Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2152/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı ilk, Cavabdeh1 İddiaçı, Şəki rayon 2 saylı Notariat kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 Cavabdeh1, İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddiası üzrə QƏRARİ iş № 2(102)-2152/22 (Açar sözlər: müqavilənin etibarsızlığı, kassasiya instansiyasının göstərişlərinə əməl edilməsi) Bakı şəhəri, 25 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiy ası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılması” tələbinə dair ilk, Cavabdeh1 cavabdehlər İddiaçı, Şəki rayonu 2 saylı Notariat Kontoruna və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1, İddiaçı, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıx arışın ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1016/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 (bundan sonra “cavabdeh”) ilə X5 (bundan sonra “üçüncü şəxs”) 01.03.1964-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikah dövründə – 10.11.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev və ya fərdi yaşayış evi) cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
2. Şəki Rayon Məhkəməsinin 2(075)-3063/2017 nömrəli iş üzrə 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə üçüncü şəxs arasındakı nikah pozulmuşdur. 26 iyul 2017ci il tarixdə cavabdehlə İddiaçı (bundan sonra “iddiaçı”) arasında mübahisəli evin 30000 manata sonuncuya satılması barədə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında fərdi yaşayış evinə mülkiyyət hüququ 16.08.2017-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Cavabdeh tərəfindən Şəki rayon 2 saylı Notariat kontorunda imzlanmış 26.07.2017-ci il tarixli ərizədə bildirilmişdir ki, ona məxsus daşınmaz əmlakları satan zaman subay olmuşdur. Bununla bağlı gələcəkdə hər hansı mübahisə yarandığı təqdirdə məsuliyyəti və məsələnin həllini öz üzərinə götürür.
4. Cavabdeh 11.06.2019-cu il tarixdə imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədə isə bild irmişdir ki, 26.07.2017-ci il tarixdə iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi olmuş, həmin müqaviləyə əsasən bütün məbləğ ona ödənilmişdir. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin özünə məxsus əşyaları ilə birlikdə mülkiyyətində olan mübahisəli evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, 26.07.2017-ci il tarixdə cavabdehə məxsus mübahisəli evi alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin fərdi yaşayış evini alqısatqı qaydasında əldə edən zaman cavabdeh bildirmişdir ki, yaşlı adamdır və kimsəsi yoxdur, bu səbəbdən ölüm gününədək həmin evdə yaşamasını iddiaçıdan xahiş etmişdir. Yaşlı və kimsəsiz olduğu üçün iddiaçı cavabdehlə razılaşmış və alqı-satqı baş tutandan sonra da cavabdehin həmin evdə yaşamasına icazə vermişdir.
7. Cavabdeh təxminən 2019-cu ilin yay aylarınadək heç bir narazlıq etmədən həmin evdə yaşamışdır. Lakin sonradan cavabdeh iddiaçını öz şəxsi mülkiyyətində olan evə buraxmaq istəməmiş, bununla da onlar arasında narazılıq yaranmışdır. Bundan sonra iddiaçı cavabdehdən evini tərk etməsini tələb etmiş, lakin cavabdeh evdən çıxmayacağını bildirmiş, müxtəlif icra hakimiyyəti və hüquq mühafizə orqanlarına şikayət etməyə başlamışdır.
8. Cavabdeh şikayətlərində göstərmişdir ki, guya iddiaçı ilə onun arasında alqı-satqı müqaviləsi bağlanarkən daşınmaz əmlakın dəyəri olan 30000 manat pul ona ödənilməmişdir. Cavabdehin bütün bu şikayətlərindəki iddialarına son qoym aq üçün iddiaçı cavabdehdən 11 iyun 2019-cu il tarixdə sözügedən fərdi yaşayış evinin alqı-satqısı baş verərkən evin dəyəri olan 30.000 manat pul məbləğinin ona ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə almışdır. Cavabdeh həmin ərizəni notariat ofisinə gedərək könüllü olaraq vermişdir. Buna baxmayaraq cavabdeh yenidən həmin fərdi yaşayış evinə iddiaçının gəlib-getməsinə maneələr yaradır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edib.
10. Cavabdeh də iddiaçıya, həmçinin Şəki rayonu 2 saylı Notariat Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi belə əsaslandırılıb ki, qeyd olunan fərdi yaşayış evi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur və hazırda həmin evdə cavabdeh tək yaşayır. 2017-ci ildə cavabdeh arvadından boşanmaq üçün Şəki Rayon Məhkəməsinə getmişdir. Həmin vaxt məhkəmədə mühafizəçi işləmiş Ramin adlı şəxs (iddiaçının həyat yoldaşıdır) məhkəmədən sonra onu yaşadığı evə gətirmişdir.
12. Cavabdeh Raminə tək yaşadığından ona qulluqçu lazım olduğunu bildirmişdir. Sonradan Ramin cavabdehə iddiaçının guya ona qəyyum təyin edilməsi ilə bağlı sənədə imza etdirmişdir. Düzdür, cavabdeh mübahisəli müqaviləyə imza etmişdir, lakin müqavilənin evin satılması ba rədə olmasından xəbərsiz olmuşdur.
13. Cavabdeh çox sonralar bilmişdir ki, imzaladığı müqavilə evinin satılması ilə bağlı olub. Halbuki cavabdeh öz evini satmaq niyyətində olmamışdır. Cavdbehin 82 yaşı var, evi satmaq ona gərək olmayıb.
14. Bundan əlavə həmin müqavilə bağlanan zaman cavabdehə pul ödənilməmişdir. Ramin onun yaşlı olmasından, həm də etibarından sui-istifadə edərək sənədlərə imza etdirmişdir. Notarius da cavabdehə heç nə izah etməmişdir.
15. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 328.2, 337.1, 337.3, 337.4 və 339.2-ci maddələrinə istinad etmişdir.
16. İşə baxılması zamanı üçüncü şəxs müstəqil tələb irəli sürərək, iddiaçı ilə cavabdeh arasında 26 iyul 2017-ci il tarixdə bağlanmış Şəki rayon 2 saylı Notariat kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmla kın alqı-satqısına dair AN-İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi və iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Tələb onunla əsaslandırılmışdır ki, üçüncü şəxs cavabdehlə nikahda olmuş, mübahisəli yaşayış evi birgə nikah dövründə alınmış, lakin tərəflər rəsmi qaydada boşandığından cavabdeh həmin evdə tək yaşamışdır. Baş verən bu hadisələrdən üçüncü şəxsin xəbəri olmamışdır. Bundan əlavə, alqı-satqı müqaviləsi bağlanan zaman üçüncü şəxsin razılığı alınmamış, cavabdehə də pul ödənilməmişdir.
18. İddiaçı qarşılıqlı iddia tələbinə müddətin tətbiq olunması barədə ərizə vermişdir.
19. Birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsindəki imzanın cavabdehə məxsusluğunu müəyyən etmək üçün 12 noyabr 2019-cu il tarixli qərard adla xətşünaslıq ekspertizası təyin etmişdir.
20. Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2020-ci il tarixli, 31843 saylı rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, 4Ə-804 nömrəli notariat işinin içərisində olan iddiaçının və cavabdehin adlarından olan 26 iyul 2017-ci il tarixli, AN-İ seriyalı, 625668 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Satıcı” qrafasındakı imza və “Аbduxоv” yazısı; mülki işin 52-ci vərəqəsində olan 02 sentyabr 2019-cu il tarixli məhkəmə bildirişinin kötüyündəki “İmza:” qrafasındaki imza mülki işin 63-cü vərəqəsində olan 30 sentyabr 2019-cu il tarixli məhkəmə bildirişinin kötüyündə “İmza:" qrafasındakı imza və 94-cü vərəqəsində olan 21 oktyabr 2019-cu il tarixli məhkəmə bildirişinin kötüyündə “İmza:” qrafasından yuxarıdakı imza - cavabdeh tərəfindən icra olunmuşdur.
21. Şəki Rayon Məhkəməsinin 2(075)- 52/2020 nömrəli, 22 may 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi və üçüncü şəxsin iddiası təmin olunmuş, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 126 manatın iddiaçıdan alınıb Dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Eyni zamanda Nümayəndə2 əməlinə hüquqi qiymət verilməsi üçün həmin tarixdə xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Şəki rayon Prokurorluğuna göndərilmişdir (hakim Cahid İmanov)
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən alıcı tərəfindən evin dəyəri olan 30000 manat pul vəsaitinin notariat hərəkətlərinin aparılması qaydaları haqq ında təlimata əsasən alıcının satıcıya ödəməsi bankda açılmış depozit hesabı vasitəsi ilə həyata keçirilməli olduğu halda həmin qaydada həyata keçirilməmişdir. Bundan başqa, alqı-satqı müqaviləsi 26 iyul 2017-ci il tarixdə bağlanaraq təsdiq edilsə də, cavabdeh 11 iyun 2019-cu il tarixdə notariat qaydada təsdiq edilmiş ərizə verərək, 26 iyul 2017-ci il tarixdə iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlanmasını təsdiq etmişdir.
23. Birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, alqı-satqı müqaviləsi bağlanarkən pul məbləği cavabdehə verildiyi təqdirdə sonradan başqa bir ərizənin verilməsi ona dəlalət edir ki, alqı-satqı zamanı 30000 manat pul cavabdehə ödənilməmişdir.
24. Birinci instansiya məhkəməsi cavabdehin alqı-satqı müqaviləsi bağlandıqdan sonra da mübahisəli evdə yaşamasını vurğulayaraq qeyd etmişdir ki, bu tip müqavilələrdə formalaşmış təcrübəyə uyğun olaraq satıcının evi boşaltmasına və ya pasport qeydiyyatından çıxmasına 1-3 ay vaxt verilir.
25. Birinci instansiya məhkəməsi qeyd edilən hala istinadən iddiaçı tərəfin cavabdehin hələ də mübahisəli mənzildə yaşamasını onun buna icazə verməsi ilə izah etməsi barədə fikrinə tənqidi yanaşaraq ağlabatan hesab etməmişdir.
26. Qarşılıqlı iddia tələbinin müddət ötürülməklə verilməsi barədə iddiaçı tərəfin fikrinə münasibətdə birinci instansiya məhkəməsi həmin müddətin kəsici müddət olmaqla ötürülməməsi qənaətinə gəlmiş və qeyd etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi bağlanmasından 2019-cu ilin iyun ayında xəbər tutmuş və beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici i ddia müddətini ötürməmişdir.
27. Birinci instansiya məhkəməsi cavabdehlə arvadı (iş üzrə üçüncü şəxs) arasında bağlanmış nikahın pozulmasından dərhal sonra tələsik şəkildə alqı-satqı müqaviləsi bağlanmasına da şübhə ilə yanaşaraq göstərmişdir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatları daha doğrudur və həqiqəti əks etdirir. Bu bu hallar tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olmasına dəlalət edir.
28. Üçüncü şəxsin iddiasını əsaslı hesab edən birinci instansiya məhkəməsi bununla mövqeyi belə olmuşdur ki, mübahisəli ev tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Tərəflər arasında olan nikah 06 iyun 2017-ci il tarixdə rəsmi qaydada pozulmuş və həmin tarixdən etibarən Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə ər-arvadın ümumi əmlakının bölgüsü tələbi üçün müə yyən olunmuş 3 illik müddət ötürülməmişdir. Odur ki, üçüncü şəxs göstərilən iddia ilə müraciət etməkdə haqlı olmuşdur.
29. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 6, 140, 144.1, 144.2, 146.1, 152.1, 152.5, 225.1, 225.6, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 389.1, 390-cı, Ailə Məcəlləsinin 36.1, 36.9, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat icraat
30. İddiaçı apellyasiya şikayəti verib qətnamənin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehin müqavilənin bağlanmasından xəbəri olub. Sonradan pulun alınması barədə təkrar notarial qaydada əriz ə verib. Cavabdeh ikinci ərizəsində müqaviləni bağlandığını və pulu aldığını təsdiq etməklə müqavilədən xəbərsiz olmadığını etiraf edib; - üçüncü şəxsin iddiası da əsassız olub. Çünki cavabdeh evi satarkən subay olduğunu göstərib. Həm də evin texniki pasportu cavabdehin adına tərtib edilib.
32. Apellyasiya baxışı zamanı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin nümayəndəsi bildirmişdir ki, 26 iyul 2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında mübahisəli evə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən notarius tərəfindən onların hər ikisinə hüquq və vəzifələri izah olunmuş, bundan sonra müqavilə təsdiq edilmişdir. Həmin vaxt tərəflərin, o cümlədən də satıcının heç bir etirazı olmamışdır. Müqavilə rəsmiləşdirilərkən tərəflər özləri arzu etdiyindən satıcıya pul bankda açılmış depozit vasitəsilə ödənilməmişdir. Pulun onların yanında ödənilməsini də görməmişdir. Lakin satıcı həmin vaxt bununla bağlı hər hansı narazılıq da bildirməmişdir.
33. Apellyasiya baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, notariat kontoruna alqı-satqı müqaviləsi bağlamaq məqsədilə qardaşı Ruslanla birlikdə getmişdir. Evin pulunu (29000 manatı) qardaşı Ruslana vermiş, Ruslan da Notariat kontorunun dəhlizində sayaraq cavabdehə (satıcıya) ödəmişdir. 1000 manat pul əvvəlcədən beh kimi verilmişdir. Bundan sonra müqavilə tərtib olunmuş və hər ikisi müqaviləyə sərbəst qaydada imza etmişlər. Həmin vaxt cavabdehə qarşı hər hansı hədə-qorxu və ya təsir edilməmişdir. Cavabdeh kifayət qədər yaşlı olmasına baxmayaraq öz hərəkətlərini yaxşı idarə edib. Verilmiş pul əskinasları da iki bağlama yüzlük, qalanı isə əllilik olmuşdur.
34. Apellyasiya baxışında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, iddaçı onun bacısıdır. 26.07.2017-ci il tarixdə bacısı ilə birlikdə ev alqı-satqısı ilə bağlı Notariat kontoruna getmişdir. Həmin vaxt cavabdeh onları Notariat kontorunun qarşısında gözləyirdi. Birlikdə Notariat kontoruna daxil olduqdan sonra cavabdeh evin pulunu onlardan istəmişdir. O, 29.000 manatı sayaraq cavabdehə verib.
35. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1430/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli)
36. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında mübahisələndirilən alqı-satqı müqaviləsinin olmasına baxmayaraq, həmin müqavilənin bağlanması zamanı cavabdehin əsl həqiqi niyyəti araşdırılmamış, sonuncunun iradə ifadəsi əqdin etibarlılığı üçün qanunda nəzərdə tutulmuş şərtlərlə (tələblərlə) qeyri-adekvat olmuşdur. Bu kimi əqdlər rəsmiləşdirilərkən əqddəki iradə və iradəni ifadə etmə digər şərtlərlə vəhdət təşkil etməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, notariat əməliyyatı aparılan zaman mülkiyyətçinin (satıcının) nikahın pozulmasına dair şəhadətnaməsi tələb edilməməklə notariat işinə əlavə edilməmiş, notarius yalnız satıcının (mülkiyyətçinin) subay olması barədə ərizəsini almaqla kifayətlənmişdir. Bundan baş qa, mülkiyyətçi mübahisəsi gedən daşınmaz əmlakı satmamışdan az müddət əvvəl, yəni 06 iyun 2017-ci il tarixdə boşan sada, notarius bu hala xüsusi diqqət yetirməmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi iddiaçının, onun nümayəndəsinin və şahid Ruslan Abdurəhimovun ifadələrinə münasibətdə qeyd etmişdir ki, hər üç şəxsin izahatı arasında kifayət qədər ziddiyyət mövcuddur.
39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6, 14.1, 152.1, 157.2, 153.3, 324.1, 324.5, 337.1, 337.2, 338, 339, 390.1, 390.3, 390.4, 404.1, 404.2, 568.1, 598.1, 598.3-ci, “Notariat haqqında” Qanunun 74-cü və Ailə Məcəlləsinin 36.9-cu maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
40. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətn aməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və ətraflı araşdırmamış, işin nəticəsi üçün əhəmiyyət kəsb edən sübutlara diqqət yetirməmiş, şəxsin subyektiv fikirlərinə qiymət vermiş, şahid ifadələrini isə təhrif etmişdir; - alqı-satqı müqaviləsi dövlət orqanı olan Notariat kontorunda rəsmi qaydada bağlanmışdır, məhkəmələr həmin müqaviləni etibarsız hesab etməklə Mülki Məcəllənin 337, 351, 354-cü maddələrinin tələblərini pozmuşlar. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir, cavabdehə onun bütün hüquqları izah olunmuşdur, cavabdehdən həmçinin müqavilə bağlanarkən 914.40 manat sadələşmiş vergi rüsumu tutulmuşdur; - Mə hkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylə də təsdiq olunmuşdur ki, müqavilə cavabdeh tərəfindən şəxsən imzalanmışdır, məhkəmə isə rəyi əsassız olaraq sübut kimi qəbul etməmişdir; - məhkəmə cavabdehin yazmış olduğu 11.06.2019-cu il tarixli ərizəni də şübhə altına qoymuşdur, halbuki həmin ərizə Dövlət Notariat kontorunda təsdiq olunmuşdur. Həmin ərizədə isə cavabdeh alqı-satqı müqaviləsinin bağlanmasını, daşınmaz əmlaka görə bütün məbləğin ona ödənildiyini bildirmişdir; - üçüncü şəxsin iddiasına münasibətdə iddiaçı müqavilə üzrə vicdanlı alıcıdır. Üçüncü şəxsin iddiası cavabdehin maraqları naminə verilmişdir. Çünki cavabdehlə üçüncü şəxs nikah pozularkən əmlaklarını artıq bölmüşlər. Bundan başqa, evin satışından əldə olunmuş məbləğ cavabdehlə üçüncü şəxs arasında bölünə bilər və ü çüncü şəxs həmin məbləğlə bağlı cavabdehə qarşı iddia qaldırmaq hüququna malikdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1139/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1430/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
42. Kassasiya instansiyasının mövqeyi: - ilkin iddianın rədd və üçüncü şəxsin tələbinin təmin olunması hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. Həmin hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir; - nəzərə alınmalıdır ki, mülki qanunvericilik daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin mülkiyyət hüquqlarını qoruyur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında satıcının adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bununla yanaşı, mülki qanunvericilik ərlə arvadın nikah dövründə qazandıqları əmlaklara münas ibətdə bu qaydadan istisna da nəzərdə tutur. Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Vicdanlı əldə etmənin yuxarıda istinad edilən ümumi qaydasında fərqli olaraq bu etibarsızlıq halı hətta ər-arvadın birgə əmlakını titul mülkiyyətçidən əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aid edilir. Qeyd olunan maddə satıcının müqavilənin etibarsızlığını bildiyi və ya bilməli olduğu halda əldə edənin həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu tanıyır; - baxılan iş üzrə məhkəmələr müəyyən etmişlər ki, mübahisəli ev cavabdehl ə üçüncü şəxsin birgə nikahları dövründə əldə edilmişdir. Üçüncü şəxs mübahisələndirilən əqd barədə 2019-cu ilin iyun ayında xəbər tutmuş və Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməmişdir. Bu baxımdan ilkin iddianın rədd və üçüncü şəxsin tələbinin təmin olunması hissələrində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur; - bununla belə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 qarşılıqlı iddia tələbinin təmin olunması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin tələbi ilə yanaşı, qarşılıqlı iddianı da əsaslı hesab edərək təmin etsə də, həmin iddianı işdə olan hansı sübutlara istinad la əsaslı hesab etdiyini və həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarının nədən ibarət olduğunu əsaslandırmamışdır. Halbuki mübahisə üzrə əqdi etibarsız hesab edən məhkəmə işin müəyyən edilmiş hallarının əqdin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş konkret hansı normanın (tələbin qanuni əsasının) dispozisiya şərtlərinə uyğun olduğunu əsaslandırmalıdır; - apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin olunmamasını, həmçinin alqı-satqı üzrə nəzərdə tutulan pul məbləğinin iddiaçıya verilmədiyi ilə əsaslandırmağa çalışsa da, qətnamənin digər hissəsində alqı-satqı müqaviləsi üzrə pulun verilməməsinin müqavilənin etibarsızlığı deyil, ləğvi üçün əsas olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli alqı-s atqı müqaviləsi 26 iyul 2017-ci il tarixdə bağlanaraq təsdiq edilmış, lakin sonradan, təxminən 2 il keçəndən sonra cavabdeh notarial qaydada təsdiq edilmiş 11.06.2019-cu il tarixli ərizə ilə 26.07.2017ci il tarixdə aralarında alqı-satqı müqaviləsinin olmasını təsdiq etmiş, həmin müqaviləyə əsasən bütün məbləğin ona ödənilməsini göstərmiş, həmçinin gələcəkdə bununla bağlı heç bir tələbi olmayacağını bildirmişdir. Məhkəmə bu sənədi mötəbər sübut kimi qəbul etməməsini onunla əsaslandırmışdır ki, əgər alqı-satqı anında daşınmaz əmlakın dəyəri tam olaraq ödənilmişdisə, sonradan hansı səbəbdən cavabdeh müvafiq orqanlara şikayət etmiş və həmin ərizənin yazılmasına nə ehtiyac olmuşdur. Halbuki MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həm in sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir; - qeyd olunmalıdır ki, işə baxan məhkəmə hər hansı sübutu mötəbər sübut kimi qəbul etmədiyi halda yalnız subyektiv mülahizələrə istinad etməməli, bu sübuta işdə olan digər mötəbər sübutlar və işin halları ilə məcmu şəkildə qiymət verməli və məhz həmin sübutlardan və hallardan irəli gələn ağlabatan və inandırıcı əsaslandırmadan çıxış etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin; - qeyd olunanlarla yanaşı, baxılan iş üzrə 26.07.2017-ci il tarixli mübahisəli alqı-satqı müqaviləsinin satıcı qismində cavabdeh tərəfindən imzalandığı işin mübahisə olunmayan halıdır. Həmin müqavilə mübahisələndirilən əqdlər üçün xarakterik olan aldatma əsası ilə iddiaçı tərəfindən məhkəmə qaydasında iki il sonra 30.08.2019-ci il tarixdə mübahisələndirilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən mübahisələndirilən əqdlər qeyd olunan əsasla bir il ərzində mübahisə edilə bilər. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin qarşılıqlı iddia tələbinə həmin maddənin tətbiqi mümkünlüyünü, ümumiyyətlə, müzakirə etməmişdir. Eyni zamanda apellyasiya instansiy ası məhkəməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı qənaətə gəlsə də, Mülki Məcəllənin tətbiq edilməli olan 337.5-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi mümkünlüyünü də müzakirə etməmiş, yaxud bunun hansı əsaslarla mümkün olmadığını əsaslandırmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
43. İşə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən yazılaraq imzalanması ehtimal olunan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 2(075)-5612/2017 nömrəli iş materialının 2-ci vərəqində olan iddia ərizəsinin sonunda olan imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün xətşünaslıq ekspertizası təyin etmişdir. (2017-ci ilin avqustunda cavabdehin adından verilmiş həmin iddia ərizəsində ünvan səhvinə görə DƏDRX-in 12 saylı Ərazi İdarəsindən 592 manat zərər tələb edilmiş, ərizədə evin alqı-satqı müqaviləsinə istinad edimişdir.)
44. Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 02 noyabr 2021-ci il tarixli, 4/1492 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş 2(075)- 5612/2017 nömrəli iş materialının 1-2-ci vərəqlərində X1 adından olan 25 avqust 2017-ci il tarixdə qeydiyyatdan keçmiş iddia ərizəsinin 2-ci vərəqində “İmza: X2” yazılarının qarşısındakı imza - X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
45. Təkrar apellyasiya baxışı zamanı Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin nümayəndəsi bildirib ki, müqavilə üzrə ödəniş əmlakın ümumi satış qiyməti nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Bu halda müqavilə üzrə h ər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən asılı olmayaraq, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən alqı satqı zamanı məbləğ 5500 manatdan yuxarıdırsa satıcının depozit hesabına qoyulmalıdır. Mübahisələr yaranarsa həmin depoziti şəxs götürə bilər. Tərəflər arasında mübahisə yaranarsa həmin depozit geri götürülə bilir. Lakin indiki halda depozitə heç bir məbləğ qoyulmamışdır.
46. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1016/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(075)- 52/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər İmanverdi Şükürov (sədrli k edən və məruzəçi), Akif Eyvazov, Vəzirxan Məlikov)
47. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq işi Ali Məhkəmənin qərarında şərh edilən göstərişlər üzrə araşdırıdığını qeyd edərək göstərib ki, əqdlər, əqdlərin təfsiri və onların etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin normalarına istinad edərək qeyd edib ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtl ərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət ed ilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur.
48. Hazırda öyrənilən apellyasiya şikayətində mübahisəli yaşayış evinin dəyərinin tam ödənilməklə notarial qaydada alınması qeyd edilir. Sözügedən 26.07.2017-ci il tarixli, 4Ə-804 reyestr nömrəli alqı-satqı müqaviləsinin 4-cü bəndindən müəyyən edilir ki, daşınmaz əmlak 30000 manata qiymətləndirilmiş, lakin həmin məbləğ “Notariat haqqında” Qanunun 74-cü maddəsinin tələbində göstərildiyi kimi bankda açılmış depozit hesabı vasitəsi ilə deyil, iddiaçının bildirdiyi kimi nəqd qaydada ödənilmişdir. Halbuki “Notariat haqqında” Qanunun 74-cü madəsinə əsasən notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödən ilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir.
49. Alqı-satqı müqaviləsi üzrə pulun verilməsi ilə bağlı hala münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddiaçı, onun nümayəndəsi və əri olan Nümayəndə2 mübahisəli evin dəyəri olan 30.000 manat pulun nə vaxt, kim tərəfindən və harada cavabdehə oğluna verilməsi ilə bağlı məhkəmədə ziddiyyətli izahatlar vermişlər. Belə ki, mülki işin İİ cildinin 81-90-cı vərəqələrində olan 05 mart 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, “mən evi həya t yoldaşımın adına rəsmiləşdirsəm də, alqı-satqı müqaviləsindən irəli gələn bütün hərəkətləri özüm icra etmiş, yəni 30.000 manat pulu özüm cavahdehə ödəmişəm”. Daha sonra izahatında qeyd etmişdir ki, “cavabdeh təxminən 2019-cu ilin yay aylarınadək heç bir narazılıq etmədən həmin evdə yaşamışdır. Lakin sonradan bizi evə buraxmamış, aramızda narazılıq baş vermişdir. Ondan evi tərk etməsini tələb etmişik. Lakin cavabdeh evdən çıxmayacağını bildirmiş, müxtəlif icra hakimiyyəti və hüquq-mühafızə orqanlarına şikayət etməyə başlamışdır. Alqı-satqı müqaviləsi bağlanarkən 30.000 manat pul cavabdehə ödənsə də, cavabdehin ayrı-ayrı orqanlara şikayətlərinə və iddialarına son qoymaq üçün cavabdehdən 11 iyun 2019-cu ildə yenidən sözügedən evin ondan alınaraq 30000 manat ödəməyimiz barədə notarial qayd ada təsdiq edilmiş ərizə almışıq”.
50. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, Ramin Hacıyev apelyasiya instansiyasında da təkrarən dindirilmişdir. Mülki işin İİİ cildinin 31-36-cı vərəqlərində olan 18.08.2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, Nümayəndə2 apelyasiya məhkəməsində başqa məzmunda izahat verərək, göstərmişdir ki, “iddiaçı Günel mənim arvadımdır. Hazırki mübahisəli yaşayış evini notarial qaydada müqavilə rəsmiləşdirməklə cavabdehdən 30.000 manata almışam. Aramızda razılığa əsasən cavabdeh bir müddət həmin evdə yaşamalı idi. Düzdür, işim ilə bağlı notariat kontorunda özüm olmasam da, pulu Günellə qaynım Ruslana verdim ki, alqı-satqı rəsmiləşdirilən zaman satıcıya (cavabdehə) versinlər. Lakin cavabdeh sonradan kənar şəxslərin təsiri ilə guya ona pul ödə nilməməsi səbəbindən müxtəlif orqanlara şikayətlər yazdığından ondan notarial qaydada təsdiq olunmuş ərizə aldıq ki, evin pulunu tam alıb, heç bir şikayət və tələbi yoxdur”.
51. Apellyasiya instansiyası məhkəməsi iddiaçının və iddiaçının qardaşı şahid X4 da məhkəmədəki izahatlarına münasibət bildirərək qeyd edib ki, iddiaçı və qardaşı Ruslan Abdurəhmanov da birinci apellyasiya baxışındakı 08.09.2020-ci il tarixli məhkəmə iclasında dindirilərkən da pulun cavabdehə ödənilməsi ilə bağlı ziddiyyətli izahatlar vermişlər. İddiaçı evin alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən satıcı Cavabdeh1 30000 manat yox, 29.000 manat pul verdiklərini, 1000 manatı isə guya qabaqcadan beh kimi ödənilməsini göstərmişdir. Eyni zamanda göstərmişdir ki, pulun 2 bağlaması 100-lük, qalanı isə 50-lik olmuşdur. Qardaş ı şahid Ruslan Abdurəhimov isə izahatında göstərmişdir ki, pulu sayaraq Cavabdeh1 verib, pul əskinaslarının bir bağlaması 100-lük qalanı isə 50-lik idi.
52. Apellyasiya instansiyası məhkəməsi şərh edilən hallara əsasən hesab edib ki, iddiaçı məhkəməyə mübahisəli evin 30.000 manat dəyərini satıcıya ödədiyini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi evin dəyərinin iddiaçı tərəfindən ona ödənilməsi barədə cavabdehin 11.07.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin də verilmə səbəbinə cavabdehin vəkili və nümayəndəsi tərəfindən 24.11.2021-ci il tarixli məhkəmə iclasında aydınlıq gətirməsini qeyd edərək göstərib ki, cavabdehin nümayəndəsinin bildirməsinə görə cavabdeh iddiaçının əri Nümayəndə2 tərəfindən aldadılıb. Cavabdeh evin in ələ keçirilməsini bildikdən sonra müxtəlif icra və hüquq mühafizə orqanlarına şikayət etdiyi üçün Nümayəndə2 dövlət orqanlarının diqqətini cəlb etmiş və araşdırmalar aparıldığından sonuncu iddiaçının şikayətlərindən yaxa qurtarmağın yolunu onu yenidən aldadaraq evin dəyərinin tam ödənilməsi barədə ondan 11.07.2019-cu il tarixdə notarial qaydada ərizə almaqda görmüş və buna nail olmuşdur.
54. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə həmin hal iddiaçının əri Nümayəndə2ov oğlunun məhkəmədə verdiyi izahatlarında da öz təsdiqini tapmışdır. R.Hacıyev həm birinci, həm də apelyasiya instansiyası məhkəməsində verdiyi izahatında göstərmişdir ki, tərəflər arasında 2019-cu ilin yayına kimi heç bir narazılıq olmamışdır. Sonra kimlərinsə öyrətməsi nəticəsində cavabdeh ona evin pulunun ver ilməməsi, aldadılaraq evinin iddiaçı və yoldaşı tərəfindən ələ keçirilməsi barədə hüquq mühafızə və icra orqanlarına şikayət etdiyindən, onlar bu hərəkətlərə son qoyması üçün cavabdehi notariusa apararaq 11.07.2019-cu il tarixdə pulun ödənilməsi və onlardan heç bir tələbi olmadığı barədə ərizə almışlar.
55. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə bütün bu hallar göstərir ki, iddiaçının və əri Nümayəndə2 cavabdehin evini alqı-satqı yolu ilə almaları və ona 30000 manat ödəmələri faktı öz təsdiqini tapmır. Buna görə də evin alqı-satqı müqaviləsinin etibarsız və evə dair iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddianın təmin edilmişi hissəsində birinci instansiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgün omuşdur.
56. Apellyasiya instansiyası məhkə məsi onu da xatırlatmağı zəruri bilib ki, iddiaçı tərəf faktiki olaraq məlum halların artıq 2017-ci ildən qarşılıqlı iddiaçıya bəlli olduğunu qeyd etmiş və bununla bağlı Şəki İnzibati Məhkəməsindən 2(075)- 5612/2017 nömrəli iş materialının götürülməsini xahiş etmiş və bu səbəbdən də iddiaçının vəsatəti təmin olunmaqla həmin iş materialları müvafiq olaraq Şəki İnzibati Məhkəməsindən götürülmüşdür. Cavabdehin həmin işdə olan iddia ərizəsindəki imzanın cavabdehə məxsus olması barədə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə imzanın cavabdehə məxsus olması təsdiq edilməmişdir.
57. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.5, 337.1, 339, 390.1, 390.3, 390.4, 404.1, 404.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
58. İddiaçı (Vəkil1 oğlu) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
59. Kassasiya şikayəti birinci kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırlıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
60. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirm ə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkə məsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarına uyğun olaraq iddianın rədd, üçüncü şəxsin iddiasının təmin edilən hissəsi apellyasiya baxışının predmeti olmayıb. Apellyasiya baxışının predmeti cavabdehin qarşılıqlı iddiasının təmin edilən hissəsi olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.
63. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqey i
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
66. İşdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlər üzrə əlavə araşdırmalar aparaq, cavabdehə evin alıq- satqısına görə pul verilməməsini, cavabdehin alqı-satqı müqaviləsindən 2017-ci ildən məlumatlı olması barədə iddiaçın ın dəlillərinin təsdiqini tapmamasını müəyyən etmişdir.
67. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə hazırki qərarın 47-56-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək qarşılıqlı iddia tələbi üzrə ətraflı araşdırma aparmış, sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirmiş, hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
68. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1016/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.