Məhkəmə qərarları › İş №2(102)-2153/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2153/2024

21.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2153/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(103)195/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları:

1. Torpaq alqı-satqısına dair 05 mart 2016-cı il tarixli ilkin müqavilə ilə İddiaçı X6 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 310 kv.metr ölçüdə torpaq sahəsi almış, Şirzad Əhmədov 07 mart 2016-cı il tarixdə iddiaçıya həmin torpaq sahəsi ilə bağlı etibarnamə vermişdir. 2. 04 iyun 2018-ci il tarixli etibarnamə ilə İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətində olan mansard mərtəbəsinin 296,5 kv.metr hissəsinə dair sərəncam verməyi, o cümlədən alqı-satqı müqaviləsini imzalamağı Cavabdeh etibar etmişdir.

3. Cəfərov X11 rayonu, Digah qəsəbəsi, Zaur Həbibov küçəsi, ev 2B ünvanında yerləşən ümumi sahəsi 296,5 kv.metr olan fərdi yaşayış evinin tam m ülkiyyət üzrə ona məxsus hissədən 72,6 kv.metr hissəni 14500 manata X9, 72,6 kv.metr hissəni 20000 manata X8, 72,6 kv.metr hissəni 30000 manata X2, 72,6 kv.metr hissəni 12000 manata X3. Alqı-satqı müqavilələri bağlanarkən satıcı olan İddiaçı etibarnamə əsasında Cavabdeh təmsil etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 04 iyun 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 120000 manat əsas borcun, 18000 manat bank uçot dərəcəsi, əldən çıxmış fayda kimi 50000 manat, dəbbə pulu 60000 manat, cəmi 248000 manat və 30 manat dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsi barədə iddiası qismən təmin olunmuş, cavabdehdən 120000 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya ver ilməsi qət olunmuşdur.

5. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “04 iyun 2018-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Kontorunda aralarında bağlanmış, reyestrdə 3M-447 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə hər iki qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətləri təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında olan şifahi razılaşmaya əsasən cavabdehdən ünvan 2 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alqı-satqısına görə əldə olunmuş 135000 manatın və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzilin alqı-satqısına görə əldə olunmuş 100000 manatın, cəmi 235000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia belə əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə ev tikib satmaqla məşğul olmaq qərarına gəlmiş, buna görə 2015-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 0,03 ha torpaq sahəsini etibarnamə əsasında alıb həmin torpaq sahəsində 4 ədəd ev tikib satışa qoymuşdur. Bu evlərdən birini satsa da, digər üçünü sata bilməmişdir. Bundan başqa, Abşeron rayonu, Digah qəsəbəsi, Zaur Həbibov küçəsində tikilmiş 5 mərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 əd əd mənzili alıb satışa qoymuş, lakin həmin mənzilləri də sata bilməmişdir. Ev satmağı barədə bir neçə tanışına demiş və 2016-cı ildə tanışı Zakir adlı şəxs onu əvvəllər tanımadığı cavabdehlə tanış edib həmin şəxsin ev alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O, cavabdehlə Binəqədi qəsəbəsində yerləşən evlərə baxmışlar, həmin mənzilləri satıb bir il müddətində 120000 manat ödəyəcəyini, həmin pulun bir hissəsini, yəni 20000 manatı qabaqcadan verməli olduğunu razılaşmışlar. Razılaşdıqdan 3-4 gün sonra cavabdeh ofisə gəlib ona 20000 manat pul vermiş və o həmin evlərin açarlarını cavabdehə vermişdir. Bundan bir neçə gün sonra, o, həmin evlərə baxmağa getmiş və cavabdehin hər üç evdə təmir işləri apardığını görmüşdür. O, cavabdehin bu hərəkətlərini bəyənmiş, Digah qəsəbəsində olan mənzil lərini də satmağı təklif etmişdir. Bundan sonra, onlar birlikdə Digah qəsəbəsində yerləşən mənzillərə baxmış, iddiaçı həmin mənzillərin 1 kv.metrini 500 manata satdığını bildirmiş, cavabdehə həmin mənzilləri satıb 1 ilə pulu ona qaytarmasını təklif etmişdir. Evlərə baxarkən yolda cavabdeh iddiaçıya Mehdiabad qəsəbəsində özünə məxsus torpaq sahəsində ev tikib satdığını, beləliklə pul qazandığını demiş, ona həmin evlərin tikintisinə pul qoymağı və həmin puldan əlavə qazanc əldə etməyi təklif etmişdir. Belə olan halda, iddiaçı cavabdehlə razılaşmış və cavabdehə 120000 manat pul verməyi təklif etmişdir. Cavabdeh 120000 manatın əvəzində evləri tikib satdıqdan sonra 150000 manat qaytaracağını demişdir. Beləliklə, cavabdehlə Digah qəsəbəsindəki evlərin 1 kv.metrini 450 manata razılaşdıqdan sonra həmin mənzillərin çıxarışı olduğuna görə 11 saylı notariat kontoruna gedib iddiaçı mənzillərə dair cavabdehə etibarnamə vermiş, həmçinin arvadı da bu mənzillərin satılmasına razılıq ərizəsi vermişdir. Əlavə get-gəl olmasın deyə, həmin vaxt Mehdiabad qəsəbəsindəki torpaqla bağlı cavabdehlə aralarındakı işbirliyinə görə ona 120000 manat pul verməsinə dair borc müqaviləsi bağlanmış, müqavilə bağlanarkən notarius pulun notariat kontorunda verilibverilməməsinin ona önəmli olmadığını bildirmiş və o, notariat kontorundan çıxdıqdan sonra avtomobildə həmin 120000 manatı cavabdehə vermişdir. 2017-ci ilin dekabr ayında cavabdehin Binəqədi qəsəbəsində yerləşən evləri artıq satmasını bilmiş və bundan sonra Digah qəsəbəsində yerləşən mənzillərlə də maraqlanmış, həmin mənzillərin də artıq satıldığını öyr ənmişdir. Cavabdehlə danışıb pulunu istədikdə, lakin bir manat da olsun pul verməmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(001)5373/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə tərəflər arasında mübahisəli məbləğin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı hər hansı müqavilənin mövcudluğu iş üzrə müəyyən edilməməklə yanaşı, iddiaçı tələbinin əsası kimi digər mötəbər sübuta əsaslanmamış, yalnız cavabdehin Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Bölməsində verdiyi izahatına istinad etmişdir ki, həmin izahat cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmasını sübut etmir (26 aprel 2021-ci il tarixli Qərar). Əksinə, həmin qərarda qeyd olunan, tər əflərin verdikləri izahatdan görünür ki, həm İddiaçı, həm də Cavabdeh Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 296,5 kv.metr olan 4 ədəd mənzillə bağlı etibarnamənin 2017-ci ilin yay aylarında verildiyini göstərmişlər. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində göstərilmişdir ki, tərəflər arasında 120000 manatlıq müqavilə 2018-ci ilin iyun ayında bağlanmışdır. Hazırki məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, Digah qəsəbəsindəki evlərlə bağlı notariat kontorunda cavabdehə etibarnamə verərkən əlavə get-gəl olmasın deyə, həmin vaxt aralarında 120000 manat borc müqaviləsi də bağlanmışdır. Beləliklə, müəyyən olunur ki, sözügedən 120000 manatlıq borc müqaviləsinin bağlanma tarixi qanuni qüvvəyə mi nmiş qətnamədə 2018-ci ilin iyun ayı kimi, iddiaçının həm istintaq şöbəsində, həm də hazırki məhkəmə iclasındakı izahatında isə 2017-ci ilin yay ayları kimi göstərilmişdir. Yaranmış ziddiyyətlə əlaqədar məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi sübut kimi qəbul edilməlidir, istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş qərarda göstərilən izahatların isə hazırki işdə sübut kimi qəbul edilməsi qeyri-mümkündür. Belə olan halda, tərəflər arasında iddia tələbində qeyd olunduğu kimi Binəqədi qəsəbəsində iddiaçıya məxsus 3 ədəd evin alğı-satqı münasibətlərini təsdiq edən hər hansı sübut aşkar olunmur.

11. Digər tərəfdən, iddiaçı öz tələbində cavabdehdən ünvan 3 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alğı-satqısına görə əldə olunmuş 135 000 manatın və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 3 ədəd mənzilin alğı-satqısına görə 100000 manatın cavabdehdən onun xeyrinə tutulmasını tələb edir ki, hazırki iş materialları ilə cavabdehin sözügedən mənzillərin satışından müvafiq olaraq 135000 və 100000 manat əldə etməsini təsdiq edən heç bir sübut müəyyən edilmir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmiş, iddiaçının öhdəlik hüquq münasibətləri əsasında cavabdehdən pul tələb etməsi öz təsdiqini tapmamış və bunun əsası kimi hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 21.2, 385.1, 425.1, 442, M ülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2(103)-1596/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021ci il tarixli, 2(001)-5373/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, Cavabdeh 76 500 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçıya məxsus 4 mənzili X9, X8, X2 və X4 satışdan 76500 manat məbləğində pul əldə etmiş (14500 + 20000 + 30000 + 12000 = 76500), əldə olunan pulu iddiaçıya verməyərək tapşırıq müqaviləsindən irəli gələn öhdəliyini qəsdən vicdanla icra etməmişdir.

17. Binəqədi qəsəbəsində yerləşən 3 mənzilə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, həmin mənzillərin mövcudluğu, habelə iddiaçıya məxsus olması, mənzillərin satılaraq cavabdeh tərəfindən pul əldə olunması barədə iş materiallarında kifayət qədər mötəbər və tutarlı sübut yoxdur. Belə ki, Binəqədi RPİ-də araşdırma zamanı cavabdehin istintaq orqanına verdiyi və doğruluğu cavabdeh tərəfində n sonradan inkar olunan izahatda adları çəkilən şəxslərin şəxsiyyətini müəyyən edib ifadələrini almaq mümkün olmamış, iddiaçı həmin evlərin satışı barədə məhkəməyə tutarlı sübut təqdim etməmişdir.

18. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 425.1, 442, 777.1, 772.2, 778.1, 779.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir

20. Həmçinin Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ya yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasinin 15 fevral 2023cü il tarixli, 2(102)-282/2023 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin məruzəsi ilə, hakimlər A.Q.Hüseynovdan və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə) kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2022ci il tarixli, 2(103)-1596/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

22. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tələbin rədd edilmiş hissəsində iddiaçının dəlilləri, təmin olunan hissədə isə cavabdehin etirazları lazımi şəkildə araşdırılmamış və sübutlara d üzgün qiymət verilməmişdir.

23. İlk olaraq, Binəqədi rayonunda yerləşən evlərin satışı ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçı həmin hissədə tələbinin faktiki əsası (buna dair sübut) kimi cavabdehin istintaq orqanında verdiyi izahata istinad edir. İş materiallarına əlavə olunmuş həmin izahatdan görünür ki, cavabdeh, Binəqədi rayonunda iddiaçının tikdiyi evləri kimlərə və hansı qiymətlərə satdığını dəqiq şəkildə göstərmişdir. Cavabdeh izahatın müstəntiq tərəfindən təhrif olunduğunu bildirsə də, bu faktın sübuta yetirilib-yetirilmədiyi aydınlaşdırılmamışdır. Bu məlumatlar dövlət orqanına cavabdehin özü tərəfindən verildiyi, izahatın hüquqi qüvvədən salınması təsdiqlənmədiyi halda hazırkı mülki işdə onların hansı səbəbdən sübut kimi qiymətləndirilməməsi apellyasiya məhkəməsi tərəfindən əsasl andırılmamışdır. Odur ki, məhkəmə tərkibi iddianın təmin olunmamış hissəsində iddiaçının kassasiya şikayətini haqlı sayır və hesab edir ki, onun əsaslandığı həmin sübuta mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymət verilməlidir.

24. Bununla yanaşı, hazırkı işdə cavabdehin də etirazları lazımi şəkildə yoxlanılmamış və onlara qiymət verilməmişdir. Belə ki, cavabdehin etirazına əsasən, evlərin təminatı kimi iddiaçı ondan 120000 manatlıq borc müqaviləsi almışdır. Cavabdeh kredit borcunun məhz təminat olaraq ondan alınmasını onunla əsaslandırır ki, müqavilə evlərin satışına dair ona etibarnamənin verildiyi gün və eyni notariusda təsdiqlənmişdir. Bu məbləğ artıq məhkəmə qətnaməsi ilə ondan tutulmuşdur. Odur ki, daşınmaz əmlakın satılmasına görə 120000 manatdan əlavə 76500 m anat ödəməsi ədalətsizlikdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi həmin dəlillərin tam və hərtərəfli araşdırılması üçün tərəflərə lazımi şərait yaratmamış, ağlabatan bir təminat olmadığı (almadığı) halda iddiaçının cavabdehə həm küllü miqdarda dəyəri olan daşınmaz əşyalar üzərində sərəncam vermək səlahiyyəti, həm də 120000 manat məbləğində borc verməsinin səbəblərini, müqavilənin etibarnamə ilə eyni gündə və yerdə təsdiqlənməsinin əslində daşınmazların satışından əldə olunacaq pul vəsaitinin təminatı olmasına dəlalət edibetməməsini, bu sahədəki işgüzar adətlərdə belə bir sənədləşmənin aparılıb-aparılmadığını və digər əhəmiyyətli halları aydınlaşdırmamış, məsələyə münasibət bildirməmişdir. Halbuki, cavabdehin bu etirazı iddia tələblərinin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, əgər cavabdehin kredit borcu iddiaçı qarşısında məhz sözügedən tapşırıq müqavilələrindən irəli gələn öhdəliyinin təminatı kimi yaranmışsa və onun tutulmasına dair məhkəmə qərarı qanuni qüvvəsini almışsa, bu halın iddiaçının hazırkı iş üzrə tələblərini həmin həcmdə aradan qaldırıb-qaldırmadığına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(103)-195/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(001)-5373/2021 nömrəli qətnaməsi ləğv edil miş, iddia qismən təmin olunmaqla, Cavabdeh 100000 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

26. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələbi müxtəlif ünvanlarda (Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində 0,03 ha torpaq sahəsində yerləşən 3 ədəd fərdi yaşayış evinin və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mansard mərtəbəsində yerləşən 296,5 kv.metr ümumi sahədən ibarət olan 4 ədəd mənzil) yerləşən daşınmaz əmlaklarla bağlı cavabdehlə aralarında yaranmış tapşırıq və ondan irəli gələn mülki münasibətlərdən irəli gələn öhdəliklərə əsaslanmışdır.

27. Apellyasiya kollegiyası ilkin olaraq Binəqədi rayonunda yerləşən evlərlə bağlı iddia tələbinə hüquqi qiymət verər ək, qeyd etmişdir ki, iddiaçının dəlillərinə görə 2016-cı ildə cavabdehlə aralarında olan razılaşmaya görə, sonuncu Binəqədi rayonunda yerləşən 3 ədəd evi satıb, bir il müddətində ona 120000 manat pul ödəyəcəyini vəd vermiş, 3-4 gün sonra 20000 manat pul vermiş, 2017-ci ilin dekabr ayında isə cavabdehin həmin evləri artıq satmasını bilmiş, lakin qalıq qalmış 100000 manat pulu ona ödəməmişdir.

28. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd edərkən, iddiaçının müvafiq sübut etmə yükünü həyata keçirə bilməməsinə (həmin mənzillərin mövcudluğu, habelə iddiaçıya məxsus olması, cavabdehlə razılığa gəlməsi, mənzillərin satılaraq cavabdeh tərəfindən pul əldə olunması və s.) əsaslanmışdır.

29. Qeyd edilən hissədə kassasiya instansiyasının da mövqeyinə görə, Binəqədi rayonunda yerləşən e vlərin satışı ilə bağlı iddiaçı tələbinin faktiki əsası (buna dair sübut) kimi cavabdehin məhz istintaq orqanında verdiyi izahatına istinad edir. Cavabdeh isə həmin izahatda qeyd olunan ifadələrin onun sərbəst iradəsini əks etdirməməsini, izahatın müstəntiq tərəfindən tərtib olunmasını, məzmunundan tam məlumatlı olmadan onu imzalamasını bildirmişdir. Belə olan halda, kassasiya instansiyasının da göstərişinə əsasən həmin izahatın mötəbərliliyi yoxlanılmalıdır.

30. Apellyasiya kollegiyası Binəqədi rayonunda yerləşən evlərin satışı ilə bağlı hissədə kassasiya instansiyasının göstərişlərinin tam, hərtərəfli və obyektiv yoxlanılması istiqamətində iddiaçının şikayəti üzrə Binəqədi RPİ-nin İŞ-də aparılmış araşdırma materiallarını tələb edərək, tərəflərin də iştirakı ilə ona baxış keçirmiş və müəy yən etmişdir ki, iddiaçı ilk dəfə 20 sentyabr 2019-cu il tarixli şikayət ərizəsi ilə Abşeron rayon Polis İdarəsinə müraciət edərək, “ona məxsus olan ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 296,5 kv.m olan 4 mənzilini həyat yoldaşının razılıq ərizəsi ilə etibarnaməsi əsasında 2017-ci ilin yay aylarından əvvəllər tanıdığı Cavabdeh ilə razılaşaraq ona satmağı tapşırmasını, qarşılıqlı razılığa əsasən sonuncunun ona hər kv.m-nə görə 450 manat ödəməli olmasını, ona inanmasını, Cavabdeh evləri 2018-ci ilin may ayından gec olmayaraq satıb pulunu ona verəcəyini bildirməsini, sonradan mənzilləri 130000 manat satmasını, lakin pulunu ona verməməsini bilməsini, onu aldatmasını, külli miqdarda ziyan vurmasını göstərmişdir”. Bundan sonra, iddiaçının Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-də verdiyi 2 7 sentyabr 2019-cu il tarixli izahatından da görünür ki, o, şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, yalnız ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 296,5 kv.m olan 4 mənzili ilə bağlı cavabdehin qanunsuz hərəkətlərini qeyd etmişdir. Eyni zamanda, cavabdeh də Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-də verdiyi izahatında ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 296,5 kv.m olan 4 mənzili ilə bağlı iddiaçının şikayətində göstərdiyi hallara etirazlarını qeyd etmişdir (sonda, təhqiqat orqanı tərəfindən müvafiq arayışla iddiaçıya mübahisənin mülki xarakterli olması səbəbindən mülki məhkəmə icraatı qaydasında müraciət etməsi tövsiyə olunmuşdur).

31. Rədd materialından həmçinin müəyyən olunmuşdur ki, iddiaçı növbəti dəfə 18 fevral 2020-ci il tarixdə müxtəlif dövlət orqanlarına (Baş Prokurorluq, Binəqədi rayon Polis İdarəsi və s.) şikayət ərizəsi göndərərək, yenə də cavabdehin ona məxsus olan ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 296,5 kv.m olan 4 mənzillə bağlı qanunsuz hərəkətlərindən şikayət edərək, vurulmuş 130000 manat ziyanın ona qaytarılması istiqamətində tədbirlər görünlməsini xahiş etmişdir.

32. İddiaçı yalnız 01 may 2020-ci il tarixdə, yəni ilk şikayət ərizəsindən 8 ay sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində verdiyi sonrakı izahatlarında Binəqədi rayonunda da evlərinin olmasını, onların da cavabdeh tərəfindən satılmasını, lakin pulunun ona verilməməsini qeyd etmişdir.

33. Göründüyü kimi, iddiaçı istər ilkin şikayət və izahatında, istərsə də növbəti şikayət ərizəsində Binəqədi rayonunda yerləşən 3 ədəd evlə bağlı hər hansı xüsusat ları qeyd etməmişdir. Halbuki, iddiaçı iddia ərizəsində cavabdehlə ilkin olaraq Binəqədi rayonunda yerləşən 3 ədəd evin satışı ilə bağlı razılığa gəlməsini, cavabdehin həmin evləri satmasını, lakin pulunu ona verməməsini, aldadılmasını qeyd etmişdir. Belə olan halda, iddiaçının cavabdehdən verdiyi ilkin və sonrakı şikayətlərdə və izahatlarda yalnız Digah qəsəbəsində yerləşən evləri göstərməsi anlaşılan olmamaqla, sadə məntiqə də sığmır. İddiaçı tərəfin özü də bunun obyektiv və ağlabatan izahını verə bilməmişdir. Eyni zamanda, iddiaçı Binəqədi rayonunda olan həmin üç evlə bağlı hər hansı hüquq müəyyənedici sənədi, evlərin ona məxsus olmasını, cavabdehlə müvafiq razılığa gəlmələrini və s. bu istiqamətdə də məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçının yeganə dəlili cavabdehin polisdə verdiyi izahatına əsaslanmışdır. Rədd materialından görünür ki, iddiaçının 01 may 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində verdiyi izahatından sonra, cavabdehin müstəntiq tərəfindən kompüterdə tərtib olunmuş izahatı əlavə olunmuş, izahatda həmçinin Binəqədi qəsəbəsində də evlərlə bağlı etirafedici ifadələr yer almış, həmin ifadələr cinayət işinin başlanmasının rədd olunması haqqında 26 aprel 2021-ci il tarixli qərarda da öz əksini tapmışdır. Lakin, bundan sonra cavabdeh Binəqədi rayon Prokuroruna şikayət ərizəsi vermiş, izahatının müstəntiq tərəfindən tərtib olunmasını, ona inandığından oxumadan imzaladığını, orada öz əksini tapmış etirafedici ifadələrin reallığı əks etdirəməsini və s. göstərmişdir. Bundan sonra, cavabdehdən Binəqədi rayon Pİ-nin İŞ- nin baş müstəntiqi tərəfindən yenidən izahat alınmış, cavabdeh həmin izahatında iddiaçı ilə Digah qəsəbəsində olan mənzillərlə bağlı münasibətlərdən başqa, aralarında heç bir pul və ya borc münasibətinin olmamasını göstərmişdir. Rədd materialından görünür ki, cavabdehin həmin izahatından sonra bir neçə dəfə cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar qəbul edilmiş, lakin heç bir qərarda cavabdehin Binəqədi rayonunda olan evlərlə bağlı izahatları yer almamışdır. Dolayısı ilə, təhqiqat orqanı da cavabdehin əvvəlki etirafedici izahatını hüquqi qüvvədən salmış, sonrakı qərarlarından bir daha ona istinad etməmişdir.

34. Bununla yanaşı, iddiaçının özü də Binəqədi rayonunda olan evlərin mövcudluğu, ona məxsus olması, həmin hissədə cavabdehlə arasında olan münasibətlərinin mövcudluğ unu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məhkəməyə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində yerləşən 310 kv.metr ölçüdə torpaq sahəsi ilə bağlı Şirzad Bayraməli oğlu ilə bağladığı 5 mart 2016-cı il tarixli torpaq alqı-satqısına dair ilkin müqaviləni təqdim etsə də, həmin müqavilə ilkin müqavilə olmaqla, gələcəkdə müvafiq əsas müqavilənin bağlanmalı olmasını ehtiva etmiş, lakin həmin müqavilənin bağlanması, torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsinə, məhz həmin torpaq sahəsində iddiaçı tərəfindən mübahisəli evlərin inşa olunması və s. yuxarıda qeyd edilən digər zəruri sübutlar təqdim olunmamışdır. Göründüyü kimi, kassasiya instansiyasının qeyd edilən istiqamətdə yeganə göstərişləri araşdırılmaqla, iddiaçının iddia etdiyi, Bin əqədi rayonunda evlərlə bağlı tələblərinin əsassız olması müəyyən edilir. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfin izahatı isə özü-özlüyündə həmin hissədə tələblərin təmin olunması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Eyni zamanda şahid ifadələri də Binəqədi rayonunda olan evlərin iddiaçıya məxsusluğu və s. bu istiqamətdə iddia edilən halların təsdiqi üçün MPM-in 81-ci maddəsinə əsasən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, şahidlər iddiaçının tanışları olmaqla, ifadələrində əsasən ümumi halları qeyd etməklə kifayətlənmiş, sadəcə cavabdehin evlərə görə iddiaçıya borcunun olmasını qeyd etmişlər ki, həmin ifadələrdən Binəqədi rayonunda olan evlərlə bağlı tərəflər arasında yaranmış münasibətlərin xarakteri, danı şıqların məzmunu və s. zəruri hallar tam və ətraflı təsvir olunmamışdır.

35. Bununla yanaşı, apellyasiya kollegiyası hesab etmişdir ki, iddia “ünvan 8 ünvanında ümumi sahəsi 296,5 kv.metr ölçüdə olan 4 ədəd mənzilin alqı-satqısına görə əldə olunmuş 135000 manat pulun cavabdehdən alınması” hissədə qismən əsaslıdır. Çünki, həmin daşınmaz əmlakla bağlı tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn mülki hüquqi münasibətlərin yaranması aşkardır. Cavabdehin özü də bu halı mübahisələndirmir. Eyni zamanda, iddiaçı həmin əmlakın özgəninkiləşdirilməsi istiqamətində cavabdehə müvafiq etibarnamə də vermişdir. İşdə olan, daşınmaz əmlakın alqı-satqı müqavilələrindən və “Elektron notariat” X1 çıxarışlarına əsasən - satıcı olan iddiaçı, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 296,5 kv.metr olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissədən 72,6 kv.metr hissəni 14500 manata X9, 72,6 kv.metr hissəni 20000 manata X8, 72,6 kv.metr hissəni 30000 manata X2, 72,6 kv.metr hissəni 12000 manata X3. Alqı-satqı müqavilələri bağlanarkən satıcı olan iddiaçını etibarnamə əsasında cavabdeh təmsil etmişdir.

36. İddiaçının həmin hissədə dəlili ondan ibarətdir ki, cavabdehlə daha əvvəldən razılaşması ondan ibarət olmuşdur ki, neçəyə satmasından asılı olmayaraq, ümumi sahəsi 296,5 kv.metr olan daşınmaz əmlakın hər kv.m üçün cavabdeh ona 450 manat pul ödəyəcək. Bu səbəbdən də cavabdeh ona 130000 manat ödəməlidir. Cavabdehin etirazı isə ondan ibarətdir ki, iddiaçı özünə məxsus evlərin satılmasında köməklik istəmiş, bu səbəbdən iddiaçıya məxsus, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2 96,5 kv.metr olan 4 ədəd evə baxmış, 04 iyun 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh notariat kontoruna getmişlər, iddiaçı sözügedən evlərin satışını həyata keçirməsi üçün ona etibarnamə vermiş, eyni zamanda gələcəkdə aralarında yarana biləcək anlaşmazlığın təminatı olaraq həmin tarixdə notariat ofisində onun borc müqaviləsi bağlamış, guya ona 6 ay müddətə ödəmək şərti ilə 120000 manat pulu borc kimi vermişdir. İddiaçı sonradan məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə 120000 manat pul ondan iddiaçının xeyrinə tutulmuşdur. Belə olan halda, Digah qəsəbəsindəki həmin evlərin tərəfindən satılması nəticəsində əldə edilmiş pul təkrarən iddiaçının xeyrinə tutula bilməz.

37. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətində olmuş, Digah qəsəbəsindəki evləri etibarnamə əsasında (tapşırıq m üqaviləsinə əsasən) satmasını və əldə etdiyi pulu iddiaçıya verməməsini təsdiq edir, lakin reallıqda borc almadığı 120000 manat pulun məhkəmə qərarına əsasən ondan tutulmasını əsas gətirərək, iddianın qeyd edilən hissədə rədd olunmalı olmasını bildirir.

38. Apellyasiya kollegiyası ilkin olaraq qeyd etmişdir ki, iddiaçı Digah qəsəbəsindəki evlərin hansı qiymətə satılmasından asılı olmayaraq, cavabdehin ona hər kv.m görə 450 manat, ümumilikdə 130000 manat ödəməli olmasını iddia etsə də, məhz belə bir razılaşmasının olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, rədd materialında olan cavabdehin izahatlarından da belə bir razılaşmasının olması təsdiq olunmur. Belə olan halda isə, cavabdeh rəsmi alqı-satqı müqavilələrinə əsasən əldə etdiyi pul vəs aitlərini iddiaçıya ödəmək öhdəliyini daşıyır.

39. Cavabdehin etirazı isə əsaslı sayıla bilməz. Belə ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 04 iyun 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 11 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsinə əsasən, 04 dekabr 2018-ci il tarixədək qaytarmaq şərti ilə 120000 manat borc pul verilmişdir. Məhkəmə aktlarından görünür ki, cavabdeh hazırda irəli sürdüyü etirazı (120000 manat pulun borc verilməməsi, təminat üçün borc müqaviləsinin bağlanması və s.) ilə eyni məzmunlu etiraz, hətta iddialarını (borc müqaviləsinin etibarsız olması, öhdəliyə xitam verilməsi və s.) həmin vaxtı qaldırmış, lakin təmin olunmamışdır. Qətnamələrlə iddiaçının cavabdehə həqiqətən 120000 manat borc verməsini təsdiq etməklə, həmin pulun qaytarılmasını qət etmiş, eyni zamanda cavabdehin müqavilənin eyni səbəbdən etibarsız sayılması, sonradan isə borc müqaviləsinin ləğv olunması, həmin müqavilədən irəli gələn öhdəliklərə xitam verilməsi və s. bu kimi tələbləri təmin olunmamışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, artıq cavabdehin analoji etirazlarına hüquqi qiymət verilmiş, qətnamələr qanuni qüvvəsini almışdır.

40. Belə olan halda, hazırki iş üzrə, qeyd edilən hissədə olan kassasiya instansiyasının göstərişlərinin təmin olunması qanuni qüvvədə olan məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə uzlaşmır. Yəni, hazırki iş üzrə tərəflər arasında bağlanmış 120000 manat borc müqaviləsinin həqiqi olmaması, cavabdehə real olaraq 1 20000 manat borcun verilməməsi, həmin müqavilənin təminat məqsədilə bağlanması və s. bu kimi halların müəyyən olunması qanuni qüvvədə olan məhkəmə aktlarını şübhə altına almaqla, həm də hüquqi müəyyənlik prinsipinin pozulması ilə nəticələnə bilər.

41. Beləliklə, qeyd edilən hissədə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 296,5 kv.metr olan fərdi yaşayış evinin 72,6 kv.metr hissəni 14500 manata X9, 72,6 kv.metr hissəni 20000 manata X8, 72,6 kv.metr hissəni 30000 manata X2, 72,6 kv.metr hissəni 12000 manata X5, ümumi pul vəsaiti 76500 manat (14500+20000+30000+12000=76500) təşkil etmişdir.

42. Lakin, apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi yalnız yuxarıda qeyd edilən 76500 manat məbləğində məhdudlaşa bilməz. Belə ki, rədd materiallarında olan cavabdehin izahatlarının müqayisəli təhlilindən, xüsusilə materialın 31-ci vərəqində olan, cavabdehin Abşeron RPİ-nin Mehdiabad PB-də verdiyi izahatından görünür ki, cavabdeh iddiaçıya məxsus Digah qəsəbəsində olan müvafiq daşınmaz əmlakın satış qiymətini 100000 manat olaraq qəbul etmişdir. Belə olan halda, cavabdehin tapşırıq müqaviləsindən irəli gələn öhdəliyini vicdanla icra etməməsi müəyyən edilir.

43. Həmçinin, apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin eyni yerdə, eyni sahəyə malik olan əmlakları açıq-aşkar fərqli qiymətlərə (bir halda 30000 manata, digər halda 12000 və 14500 manata) satması halı da tapşırığı lazımi və vicdanlı olaraq həyata keçirməməsinə dəlalət edir.

44. Apellyasiya kol legiyası tərəflər arasında müvafiq razılaşmanın cavabdehin etiraf etdiyi məhz 100000 manat hissədə olmasını qəbul etmişdir. Cavabdeh tərəfindən razılaşmaya zidd olaraq, əmlakın daha aşağı qiymətlərə satılması halı isə vəziyyəti dəyişdirmir.

45. Bu səbəbdən də apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh Digah qəsəbəsində olan müvafiq daşınmaz əşyanın satılması ilə bağlı üzərinə götürdüyü öhdəlik (razılaşma) üzrə iddiaçı qarşısında məhz 100000 manat həddində mülki məsuliyyət daşıyır və həmin pulu iddiaçıya ödəməlidir.

46. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 21, 139.1, 139.3, 146.2, 146.3, 385.1, 386.1, 402, 442, 448.1, 560.1, 560.2, 777.1, 772.2, 782.1-ci və Mülki prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 217.3, 385.1.1, 385.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassa siya şikayətinin və ona etirazın dəlilləri:

47. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(103)-195/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.1, 442-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 106-cı maddələri pozulmuşdur.

49. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı guya cavabdehə 120000 manat məbləğində pul vəsaitini vermişdir. Əslində İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanında ümumi sahəsi 296,5 kv.m ölçüdə olan 4 ədəd mənzilin alqı-satqısına dair Cavabdeh etibarnamə verməklə yanaşı həmin əmlakların təminatı olaraq formal 120000 manatlıq kredit müqaviləsi bağlamışdır. Bununla, tərəflər arasındakı münasibətlər vicdanlılığın tələb etdiyi qaydada olmamışdır. Həmin kredit münasibətləri ilə bağlı artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Deməli daşınmaz əmlakların satılmasından əldə edilmiş pul vəsaitinin İddiaçı ödənilməsinə daha ehtiyac yoxdur. Həmçinin qətnamədə guya iddiaçının evləri satmasına 100000 manat hissəsində etiraf etməsinə istinad edilməsi də qanunsuz olmuşdur. Belə ki, cavabdeh bildirmişdir ki, həmin evlərin təminatı olaraq 120000 manat kredit müqaviləsi bağlanmış və iddiaçının özünün də etiraf etdiyi kimi 20000 manat ödənilmişdirsə, həmin borcdan 100000 manat qalmış olur.

50. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

51. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

52. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsini mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

54. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcə llədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəm ə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

58. Kassasiya şikayətinin dəlilləri tərəflər arasında kredit müqaviləsinin hazırki tələbin əsasını təşkil edən tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin pərdələnməsi məqsədi ilə bağlanmasına, kredit müqaviləsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehdən iddiaçının xeyrinə pul tutulduğu halda, hazırki tələbin əsassız olmasına yönəldilmişdir.

59. Kassasiya şikayətinin dəlilləri qəbul oluna bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn məhkəmə mübahis ələri olmuş, cavabdeh bu dəlilləri qeyd olunan işlərdə də irəli sürmüş və məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə rədd olunmuşdur. 60. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq ara şdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

61. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(103)-195/2024 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar