Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2151/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən müvəqqəti istifadə hüququnun saxlanılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6635/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 may 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı2 ilə Cavabdeh 01 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 01 yanvar 2014-cü il təvəllüdlü X4 və 07 iyul 2016-cı il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur.
2. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 ilə X arasında 01 oktyabr 2011-ci il tarixdə «Bakı Nikah evi»ndə bağlanmış və 1971 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 07 iyıl 2016-cı il təvəllüdlü X2 və 01 yanvar 2014-cü il təvəllüdlü X1 anaları X3 himayəsində saxlanılması, İddiaçı2 04 yanvar 2019-cu il tarixdən başlayaraq, 01 yanvar 2014-cü il təvəllüdlü X1 və 07 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda alimentin X3 xeyrinə tutulması qət edilmişdir.
3. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh nikaha daxil olduqdan sonra paylı mülkiyyət hüququ üzrə İddiaçı2 və onun anası İddiaçı1 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilə köçərək orada yaşamış və hazırda da həmin ünvanda pasport qeydiyyatında olmaqla iki azyaşlı uşağı ilə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev kü çəsi ev 17, 16 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin mənzildən öz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh X onun keçmiş gəlinidir. Nizami rayon Məhkəməsinin 14.01.2019-cu il tarixli qətnaməsi ilə oğlu İddiaçı2 və cavabdeh X arasında olan nikah pozulmuşdur. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 17, 16 saylı mənzil paylı mülkiyyət olaraq ona və oğluna məxsusdur və oğlunun nikahından əvvəl əldə edilmişdir. Həmin mənzil ilk əvvəl mərhum həyat yoldaşına məxsus olmuş, sonradan vərəsəliklə onlara keçmişdir. Toydan sonra X həmin mənzilə qeydiyyata düşmüşdür. Hazırda nikah münasibətləri pozulmasına baxmayaraq cvabdeh ona məxsus olan mənz ildə yaşamağa davam edir. Ona mənzili könüllü surətdə tərk etməsini bildirsə də bu günə qədər müraciəti cavabsız qalmışdır. Cavabdehin onun mülkiyyətində (mənzilində) qeydiyyatda olması nəticəsində hüquqları pozulmuş olur. Bundan başqa, o, hər ay cavabdehin əvəzinə kommunal xərcləri ödəməli olur, çünki bu şəxs onun mülkiyyətində olan mənzildə qeydiyytadadır..
6. Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzildən istifadə hüququnun müvəqqəti saxlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlərə ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan üç otaqlı, ünvan 2 ünvanında yerləşən mənzilin cavabdeh İddiaçı2 məxsus 1/2 pay hissəsinə istifadə hüququnun tanınması, həmin mənzildən istifadə hüququnun, azyaşlı uşa qları yetkinlik yaşına çatana qədər, yəni 2034-cü ilədək müvəqqəti saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı2 ilə o, 01 oktyabr 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Rəsmi nikahdan iki azyaşlı övladları var: X4 - 01 yanvar 2014-cü il təvəllüdlü və X6 - 07 iyul 2016-cı il təvəllüdlü. Cavabdeh İddiaçı2 iddiası ilə nikahları Bakı şəhəri Nizami rayon məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və azyaşlı uşaqlarının onun himayəsində saxlanılması qət edilmişdir. O, nikaha daxil oduğu vaxtdan cavabdeh İddiaçı2 və onun anası, yəni ikinci cavabdeh İddiaçı1 X ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanda yerləşən üç otaqlı mənzilə gə lin köçərək orada yaşamış və hazırda da, həmin ünvanda pasport qeydiyyatında olmaqla iki azyaşlı uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdehlər isə tamamilə ayrı ünvanda özlərinə məxsus olan başqa evdə yaşayırlar. Cavabdehlər ona qarşı “Mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və öz əşyaları ilə birlikdə mənzildən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, cavabdeh İddiaçı2la 2011-ci ildə ailə qurduğuna görə onların mənzil hüquq münasibətlərinə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Qanunun tələbinə əsasən o, cavabdeh İddiaçı2 və onun anası İddiaçı1 ümumi paylı mülkiyyət hüququ əsasında məxsus olan mənzilə ailə üzvü kimi istifadə hüququ əldə etmişdir. O, həki m işləyir və aldığı əmək haqqı ilə mübahisəli mənzilin bütün kommunal xərclərini ödəyir, lakin aldığı əmək haqqı ilə onun mənzil alması ümumiyyətlə mümkün deyildir. Himayəsində iki azyaşlı uşağının olması isə ümumiyyətlə, onun gələcəkdə də mənzil almasını istisna edir. Yəni hazırki vəziyyətlə maddi imkansızlıq üzündən onun ev alması və ya kirayədə qalması mümkün deyildir. Yaşamağa isə başqa yeri yoxdur
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(007)651/2020 saylı qətnaməsi ilə ilkin iddianın və qarşılıqlı iddianın qismən təmin edilməsi, X Bakı şəhəri Nizami rayonu xxx küçəsində yerləşən, 17 saylı evin 16 saylı mənzilindən istifadə hüququnun bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 2 (iki) il ərzində saxlanılması, həmin müddət başa çatdıqdan sonra X həmin mənzilə istifadə hüququ itirilməklə, onun öz əşyaları ilə birlikdə bu mənzildən çıxarılması qət edilmişdir..
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2011-ci ilin oktyabr ayından etibarən yarandığından hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir.
10. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tər əfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
11. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmışdır, lakin Cavabdeh İddiaçı2 ilə nikahı 06 aprel 2019-cu il tarixində ləğv olunduğundan və tərəflər arasında başqa razılaşma olmadığından Cavabdeh həmin evdən istifadə hüququ saxlanmır.
13. Lakin yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər.
14. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh İddiaçı2 ailə üzvü olmuş, İddiaçı1 isə ailə üzvü kimi yaşayış sahəsinə köçürülmüşdür. Belə olan halda yuxarıda qeyd olunan qanunvericiliyin tə ləbinə əsasən, Cavabdeh İddiaçı1 da keçmiş ailə üzvü hesab edilə bilər.
15. Məhkəmə Cavabdeh mübahisəli evdən istifadə hüququnun müəyyən müddətə saxlanmasına əsasların olub-olmaması ilə bağlı məsələni araşdıraraq belə qənaətə gəlmişdir ki, Cavabdeh mübahisəli mənzildən müvəqqəti istifadə hüququ saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh himayəsində iki azyaşlı uşağı var, hazırda əmək haqqı aşağı olan işdə çalışır, maddi imkanı aşağıdır və başqa yaşayış sahəsi yoxdur
16. Qeyd olunan halları nəzərə alan məhkəmə hesab etmişdir ki, cavabdeh azyaşlı uşaqlarının yetkinlik yaşına çatandək, yəni 2034-cü ilədək mübahisəli evə istifadə hüququnun saxlanılmasını xahiş etsə də, bu müddətdə Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun saxlanılması ilkin iddia üzrə id diaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüququna tənasübsüz olmaqla, xələl gətirdiyindən, həmin müddət 2 (iki) il müəyyən edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.4-cü, Mülki Prossesual Məcəllənin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6635/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(007)-651/2020 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 2011-ci ilin oktyabr ayından etibarən yarandığından mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir.
21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
22. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla b ilər.
23. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı2 ailə üzvü olmuş və mübahisəli yaşayış sahəsinə köçürülmüşdür. 24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
25. Qeyd edilən şərh baxımından Cavabdeh digər mülkiyyətçi İddiaçı1 keçmiş gəlini kimi onun “digər qohum ları” dairəsinə aid deyildir və ona münasibətdə ailə üzvü hesab edilmir. Deməli, iddiaçılardan İddiaçı1 münasibətdə Cavabdeh mənzildən istifadə hüququ yaranmamışdır.
26. Buna baxmayaraq, Mənzil Məcəlləsinin göstərilən normaları baxımından Cavabdeh İddiaçı2 ilə nikaha daxil olduğu 01 oktyabr 2011-ci il tarixdən mübahisəli mənzildə ona münasibətdə istifadə hüququ yaranmışdır və yalnız 06 aprel 2019-cu il tarixdə nikahları ləğv olunduğundan və tərəflər arasında başqa razılaşma olmadığından həmin mənzildən istifadə hüququna xitam verilmişdir.
27. Kollegiya hesab etmişdir ki, mənzil qanunvericiliyinin normaları baxımından iddiaçılardan birinə münasibətdə Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yarandığı, digər iddiaçıya münasibətdə isə həmin mənzildən istifadə hüququ yaranmadığı müəyyən e dilsə də, paylı mülkiyyətçilərin mübahisəli əmlakdakı payları naturada bölünmədiyindən, cavabdeh mübahisəli mənzildə müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbi ilə hər iki mülkiyyətçiyə qarşı iddia irəli sürməkdə haqlı olmuşdur.
28. İş materiallarından göründüyü kimi, Cavabdeh həkim işləyir və aylıq qazancı sərbəst şəkildə özünün mənzil tələbatını ödəməyə imkan vermir, onun başqa yaşayış yeri də yoxdur. Üstəlik, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşağın boşanmadan sonra ananın yanında qalması qət edilmişdir. Cavabdeh valideynlərinə məxsus 5 otaqlı mənzilin olması, buna görə də onun başqa yaşayış yerinin olmaması ilə bağlı dediklərinin həqiqətə uyğun olmamasına dair apelyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, qarşılıqlı iddiaçı ailə həyatı qurmaqla valideynlərinə məxsus yaşyış evini daimi olaraq tərk edib başqa yaşayış yerinə köçmüş, həmin ünvanda əri və uşağı ilə birlikdə birgə təsərrüfat aparmışdır. Sonradan əri ilə ailə münasibətlərinə xitam verilməsi onun valideynlərinə məxsus mənzilə münasibətdə nikahdan əvvəlki hüquqlarının avtomatik olaraq bərpa edilməsi anlamına gəlmir. Bu səbəbdən də, məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir.
29. Cavabdehin mənzildən müvəqqəti istifadə hüququnun saxlanılmasının müddəti ilə bağlı kollegiya qeyd edir ki, hazırkı işin faktiki halları baxımından, həmçinin iddiaçıların mülkiyyət hüquqlarının və cavabdehin istifadə hüququnun təmin edilməsində tarazlığa nail olunması baxımından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iki il müddət ədalətli və ağlaba tan hesab edilməlidir.
30. Bununla bağlı məhkəmə kollegiası izah etmişdir ki, istifadə hüququnun müvəqqəti saxlanılması üçün bu hüququ saxlanılan şəxs, hazırkı apellyasiya şikayətində qeyd edildiyi kimi, həmin müddətdən sonra özünə yaşayış sahəsi əldə edəcəyini sübut etməli deyildir. Müvəqqəti xarakter daşıyan bu hüququn saxlanması yaşayış sahəsindən istifadə hüququnu itirən şəxsin özünü yeni yaşayış sahəsi ilə təmin etmək məqsədi ilə tədbirlər görməsi üçün ona imkan yaradılmasından ibarətdir. Yəni, bu tədbirləri gördüyü müddətdə şəxs yaşayış sahəsini itirmək qorxusu ilə üz-üzə qalmamalıdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. İddiaçı1 və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər.
35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı2 və cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə İddiaçı2 və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
36. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
37. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 3
9. Hazırkı kassasiya şikayətində iş üzrə İddiaçı1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsi
40. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (maddə 30.1)
41. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (maddə 30.4) 42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 01 oktyabr 2009-cu il tarixədək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Prossesual Məcəllə
43. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
44. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
45. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
46. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
47. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, kassasiya şikayətində qeyd edilə n dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6635/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.