Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2150/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi nəticəsində pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(106)450/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçının təqdim etdiyi, CD-diskə köçürülmüş səs yazısına əsasən, Cavabdeh İddiaçı 27 mart 2020-ci il tarixdə 25000 manat məbləğində pulu aldığını etiraf etmişdir.
2. Həmçinin, iddiaçının təqdim etdiyi, CD-diskə köçürülmüş şəkillərə əsasən, İddiaçı qızı Nümayəndə2 ilə Cavabdeh arasında telefon yazışmaları olmuşdur. Həmin yazışmalarda göstərilmişdir ki, Cavabdeh Nümayəndə2 pulu qaytarmaq üçün kart hesabı tələb etmiş, Nümayəndə2 isə kart hesabının olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 27 mart 2020-ci il tarixdə kürəkəni olan cavabdehə iddiaçıya ev alması məqsədilə 25000 manat məbləğində pul vermişdir. Bundan əlavə, həmin ilin aprel ayından başlayaraq 2022-ci ilin mart ayının sonunadək hər ay hissə-hissə əlavə 25000 manat da, ümumilikdə 50000 manat pul vermişdir. Cavabdeh evi ala bilməyəcəyi təqdirdə pulu geri qaytaracağını bildirmişdir. Hər dəfə cavabdehdən evi alıb verməsini və ya ona verdiyi pulu qaytarmasını tələb edəndə, cavabdeh müxtəlif bəhanələr gətirərək ancaq vaxtı uzatmışdır. Bu barədə cavabdehin səs yazıları da vardır. İddiaçı səhhəti ilə əlaqədar olaraq müalicə alır və öhdəliyində xəstə nəvəsi var. Bu səbəbdən də pula daha çox ehtiyacı var. Cavabdeh ondan aldığı pulu qaytarmadığına görə pozulmuş hüququn un bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Füzuli Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(064)-329/2024 nömrəli qətnaməsi ilə (hakim E.İsmayılov) iddia qismən təmin edilmiş, Cavabdeh 25000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İddiaçı 27 mart 2020-ci il tarixdə 25000 manat məbləğində pulu almışdır. Lakin iddiaçı tərəfindən qızı Nümayəndə3 vasitəsilə 2020-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin mart ayının sonunadək hər ay hissə-hissə verdiyini iddia etdiyi 25000 manatın cavabdeh tərəfindən alınmasını sübut edən hər hansı sübutetmə vasitəsi olmadığından məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cava bdehə 2020-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin mart ayının sonunadək hər ay hissə-hissə verdiyini iddia etdiyi 25000 manat cavabdeh tərəfindən alınmamışdır.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Həmçinin, cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsin i xahiş etmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(106)-450/2025 nömrəli qətnaməsi ilə (hakim T.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər C.İmanov və Q.Əliyev) hər iki apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının sübut kimi birinci instansiya məhkəməsində təqdim etmiş olduğu səs yazıları apellyasiya baxışı zamanı tədqiq edilmişdir. Tərəflər səs yazılarının mübahisə tərəflərinə aid olduğunu əvvəlcədən təsdiq etmişlər. Səs yazısı kimi təqdim olunan İddiaçı ilə Cavabdeh arasında baş tutmuş telefon danışığında sonuncu Ruxsarənin 27 mart 2020-ci il tarixində ona verdiyi 25000 manat pulun on da olduğunu və qaytaracağını bildirir. Səs yazısının 30-cu saniyəsində İddiaçı 2020-ci ilin aprel ayından başlayaraq 2 il ərzində hər ay 1000 manat olmaqla Cavidə əlavə 25000 manat pul verdiyini və bununla Cavidə verilən pulun miqdarının 50000 manat təşkil etdiyini bildirir, Cavid isə bununla razılaşmayaraq, “bəlkə 100000 vermisən” deyir.
12. İddiaçı cavabdehə qarşı irəli sürdüyü 50000 manat məbləğində pul tələbinə dair iddiası üzrə birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu yeganə sübut aralarında baş tutmuş telefon danışığının səs yazısıdır. Səs yazısında cavabdeh iddiaçının onlar üçün Bakı şəhərindən ev alınması məqsədilə 27 mart 2020-ci ildə vermiş olduğu 25000 manat məbləğində pulun onda olduğunu etiraf edir və qaytaracağını bildirir. Səs yazısında 2020-ci ilin aprel ayından b aşlayaraq iddiaçı tərəfindən 2 il ərzində hər ay 1000 manat olmaqla cavabdehə əlavə 25000 manat məbləğində pulun verilməsi təsdiqini tapmır.
13. İddiaçının özü də, məhkəmə baxışlarında həmin pulları bilavasitə cavabdehin özünə deyil, arvadı Gülmirəyə verdiyini bildirir. Gülmirə tərəfindən isə həmin pulların cavabdehə verilməsi iş materialları ilə təsdiqini tapmır, buna dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
14. Odur ki, apellyasiya məhkəməsi sübutlar və sübutetmə yükünün bölüşdürülməsi baxımından iddia olunan 50000 manat pul məbləğindən 25000 manatın cavabdehə verilməsinin sübuta yetməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
15. İddiaçının pul vəsaitinin tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair cavabdehin apelly asiya şikayətinin dəlilinə qiymət verən apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında baş tutmuş telefon danışığının mətninə əsasən cavabdehə verilən pulların İddiaçı deyil, onun qızı Nümayəndə2 məxsus olması müəyyən edilsə də, həmin pulların tapşırığın icrası ilə bağlı bilavasitə iddiaçı tərəfindən cavabdehə verilməsi, iddiaçının vəkalət verən kimi çıxış etməsi işin mübahisəsiz halıdır. Odur ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olması şübhə doğura bilməz.
16. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 14.1, 14.2.1, 329.2, 385.1, 386.1, 390.1, 425.1, 442, 448.1, 1091.1, 777.1, 777.2, 778.1, 779.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.25, 76.1, 76.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və o na etirazın dəlilləri:
17. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(106)-450/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlillərinə oxşar olan kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385.1-ci, Mülki Prosessual Məcəllənin 2 və 385.1-ci maddələrinin tələbləri pozulmuşdur.
19. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunan səs yazıları sübut kimi qiymətləndirilə bilməz. Çünki, bu səs yazıları qanunsuz yolla əldə olunmuşdur. Həmin səs yazılarında isə iddiaçının şəxsən cavabdeh ə hər hansı məbləğdə pul verməsi təsdiq olunmur. İddiaçının qeyd etdiyi guya bir dəfəyə verdiyi 25000 manat pul məbləğini cavabdehə deyil, saxlamaq üçün qızı Nümayəndə3 vermişdir. Bu hal səs yazısında da müəyyən olunmaqla yanaşı iddiaçının özü tərəfindən də məhkəmədə verdiyi izahatı və məhkəmə zalında iştirak etmiş Nümayəndə3 ifadəsi ilə təsdiq olunur. Nümayəndə3 isə həmin pulu cavabdehə verməmiş və pulu nəyə xərcləməsi, kimə verməsi məlum deyil. Səs yazılarından müəyyən olunur ki, ümumiyyətlə iddia olunan pul iddiaçıya deyil, onun qızı Nümayəndə2 məxsusdur. Ona görə də iddiaçının həmin pulu tələb etməyə subyektiv hüququ yoxdur. Cavabdeh iddiaçı qarşısında üzərinə heç bir öhdəlik götürməmiş və həmin öhdəliyin də tələblərini pozmamışdır. Məhkəmə qətnamə qəbul edərkən məhkəmə iclasında müəyy ən olunmayan hallara istinad edərək qərar qəbul etmişdir.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) b aşqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən son ra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələ ri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan qətnamə ilə müəyyən olunan hissədə pul vəsaiti alması və qaytarmaması aralarında olan danışıqlarla təsdiq edildiyi halda, iddia qismən əsaslıdır.
28. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 29. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına görə mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmaması, iddianın sübut olunmamasına dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formal aşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(106)-450/2025 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy