Məhkəmə qərarları › İş №2(102)-2151/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2151/2025

24.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2151/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi, öhdəliyin pozulması, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1689/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaya görə İddiaçı və Cavabdeh arasında xırda buynuzlu mal-qaranın saxlanılması ilə bağlı münasibətlər olmuşdur.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək islah işləri cəzasına məhkum edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2023-cü il tarixli hökmü ilə, məhkum olunmuş İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir.

4. A zərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı barəsində şikayət edilən Qərb Ərazi Baş Gömrük İdarəsi “Mazımqara” gömrük postunun inspektoru, gömrük xidməti leytenantı Cavabdeh gömrük orqanlarına xidmətə qəbul olunduqdan sonra əvvəlcədən əldə etdiyi vergi uçotunu ləğv etdirmədiyi müəyyən edilmiş, bu səbəbdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 avqust 2022-cı il tarixli 1000/546Ş nömrəli əmri ilə Mübariz Həsənova töhmət elan edilmiş və vergi uçotunu dərhal ləğv edilməsi təmin etməsi barədə ona göstəriş verilmiş və verilmiş göstəriş icra olunmuşdur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba regional ərazi şöbəsinin 05 sentyabr 2022-ci il tarixli məktub undan görünür ki, aparılan araşdırma zamanı H.Eldarov DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə verdiyi 19 oktyabr 2022-ci il tarixli izahatında 2010-cu il tarixdən 05 may 2022-ci il tarixədək Cavabdeh tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğunu qeyd etmişdir. Lakin, Cavabdeh etibarnamə ilə nümayəndəsi olduğu Vəkil3 xx.xx.2022-ci il tarixli izahatında isə H.Eldarova ilə Cavabdeh yalnız qohumluq əlaqəsinin olduğunu və H.Eldarovanın Cavabdeh tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmədiyini qeyd etmişdir. Aparılan araşdırma zamanı iddiaçının həyat yoldaşı H.Eldarovanın Cavabdeh tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən müraciətdə qeyd olunan məsələ ar aşdırma zamanı öz əksini tapmamışdır.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba regional ərazi Şöbəsinin 02 iyul 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 13 iyul 2022-ci il tarixli və 04 avqust 2022-ci il tarixli müraciətləri əsasında araşdırılma aparılmış və əmək qanunvericiliyinin pozulması ilə bağlı Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən 25 iyul 2022-ci il tarixli MN ******* nömrəli Protokol tərtib edilmiş və bu protokola əsasən 02 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Qərar tətbiq edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla bağlı Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən Quba Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli Qərarı ilə Cavabdeh barəsində tətbiq edilmiş 02 avqust 2022-ci il tarixli MN ******* nömrəli Qərarın ləğv edilməsi və inzibati işin yenidən araşdırılması üçün DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə göndərilməsi Qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 180 baş qoyunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 12 il əvvəl cavabdehin hey vandarlıq təsərrüfatına baxmağa razılıq vermiş, çoban kimi işə başlamış, amma bir müddət sonra aldadıldığını hiss edib, əməyi qarşılığında edilən vədlər söz olaraq ortada qalmışdır. Onların razılaşmasına görə cavabdeh ödəniş əvəzi olaraq hər il iddiaçıya 30 qoyun verməyi öhdəsinə götürmüş, iddiaçı isə çobanlıq edib, cavabdehin qoyun sürüsünü otarmaq və baxmağı öhdəsinə götürmüşdür. İddiaçı 6 ilinin haqqını cavabdehdən güc bəla ilə alsa da, qalan 6 ilin haqqını ala bilməmişdir. O, cavabdehin təsərrüfatı üçün özünü fəda etmiş, evində də düz-əməlli yaşaya bilməmiş, illərini çöllərdə keçirmiş, yayda yaylaqda, qışda isə qışlaqda yaşamalı olmuş, min bir zəhmətə qatlaşmışdır. Cavabdeh iddiaçıya borcu olan 180 heyvan verməli olduğu halda vermədiyindən ondan borcunu istəmiş, cavabdeh isə bildirmişd ir ki, bir yerdə pulunu yığıb verəcək, “Sənin üçün Qubadan yer alaram, ev alaram”, belə yalan vədlərlə onu aldatmışdır. İddiaçı cavabdehin barəsində işlədiyi Dövlət Gömrük Komitəsinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər yazmışdır. Cavabdeh iddiaçını 2010-cu il tarixdən 2022-ci il tarixədək əmək müqaviləsi bağlamadan çoban kimi işlətmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən ona verilmiş cavaba əsasən cavabdehə töhmət elan olunmuşdur. Bundan başqa Əmək Müfəttişliyi tərəfindən cavabdeh 3000 manat cərimə tətbiq olunmuşdur. X12 və X1 da şahiddirlər ki, cavabdeh onun zəhmət haqqını kəsməsi ilə bağlı aralarında narazılıqlar olmuş, Laçınla birlikdə cavabdeh heyvanları iddiaçıdan alıb qayını Dəmirə vermişdir.

9. Cavabdeh nümayəndəsi, vəkil X2 iddiaya etiraz edərək bildirmişdir ki, idd iaçı tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Onun yeganə əsaslandığı şahid ifadələridir. Şahid ifadələri ilə əmək münasibətləri tənzimlənə bilməz. Şahidlər iddiaçının yaxın qohumlarıdırlar və təbii ki, onların ifadələri məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz. Şahidlər ifadələrində bildiriblər ki, onlar göstərdiklərini İddiaçı və ya başqa şəxslərdən eşidiblər, yəni kimlərdənsə danışıq əsasında eşidilmiş sözlər də məhkəmədə sübut əhəmiyyəti daşıya bilməz.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, İddiaçı onun əmisi oğludur. Mübariz Şahinə 180 baş heyvan verməli idi. O da, Şahinin yanında 200 manat maaşa çoban kimi işləmişdir. İldə 30 baş heyvan verməli idi. 6 ildir ki, Mübariz Şahinə heyvan vermir. Mübarizin indi də qoyun sürüsü vardır. Ona qayını Dəmir baxır. Bir dəfə Mübariz Şahinə 30 baş heyvan verib. X14 aldadırdı.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6, X4, X5 şahid X12 ilə eyni məzmunlu ifadələr vermişlər.

12. Quba Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2(027)-176/2024 nömrəli qətnaməsi ilə (hakim A.Babayev) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibə tləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 324.6-cı maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1689/2024 nömrəli qətnaməsi ilə (hakim L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Süleymanova və F.Məmmədov) apell yasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.

18. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına g örə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

19. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd etmişdir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

20. Apellyasiya kollegiyası nəzərə almışdır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir k i, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

22. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. Ona görə də, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

23. Hazırkı halda, apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, 180 baş qoyunun iddiaçıya verilməsi ilə bağlı İddiaçı ilə Cavabdeh arasında hər hansı razılaşmanın olmasına dair məhkəməyə heç bir mötəbər və əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1689/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n Mülki Məcəllənin 21.2, 324.1, 385.1, 425, 442, 752.1, 1091.1, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 8, 9, 14.1, 76.1, 76.2, 77.1, 82.4, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin iddiaçıya öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırması, aralarında şifahi qaydada bağlanmış müqavilə ilə müəyyən edilmiş vəzifələrini vicdanla icra etməməsi nəticəsində iddiaçıya dəymiş zərər nəzərə alınmamışdır. İş üzrə əldə olunan mötəbər sübutlarla (şahid ifadələri, hökm və qərar) müəyyən olunur ki, cavabdehlə iddiaçının arasında şifahi razılaşma olmuş və cavabdeh heyvandarlıq təsərrüfatına baxılması qarşılığında iddiaçıya ildə 30 baş qoyun verməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflərin iradə ifadələri nəticəsində şifahi razılaşmaları mülki qanunvericiliyə uyğun olaraq mülki hüquq münasibətlər dairəsini yaratdığı üçün artıq tərəflər arasında podrat müqaviləsi bağlanmış sayılsa da, iddiaçının həmin razılaşmaya əsasən nəzərdə tutulan işi icra etsə və öz öhdəliklərini vicdanlı şəkildə yerinə yetirmiş olsa da, cavabdeh öz növbəsində 6 il ərzində ildə 30 baş qoyun olmaqla, ümumilikdə, 180 baş qoyun verməkdən boyun qaçırmağına, öz öhdəliklərini icra etməyərək kobud surətdə pozmağına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12, X5 və X3 ifadələrində göstərilən faktiki hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə cavabdehin inzibati xəta haqqında iş üzrə təqsirli olduğu müəyyən edilməsini, lakin inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsi ilə icraata xitam veril sə də, iddiaçının cavabdehin təsərrüfatında işlərə cəlb edildiyi öz təsdiqini tapmasını nəzərə almamışdır.

27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara is tinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak ve rməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tər əflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rə yləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində tərəflərin izahatları və təqdim olunan sübutlar əlaqəli şəkildə qiymətləndirilmiş və yekun nəticəyə gəlinmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

35. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

36. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, hazırkı halda, iddiaçının istinad etdiyi sübutlarla tərəflərin arasında yaranmış münasibətlərin şərtlərini, onların öhdəliklərinin qarşılıqlı icrasını və son nəticədə cavabdehin iddiaçının qarşısında tələb olunan həddə öhdəliyinin qalmasını müəyyən etmək mümkün deyildir.

37. Kassasiya şikayətinin dəlilləri sübutların düzgün qiymətləndirilməməsi və gəlinən nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya M əhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(105)-1689/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edild

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar