Məhkəmə qərarları › İş №2(102)-2152/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2152/2023

01.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2152/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlunun məruzəsi ilə, Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2(105)-343/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə 01 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "Hyundai Elantra" markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (bundan sonra – avtomobil) xx.xx.2018-ci il tarixdən iddiaçının mülkiyyətindədir.

2. İddiaçı tərəfindən X1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək avtomobilə dair sərəncam hüququ ilə etibarnamə verilmiş, həmin etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.

3. X2 tərəfindən X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin avtomobilə dair sərəncam hüququ ilə etibarnamə verilmişdir.

4. X4 Qulam Nofəl oğluna xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sözügedən avtomobilə dair sərəncam hüququ ilə etibarnamə verilmiş, həmi n etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüşdür.

5. Sumqayıt ŞPİ-nin təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6582/2022 saylı qətnaməsi ilə Cavabdeh Zahid Əşrəfova, Gündüz Quliyevə və İddiaçı qarşı sözügedən avtomobil üçün ödədiyi 14.450 manat maddi zərərin tutulması barədə iddiası qismən təmin edilərək Zahid Əşrəfovdan 14.450 manat pulun alınıb ona verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə yə müraciət edərək, avtomobilinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən avtomobil onun mülkiyyətindədir. Avtomobil iddiaçının mülkiyyətində olmasına baxmayaraq mülkiyyət hüququ pozulmuşdur. Belə ki, onun əvvəlcədən tanıdığı X8 adlı şəxs sözügedən avtomobili servisdə təmir elətdirmək adı ilə iddiaçıdan 1000 manat məbləğində pul, eləcə də maşını qanuni şəkildə idarə etmək üçün etibarnamə istəmişdir. İddiaçı bununla razılaşmış, Radil Çıraqova 1000 manat məbləğində pul vermişdir. Etibarnamə vermək üçün notariusa getdikdə isə Çıraqov iddiaçını aldadaraq sürmək üçün yox, baş etibarnamə almışdır. X6 yaxın adamı X1 verilmiş, iddiaçı isə yalnız maşını idarə edə bilməsi üçün etibarnamə verdiyini sanmışdır. Sonradan isə Radil Çıraqovun məqsədini anlamış, avtomobilin sonuncu tərəfindən X7, sonuncu tərəfindən isə Cavabdeh satıldığını bilmiş və dərhal etibarnaməni ləğv etdirmişdir. Radil Çıraqov tək iddiaçıya qarşı yox, bir neçə şəxsə qarşı dələduzluq etmişdir, hazırda barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı bir neçə dəfə cavabdehə avtomobili qaytarmasını tələb etsə də, nəticəsi olmamış, onu avtomobilin ondan alınacağı halda yandırmaqla hədələmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e-2(060)-5882/2022 nömrəli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən bildirmişdir ki, sözügedən avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçı həmin avtomobillə ba ğlı X1, o isə X7 etibarnamə vermişdir. Gündüz Quliyev isə avtomobillə bağlı cavabdehə etibarnamə vermişdir. Avtomobil hal-hazırda cavabdehin sahibliyindədir. İddiaçı isə həmin avtomobillə bağlı verdiyi etibarnaməni ləğv etdirmişdir.

11. Beləliklə, avtomobil hazırda cavabdehin qanunsuz sahibliyindədir. Bu səbəbdən iddiaçı avtomobili geri tələb etməkdə haqlıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8, 157.1, 157.2, 365.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının (hakimlər Şəmsəddin Abasovun sədrliyi və məruzəsi ilə, Zaur Məmmədov və İlqar Dəmirovdan ibarət tərkibdə) 2(105)-343/2023 nöməli mülki iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.8, 157.1, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80-cı maddələrinə istinad edərək əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiy a instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassator şikayətini onunla əsaslandırmışdır ki, o mübahisə predmeti olan avtomobili qüvvədə olan etibarnamə əsasında qanuni əsasla əldə etmiş, həmçinin o avtomobili alarkən həmin əmlak yüklü olmamışdır. Beləliklə, cavabdeh vicdanlı alıcı hesab edilməli, iddiaçı isə maşının satılmasından əldə olunan pulu Radil Çıraqov və Vəliməhəmməd Vəlizadədən tələb etməlidir.

19. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 153, 163.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamış dır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

23. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

24. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırki kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin aktı cavabdehin şikayəti əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, apellyasiya instansiya məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 152 və 157-ci maddələrinə əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

37. İşin faktiki hallarını araşdırmaq səlah iyyətinə malik olan məhkəmələr nəqliyyat vasitəsinin cavabdehin sahiblik və istifadəsində saxlanmasının hər hansı hüquqi əsasının olmaması nəticəsinə gəlmişlər.

38. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Kassasiya şikayətinin dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

40. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-343/2022 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar