Məhkəmə qərarları › İş №2(102)-2153/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2153/2025

15.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2153/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:torpaq sahəsində aparılan tikinti işlərinə, əmlaka sahiblik və istifadəyə yaradılan maneələrin aradan qaldırılması, maddi ziyanın ödənilməsi, ekspert rəyləri, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsində apardığı tikinti işlərinə, əmlakına sahiblik və istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-30/2025 nömrəli iş üzrə 03 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 1ərazisindən İddiaçı mülkiyyətinə 0,42 ha torpaq sahəsi verilmişdir.

2. Ağcabədi RİHB-nin 25 may 2017-ci il tarixli 60 saylı sərəncamına əsasən Ağcabədi rayonu Hindarx qəsəbə sakini İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışı əsasında Hindarx qəsəbəsi ərazisində xüsusi mülkiyyəti ndə olan 0,42 ölçüdə torpaq sahəsində tikintialtı sahələri 383.79 kv.m ölçüdə ticarət obyekti, 853.05 kv.m ölçüdə iaşə obyekti və 289.22 kv.m ölçüdə üç mərtəbəli otel binası kompleksinin tikintisinə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx kəndində 0,42 hektar torpaq sahəsinə Ağcabədi Rayon İcra Başçısının 25 may 2017-ci il tarixli 60 saylı sərəncamı ilə icazə verilmiş və layihəsi təsdiq olunmuş kompleksin tikintisinə və əmlakına sahibliyə, istifadəyə Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən yaradılan maneələrin aradan qaldırılması, torpaq sahəsində müvafiq icazə əsasında apardığı tikinti işlərinə və dig ər işlərə müdaxilənin cavabdehə qadağan edilməsi və onun tikdirdiyi kompleksin qarşısında (giriş qapısının qarşısında) cavabdeh tərəfindən qanunsuz və qərəzli olaraq əkilmiş ağacların cavabdehin hesabına köçürülərək başqa yerdə əkilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 17000 manat məbləğdə zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi mülkiyyətində Ağcabədi rayonunun Hindarx kəndində 0,42 hektar torpaq sahəsi vardır. Bu barədə ona 28 aprel 2017-ci il tarixdə ƏMDK DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı 2017-ci ilin aprel ayında şəxsi mülkiyyətində olan Ağcabədi rayonunun Hi ndarx kəndində yerləşən 0,42 hektar torpaq sahəsində ticarət, iaşə və otel binası kompleksinin tikilməsinə icazə verilməsi barədə Ağcabədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 25 may 2017-ci il tarixli 60 saylı sərəncamı ilə kompleksin layihə smeta sənədi təsdiq edilməklə kompleksin tikintisinə icazə verilmişdir. İddiaçı kompleksin tikintisinə icazə verildikdən sonra layihədə göstərilənlərə uyğun olaraq tikinti işlərinə başlamış və demək olar ki, tikinti işlərinin çox hissəsini, yəni 80 faizdən çoxunu görmüşdür. İddiaçının tikdirdiyi kompleksdən bir az aralı, qeyri-qanuni tikililəri olan cavabdeh iddiaçıya qarşı qərəzli olduğundan onun şəxsi mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına mane olur, tikintidə işl əyən ustaları və fəhlələri təhqir edir, ərazidən qovur və s. Cavabdeh iddiaçını da bir neçə dəfə döyməyə cəhd etmiş və söyüb təhqir etmişdir. Cavabdeh 2018-ci ilin əvvəlindən iddiaçının tikinti işlərinin aparılmasına imkan vermir. Cavabdeh kompleksin yola baxan tərəfində, kompleksin divarlarının dibində, obyektin giriş qapısının ağzında qanunsuz olaraq çoxlu sayda ağaclar əkmiş və hər gün ağacları sulayaraq tikintinin altına su axıdır. İddiaçı dəfələrlə cavabdehə ağacları əkdiyi yerin onun ərazisinin qarşısının olmasını və yola çıxışı olmasını, həmin ərazinin cavabdehə aidiyyətinin olmamasını, ağac əkmək istəyirsə, qanunsuz inşa etdiyi tikililərin qarşısında əkməsini, öz obyektinin qarşısında lazım olsa ağac əkəcəyini bildirmiş və cavabdehdən qanunsuz olaraq əkdiyi ağacların çıxarılmasını tələb etmişdir. Lakin cavabdeh bundan imtina etmiş, qəsdi aradan qaldırmamış, müxtəlif bəhanələr gətirməklə öz qanunsuz hərəkətlərinə haqq qazandırmış və ağaclara toxunan şəxsləri öldürəcəyi ilə hədələmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətlərindən dəfələrlə şikayətlər etmiş və cavabdehlə aparılmış söhbətlərin heç bir nəticəsi olmamışdır. Cavabdeh yenə də öz qanunsuz hərəkətlərini davam etdirmişdir. İddiaçı məcburiyyət qarşısında qaldığından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək, cavabdeh tərəfindən onun obyektinin qarşısına, obyektinin giriş qapısının qarşısına əkilmiş ağacların onun hesabına çıxarılaraq başqa yerdə əkilməsinə köməklik göstərilməsini bildirmişdir. Cavabdeh onu ağır söyüşlərlə təhqir edərək döymüş və bədən xəsarətləri yetirmiş, bununla bağlı Ağcabə di rayon prokurorluğuna müraciət olunmuş və araşdırma başlanmışdır. Cavabdehə CM-in 221.1-ci maddəsi ilə bir il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza verilmişdir. Cavabdeh öz qanunsuz hərəkətləri ilə onun hüquqlarını pozmaqla yanaşı, həm də ötən iki il ərzində ona xeyli miqdarda ziyan vurmuş və iddiaçı ümid etdiyi gəlirdən məhrum olmuşdur.

5. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir kİ, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. İddiaçı ilə 20 ildir ki, aralarında torpaq sahəsi vardır. Belə ki, iddiaçı rayonun Hindarx qəsəbəsində onun evinin qonşuluğunda “İdeal” mebel salonunun yaxınlığında tikdirdiyi obyektin qarşısındakı torpaq sahəsinə iddia edir, halbuki, həmin torpaq sahəsi 2002-ci ildə Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən ona verilmişdir. O da 20 il əvvəl həmin ərazidə çəkil, çinar və digər ağaclar əkmişdir. Mübahisəli torpaq sahəsi iddiaya məxsus deyil, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin hamısı saxtadır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən 25 noyabr 2021-ci il tarixdə verilmiş 181 saylı mütəxəssis rəyinə əsasən cavabdeh tərəfindən qanunsuz zəbt edilərək istifadə olunan ərazi iddiaçının xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən 0,42 ha torpaq sahəsinin giriş-çıxış yolunun qarşısında əkildiyinə görə tikinti işlərinin və təsərrüfat fəaliyyətinin aparılmasına maneə və əngəlliklər yaradır.

7. Ağcabədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(107)-14/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin ed ilmiş, iddiaçının xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx kəndində 0,42 ha torpaq sahəsində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 25 may 2017-ci il tarixli 60 saylı sərəncamı ilə layihəsi təsdiq olunmuş və tikintisinə icazə verilmiş tikinti kompleksinin tikilməsinə, istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və ona tikinti işlərinin aparılmasına müdaxilə edilməsinin qadağan edilməsi, həmin torpaq sahəsində tikilmiş tikinti kompleksinin giriş qapısının qarşısında cavabdeh tərəfindən qanunsuz olaraq əkilmiş və gediş-gəlişə maneçilik yaradan ağacların cavabdehin hesabına köçürülərək başqa yerdə əkilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Sulduz Ləzimov)

8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmı şdır ki, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 25 may 2017-ci il tarixli, 60 saylı sərəncamı əsasında iddiaçıya ünvan 1ərazisindən 0,42 ha torpaq sahəsi verilmişdir. İddiaçı iddia tələbində cavabdehdən mülkiyyətində olan 0,42 ha torpaq sahəsində tikdirdiyi kompleksin qarşısında qərəzli və qanunsuz olaraq ağacların əkilərək yararsız hala salınması nəticəsində ona 17,000 manat məbləğində maddi ziyan dəyməsini göstərsə də, bu məbləğdə dəymiş ziyanla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 170.2, 239.2, 240.1, 21.1, 21.2, 1096.1, 1097.1-ci, Torpaq Məcəlləsinin 101.1, 101.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandı rmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 11 iyul 2002-ci il tarixli 170 aylı sərəncamına əsasən 540 kv.m torpaq sahəsi mağaza tikintisi məqsədi ilə cavabdehə ayrılıb. Birinci instansiya məhkəməsi onu məhkəmə icraatına cəlb etmədiyindən torpaq sahəsinə aid sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi yerində baxış keçirərək ərazidə real vəziyyəti müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə torpaq sahəsinin sərhədlərini, həmçinin köçürülməsi tələb edilən ağacların girişçıxışa maneçilik törədib-törə tməməsini müəyyən etməmişdir. Birinci instansiya məhkəməsinin yerində baxış keçirərək ərazidə real vəziyyəti müəyyən etməməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyini iş üzrə maraqlı şəxs kimi cəlb etməməsi və iş üzrə ekspertiza təyin edərək cavabdehə məxsus olan torpaq sahəsinin sərhədlərini, həmçinin köçürülməsi tələb edilən ağacların giriş-çıxışa maneçilik törədib-törətməməsini müəyyən etməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini pozaraq mübahisəni çəkişmə prinsipinə riayət etmədən aparmış və yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsasən qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən və müvafiq sənədlərin məhkəməyə təqdim edilməməsi səbəbindən qətnamə üzrə göndərilmiş maneələr işin faktiki hallarına uyğunluq təşkil etməmişdir.

12. Apellyasiya baxışında 22 iyun 2022-ci il tarixli qərardadla kompleks məhkəmə tikinti-texniki və məhkəmə-bioloji ekspertizaları təyin olunaraq aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın aparılmasına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Azərbaycan respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri cəlb edilmişlər. Azərbaycan Respublikası Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə 06 sentyabr 2022-ci il tarixdə göndərilən məktuba əsasən, tədqiqat aparılması ilə əlaqədar mütəxəssisləri ərazidə olarkən cavabdeh tərəfindən ciddi müqavimətlə qarşılaşmış, sonuncu qeyri-etik formada davranaraq ekspertizanın keçirilməsinə imkan verməmişdir. Məktuba cavabdehin bu cür davranışını təsdiq edən aktın surəti əlavə edilmişdir

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2022-ci il tarixli 2(106)-1323/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov, Zeynal Zeynalov)

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qət naməsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 68, 84 və 111-ci maddələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Cavabdeh kassasiya şikayəti vermişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1616/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli 2(106)1323/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş yenidən b axılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

18. Ali Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur: - Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 11 iyul 2002-ci il tarixli 170 nömrəli sərəncamı əsasında Hindarx kənd sakini Cavabdeh mağaza tikintisinə 540 kv.m torpaq sahəsi ayrılması barədə rayon icra hakimiyyəti torpaqseçmə komissiyasının 04 iyul 2002- ci il tarixli aktı təsdiq edilmişdir. İddiaçı torpağa mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində 28 aprel 2017-ci il tarixində qeydə alınmışdır; - apellyasiya instansiyası məhkəməsi ona aydınlıq gətirməmişdir ki, iddiaçı torpaq sahəsi əldə edərkən cavabdeh tərəfindən əkilmiş ağaclar həmin ərazidə olub, ya yox. Eləcə də, apellyasiya instansiyası məhkəməsi ərazinin yerquruluşu planına uyğun olaraq iddiaçının iddia etd iyi hissədən onun torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulub-tutulmamasına, iddiaçının torpaq sahəsinə başqa hissədən gediş-gəliş yolunun mövcud olub-olmamasına hüquqi qiymət verməmişdir; - ərazinin yerquruluşu planına uyğun olaraq iddiaçının torpaq sahəsinin şərq, qərb, cənub və sair hissəsindən gediş-gəliş yolunun nəzərdə tutulub-tutulmaması və nəzərdə tutulubsa həmin hissənin iddia olunan hissə ilə üst-üstə düşüb-düşməməsi məsələlərinə də aydınlıq gətirilməlidir; - həmçinin apellyasiya instansiyası məhkəməsi aydınlıq gətirməmişdir ki, konkret olaraq cavabdeh iddiaçının tikinti kompleksinin tikilməsinə, istifadə etməsinə hansı maneələr yaradır və tikintinin aparılmasına hansı müdaxilələri edir; - ərazinin yerquruluşu planında iddia olunan ərazi ilə üst-üstə düşən gediş-gəliş yol u nəzərdə tutulmadığı halda müvafiq şəxsin ekspertiza keçirilməsinə mane olması, birmənalı olaraq iddia olunan ərazidən gediş-gəliş yolu olduğu nəticəsinə gəlməyə əsas ola bilməz; - apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarxli 181 saylı mütəxəssis rəyində isə ərazinin yerquruluşu planına istinad olunması təsdiq olunmur. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Təkrar apellyasiya baxışında məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur.

20. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü tarixli 10/5891 saylı ekspert rəyinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsə lələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin 05 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci ildə verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0,42 ha torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Ölçmə zamanı müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan 0.42 ha torpaq sahəsinin ərazisindən kənarda istifadəsində 347 kv.m torpaq sahəsi mövcuddur; Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 11 iyul 2002-ci il tarixli 170 saylı sərəncamı ilə təsdiq edilmiş Ağcabədi RİH-in torpaqseçmə komissiyasının 04 iyul 2002-ci il tarixli torpaqseçmə aktı ilə Hindarx kənd sakini olan Cavabdeh mağaza tikintisi üçün ayrılmış 540 kv.m torpaq sahəsinin tərtib olunan plana əsasən naturada sərhəddini dəqiqləşdirmək üçün ölçmə işləri aparılan zamanı müəyyən olundu ki, qeyd olunan 540 kv.m torpaq sahəsinin tərtib olunmuş planının miqyası və plan üzərində istinad nöqtələri mövcud deyildir. Ona görə də, həmin ərazinin yuxarıda göstərilən sənədlər əsasında sərhədini müəyyən etmək mümkün olmadığına görə Cavabdeh faktiki olaraq istifadəsində olan 540 kv.m torpaq sahəsinin hüdudları ölçüldü. Ağcabədi RİHB-nin 11 iyul 2002-ci il tarixli 170 saylı sərəncamı ilə təsdiq edi lmiş, Ağcabədi RİH-in torpaqseçmə komissiyasının 04 iyul 2002-ci il tarixli torpaqseçmə aktı ilə Hindarx kənd sakini olan Cavabdeh mağaza tikintisi üçün ayrılmış 540 kv.m torpaq sahəsinin sərhədini müəyyən etmək mümkün olmadığına görə sərhəddən kənara çıxmaların olub-olmaması müəyyən edilməsi mümkün olmadı; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 aprel 2017-ci ildə verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0.42 ha torpaq sahəsinin koordinatları ilə Ağcabədi RİHB-nin 11 iyul 2002-ci il tarixli 170 saylı sərəncamı ilə təsdiq edilmiş, Ağcabədi RİH-in torpaqseçmə komissiyasının 04 iyul 2002-ci il tarixli torpaqseçmə aktı ilə Hindarx kənd sakini olan Cavabdeh mağaza tikintisi üçün ayrılmış 540 kv.m torpaq sahəsinin tərtib olunan plana əsasən müəyyən edilmiş sərhəddinin üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi qeyd olunan 540 kv.m torpaq sahəsinin tərtib olunmuş planının miqyası və plan üzərində istinad nöqtələrinin mövcud olmaması səbəbindən mümkün olmadı. Ancaq ölçmə işləri aparılan zamanı müəyyən olundu ki, Cavabdeh faktiki istifadəsində olan 540 kv.m torpaq sahəsinin müəyyən edilmiş sərhədinin naturada İddiaçı xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0.42 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ın Dövlət reyestrindən 28 aprel 2017-ci ildə verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0.42 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə ərazinin yerquruluşu planına əsasən ilkin torpaqayırma sənədlərində gedişgəliş yolu iddiaçının torpaq sahəsinin şimal hissəsində nəzərdə tutulmuşdur. Hal-hazırda nəzərdə tutulmuş gediş-gəliş yolunun qarşısında dəmir darvaza mövcuddur və həmin gediş-gəliş yolu iddia olunan hissə ilə üst-üstə düşür. Ölçmə işləri zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən həmin ərazidə təsərrüfat fəaliyyətini davam etdirmək üçün əlavə yeni gediş-gəliş yolu inşa olunmuşdur; İddiaçı köçürülməsini tələb etdiyi və Cavabdeh tərəfindən əkilmiş ağacların, yerquruluş u planında nəzərdə tutulan iddiaçının obyektinə gedən gediş-gəliş yolunun qarşısında əkilməsi müəyyən olunmuşdur. Həmin ağacların iddiaçının torpaq sahəsini əldə etdiyi tarixdən əvvəl yaxud sonrakı tarixlərdə əkilməsinin müəyyən edilməsi idarənin səlahiyyətlərinə aid olmadına görə bu barədə rəy vermək mümkün deyildir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 aprel 2017-ci ildə verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olmaqla Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0.42 ha torpaq sahəsinə köçürülməsi tələb olunan ağacların yerləşdiyi ərazidən başqa İddiaçı tərəfindən həmin ərazidə təsərrüfat fəaliyyətini davam etdirmək üçün əlavə ye ni inşa olunmuş gediş-gəliş yolu mövcuddur. Həmin yeni inşa olunmuş gediş-gəliş yolundan istifadə edilməsi layihədə nəzərdə tutulan obyektin təyinatı üzrə istifadəsinə maneə yaratmır. Qeyd: Ancaq Cavabdeh tərəfindən İddiaçı Qaradaşxan oğlunun xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının inşa olunmuş ərazisinə gediş-gəliş yolunun qarşısında ağaclar əkildiyinə görə tikinti işlərinin və digər təsərrüfat fəaliyyətinin aparılmasına maneə yaradılır.

21. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsini və Ağcabədi rayonu Hindarx bələdiyyəsini iş üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində işə cəlb etmişdir.

22. Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, iddiaçının tikililəri onun mükiyyətində olan 0,42 ha torpaq sahəsinin daxilində deyil, kənar hissədə yerləşir.

23. Apellyasiya baxışında iddiaçı bildirmişdir ki, tikinti onun mükiyyətində olan torpaq sahəsində yerləşir. 0, 42 ha torpaq sahəsinin içərisində inşa edilmiş tikilinin və həmin torpaq sahəsinin rəsmi sənədi, yəni çıxarışı var. Ağaclar onun giriş-çıxışına maneə olur.

24. İddiaçının vəkili Kənan Əbdürrəhmanov bildirmişdir ki, müdafiə etdiyi şəxs altı həyətyanı torpaq sahəsini çıxarışla alıb. Altı həyətin altı giriş çıxışı olmalıdır. Cavabdeh həmin giriş-çıxışları məhdudlaşdırıb. İddiaçı 42 sotu birləşdirərək mağaza tikib fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

25. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağcabədi rayonu Hindarx bələdiyyəsinin nümayən dəsi bildirmişdir ki, iddiaçının faktiki istifadəsində olan məxsus torpaq sahəsinin bir hissəsi bələdiyyə mükiyyətidir. Həmin hissədə iddiaçı bələdiyyə ilə hər hansı alqı-satqı etməmişdir.

26. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi bildirmişdir ki, torpaq sahəsi xüsusi mülkiyyətdədirsə, o zaman orada əkilmiş ağacların mülkiyyətçi tərəfindən başqa yerə köçürülməsi mümkündür.

27. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(106)-30/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(017)-14/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. (hakimlər Pərviz Əhmədov (sədrlik edəb və məruzəçi), Cahid İmanov, Mahir Əsədli)

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü tarixli 10/5891 saylı ekspert rəyi rəyi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mütəxəssis rəyi, işdə iştirak edən şəxslərin izahatları, habelə işdə olan digər mötəbər sübutlarla təsdiqini tapır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci ildə verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan 0.42 ha torpaq sahəsinin ərazisindən kənarda onun faktiki istifadəsində həmçinin 347 kv.m torpaq sahəsi mövcuddur. Həmin faktiki istifadədə olan torpaq sahəsində iddiaçı tikililər inşa etmiş, habelə iddia olunan giriş-çıxış yolu da həmin ərazidə yerləşir.

29. Mütəxəssis rəyində mübahisəli ərazinin ölçü planına əsasən cavabdehin faktiki istifadəsində olan 540 kv.m torpaq sahəsindən istifadə və ya orada əkilmiş ağaclar iddiaçıya 0.42 ha torpaq sahəsindən istifadəyə və ya orada işlərin aparılmasına hər hansı maneə yaratmır. Belə ki, nəzərə almaq lazımdır ki, iddiaçı mülkiyyətində olan deyil, zəbt etdiyi torpaq sahəsində özü üçün açdığı yola maneədən bəhs edir. Hansı ki, iddiaçı cavabdehin istifadəsindəki torpaq sahəsinə qədər metrlərlə məsafədə olan ərazini zəbt etməklə faktiki istifadə edir və mübahisəli y olu da orada açmışdır. Eynilə, köçürülməsi tələb olunan ağaclar da eyni qaydada yerləşir. Hətta, cavabdehə mağaza tikintisi üçün ayrılmış 540 kv.m torpaq sahəsinin göstərilən sənəd əsasında sərhədini müəyyən etmək mümkün olmadığına görə onun faktiki olaraq istifadəsində olan 540 kv.m torpaq sahəsi üzrə sərhəddən kənara çıxmaların olub-olmamasının müəyyən edilməsi mümkün olmasa belə, hazırkı vəziyyətdə də bu, iddiaçının faktiki olaraq irəli sürdüyü tələbin əsassızlığına şübhə yaratmır.

30. Habelə cavabdehin faktiki istifadəsində olan 540 kv.m torpaq sahəsinin müəyyən edilmiş sərhəddi naturada iddiaçının xüsusi mülkiyyətində olan Ağcabədi rayonunun Hindarx kəndində yerləşən 0.42 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Nəzərə alınmalıdır ki, ölçü planından o da müəyyən edilir k i, iddiaçı tərəfindən qeyd edilən ərazidə təsərrüfat fəaliyyətini davam etdirmək üçün əlavə yeni gediş-gəliş yolu inşa olunmuşdur. Halbuki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu üzrə texniki X3 məhkəmə iclasında izahatında bildirmişdir ki, X1 X2 (TEKUİS-də) elektron xəritəyə görə iddiaçıya məxsus sözügedən torpaq sahəsinə giriş-çıxış nəzərdə tutulmayıb.

31. Bundan başqa, işin hallarına əsasən iddiaçı hazırda mülkiyyətində olan torpağı əldə edərkən yuxarıda köçürülməsi istənilmiş ağaclar əkilmiş vəziyyətdə mövcud olmuşdur. İşdə olan 19 may 2005-ci il tarixli qətnamədən də aşkar görünür ki, həmin ərazi qeyd edilən tarixdən də əvvəl cavabdehin istifadəsində olmuşdur. Ancaq həmin qətnamə hazırkı iş üzrə hər hansı preyudu sial əhəmiyyət kəsb etmir. O da qeyd edilməlidir ki, köçürülməsi istənilən ağaclar cavabdehin istifadəsində olan ərazidə yerləşməklə iddiaçının mülkiyyətindəki torpaqdan istifadəyə mane olmur.

32. Həmçinin iddiaçının xüsusi mülkiyyətində olan 0.42 ha torpaq sahəsinə köçürülməsi tələb olunan ağacların yerləşdiyi ərazidən başqa iddiaçı tərəfindən həmin ərazidə təsərrüfat fəaliyyətini davam etdirmək üçün əlavə yeni inşa olunmuş gediş-gəliş yolu mövcuddur ki, həmin gediş-gəliş yolundan istifadə edilməsi layihədə nəzərdə tutulan obyektin təyinatı üzrə istifadəsinə maneə yaratmır.

33. Ekspert rəyinin qeyd hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının inşa olunmuş ərazisinə gediş-gəliş yolunun qarşısında ağ aclar əkilməsinin orada tikinti işlərinin və digər təsərrüfat fəaliyyətinin aparılmasına maneə yaradılması zamanı o da nəzərə alınmalıdır ki, həmin ağaclarla eyni istiqamətdə (üz-üzə) yerləşən tikililərin bir neçə metr hissəsi məhz zəbt edilmiş ərazidə inşa edilmişdir. Həmin torpaq sahəsinin onun mülkiyyətində və ya qanuni istifadəsində olmasına dair isə hər hansı sənəd mövcud deyildir. Beləcə, həmin ərazilər işdən də göründüyü kimi, zəbt olunmuş və orada tikili (mağaza) inşa edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırm alıdır. Bu baxımdan, yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

35. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait in yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar).

36. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv, iddia rədd edilməlidir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü, Torpaq Məcəlləsinin 68, 84, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisəyə hərtərəfli və obyektiv düzgün hüquqi qiymət verməmiş, nəticədə tam qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Tətbiq edilən maddi hüquq normalarının tərəflər arasındakı mübahisəyə heç bir aidiyyatı yoxdur. Belə ki, obyektin və onu yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mübah isə predmeti deyil və mübahisələndirilmir. Belə olan halda qeyd edilən maddi hüquq normalarına istinad edilməsinin əhəmiyyəti yoxdur. Məhkəmənin istinad etdiyi Torpaq Məcəlləsinin 68, 84 və 111-ci maddələrinin tətbiq edilməsi də əsassız və qanunsuzdur. Belə ki, həmin ərazinin iddiaçının mülkiyyətində olmasını sübut edən çıxarışda torpaq sahəsinin koordinatlarının və plan ölçüsünün texniki səhv olduğunu (həmin orqanın nümayəndəsi də təsdiq etmişdir) məhkəmə iclasının müəyyən müddətə təxirə salınaraq texniki səhvlərin düzəldilməsini xahiş etsə də, buna imkan verilməmişdir. Yəni onun mülkiyyətində olan obyektin torpaq sahəsini koordinatlara görə qeydiyyata alan orqan tərəfindən texniki səhv nəticəsində səhvə yol verilmişdir. Hal-hazırda həmin səhvlər aradan qaldırılmış və yeni torpaq sahəsi nin plan ölçüsü verilmişdir. Həmin yerqurluşu plan və ölçüyə görə hər hansı bir torpaq sahəsini zəbt edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi əvvəlki qətnaməni tamamilə ləğv edərək yeni baxışa göndərərkən – iddiaçı torpaq sahəsini əldə edərkən cavabdeh tərəfindən əkilmiş ağaclar həmin ərazidə olub ya yox, eləcə də apellyasiya instansiyası məhkəməsi ərazinin yerqurluşu planına uyğun olaraq iddaçının iddia etdiyi hissədən onun torpaq sahəsinə başqa hissədən gediş-gəliş yolunun nəzərdə tutulub-tutulmamasına, iddaçının torpaq sahəsinə başqa hissədən gediş-gəliş yolunun mövcud olub-olmamasına hüquqi qiymət verməmiş, ərazinin yerqurluşu planına uyğun olaraq iddiaçının torpaq sahəsinin şərq, qərb, cənub və sair hissəsindən gediş-gəliş yolunun nəzərdə tutulub-tutulmaması və nəzərdə tutu lubsa həmin hissənin iddia olunan hissə ilə üst-üstə düşüb-düşməməsi məsələsinə də aydınlıq gətirməlidir – qeyd etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, ekspert rəyində qeyd edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin şimal hissəsində nəzərdə tutulmuşdur. Hazırda nəzərdə tutulmuş gediş-gəliş yolunun qarşısında dəmir darvaza mövcuddur və həmin gediş-gəliş yolu iddia olunan hissə ilə üst-üstə düşür. İddiaçının köçürülməsini tələb etdiyi və cavabdeh tərəfindən əkilmiş ağacların yerqurluşu planında nəzərdə tutulan iddiaçının obyektinə gedən gedişgəliş yolunun qarşısında əkilməsi müəyyən olunmuşdur. Rəyin qeyd hissəsində isə göstərilir ki, ancaq cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan qeyriyaşayış binasının inşa edilmiş ərazisində gediş-gəliş yo lunun qarşısında ağaclar əkildiyinə görə tikinti işlərinin və digər təsərrüfat fəaliyyətinin aparılmasına maneə yaradır. İddaçının tələbi isə məhz bu tələbdir. Məhkəmə isə torpağın plan və ölçüsündə yol verilmiş texniki səhvinə görə digər giriş-çıxış yolları zəbt olunmuş torpaq sahələrinə düşdüyündən iddanı rədd etmişdir. Mövcud vəziyyətdə ekspert rəyinə əsasən darvazanın qarşısında və gediş-gəliş yolunun qarşısında ağacların əkildiyi müəyyən olunduğu halda məhkəmə iddianı tam rədd etməsi aydın deyil və hər hansı bir məntiqə uyğun gəlmir. Necə olur ki, ekspert rəyinə əsasən darvazanın qarşısında və obyektə gediş-gəliş yolunun qarşısında cavabdeh tərəfindən ağac əkildiyini qeyd etsə də, məhkəmə bu fakta əhəmiyyət verməmişdir. Göründüyü kimi, məhkəmənin qətnamənin əsaslandırıcı hissəsində ek spert rəyinə istinad etməklə qətnamənin nəticə hissəsində (qət etdi hissəsində) göstərdikləri bir-birinə ziddiyyət təşkil edir. İddia ərizəsinin predimetindən və məzmunundan görünür ki, iddiaçının tələbi ona məxsus obyektin qarşısında cavabdeh tərəfindən əkilmiş ağacların yerinin dəyişdirilməsidir. Vurulmuş zərər və maneəçiliyin aradan qaldırılması məhz bununla bağlıdır. İstinad olunan prosessual hüquq hüquq normasının tələbinə əsasən iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə mübahisəyə ümumi məhkəmədə baxıla bilməz. İddaçının tələbi isə məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əkilmiş ağacların maneəçilik törətməsidir. Belə ki, iş üzrə Cavabdeh iddiaçıya məxsus mülkiyyətində olan obyektin qarşısında ağaclar əkməklə gediş-gəlişinə, giriş-çıxışına onun sahibkarlıq fəali yyətinin həyata keçirilməsinə maneəçilik törətsə də belə, cavabdehin bu hərəkəti məsuliyyət yaratmır və öhdəlik daşımır. Belə ki, cavabdehin üzərinə onun sahibliyində, istifadəsində, mülkiyyətində olmayan ərazidə ağac əkibsə, onun köçürülməsinə görə hər hansı bir öhdəlik qoyula bilməz və məsuliyyət daşımır. Belə ki, cavabdehin öhdəlik daşıması üçün mütləq hər hansı bir formada müqavilə mövcud olmalıdır. Tərəflər arasında belə bir müqavilə yoxdur. Bundan əlavə, iş üzrə cavabdeh iddiaçıya məxsus obyektin qarşısında əkdiyi ağaclara görə məsuliyyət (delikt) daşımır. Belə olan halda cavabdehin üzərinə hansı məsuliyyət və öhdəlik qoymaq olarmı. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Ağacların köçürülməsinə görə ilkin olaraq “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” müvafiq orqanlarına müraciət olunmalı, imtina olunduğu halda qəbul edilmiş aktdan inzibati Məhkəməyə müraciət oluna bilər. Yəni əvvəlcə məhkmədən kənar həll edilməli idi. Göründüyü kimi məhkəmələr tərəfindən məhkəmə aidiyyatı qaydası pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sah ib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cü r hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5 ( bənd 1) Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 83 (hissə 1) Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84 (hissə 1) Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84 (hissə 3) Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada b ərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tama milə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2836-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

47. İddia tələbi mülkiyyət hüquqlarının mü dafiəsi ilə bağlı olaraq neqator (mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması) tələbidir.

48. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

49. Qeyd edilən normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, əşyanı götürmədən mülkiyyətə qəsd və ya başqa maneələr olmalı, bunlar mülkiyətçiyə öz mülkiyyətindən istifadəyə imkan verməməlidir.

50. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi ekspertiza təyin etmiş, iddiaçının mülkiyyətində torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən hər hansı maneə törətməsini müəyyən etməmişdir. Belə olan halda, Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərti mövcud olmadığından iddianını rədd edilməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq düzfün olmuşdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspert rəyini MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, müvafiq orqanları üçüncü şəxs işə cəlb etmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl ed ərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

53. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddianın tələbinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərin də bir qisminə müvafiq olaraq təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib.

54. Bundan əlavə, cavabdeh kassasiya şikayətində məhkəmə aidyyətinin pozulmasına da istinad etmişdir.

55. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, iddianı məhkəməyə iddiaçı vermiş, iş iki dəfə apelyasiya baxışında, bir dəfə isə kassasiya baxışında olmuş, iddiaçı bir dəfə də olsun məhkəmə aidiyyətinə dair hər hansı dəlil irəli sürməmişdir. Buna görə də bu dəlil hazırki kassasiya baxış ının predmeti ola bilməz.

56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-30/2025 nömrəli iş üzrə 03 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar