Məhkəmə qərarları › İş №2(102)-2153/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2153/2022

10.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2153/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ilk, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair” ilk iddiası və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddiası üzrə tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2239/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1( bundan sonra cavabdeh) ailə üzvləri olan həyat yoldaşı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə birgə qeydiyyatda olmaqla Zaqatala şəhəri, Sülh küçəsi, ev 11 mənzil 56 ünvanlarında yaşayır və mənzil xidməti mənzil fonduna aiddir.

2. İddiaçı Ba şçısının 154 nömrəli 05 iyul 2003-cü il tarixli sərancamı ilə Zaqatala şəhəri Sülh küçəsi 11 saylı evdə yaşayış sahəsi 34,5 kv metr olan iki otaqlı 56 saylı mənzil 5 nəfər ailə üzvü ilə həmin mənzildə yaşayan rayon Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X2 istifadəsinə verilmişdir.

3. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 05 oktyabr 2019-cu il tarixli 8/1614/N16/2 nömrəli məktuba əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi 2019-cu il 21 avqust tarixli, 737 nömrəli məktubla RİH-ə müraciət edərək, RİH-in balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala rayon şöbəsinin xidməti istifadəsinə verilmiş ünvan 3 ünvanlarında yerləşən mənzillərə şöbənin yeni əməkdaşlarının köçürülməsi istiqam ətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. Buna görə də Rayon İcra Hakimiyyəti həmin mənzillərdə yaşayan, Hərbi Komissarlıqda işləmiş, hazırda tərxis olunmuş şəxslərin ailələrinin xidməti mənzillərdən çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra - Zaqatala RİH) xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri, Sülh küçəsi, ev 11, mənzil 56-dan xidməti yaşayış sahəsindən, digər yaşayış sahəsi verilmədən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 uzun illər bundan əvvəl Zaqatala rayon Hərbi Komissarlığından işdən çıxıb getmişdir və eyni zamanda ona verilmiş xidməti mənzildən də çıxmışdır. Lakin Cavabdeh1 heç bir sərəncam olmadan həmin ünvanda yerləşən Xİdməti mənzilə girərək bu günədək həmin mənzildə ailəsi ilə yaşamağa davam edir, Elburus Nəcəfov isə 05 yanvar 2014-cü il tarixdə Hərbi Komissarlıqdan işdən azad edilmişdir. Lakin buna baxmayaraq mənzili boşaltmamışdır. Dəfələrlə ondan mənzili boşaltması tələb olunsa da o, bu tələbə heç bir müsbit münasiət bildirməmişdir. Ona görə də, hazırki tələb ilə məhkəməyə müraciət etməli olmuşlar.

6. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək ərizəsində bildirmişdir ki, o, 11.09.2003-cü il tarixdən hərbi xidmətini davam etdirmək üçün Zaqatala Rayon Hərbi Komissarlığına gəlmiş, Hərbi komissar polkovnik-leytenant Kamil Qurbanovun şifahi göstərişinə əsasən mart 2004-cü il tarixdə ailəsi ilə birlikdə hərbi komissarlığın sərəncamında olan xidməti mənzildə Sülh küçəsi 11, mənzil 55-ə köçmüşdür. O hərbi qulluqçudur. Ona görə də, Azərbaycan Respublikası Silahlı X1 İ fəslinin 3-cü maddəsinə əsasən komandirin şifahi və ya yazılı göstərişi əmrdir və sözsüz yerinə yetirilməlidir. Həmin vaxt polkovnik-leytenant Kamil Qurbanov bildirdi ki, İcra Hakimiyyəti bilir sərəncam verəcək. O on altı ildir ki, yaşayır. Həmin mənzildə yaşamağı qanunauyğundur, belə ki, bu müddət ərzində müxtəlif dövrlərdə üç nəfər rayon icra başçısı olub və heç kəs də onun bu mənzildə qanunsuz yaşadığını ona bildirməyib. Zaqatala şəhər Mənzil İstismar İdarəsinin rəisi də onun həmin mənzildə yaşadığını bilib. Belə ki, o dəfələrlə yaşayış yeri ilə bağlı oradan arayış almışdır. İddiaçı öz ərizəsində onun 2004-cü il tarixdən həmin mənzildə yaşadığını təsdiq edir. Eyni zamanda bildirir ki, iddiaçı ərizəsində onun həmin mənzildə qanunsuz yaşadığını göstərir. Onda necə ola bilər ki, o və onun ailə üzvlərinin adına 3 dəfə Prezident seçkilərinə, bir dəfə Konstitusiya dəyişiklikləri ilə əlaqədar referenduma, 3 dəfə bələdiyyə seçkiləri ilə bağlı onun yaşadığı ünvana bildirişlər göndərilib. O və onun ailə üzvləri bu səsvermələrdə fəal iştirak etmişlər. Bunu həmin mənzildə yaşayan qonşular da təsdiq edə bilər. 2004-cü ildən hal-hazıradək bütün kommunal xərclərini ödəyir. Belə ki, işıq, qaz, su təsərrüfatları ilə dövlət müqavilələri var və vaxtında ödəmələr etmişdir. Sübutları təqdim edə bilər. Cavabdeh iddia ərizəs inini təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı balansında olan xidməti mənzildə ailəsi ilə birlikdə yaşamağının düzgünlüyü barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 sonradan qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Zaqatala şəhəri, Sülh küçəsi ev 11, mənzil 56- da yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 2003-cü ilin sentyabr ayında xidməti vəzifəsi ilə əlaqəda r Müdafiə Nazirinin müvafiq əmri ilə Zaqatala rayon hərbi kommisarının müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin mart ayına qədər Zaqatala şəhərində ailəsi ilə birlikdə kirayədə yaşamışlar. 2005-ci ilin mart ayında Zaqatala rayon hərbi komissarı Polkovnik leytenant X7 şəhəri Sülh küç. 11, mən. 55 ünvanında yerləşən xidməti evin boş olduğunu və onların həmin mənzilə ailəliklə köçməsini bildirmişdir. Cavabdeh1 öz növbəsində ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Daha sonra Kamil Qurbanov Rayon İcra Hakimiyyətinə müraciət etdiyini və ona order veriləcəyini bildirmişdir. Sonrakı illərdə, yəni 2006-2007-ci illərdə rayon hərbi komissarı olmuş mayor İlqar Atayevə, 20072010-cu illərdə Polkovnik leytenant Əli Qəniyevə də şifahi olaraq eyni müraciətləri etmişdir. Lakin onlar da eyni sö zü deyiblər ki, İcra Hakimiyyəti bilir, order veriləcək. Onlar 14 ildir ki, bu mənzildə yaşayırlar. Cavabdeh1 ehtiyatda olan mayor rütbəsini daşıyır. Azərbaycan Silahlı Qüvvələrində 30 il xidmət etmişdir. Cavabdeh4 hərbi qulluqçudur. X4 3-cü kursunda təhsil alır. Cavabdeh1 xidməti vəzifələrimi yerinə yetirərkən İİ qrup əlillik almışdır. Cavabdeh1 və ailəsinin daimi və ya müvəqqəti yaşayış yerləri yoxdur. Lakin İddiaçı bütün bunlara baxmayaraq onu xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarmaq istəyir.

10. Zaqatala Rayon Məhkəməsinin 30.01.2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi (T.Həsənov) ilə ilk iddia ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri Sülh küçəsi, ev 11-da xidməti yaşayış sahəsi olan 56 nömrəl i mənzildən digər yaşayış sahəsi verilmədən çıxarılmaları, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddialarının isə rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xidməti mənzil fonduna aid və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin sərəncamında olan Zaqatala şəhəri Sülh küçəsi 11 nömrəli evdə yerləşən 56 nömrəli, yaşayış sahəsi 34,5 kv metr olan iki otaqlı mənzilin İddiaçı Başçısının aparatı yanında Mənzil komissiyasının 3/1 nömrəli 04 iyul 2003-cü il tarixli qərarı ilə 5 nəfər ailə üzvü ilə həmin mənzildə yaşayan rayon Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X2 istifadəsinə verilməsi qərara alınmış və Zaqatala RİHB-in 154 nömrəli 05 iyul 2003-cü il tarixli sərəncamı ilə həmin mənzil Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X2 istifadəsinə verilmişdir. Həmin mənzildə hazırda 08.05.2012-ci il tarixdən 03.01 2014-cu il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi xidmət keçmiş və 03.01.2014-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi qeydiyyatda olan illik iddia üzrə Cavabdeh1 öz ailə üzvləri olan ilkin iddia üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə 2004-cü il mart ayından bu günədək yaşayır və mənzildən istifadə edirlər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin İddiaçı Başçısına müraciət edərək İddiaçı balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xidməti istifadəsinə verilmiş ünvan 5 ünvanda yerləşən mənzildə hal hazırda şöbənin keçmiş əməkdaşları müvəqqəti yaşadıqlarını bildirmiş və həmin yaşayış sahələrinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hazırda xidmət edən əməkdaşlarının köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişlər. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin müraciətinə əsasən hüquqi əsas olmadan Zaqatala şəhəri, Sülh küçəsi, ev 11, mənzil 56dan xidməti yaşayış sahəsindən istifadə edən ilkin iddia ərizəsi üzrə cavabdehlərin digər yaşayış sahəsi verilmədən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 uzun illər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsini, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində xidmət keçdiyi müddət ərzində həmin xidməti mənzillə təmin olunmasını, xidməti mənzillə təmin olunması ilə bağlı dəfələrlə İddiaçınə və müxtəlif vaxtlarda İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin hərbi komissarına şifahi müraciətlərini, İİ qrup əlil olmasını nəzərə alaraq hazırda ailəsinin daimi və ya müvəqqəti yaşayış yerlərinin olmamasını bildirərək, ilkin iddia ərizəsinin rədd edilməsini və İddiaçı balansında olan Zaqatala şəhəri, Sülh küçəsi ev 11, mənzil 56-da yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki hallar araşdırılarkən müəyyən olundu ki, hazırda tərəflər arasında hüquq münasibətləri 2004-cü il yaranmışdır. Ona görə də məhkəmə yaranmış hüquq münasibətlərini 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Мənzil Məcəlləsinin (bundan sonra- Мənzil Məcəlləsi) tələbləri və normaları baxımından tənzimlənməlidir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xidməti yaşayış sa həsi xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti tərəfindən qəbul edilən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar əsasında verilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Halbuki, hazırki iş üzrə Cavabdeh1 yaşayış sahəsində istifadə üçün order verilməmişdir. Xidməti mənzil fonduna aid və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin sərəncamında olan Zaqatala şəhəri Sülh küçəsində yerləşən 11 nömrəli evin 56 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanuni əsaslar olmadan istifadə etmişlər.

14. Birinci instansiya məhkəməsi qarşılıql ı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən xidməti yaşayış sahəsi müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Bu əsasla da, cavabdehlərin həmin mənzil üzərində istifadə hüquqları tanına bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu, Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 8.2, 152.1, 152.5, Mənzil Məcəlləsinin 100, 101, 103, 104 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76, 77.1ci ma ddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1204/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov (sədrlik edən və məruzəçi) A.Eyvazov, R.Əliyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, 0 1.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 103-cü maddəsinin İİİ hissəsinə əsasən qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Mənzil Məcəlləsinin 104-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

19. Apellyasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu, Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məc əllə) 6, 8.2, 152.1, 152.5, Mənzil Məcəlləsinin 100, 101, 103, 104 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76, 77.1ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdeh Cavabdeh1 kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün için apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5329/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi) V.Həsənov, A.Abbasov) cavabdehin kasssiya şikayəti təmin edilmiş, işin yenidən baxılması üçün apellyasiya ins tansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

22. Kassasiya instansiya məhkəməsinin mövqeyinə mövcud qanunvericiliyə əsasən şəxsin pasport qeydiyyatı özü-özlüyündə ona yaşayış sahəsindən istifadə hüququnu verməsə də, cavabdehin pasport qeydiyyatına alınması, habelə mənzilə çəkilən xidmətlərin (su, elektrik və qaz təchizatlarının) abunəçisi kimi qeydiyyata alınması üçün mənzil ixtiyarında olan təşkilat tərəfindən müvafiq icazənin verilib-verilməməsi məsələsi araşdırılmalıdır. Bu məsələyə hüquqi qiymət verilərkən həmçinin cavabdehin qeydiyyatda olduğu mənzilin və faktiki yaşadığı mənzillərin nömrələrində olan ziddiyyət aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, göstərilən halların müəyyən edilməsinin nəticəsindən asılı olaraq, cavabdehlərin mübahisələndirilən mənzildən Azərbaycan Res publikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinin tələbləri baxımından, yəni onlara digər yaşayış sahəsi verilmədən çıxarılmalarına yol verilib-verilməməsi məsələsinə qiymət verilə bilər. Lakin cavabdeh qeyd olunan məsələləri apelyasiya şikayətində dəlil kimi göstərsə də, apelyasiya instansiyası məhkəməsi həmin dəlillərə hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasi ya instansiyası məhkəməsi) 2(107)-683/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov (sədrlik edən və məruzəçi) A.Eyvazov, R.Əliyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair” ilk iddiası təmin edilməmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Zaqatala şəhəri Sülh küçəsi, 11 nömrəli evin 56 nömrəli mənzilindən istifadə hüquq larının tanınması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia olunan mənzil xidməti mənzil fonduna aid olmaqla Zaqatala rayon Hərbi Komissarlığının (sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin) əməkdaşlarının istifadəsi üçün təhkim olunmuş və həmin orqanın əməkdaşı olmuş Cavabdeh1 ailə üzvləri ilə birlikdə 2004-cü ildən qeyd olunan mənzildə yaşamışlar. iddiaçı təşkilat tərəfindən cavabdehin mübahisəli mənzildən istifadəsi üçün qərarın verilməməsi özü-özlüyündə sonuncunun həmin mənzildən istifadəsinin qanunsuz olması kimi qiymətləndirilə bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə 2004-cü ildən indiyədək yaşamasının qanunsuzluğu barədə iddiaçı təşkilat ın dəlilləri qəbuledilməzdir. Belə ki, bu mənzil Zaqatala rayon Hərbi Komissarlığına (sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə) xidməti mənzil kimi təhkim olunmuş və Cavabdeh1 da adı çəkilən qurumun əməkdaşı kimi qurumun rəhbərinin razılığı ilə həmin mənzilə köçüb ailəsi ilə birlikdə orada yaşamışdır. Cavabdehlər sözügedən mənzili özbaşına tutmamış və ya başqa qeyri-qanuni yolla ələ keçirməmişlər. Cavabdeh1 adına həmin mənzilə dair vaxtında sərəncam və xidməti order verilməməsi, yaxud o və ailə üzvlərinin bu mənzildən vaxtında çıxarılmaması isə iddiaçı təşkilatın və iş üzrə üçüncü şəxs SHXÇDX-nin Zaqatala rayon şöbəsinin (keçmiş Zaqatala rayon Hərbi Komissarlığının) birgə məsuliyyətində qalır. Cavabdehlərin sözügedən mənzildə 15 il ərzind ə etirazsız və mübahisəsiz yaşaması onların həmin mənzildən istifadə etməsinin qanunsuz olmadığına dəlalət edir (yalnız 15 ildən sonra cavabdehlərin yaşadıqları mənzildən çıxarılması tələbi irəli sürülmüşdür).

26. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları tələbinə dair” ilk iddiası təmin edilə bilməz, cavabdehlərin onlara başqa yaşayış sahəsi verilənədək mübahisəli mənzildən istifadə hüquqları vardır. Bu baxımdan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair” qarşılıqlı iddiaları əsaslıdır. Birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşıl ıqlı iddianı isə rədd etməklə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, ona görə də məhkəmənin gəldiyi nəticələr işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır.

27. Apellyasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cu, Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.8, 158, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 100, 104, 105, 106 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76, 77.1ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. İddiaçı kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün için apellyas iya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4725/2021 nömrəli iş üzrə 28 sentybr 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi) Ə.Nurməmmədov, İ.Şəfiyev) cavabdehin kasssiya şikayəti qismən təmin edilmiş, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

30. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edimiş hesab olunan hər bir halı barəsində məhkəmə nin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

31. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-2239/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi) M.Əsədli, A.Mahmudov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaçar qeyd etmişdir ki, hazırki iş üzrə Cavabdeh1 yaşayış sahəsində istifadə üçün order verilməmişdir. Zaqatala şəhəri Sülh küçəsində yerləşən 11 nömrəli evin 56 nömrəli mənzilindən cavabdehlər qanuni əsaslar olmadan istifadə etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsində sözügedən xidməti mənzilə ailə üzvləri ilə birlikdə 2005-ci ilin mart ayında Zaqatala Rayon Hərbi Komissarının razılığı ilə köçdüyünü və sonradan onun adına İddiaçı tərəfindən order veriləcəyini bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir yazılı sübut təqdim etməmişdir.

33. Apellyasiya instansiyası öz mövqeyini 13-cü maddəsinin İ hissəsinə, 29-cu, Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 8.2, 152.1, 152.5, Mənzil Məcəlləsinin 100, 101, 103, 104 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76, 77.1ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh1 (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların, ehtiyata və y a istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 2-ci abzasına əsasən, bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 5-ci abzasına əsasən, hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. O, 30 ilə yaxın xidmət etmiş, ehtiyatda olan zabitdir. Xidməti vəzifəsini yerinə yetirərkən İİ qrup əlil olmuşdur. İddiaçı ona və ailə üzvlərinə növbədənkənar mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi vermək əvəzinə, heç bir yaşayış sahəsi verilmədən hal-hazırda yaşadığı evdən onun və ailə üzvlərinin çıxarılmasını tələb etməsi həm qanuna, həm də insanlığa ziddir. cavabdehlərin mənzildən istifadələri qanuni olmuşdur. Məhkəmələr İddiaçı iddia ilə bağlı məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışlar. İddiaçı qeyd olunan mənzilin xidməti yaşayış sahəsi sırasına aid olmasını iddia etsə də, bununla bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Mənzil Məcəlləsinin 105-ci maddəsinin və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Res publikası Qanununun 12.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

37. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

38. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bi lməz.

39. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə

40. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

42. Maddə 100. xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür.

43. Maddə

103. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarən in, təşkilatın müdiriyyəti...tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq, xidməti yaşayış sahəsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının orderi üzrə verilir.

44. Maddə

104. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular... onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

45. Maddə

105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub Azərbaycan Respublikasını müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər ş əxslər; hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətində mübahisələndirildiyindən, məhkəmə qətnaməsi tam yoxlanılır. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

54. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin bütün dəlillərinə apellyasiya məhkəməsi tam qiymət verib.

55. İşin müəyyən edilmiş hallrına görə Zaqatala şəhəri, Sülh küçəsi, 11 saylı evin 56 saylı mənzili xi dməti mənzil fonduna aid olmaqla Zaqatala rayon Hərbi Komissarlığının (sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin) əməkdaşlarının istifadəsi üçün təhkim edilib. İddiaçı Mənzil Komissiyasının 04 iyul 2003-cü il tarixli, 3/1 saylı Qərarına və Zaqatala rayon İHB-nın 05 iyul 2003-cü il tarixli, 154 saylı sərəncamına əsasən həmin mənzil 5 nəfər ailə üzvləri ilə birlikdə rayonun Hərbi Komissarlığının əməkdaşı Akif Cəbrayılovun istifadəsinə verilib. Hazırda iddiaçı, Akif Cəbrayılovun uzun illər bundan əvvəl Zaqatala Rayon Hərbi Komissarlığından işdən çıxdığını və mənzili boşaltdığını, heç bir hüquqi əsası olmadan cavabdehin xidməti mənzilə köçərək ailə üzvləri ilə birlikdə orada yaşadığını, 05 yanvar 2014-cü il tarixdən onun Hərbi Komissarlıqdan işdən azad edilməsinə baxmayaraq mənzili boşaldıb təhvil vermədiyini göstərib, cavabdehin və ailə üzvlərinin mənzildən digər yaşayış sahəsi verilmədən çıxarılmalarını iddia edir.

56. Cavabdehlər isə Cavabdeh1 1992-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyini, 2003-cü ilin sentyabr ayından xidməti vəzifəsi ilə əlaqədar Müdafiə Nazirliyinin əmri ilə Zaqatala Rayon Hərbi Komissarlığına müavin təyin edildiyini, 2005-ci ilin mart ayında Zaqatala Rayon Hərbi Komisarının razılığı ilə ailə üzvləri ilə birlikdə xidməti mənzilə köçdüyünü, ona İddiaçı tərəfindən xidməti orderin veriləcəyinin bildirildiyini, lakin xidməti orderin verilmədiyini və son 14 il müddət ərzində ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadığını, Azərbaycan Silahlı Qüvvələrində 30 il müddətində xidmət etdiyini, hərbi qulluqçu kimi vəzifəlirini yerinə yetirərkən İİ qrup əlil olduğunu, oğlu Cavabdeh4 isə hərbi qulluqçu olmaqla X5 təhsil aldığını göstərib, xidməti mənzildən istifadə hüquqlarının tanınmasını iddia edirlər.

57. Tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki hallar araşdırılarkən müəyyən olundu ki, hazırda tərəflər arasında hüquq münasibətləri 2004-cü il yaranmışdır. Ona görə də məhkəmə yaranmış hüquq münasibətlərini 01.10.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Мənzil Məcəlləsinin (bundan sonra- Мənzil Məcəlləsi) tələbləri və normaları baxımından tənzimlənməsini məqsədə müvafiq hesab edir.

58. Tədqiq edilən hüquq normalarından aydın olduğu kimi, xidməti yaşayış sahəsi xidməti yaşayış sahəsi olan müəssisənin, idarən in, təşkilatın müdiriyyəti tərəfindən qəbul edilən xidməti yaşayış sahəsi verilməsi haqqında qərar əsasında verilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Halbuki, hazırki iş üzrə Cavabdeh1 yaşayış sahəsində istifadə üçün order verilməmişdir.

59. Məhkəmə kollegiyası hesab edir ki, xidməti mənzil fonduna aid və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin sərəncamında olan Zaqatala şəhəri Sülh küçəsində yerləşən 11 nömrəli evin 56 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanuni əsaslar olmadan istifadə etmişlər.

60. Məhkəmə kollegiyası hesab qarşılıqlı iddiaya münasi bətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən xidməti yaşayış sahəsi müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Bu əsasla da, cavabdehlərin həmin mənzil üzərində istifadə hüquqları tanına bilməz.

61. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispoztiv şərti cavabdeh münasibətdə iddianın təmin edilməsini şərtləndirmişdir. Bu baxımdan qeyd edilən hissədə iddianın təmin edilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunverciliyə uyğun olmuşdur.

62. Məhkəmə kollegiyası qeyd oluna nlara əsasən belə qənaətə gəlir ki, cavabdehin (qarşılıqlı iddiaçı) Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2239/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar