Məhkəmə qərarları › İş №2(102)-2152/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2152/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2152/2021 03.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və (Cavabdeh3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: zaminliyə xitam verilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh2 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6720/2020 nömrə li iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 03 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, 21.12.2011-ci il tarixli kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır.

2. Həmçinin iş materiallarından görünür ki, 21.12.2011-ci il tarixli ipoteka müqaviləsi ilə tərəflər arasında bağlanmış 21.12.2011-ci il tarixli kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “kredit razılaşması” formasında ayrıca razılaşmala r üzrə borclunun öhdəliklərinin icrasının təminatı məqsədi ilə Cavabdeh2 məxsus Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanında mərtəbəsi zirzəmi, 206.5 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 129.598 manat müəyən edilmişdir..

3. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə zamin X1 arasında bağlanmış 21.12.2011-ci il tarixli zaminlik müqaviləsi ilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.12.2011-ci il tarixli kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasının təminatı məqsədi ilə zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında tam məsuliyyət daşıyır.

4. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC ilə zamin X6 arasında bağlanmış 05.02.2014-cü il tarixli zaminlik müqaviləsi ilə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.12.2011-ci il tarixli kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “kredit razılaşması” formasında ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasının təminatı məqsədi ilə zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında tam məsuliyyət daşıyır.

5. Bundan başqa iş materiallarından görünür ki, 21.11.2014-cü il tarixli kredit razılaşması ilə 21.12.2011-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı bank tərəfindən kredit alan cavabdehə aylıq faiz dərəcəsi 1.5 % olmaqla 36 ay müddətinə, 90000 (doxsan min) ABŞ dolları məbləğində aktiv kredit xətti açılmış və həmin kredit xətti limiti daxilində kredit verilmişdir.

6. Həmçinin iş materialları ilə müəyyən edilir ki, 23.11.2015-ci il tarixli saziş ilə 21.11.2014-cü il tarixli kredit razılaşması üzrə ilk ödəmə tarixindən sonra kredit alan Cavabdeh2 kreditin qalığını və kredit qalığı üzrə aylıq faiz dərəcəsi 1.5 % olmaqla hesablanan faizləri 36 ay ərzində hər təqvim ayının 23-cü günündə annuitet qaydasında banka ödəyir.

7. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, 28.06.2016-cı il tarixli, saziş əsasında bank ilə kredit alan arasında 21 dekabr 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə 21.11.2014-cü il tarixli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kr editin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 28 iyun 2016-cı il tarixli ödəniş planına uyğun olaraq, yəni 23 noyabr 2018-ci il tarixədək banka ödəməlidir.

8. Bundan başqa iş materiallarından görünür ki, 08.05.2015-ci il tarixli, kredit razılaşması ilə bank tərəfindən kredit alana - Cavabdeh2 aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müddətinə, razılaşma ilə müəyyən olunmuş kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir.

9. Bununla yanaşı iş materiallarından görünür ki, 10.03.2015-ci il tarixli Bank qarantiyası verilməsi haqqında müqaviləsi ilə Prinsipalın- Cavabdeh2 Benefısiar - X xeyrinə Benefısiar və Prinsipal arasında bağlanılmış 10.12.2014-cü il tarixli müqavilənin şərtlərinin Prinsipal- Cavabdeh2 tərəfindən yerinə yetirilməsini təmin etmək üçün 10.05.2015-ci il tarixdən 11.01.2016-cı il tarixədək 307 günlük 90000 (doxsan min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. 10. 12.01.2016-cı il tarixli Bank qarantiyası üzrə Benefısiarın tələb verməsi haqqında bildirişdən görünür ki, 10.03.2015-ci il tarixli ödəniş qarantiyası üzrə Benefısiar X İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 90.000 ABŞ dolları ödəniş etməklə bağlı yazılı tələb göndərmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarantiya üzrə ödəniş edib ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini Cavabdeh2 tələb etmək hüququndan istifadə edəcəkdir. 11. 09.03.2016-cı il tarixli Bank qarantiyası üzrə Benefısiarın tələb verməsi haqqında bildirişdən görünür ki, 10.03.2015-ci il tarixli ödəniş qarantiyası üzr ə Benefısiar X İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 90.000 ABŞ dolları ödəniş etməklə bağlı yazılı tələbinə dəyişlik edilərək, tələb məbləği 30.000 ABŞ dollarına salınmış, 60.000 ABŞ dollarının ödənişindən imtina edilmişdir. Həmin kreditə dair 10.03.2016-cı il tarixli ödəniş planı tərəflər arasında imzalamışdır. 12. 14.06.2016-cı il tarixli sazişdən görünür ki, bank ilə kredit alan arasında 21 dekabr 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə 10 mart 2016-cı il tarixdə bağlanmış kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 14 iyun 2016-cı il tarixli ödəniş planına uyğun olaraq, banka ödəməlidir. Tərəflərin imzaladıqları 14.06.2016-cı il tarixli sazişlə kreditin qaytarılmasının son müddəti 12 mart 2018-ci il tarixi müəyyən edilmişdir. 13. 12.02.2016-cı il tarixli Bank qarantiyası verilməsi haqqında müqavilədən görünür ki, Prinsipalın Benefısiar - X xeyrinə Benefısiar və Prinsipal arasında bağlanılmış 10.12.2014-cü il tarixli müqavilənin şərtlərinin Prinsipal tərəfindən yerinə yetirilməsini təmin etmək üçün 12.02.2016-cı il tarixdən 30.12.2016-cı il tarixədək 322 günlük 45000 (qırx beş min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. 14. 12.02.2016-cı il tarixli Bank qarantiyası verilməsi haqqında müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında razılaşmadan görünür ki, Benefısiar və Prinsipal arasında bağlanılmış müqavilənin şərtlərinin Prinsipal tərəfindən yerinə yetirilməsini təmin etmək üçün 504 günlük 40000 (qırx min) ABŞ Dollar ı məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür.

15. Cavabdeh2 ünvanlanmış 19.12.2016-cı il tarixli məlumatdan görünür ki, Bank tərəfindən Prinsipal - Cavabdeh2 bank qarantiyası üzrə Benefısiarın tələbi əsasında qarant tərəfindən 20.000 ABŞ dolları ödəniş edilməsi haqqında məlumat verilmişdir. Ödəniş planına əsasən kreditin qaytarılmasının son müddəti 19 dekabr 2018-ci il tarixi müəyyən edilmişdir.

16. Həmçinin iş materiallarında müəyyən olunur ki, bank tərəfindən 20.06.2017-ci il tarixdə Prinsipal - Cavabdeh2 bank qarantiyası üzrə Benefısiarın tələbi ilə əlaqədar bankın qərarı poçt vasitəsi ilə göndərilmiş, həmin qərar 21.06.2017-ci il tarixdə alınmışdır. Qərarda Benefısiarın tələbi qarant tərəfindən ödəniş edilməsi haqqında məlumat verilmişdir. Qarantiya müqavi ləsinin şərtlərinə görə Benefısiara ödəniş edildiyi tarixdən həmin ödəniş Cavabdeh2 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit verilmiş hesab olunur. Həmin kreditə dair 20.06.2017-ci il tarixli 001R********** saylı ödəniş planını tərəflər arasında imzalamışdır. Ödəniş planına əsasən kreditin qaytarılmasının son müddəti 20 iyun 2019-cu il tarixi müəyyən edilmişdir.

17. Cavabdeh2 ünvanlanmış 19.12.2016-cı il tarixli məlumatdan görünür ki, Bank tərəfindən Prinsipal - Cavabdeh2 bank qarantiyası üzrə Benefısiarın tələbi əsasında qarant tərəfindən 20.000 ABŞ dolları ödəniş edilməsi haqqında məlumat verilmişdir. Ödəniş planına əsasən kreditin qaytarılmasının son müddəti 20 iyun 2019-cu il tarixi müəyyən edilmişdir. 18. 10672 nömrəli, 31.07.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 21.11.2014-cü il tarixli kredit razılaşması üzrə 16.01.2018-ci il tarixə 88084 ABŞ Dolları məbləğində kredit borcu, 29664.45 ABŞ Dolları məbləğində faiz borcu və 55779.69 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 173528.14 ABŞ dolları borcu vardır. 19. 10671 nömrəli, 31.07.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 08.05.2015-ci il tarixdə bağladığı kredit razılaşması üzrə 16.01.2018-ci il tarixə 4999.5 ABŞ Dolları məbləğində kredit borcu, 1050.11 ABŞ Dolları məbləğində faiz borcu və 3035 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 9084.61 ABŞ dolları borcu vardır. 20. 10675 nömrəli, 31.07.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 03.10.2016-cı il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə 16.01.2018-ci il tarixə 30000 ABŞ Dolları məbləğində kredit borcu, 8301.91 A BŞ Dolları məbləğində faiz borcu və 15070 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 53371.91 ABŞ dolları borcu vardır. 21. 10673 nömrəli, 31.07.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 20.06.2017-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə 16.01.2018-ci il tarixə 20000 ABŞ Dolları məbləğində kredit borcu, 2333.33 ABŞ Dolları məbləğində faiz borcu və 3600 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 25933.33 ABŞ dolları borcu vardır. 22. 10674 nömrəli, 31.07.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 19.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə 16.01.2018-ci il tarixə 20000 ABŞ Dolları məbləğində kredit borcu, 4366.66 ABŞ Dolları məbləğində faiz borcu və 7240 ABŞ Dolları məbləğində cərimə borcu, cəmi 31606.66 ABŞ dolları borcu vardır. 23. “xxxx” MMC tərəfind ən verilmiş 03 sentyabr 2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanında mərtəbəsi zirzəmi, 206.5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 03.09.2019cu il tarixə ilkin satış qiyməti 170 000 (yüz yetmiş min) manat təşkil edir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

24. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və (Cavabdeh3) qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, (Cavabdeh3) müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001K**********31 saylı kredit razılaşması üzrə 88084 ABŞ Dolları məbləğində kredit borcunun, 29664.45 ABŞ Dolları məbləğində faiz borcunun və 55779.69 ABŞ Dolları məbləğində cərimə borcunun, cəmi 173528.14 ABŞ dolları borcun, 001KK**********01 saylı kredit razılaşması üzrə 4999.5 ABŞ Dolları məbləğində kredit borcunun, 1050.11 ABŞ Dolları məbləğində faiz borcunun və 3035 ABŞ Dolları məbləğində cərimə borcunun, cəmi 9084.61 ABŞ dolları borcun, 001R********** saylı kredit üzrə 30000 ABŞ Dolları məbləğində kredit borcunun, 8301.91 ABŞ Dolları məbləğində faiz borcunun və 15070 ABŞ Dolları məbləğində cərimə borcunun, cəmi 53371.91 ABŞ dolları borcun, 001R********** saylı kredit üzrə 20000 ABŞ Dolları məbləğində kredit borcunun, 4366.66 ABŞ Dolları məbləğində faiz borcunun və 7240 ABŞ Dolları məbləğində cərimə borcunun, cəmi 31606.66 ABŞ Dolları borcun, 001R********** saylı kredit üzrə 20000 A BŞ Dolları məbləğində kredit borcunun, 2333.33 ABŞ Dolları məbləğində faiz borcunun və 3600 ABŞ Dolları məbləğində cərimə borcunun, cəmi 25933.33 ABŞ dolları borcun, ümumilikdə 293254.65 (iki yüz doxsan üç min iki yüz əlli dörd dollar, altmış beş sent) ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 293254.65 (iki yüz doxsan üç min iki yüz əlli dörd dollar, altmış beş sent) ABŞ Do lları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, (Cavabdeh3) ümumi qaydada tutulması, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. İddiaçı iddia tələbini onu nla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 21.12.2011-ci il tarixli 01L000002622 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon beş yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 21.11.2014-cü il tarixli 001K**********31 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.5% olmaqla 36 ay müddətinə, 90000 (doxsan min) ABŞ dolları məbləğində aktiv kredit xətti açılmış və həmin kredit xətti limiti daxilində kredit verilmişdir. Tərəflərin imzaladıqları 23.11.2015-ci il tarixli 001K**********31S saylı sazişlə razılaşmaya dəyişiklik və əlavə edilmiş, yeni ödəniş planı verilmişdir.Tərəflərin imzaladıqları 28.06.2016-cı il tarixli 001K**********31S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşmasının 1.4-cü bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə 23.12.2016-cı il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 1916 ABŞ Dolları ödəmiş, onun 88084 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.6-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1 /30 hissə si kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16.01.2018-ci il tarixə 389 gün üçün hesablanmış faiz borcu 29664.45 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının həmin razılaşma üzrə müəyyən edilmiş müvafiq faiz dərəcəsində cərimə ödəməlidir.16.01.2018-ci il tarixə 389 gün üçün hesablanmış cərimə 55779.69 ABŞ Dolları təşkil edir. Bundan başqa kredit xətt müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə 08.05.2015-ci il tarixdə bağladığı 001KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 12 ay müd dətinə, razılaşma ilə müəyyən olunmuş kredit limiti daxilində plastik kart vasitəsi ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit götürmüşdür. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə 08.05.2016-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kreditdən 0.5 ABŞ dolları qaytarmış və onun iddiaçıya 4999.5 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.1 və 2.3-cü bəndinə görə nəzərdə tutulan faizləri banka ödəməmiş və 16.01.2018-ci il tarixə 618 gün üçün onun 1050.11 ABŞ Dolları məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinin 3.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış fa izi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün 2.7-ci bənddə nəzərdə tutulan kredit qalığı məbləği üzrə cərimə ödəməlidir. 16.01.2018-ci il tarixə 618 gün üçün hesablanmış cərimə 3035 ABŞ Dolları təşkil edir. Həmçinin kredit xətt müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 10.03.2015-ci il tarixli 029***-******* saylı Bank qarantiyası verilməsi haqqında müqavilə əsasında Prinsipalın Benefısiar - X xeyrinə Benefısiar və Prinsipal arasında bağlanılmış 10.12.2014-cü il tarixli müqavilənin şərtlərinin Prinsipal tərəfindən yerinə yetirilməsini təmin etmək üçün 10.05.2015-ci il tarixdən 11.01.2016-cı il tarixədək 307 günlük 90000 (doxsan min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə görə, Prinsipal Benefısiar qarşı sında öhdəliklərini icra etmədikdə Prinsipalın Benefısiara faktiki borcu həcmində, lakin verilən bank qarantiyasının mətnində göstərilmiş məbləğdən artıq olmayan həcmdə Qarant Benefısiar qarşısında məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə görə Qarant bank qarantiyası üzrə Benefısiara sonuncunun tələbi əsasında ödəniş etdikdə Benefısiara ödənilmiş məbləğdən və onun 1 (bir) % -i miqdarında hesablanan və Prinsipal tərəfindən Qaranta ödənilməli komisyon haqqı məbləğindən ibarət kredit aylıq 1.6667%-lə Prinsipala 24 (iyirmi dörd) ay müddətinə ödəniş tarixində verilmiş hesab olunur. Benefısiar X 07.01.2016-cı il tarixli tələblə banka müraciət edərək Prinsipal - Cavabdeh2 öhdəliklərini pozduğunu və bankdan 90000 (doxsan min) ABŞ Dolları məbləğində ödəniş etməyi xahiş etmişdir. Bank tərəfində n Benefisiarın tələb verilməsi haqqında 12.01.2016- ci il tarixli bildiriş Prinsipal - Cavabdeh2 13.01.2016-cı il tarixdə verilmiş, sonuncu banka müraciət edərək bu tələbin əsassız olduğunu və araşdırılmasını tələb etmişdir. Daha sonra Benefısiar X 07.01.2016-cı il tarixli tələbi üzrə bankdan 30000 (otuz min) ABŞ Dolları məbləğində ödəniş etməyi xahiş etmiş və Prinsipalı 60000 (altmış min) ABŞ dolları öhdəlikdən azad edildiyini bildirmişdir. Bank tərəfindən Benefısiarın yuxarıdakı tələbi verilməsi haqqında 09.03.2016-ci il tarixli bildiriş Prinsipal - Cavabdeh2 həmin tarixdə verilmiş, 10.03.2016-cı il tarixli məktubla isə bank qarantiyası üzrə Benefısiarın tələbi əsasında qarant tərəfindən ödəniş edilməsi haqqında məlumat verilmişdir. Həmçinin qeyd edilmişdir ki, qarantiya müqaviləsinin şə rtlərinə görə Benefısiara ödəniş edildiyi tarixdən həmin ödəniş Cavabdeh2 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmiş hesab olunur. Həmin kreditə dair 10.03.2016-cı il tarixli 001R********** saylı ödəniş planını tərəflər arasında imzalamışdır.Tərəflərin imzaladıqları 14.06.2016-cı il tarixli 001R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.12.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 30000 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.1-ci b əndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16.01.2018-ci il tarixə 400 gün üçün hesablanmış faiz borcu 8301.91 ABŞ Dolları təşkil edir. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.6-cı bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 16.01.2018-ci il tarixə 400 gün üçün hesablanmış cərimə 15070 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətt müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 12.02.2016-cı il tarixli 029002- ******* saylı Bank qarantiyası verilməsi haqqında müqavilə əsasında Prinsipalın Benefısiar - X xeyrinə Benefısiar və Prinsipal arasında bağlanılmış 10.12.2014-cü il tarixli müqavilənin şərtlərinin Prinsipal tərəfindən yerinə yetirilməsini təmin etmək üçün 12.02.2016-cı il tarixdən 30.12.2016-cı il tarixədək 322 günlük 45000 (qırx beş min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə görə Prinsipal Benefısiar qarşısında öhdəliklərini icra etmədikdə Prinsipalın Benefısiara faktiki borcu həcmində lakin verilən bank qarantiyasının mətnində göstərilmiş məbləğdən artıq olmayan həcmdə Qarant Benefısiar qarşısında məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə görə Qarant bank qarantiyası üzrə Benefısiara sonuncunun tələbi əsasında ödəniş etdikdə, Benefısiara ödənilmiş məbləğdən ibarət kredit aylıq 1.6667%-lə Prinsipala 24 (iyirmi dörd) ay müddətinə ödəniş tarixində verilmiş hesab olunur. Tərəflərin imzaladıqları 24.02.2016cı il tarixli razılaşmaya görə, 12.02.2016-cı il tarixli 029002- ******* saylı Bank qarantiyası verilməsi haqqında müqaviləyə əlavə və dəyişikliklər edilmiş, Benefısiar və Prinsipal arasında bağlanılmış müqavilənin şərtlərinin Prinsipal tərəfindən yerinə yetirilməsini təmin etmək üçün 504 günlük 40000 (qırx min) ABŞ Dolları məbləğində Qarant - İddiaçı QSC qarantiya verməyi öhdəsinə götürmüşdür. Benefısiar X 06.12.2016-cı il tarixli tələblə banka müraciət edərə k Prinsipal - Cavabdeh2 öhdəliklərini pozduğunu və bankdan 20000 (iyirmi min) ABŞ Dolları məbləğində ödəniş etməyi xahiş etmişdir. Bank tərəfindən Benefisiarın yuxarıdakı tələbi verilməsi haqqında 19.12.2016-ci il tarixli bildiriş Prinsipal - Cavabdeh2 həmin tarixdə verilmişdir. Həmçinin qeyd edilmişdir ki, Bank qarantiyası verilməsi haqqında müqaviləsinin şərtlərinə görə Benefisiara ödəniş edildiyi tarixdən həmin ödəniş Cavabdeh2 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmiş hesab olunur. Həmin kreditə dair 19.12.2016-cı il tarixli 001R163454867 saylı ödəniş planı tərəflər arasında imzalamışdır. Cavabdeh2 Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11-ci bəndinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu v əsaitləri 19.01.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 20000 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.1-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin - 1/30 hissəsi kimi hesablanır. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin şərtlərinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadığı üçün 16.01.2018-ci il tarixə 362 gün üçün hesablanmış cərimə 4366.66 ABŞ Dolları təşkil edir. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.6-cı b əndinə əsasən Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.6-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 16.01.2018-ci il tarixə 362 gün üçün hesablanmış cərimə borcu 7240 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətt müqaviləsi çərçivəsində bağlanılmış həmin Bank qarantiyası verilməsi haqqında müqavilə üzrə Benefisiar X 06.06.2017-ci il tarixli tələblə banka müraciət edərək Prinsipal - Cavabdeh2 öhdəliklərini pozduğunu və bankdan 20000 (iyirmi min) ABŞ Dolları məbləğində ödəniş etməyi xahiş etmişdir. Bank tərəfindən 20.06.2017-ci il tarixdə Prinsipal - Cavabdeh2 bank qarantiyası üzrə Benefısiarın tələbi ilə əlaqədar bankın qərarı poçt vas itəsi ilə göndərilmiş, həmin qərar 21.06.2017-ci il tarixdə alınmışdır. Qərarda Benefısiarın tələbi qarant tərəfindən ödəniş edilməsi haqqında məlumat verilmişdir. Həmçinin qeyd edilmişdir ki, qarantiya müqaviləsinin şərtlərinə görə Benefısiara ödəniş edildiyi tarixdən həmin ödəniş Cavabdeh2 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit verilmiş hesab olunur. Həmin kreditə dair 20.06.2017-ci il tarixli 001R********** saylı ödəniş planını tərəflər arasında imzalamışdır. Cavabdeh2 Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.07.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan ödəniş etməmiş, onun 20000 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.1-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16.01.2018-ci il tarixə 180 gün üçün hesablanmış faiz borcu 2333.33 ABŞ Dolları təşkil edir. Bank qarantiyası verilməsi haqqında müqaviləsinin 11.6-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 16.01.2018-ci il tarixə 180 gün üçün hesablanmış cərimə 3600 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və X zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün b ank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka qoyan Cavabdeh2 Bank ilə bağladığı 21.12.2011-ci il tarixli, 01M000001225 saylı ipoteka müqaviləsi (Bakı şəhəri notariusu X tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 42 №-li reyestr kitabının 3991 №-li vərəqind ə qeydiyyata alınmış və MA 0327186№-li çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 26.10.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 27.10.2017-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yan ında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 31.10.2017-cı tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir.

26. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(008)6315/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 001K**********31 saylı kredit razılaşması üzrə 88084 ABŞ dolları məbləğində kredit borcunun, 29664.45 AB Ş dolları məbləğində faiz borcu və 5000 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 122748.45 ABŞ dolları borcun, 001KK**********01 saylı kredit razılaşması üzrə 4999.5 ABŞ dolları məbləğində kredit borcunun, 1050.11 ABŞ Dolları məbləğində faiz borcunun və 300 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 6349.61 ABŞ dolları borcun, 001R********** saylı kredit üzrə 30000 ABŞ dolları məbləğində kredit borcunun, 8301.91 ABŞ dolları məbləğində faiz borcunun və 1500 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 39801.91 ABŞ dolları borcunun, 001R********** saylı kredit üzrə 20000 ABŞ dolları məbləğində kredit borcunun, 4366.66 ABŞ dolları məbləğində faiz borcunun və 700 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 25066,66 ABŞ dolları borcun, 001R********** saylı kredit üzrə 20000 ABŞ dolları məbləğində kredit borcu, 2333.33 ABŞ dolları məbləğində faiz borcun və 300 ABŞ dolları məbləğində cərimə borcun, cəmi 22633.33 ABŞ dolları borcun, ümumilikdə 216599.96 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq İddiaçı QSC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 116 ünvanda mərtəbəsi zirzəmi, 206.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 170.000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait hesabına cəmi 216599.96 ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq, İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə edilmiş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 ümumi qaydada tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzə üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının Cavabdeh2 tutularaq İddiaçı QSCyə ödənilməsi, iş üzrə 300 manat daşınmaz əmlakın qiymətləndirilməsinə çəkilən xərcin “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

27. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlər, kredit razılaşmaları, Bank qarantiyası verilməsi, həmçinin zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri lazımın ca icra etməmiş və onların əsas və faiz borclarının ödənilməsinə dair öhdəlikləri yaranmışdır.

28. Bununla yanaşı məhkəmə iddiaçının tələb etdiyi cərimə məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab etmişdir və onların azaldılması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə cərimə məbləğlərini 21.11.2014-cü il tarixli kredit razılaşması üzrə 55779.69 ABŞ dollarından 5000 ABŞ dollarınadək, 08.05.2015-ci il tarixli kredit razılaşması üzrə 3035 ABŞ dollarından 300 ABŞ dollarınadək, 03.10.2016-cı il tarixli kredit müqaviləsi üzrə 15070 ABŞ dollarından 1500 ABŞ dollarınadək, 20.06.2017-ci il tarixli kredit müqaviləsi üzrə 3600 ABŞ dollarından 300 ABŞ dollarınadək, 19.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə 7240 ABŞ dollarından 700 ABŞ dollarınadək azaldılması qənaitinə gəlmiş dir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi zaminlər Cavabdeh1 və (Cavabdeh3) münasibətdə təmin edilməməlidir.

30. Bundan başqa iddia tələbi üzrə idd iaçının ipoteka qoyulmuş daşınmaz əmlakın açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılaraq təhvil verilməsini tələb etmək hüququ olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 279, 385.1, 442, 443.1, 445.2, 448.1, 462.1, 465.2, 467, 470.1, 472.1, 472.2, 478, 477, 489-cu, “İpoteka haqqında” Qanunun 10.4, 33, 34.1.1, 39.3, 59.3.1, 59.4-cü, Mülki Prossesual Məcəllənin 119.1, 220.5, 222.2, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6720/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(008)- 6315/2019 saylı qətnaməsi qismən ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci i nstansiya məhkəməsi ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o, satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılmasına dair iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

35. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

36. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipotek a ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur.

37. İş materiallarından da mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının ipoteka predmetinin satıldıqdan sonra onun boşaldılmasını tələb etməsi hüququ tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərindən irəli gəlir. Belə ki, həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikdə, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini icra etmək üçün ipoteka predmetinin satılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur.

39. Bunlarla yanaşı, kollegiya qeyd etmişdir ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra onun boşaldılma sının hər-hansı səbəblərdən ləngidilməsi, ipoteka institutunu öhdəliyin icrasının təmini üsulu kimi əhəmiyyətsiz etmiş olardı. Bu cür ləngitmə yalnız qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla mümkündür.

40. Bundan başqa zaminlər Cavabdeh1 və X3 dair təmin olunmayan hissəsinin ləğv edilməsinin əsassız olması, ona görə də qətnamənin həmin hissədə də ləğv edilməsi və iddianın təmin edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. 41. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

42. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər.

43. Zaminliyə xitam v erilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

44. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zam inin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır.

45. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.

46. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.

47. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında q eyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq, zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

48. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.

49. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.

50. Hazırkı işin mübahisəsiz hallarından biri ondan ibarətdir ki, hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh1 və X kredit xətti müqaviləsi üzrə zaminlik müqaviləsi bağlasalar da, həmin müqavilələrdə kreditin əsas borcluya hansı faiz dərəcəsi ilə verilməsi öz əksini tapmamışdır. Başqa sözlə, tərəflər zaminlik müqaviləsinin mühüm şərtlərindən biri olan, kreditin faiz dərəcəsəsi barədə razılığa gəlməmişlər.

51. Həmin müqavilələr bağlandıqdan sonra əsas borclu ilə Bank arasında bir neçə kredit müqaviləsi bağlanmış, sonradan müxtəlif tarixlər də bu kredit müqavilələrinin şərtlərinin dəyişdirilməsi ilə bağlı tərəflər arasında çoxsaylı sazişlər imzalanmışdır.

52. Lakin nə həmin kredit müqavilələri, nə də bu müqavilələrinin şərtlərinin dəyişdirilməsi ilə bağlı sazişlər imzalanarkən zaminlərin bununla bağlı razılığı olmamışdır.

53. Konstitusiya məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyindən çıxış edərək, Mülki Məcəllənin 477-ci maddəsinə əsaslanaraq və işin müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Alıev Sardar Ali oğlu arasında bağlanmış zaminlik müqavilələrinə yuxarıda qeyd olunmuş tələblərə cavab vermədiyindən, onlara xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən də, həmin müqavilələrə istinad edilməklə cavabdehlərdən öhdəliklərinin icrasının tələ b edilməsi qanunsuz və əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

54. İddiaçı QSC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin zaminlər Cavabdeh1 və X4 qarşı pulun tutulması hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə də təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi zaminlər Cavabdeh1 və X4 münasibətdə işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

56. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlak a tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılmasına münasibətdə işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

59. Cavabdeh2 və vəkili izahat verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılmas ı hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

60. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehlər Cavabdeh1, Alıev Sardar Ali oğlu hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının və cavabdehlər Cavabdeh1, Alıev Sardar Ali oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

61. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

62. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətlərində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının iddia tələbinin zaminlər Cavabdeh1 və X4 qarşı pulun tutulması hissələrində ləğvini, cavabdeh isə ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması hissəsində ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

65. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. (maddə 477.0.1)

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstə rilmişdir ki, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “İpoteka haqqında” Qanun

67. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1). Mülki Prossesual Məcəllə

68. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

69. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

70. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

71. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

72. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

73. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin zaminlər Cavabdeh1 və X4 qarşı pulun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin zaminlər Cavabdeh1 və X4 qarşı pulun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması hissələrində ləğvi üçün qanuni əsas ola bilməz.

76. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin zaminlər Cavabdeh1 və X4 qarşı pulun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6720/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi iddia tələbinin zaminlər Cavabdeh1 və X4 qarşı pulun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar