcu, 2962,62/30=98,75 manat - 1 gün üzrə faiz borcu, 7 ay üçün faiz borcu (2962,62 x 7 = 20.738,34 manat), 5 gün üçün faiz borcu (98,75 x 5 =493,75 manat), cəmi faiz borcu 20738,34 + 493,75 = 21232,09 ) 21232,09 manat faiz borcu yaranmış olur. Göründüyü kimi həmin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə faiz borcu (54018,38 + 21232,09 = 75250,47) 75250,47 manat təşkil edir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbinifaiz borcunun tutulması hissədə qismən təmin edərək xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 75.250,47 manat məbləğində faiz borcu Cavabdeh İddiaçı ASC -nin xeyrinə tutulmasını qət etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin borcun ipoteka predmetinə yönəldilməklə onun açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına borcun ödənilməsi hissəsi üzrə də birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq Cavabdeh mülkiyyətində olan x1 yerləşən 0.03344 ha torpaq sahəsində ümumi sahəsi 376,7 kvadrat metr, 145,4 kvadrat metr yaşayış, 231,3 yardımçı sahədən, 6 otaqdan ibarət, 26 saylı fərdi yaşayış evini (0,03344 ha torpaq sahəsi ilə birlikdə) İddiaçı ASC-nin x eyrinə ipoteka ilə yüklü etmişdir (müqavilənin 3-cü bəndi). İpoteka müqaviləsində həmin əmlakların qiyməti 769000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamışdır. Bu barədə bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında X11 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İd diaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, habelə ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı, cəmi 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtis aslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girovsaxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açı q hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka s axlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməmişdir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Tərəflər arasında bağlanmış ipote ka müqaviləsinin şərtlərinə əsasən ipoteka qoyan ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yerinə yetirmədikdə, ipotekasaxlayan tələblərinin ödənilməsini ipotekaqoyanın könüllü iştirakı yolu ilə əks təqdirdə isə məhkəmə qərarına əsasən ipoteka predmetinə yönəldir. İşin faktiki hallarına qiymət verərək tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Qe yd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan x1 yerləşən 0,03344 ha torpaq sahəsində olan ümumi sahəsi 376,7 kvadrat metr, 145,4 kvadrat metr yaşayış, 231,3 yardımçı sahədən, 6 otaqdan ibarət, 26 saylı fərdi yaşayış evinə (0,03344 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıqhərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından artıq qalan məbləğin ipoteka qoyana - Cavabdeh qaytarılması, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin 769000 (yeddi yüz al tmış doqquz min) manatməbləğində müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulması, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh ipoteka predmetindən (0,03344 ha torpaq sahəsi ilə birlikdə) çıxmazsa, o, məcburi qaydada çıxarılması barədə düzgün qənaətə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin borcun məbləğinin şişirdilməsindən ibarət dəlilinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu dəlillər əsassız olmaqla qanuni və işin hallarına uyğun olan qətnamənin dəyişdirilməsi və yaxud ləğvi üçün əsas deyildir. Belə ki, cavabdeh borcun məbləğinin reallığı əks etdirməməsini qeyd etsə də buna dair hər hansı sübut təqdim etməmişdi r. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də ki apelyasiya icraatında müəyyən edilməmişdir, bu baxımdan təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur. Eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin iş materiallarında olan və məhkəməyə məlum olan ünvanına məhkəmə bildirişləri göndərilmişdir. İddiaçının apelyasiya şikayətinə münasibətdə isə apelyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi iddianın həcminin artırılması barədə ərizəsini v ə birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertizanın rəyini müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas və faiz borcunun məbləğini müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Hər iki kasasiya şikayətinin dəlilləri apellyasiya şikayətlərində də qeyd edilmiş və apelyasiya instansiyası məhkəməsi göstərilən dəlillərlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma apararaq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-12752/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar