Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2155/2019 19.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehin fərdi yaşayış evindənəşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və üçüncü şəxs X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş rayon Məhkəməs inin 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehin fərdi yaşayış evindənəşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və İ.Quliyev) Ağdaş rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin fərdi yaşayış evində əşyaları ilə birlikdə çıxarılmaları tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı və 3-cü şəxs X ümumi paylı mülkiyyətində olan Ağdaş şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublika sı mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları tələbi haqqında iddia verərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan Ağdaş şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin özlərinə məxsus əşayaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə müba hisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Ağdaş şəhəri, ünvan 2 ünvanında 0,10 hektar torpaq sahəsi üzərində yerləşən,ümumi sahəsi 70,8 kv.m olan fərdi yaşayış evi İddiaçı və X ümumi paylı mülkiyyətindədir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, cavabdehlər iddiaçının razılıgı olmadan həmin evdə yaşayırlar və paylı mülkiyyətçilərdən biri olan X onların evdən çıxarılmasına etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsində göstərilir ki, hər bir mülk iyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddənin məzmunundan göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisi digər mülkiyyətçilərin razılığı olmadan əşyanı yüklülükdən azad etmək üçün müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. İşin göstərilən hallarına və qeyd edilən maddi hüquq normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mübahisəli evdə buna qanuni əsaslar olmadan yaşadıqlarından, paylı mülkiyyətçilərdən biri olan X onların evdən çıxarılmasına etiraz etsə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 və üçüncü şəxs X kassasiya şikayəti təmin edilməsin. Şəki Apelly asiya Məhkəməsinin MK-nın 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2155/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2155/2019
19.04.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver