Məhkəmə qərarları › İş №2(102)-2155/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2155/2024

10.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2155/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxslər X7, X19, X15 və X12) qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(102)-2155/2024 (Açar sözlər: özbaşına tikilidən çıxarma, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxslər X7, X19, X15 və X12) qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-612/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsin dən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH ******* nömrəli çıxarışına əsasən, Abşeron rayonu, X22 ərazisində 3,0 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixindən başlayaraq X4 99 il müddətinə 1260 nömrəli müqavilə əsasında icarəyə verilmişdir.

2. Namiq Məmmədov xx.xx.2017-ci il tarixli etibarnamə əsasında icarəsində olan Abşeron rayonu, X22 ərazisində yerləşən 3,0 ha torpaq sahəsindən 200 kv.m. dair qüvvədə olan qanunvericiliyə əsasən təyinatı üzrə müvafiq sənədləşdirmə işi apardıqdan sonra özəlləşdirmək, bütün sənədləşmə işlərini yerinə yetirmək, imza etmək, torpağa və tikiliyə reyestrdən çıxarış almaq, zərurət yaranarsa bununla əlaqədar məhkəmədə çıxış etmək, üzərində yüklülük olmadığı halda istənilən sərəncamı vermək, o cümlədən satmaq, pulunu almaq, dəyişmək, ipoteka qoymaq, bağışlamaq səlahiyyətlərini Vüqar Sadıqova, sonuncu isə İddiaçı etibar etmişdir. Etibarnamə 90 il 5 ay 9 gün müddətinə verilmiş və xx.xx.2107-ci il tarixinədək qüvvədədir. 3. “Elektron notariat” X1 çıxarışa əsasən Namiq Məmmədov ilk olaraq xx.xx.2012-ci il tarixdə etibarnaməni X13, Amid İbrahimov isə xx.xx.2014-cü il tarixdə X8, Ramil Hüseynov isə xx.xx.2017-ci il tarixdə X9, Eldəniz Kərimov isə xx.xx.2017-ci il tarixdə Vüqar Sadıqova vermişdir. 4. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış tarix qeyd olunmamış Müqavilənin kserosurətindən görünür ki, Ramana 2-ci sahə 2 299/233 ünvanına fərdi yaşayış evinə dair “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğısatqısının birtipli” Müqavilə bağlanmışdır.

5. İş üzrə birinci instansiya məhkəməsinə təqdim edilmiş dəftərdə aparılmış qeydlərdən müəyyən edilir ki, 31 mart 2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci məhəllədə İddiaçı məxsus 90 nömrəli fərdi yaşayış evinin ayda 700 ABŞ dolları olmaqla hissə-hissə ödənilməsi şərti ilə nisyə olaraq Cavabdeh 50.000 ABŞ dollarına satılması barədə razılaşma olmuşdur.

6. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş hesabatına əsasən fərdi yaşayış evinə görə 26.200 ABŞ dolları borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətçi Namiq Məmmədovdan xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında aldığı Bakı şəhəri, Sabunçu (əvvəlki Abşeron) rayonu, X22 ərazisindəki toraqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X22 ünvanındakı fərdi yaşayış evindən cavabdehin və ailəsinin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X22 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evin yerləşdiyi torpaq sahəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu (Keçmiş Abşeron), X22 ərazisində yerləş ən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən Namiq Məmmədovdan AR-İ 533231 nömrəli etibarnamə əsasında almışdır. xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarış əsasında aldığı zaman içərisində fərdi yaşayış evi var idi. Həmin evi satmaq qərarına gəlmiş, bu zaman alıcı kimi gələn Cavabdeh evi almaq istədiyini, lakin pulu olmadığını demiş və bu səbəbdən onunla razılaşmamışdır. Cavabdeh sonradan təkrar ona müraciət edərək evi ona kirayə verməyini xahiş etmiş, o isə satmaq niyyətinin olduğunu dedikdə Cavabdeh bir müddət kirayəçi kimi qalıb, daha sonra pul düzəldib həmin evi alacağını demiş, hətta güzəşt kimi qaldığı bir neçə ayın pulunu evin satış pulundan çıxacağ ını, aralarındakı razılaşmaya əsasən əgər evin pulunu 1 ildən sonra ödəməsə, ödənilən pullar kirayə pulu kimi hesablanaraq evdən çıxacağını demişdir. 2018-ci ilin mart ayında öz aralarında akt tərtib edərək müqavilə bağlamışlar və həmin müqavilənin şərtlərində cavabdehin onun evini alacağını, müvəqqəti olaraq aylıq kirayə ödənişləri edəcəyini, həmin ödənişlərin evin pulundan çıxılacağını, əgər evin qalan pulunu tam ödəmədiyi təqdirdə, ödənilən pulların kirayə pulu kimi hesablanacağını və cavabdehin evdən çıxacağı razılığa gəlinmişdir. Cavabdeh bir müddət ödənişlər etdikdən sonra, ondan razılaşmalarına əsasən evin qalan pulunu tam istəmiş, cavabdehə bir müddət vaxt vermiş, lakin o, bir müddət də kirayə ödənişi etməklə onun evində qalmış, daha sonra isə ümumiyyətlə ödəniş etmədi. Pulu ödəm əyi tələb edən zaman isə pul olmadığını bildirmişdir. Hazırda cavabdeh evindən çıxmadığı üçün iddiaçı özü evsiz qalmış, bütün bunlara baxmayaraq cavabdeh evindən çıxmır və evini yanğın və partlayış təhlükəsi altında qoyaraq qanunsuz qaz və işıq çəkir. Belə ki, cavabdeh və ailəsi onun Bakı şəhəri, Sabunçu rayonu, X22 ərazisində yerləşən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən X2 xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında aldığı torpaqda yerləşən Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə üvanındakı fərdi yaşayış evindən çıxarılmalıdır. Cavabdeh və ailəsi onun mülkiyyət hüququnu məhdudlaşdırır, bu səbəbdən də onun evində yaşamağa hüququ yoxdur. Ona görə də cavabdeh və ailəsi ona məxsus evdən çıxarılmalıdır. Hazırda özü evsiz qalmış, evi mebellərlə birlikdə Cavabdeh təhvil vermiş, lakin sonradan cavabdeh bəzi mebelləri yararsız vəziyyətə gətirmiş, bəzilərini isə evdə çıxararaq harasa aparmışdır. Hazırda evdə təhvil verdiyi mebellərin əksəriyyəti yoxdur.

9. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə yazılı etiraz təqdim verərək bildirmişdir ki, Vüqar Sadıqov adlı şəxs Namiq Məmmədovun adından sonuncunun məhz 200 kv.m. torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasını iddiaçıya etibar etmişdir ki, bu etibarnamə sonuncuya məhkəmədə digər şəxslərə qarşı öz adından iddia qaldırmaq və mülkiyyətçi statusunu daşımaq səlahiyyətlərini vermir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunması xahiş ed ilmişdir.

10. Birinci instansiya məhkəməsində iddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh tərəfindən onun evinə ziyan vurulmuş, sayğaca müdaxilə edilmiş, buna görə də Azəriqazın əməkdaşları sayğacı söküb, yenisini gətirmişlər. 2018-ci ilin mart ayında cavabdehlə evin satılması barədə aralarında danışıq olub ki, əvvəlcə pulu olmadığından kirayə qalsın. Daha sonra pul tapib evi alacaq deyə aralarında razılıq olmuşdur. Həmçinin cavabdeh əgər pulu vaxtında ödəyə bilməsə o zaman ödədiyi pullar kirayə haqqı olaraq hesablanacaqdır. Aylıq olaraq 250 dollara razılaşmışlar evi təhvil verərkən ev əşyalı idi. Evi 50.000 ABŞ dollar satılması ilə bağlı razılaşdığını, Cavabdeh tərəfindən 5 il 4 ay ərzində ona 15.700 ABŞ dolları pul verilmişdir.

11. Məhkəmə iclasında cavabd ehin vəkili və nümayəndəsi Nümayəndə2 qeyd etmişdir ki, cavadeh Sabunçu rayonu, X22, yeini yaşayış massivində yerləşən fərdi yaşayış evinin dəyərini hissə-hissə ödəmək şərtilə iddiaçıdan 50.000 ABŞ dolları ödənilməsi şərtilə alıb. Həmin puldan artıq bugünki günə 32.000 ABŞ dollar ödəniş etmişdir ki, iddiaçı bunu öz imzası ilə təsdiq edib. Aralarında olan razılaşmaya əsasən ilkin ödəniş olmayıb İddiaçı 2 il idi ki, evi sata bilmədiyindən Cavabdeh aylıq 700 ABŞ dollar ödəmək şərtilə kreditə vermiş və hər ilin yanvar ayında 10.000 ABŞ dollar, ayda isə 700 ABŞ dollar ödəmə şərti ilə tərəflər razılaşmışlar. Daha sonra cavabdeh kommunal xidmət haqlarını onun adına olmadığını öyrənəndə ödənişləri dayandırmış və kommunal müqavilələri, evin sənədlərini onun adına keçirməsini tələb etmişdir. Lakin i ddiaçı hər dəfə onu yola verməyə başlamış və evi sənədləşdirməmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

13. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Namiq Məmmədov onun 3 hektar torpaq sahəsinin olduğunu demişdir.

14. Məhkəmə iclasında şahid Vüqar Sadıqov ifadə verərək bildirmişdir ki, o, evi 2017-ci ildə yarı tikili vəziyyətdə 34.000 manata almışdır. Evdə qaz, işıq, su olmayıb. Evin təmirinə 35.000 manat pul xərcləmişdir. Daha sonra çox xərcləri olduğundan evi iddiaçıya satmış və kommunalları iddiaçının adına keçirtmişdir. O, evi qonşuluqda qalan bir şəxsdən etibarnamə əsasında almışdır. Etibarnaməni ona kimin verməsi yadında deyil. Evin alınması ilə bağlı rə smi alğı-satqı müqaviləsi yoxdur.

15. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdirmişdir ki, cavabdehlə bir yerdə maqazində işləmişlər. O, iddiaçını cavabdeh ondan ev alan vaxt görmüşdür. Cavabdeh iddiaçıya 1.500-1.700 manat məbləğində pul ödəyirdi, hətta evin pulunu kart vasitəsilə ödəyirdi.

16. Məhkəmə iclasında şahid X14 ifadə verərək bildirdirmişdir ki, cavabdehlə 6 ildir ki, qonşudur, onu çoxdan tanıyır. Kənanı görməmiş, amma ev sahibi kimi tanıyırdı. Aytəkin hər ay Kənanın tanışı Vəliş adlı şəxsə 1.500-1.700 manat məbləği arasında pul ödəyirdi.

17. Cavabdeh xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 32.000 ABŞ dolları pulun (ödəniş gününə manatın məzənnəsi ilə), 16.716 manat 10 qəpik məbləğində evin təmirinə xərclədiyi pulun və 304 manat dövl ət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia üzrə ərizənin və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizə verilmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə mülki iş baxılmamış saxlanılaraq ərizə geri qaytarılmışdır.

19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-4247/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi təmin edilməmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşırılması zamanı işin mübahisəsiz halı ondan ibarət olduğu müəyyən edilir ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, X22 ünvanında kı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur.

21. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından onun həmin ev ilə bağlı, yəni belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddia bu əsasla rədd edilməlidir.

22. Məhkəmə qeyd etmişdir ki, həmçinin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi hal-hazırda cavabdehin sahibliyindədir. İddiaçının mübahisəli torpaq sahəsinə iddia etməyə əsas verən yeganə sənədi ona Namiq Məmmədov tərəfindən verilən etibarnamədir. Qeyd olunan etibarnamə ilə Namiq Məmmədov ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, X22 ünvanında yerləşən ümumi sahəsi 3,0 ha torpaq sahəsinin 200 kv.m. təyinatı üzrə istifadə etməyi, torpaq sahə si üzərində tikilmiş tikililərin gələcəkdə tam özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə ilə İddiaçı istifadəsinə verilmiş 200 kv.m. torpaq sahəsinin 3,0 ha torpaq sahəsinin hansı hissəsindən ayrıldığı və ya İddiaçı istifadəyə verilmiş 200 kv.m. torpaq sahəsinin doğurdanda hazırda mübahisə olunan tikilinin yerləşdiyi torpaq sahəsi olması heç bir sənədlə təstiq edilmir. 200 kv.m. torpaq sahəsinin İddiaçı təhkim edilməsini təsdiq edən heç bir hüquqmüəyənedici sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı ona məxsus torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması tələbi ilə məhkəməyə müraciət etsə də, qeyd olunan maddənin tələblərinə görə belə iddia irəli sürülməsi üçün onun ilk öncə mülkiyyətçisi olmalıdır. Lakin, iddiaçının nə qeyd olunan evə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. İddiaçı etibarnamə əsasında evi aldığına istinad edir, lakin hər kəsə məlum olan haldır ki, hər hansı bir əmlaka mülkiyyət hüququ əldə edilməsinin qanuni əsasları sırasında etibarnamə ilə torpaq sahəsi alınması nəzərdə tutulmamışdır. Torpaq sahəsinə dair iddiaçıya verilmiş etibarnamə yalnız təmsilçilik xarakteri daşıyır və mülkiyyət hüququ vermir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddia predmeti olan daşınmaz əmlak özbaşına tikilidir. Nəticə olaraq iddiaçı sözügedən mübahisəli evlə bağlı satmaq, icarəyə vermək və ya onunla bağlı hər hansı iddia irəli sürmək hüququna malik deyil. Bu səbəbdən də, cavabdehə qarşı “evdən çıxarılma” tələbi rədd edilməlidir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 157.2, 157.4, 180.1, 180.2, 362.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 30 iyun 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instans iyası məhkəməsindəki icraat:

24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddia tələbinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, onun fərdi yaşayış evini, hətta çıxarış olmasa belə, Vüqar Sadıqov adlı şəxsdən satın aldığı işin mübahisəsiz halıdır. Deməli, o, vəsait ödəyərək bir əmlak alıb və indiyədək nə dövlət orqanları, nə də ki, hər hansı üçüncü şəxs onun həmin evə sahiblik və ondan istifadə etməsinə etiraz etməyib. Başqa sözlə, onun fərdi yaşayış evinə münasibətdə sahiblik və istifadə hüquqları ümumiyyətlə mübahisə predmeti olmayıbdır. Buna müqabil, cavabdeh həmin evə 1 manat belə ödəməyib, ancaq məhkəməyə görə, c avabdeh evə sahiblik edə, ondan istifadə və faydalana bilər?! Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə açıq-aşkar ədalətsizdir. Cavabdeh ona məxsus evi tərk etməlidir. Hakimin iddianı rədd etməsinə səbəb onun həmin evə dair mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması və subyektiv hüquq olmamağıdır. Halbuki, onun adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, mübahisənin həllinin başqa yolunun olmaması səbəbindən mübahisə ancaq məhkəmə yolu ilə həll oluna bilərdi. Bu səbəbdən də, məhkəmə digər vasitələrlə evin kimə məxsus olduğunu müəyyən etməli idi. Əmlakın sənədi olmasa da, əmlakın kimə məxsus olduğunu digər üsullardan, yəni cavabdehin həqiqətən də əmlakın ondan aldığını təsdiqləməsi, aralarında yazılı əqdin olması, kommunalların onun adına olması, torpağa dair etibarnaməmin o lması faktları ilə müəyyən edərək, mülkiyyət hüququnu tanıyaraq onun xeyrinə qətnamə qət etməli idi.

26. Apellyasiya instansiya məhkəməsi tərəfindən X19, X16, X15 və X12 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı suallara cavab olaraq bildirmişdir ki, cavabdeh onun mağazasında işçisi olmuşdur. Evi ayda 700 ABŞ dollar ödəmək şərti ilə 50.000 ABŞ dollarına satmışdır. Əlavə olaraq cavabdeh ondan 20.000 manat borc almışdır. Bu borcu götürməzdən əvvəl razılaşmaya uyğun olaraq aylıq 700 ABŞ dolları az-az ödəyirdi. Cavabdeh faizləri ödəmədi, pulu geri tələb etdikdə isə geri vermədi. Cavabdehə borc pul verəndə iki ildir ki, o evdə yaşayırdı. Ona ödənilən bütün pullarla bağlı qol çəkmişdir. Həmin evi tikili vəziyyətdə almışdır.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, həmçinin müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X11 və X5 qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq Cavabdeh bildirmişdir ki, övladı xəstə olanda iddiaçı ona 20.000 manat faizə pul verib. 20.000 manat əvəzində 44.000 manat pul ödəmişdir. Evi xx.xx.2018-ci il tarixdə, ilkin ödəniş etməməklə aybaay 700 ABŞ dolları ödəmək şərtilə 50.000 ABŞ dollarına almışdır. 7 ildir ki, həmin evdə yaşayır. 20.000 manat borcu isə 2021-ci ildə faizə almışdır. İddiaçı məhkəməyə müraciət etdikd ən sonra mübahisələri yaranmışdır. O, iddiaçıdan evlə bağlı sənədləri tələb etmiş, sənədləri təqdim etsə pulun hamısını ödəyəcəyini bildirmişdir. Evə görə 32.000 ABŞ dolları ödəniş etmişdir. 20.000 manat borcla bağlı isə tam olaraq ödəniş etmiş, əlavə olaraq 24.000 manat da ödəmişdir. Bir dəfə borc almış və ödəmişdir. Birbank hesabları ilə birlikdə 44.000 manat pul çıxır. “Kapitalbank”dan çıxarışlar məhkəməyə təqdim edilmişdir. Öz kartından iddiaçının adına olan karta ödəniş etmişdir. Evə 32.000 ABŞ dolları pul ödəmiş, qalan 18.000 ABŞ dollarını torpaq iddiaçıya məxsus olmadığı üçün ödəmir. Evi alanda torpağın kimə məxsus olmasına dair iddiaçı ona heç bir sənəd göstərməmişdir. Evin sənədi olmadığından pulunu tam ödəmir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irə li sürməyən üçüncü şəxs Namiq Məmmədov apellyasiya şikyətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirdi ki, orada 3 hektar torpaq sahəsi olmuşdur. Torpaq sahələri ilə bağlı bütün hərəkətləri sürücüsü icra edirdi. Ona etibarnamə vermişdir. Vüqar adlı şəxsə tərəfindən etibarnamə verilməmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı məhkəmə iclasında Vüqar Sadıqov onu tanımadığını bildirdi. Torpağı kimdən aldığını soruşanda qonşusundan aldığını bildirdi. Onun tərəfindən verilən etibarnamə əsasında üçüncü şəxsə etibarnamə verilə bilməz. Etibarnamə verdiyi şəxslərdən bəzilərinə torpaq sahəsini satmış, bəzilərinə isə bağışlamışdır. Onun torpağına girmişlər. Orada torpaq sahəsi çoxdur, cavabdehin yaşadığı mübahisə predmeti olan evdən xəbəri yoxdur. X17 onun sürücüsüd ür. O, Amidə etibarnaməni başqa şəxsə etibarnamə vermək səlahiyyəti ilə vermişdir. Sürücüsü də çıxarışda qeyd olunan ilk şəxsə satmışdır. Onun ev və torpaqla bağlı iddiası yoxdur. Vüqar Sadıqovu isə tanımır.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vüqar Sadıqov suallara cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsini qonşusundan almış, evi özü tikmiş, tam təmir etmişdir. Mətbəx mebeli və yataq dəstləri də evdə olmuşdur. Təxmini 2017-ci ildə evi 74.000 manata İddiaçı satmışdır. Həmin torpaq sahəsini alanda orada yarıtikili ev olmuşdur. Yaşamağa tam yararlı vəziyyətə gətirdikdən sonra, divar kağızları vurulmuş, mebellər ilə təchiz olunmuş, hamamı hazır vəziyyətdə və həyəti tamet daşları ilə döşənmiş şəkildə satmışdır. Həmin dövrdə bu işlə məşğul idi. Namiq Məmmədov adlı şəxsi tanımır.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-612/24 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Akif İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X22 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatının və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində döv lət rüsumunun 25 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X22 ərazisində 3,0 ha torpaq sahəsi xx.xx.2008-ci ildən başlayaraq Namiq Məmmədova 99 il müddətinə 1260 nömrəli müqavilə əsasında icarəyə verilmiş, həmin torpaq sahəsinin 200 kv.m. hissəsi etibarnamə əsasında faktiki olaraq özgəninkiləşdirilmişdir. Belə ki, Namiq Məmmədov ilk olaraq xx.xx.2012-ci il tarixdə eti barnaməni Amid İbrahimova, sonuncu xx.xx.2014-cü il tarixdə Ramil Hüseynova, sonuncu xx.xx.2017-ci il tarixdə Eldəniz Kərimova, sonuncu xx.xx.2017-ci il tarixdə Vüqar Sadıqova, sonuncu isə iddiaçıya vermişdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən iş üzrə mübahisə predmeti barəsində üçüncü şəxs qismində cəlb edilmiş Namiq Məmmədov kollegiyanın iclasında həmin torpaq sahəsini sürücüsü Amid İbrahimov vasitəsilə satdığını, üçüncü şəxs Vüqar Sadıqov isə sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa edərək təmirli və mebel ilə təchiz edilmiş şəkildə iddiaçıya 74.000 manata satdığını təsdiq etmişlər. Cavabdehin özü tərəfindən təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər qeyd olunan fərdi yaşayış evinin nisyə alğı-satqısına dair razılığa g əlmişlər və bunu yazılı formada rəsmiləşdirmişlər. Razılığa əsasən cavabdeh evin dəyərini təşkil edən 50.000 ABŞ dolları məbləğində vəsaiti 3 il müddətinə hər ay 700 ABŞ dolları olmaqla hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi tam icra edə bilməmiş, 2022-ci ilin may ayından başlayaraq hər ay iddiaçıya 700 ABŞ dolları məbləğində vəsait ödəməyi vəd etsə də, buna əməl etməmişdir. Tərəflər arasında borc münasibətləri də olmuş, cavabdehin iddiaçıya fərdi yaşayış evinə görə 26.200 ABŞ dolları, borc müqaviləsi üzrə 13.755 manat borcu qalmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh evə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, iddiaçı tərəfindən aldadıldığından evin dəyərindən 32.000 ABŞ dollarını ödədiyini, qalan hissəsini isə ödəmədiyini bildirmişdir.

34. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının sahibliyində olan fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmadığından, onun qanunvericiliyin tələblərinə uyğun olaraq alğı-satqısının notariat qaydasında rəsmiləşdirilməsi qeyrimümkündür. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bununla belə, qanunvericilikdə dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlaka dair sərəncam verilməsi ilə bağlı müddəalar nəzərdə tutulmasa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməs inə əsas verə bilməz.

35. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər iddiaçının sahibliyində olan fərdi yaşayış evinin alğı-satıqısına dair üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və bunu yazılı formada rəsmiləşdirmişlər. İddiaçı tərəfindən fərdi yaşayış evi cavabdehə təhvil verilsə də, cavabdeh evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəməmişdir. İddiaçının isə verilmiş fərdi yaşayış evinin dəyərinin ödənilməsini və ya evin qaytarılmasını tələb etmək hüququ vardır.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin üç il ərzində evə dair ödənişlər etməsi, sonradan ödənişlə bağlı iddiaçıdan müddətin uzadılmasını xahiş etməsi kimi işin halları onu deməyə əsas verir ki, onun evə dair hüquqmüəyyənedici sənədlərin olmadığından xəbərsiz olması, iddiaçının onu a ldatması inandırıcı deyil.

37. O da qeyd edilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən qarşılıqlı iddia verərək iddiaçıdan ödədiyi vəsaiti tələb etsə də, sonradan qarşılıqlı iddiasını geri götürmüşdür.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin faktiki sahibi olduğundan onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.

39. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı fərdi yaşayış evindən cavabdehlə yanaşı ailə üzvlərinin də çıxarılması tələbini irəli sürmüşdür. Lakin həmin tələb qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış, iddiaçı həmin şəxsləri müəyyən edib cavabdeh kimi işə cəlb etməmişdir. Halbuki, MPM-in 149.2-ci maddəsinə əsasən iddia ərizəsində tələbin yönəldiyi şəxslərin - cavabdehlərin soyadı, adı, a tasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, o cümlədən, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

40. Bundan başqa qeyd edilmişdir ki, cavabdehin fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbinin təmin edilməsi, eyni zamanda onun yetkinlik yaşına çatmayan ailə üzvləri X15 və X5 yaşayış yerləri cavabdehin yanı olduğundan faktiki olaraq həmin evdən çıxmaları ilə nəticələnəcəkdir.

41. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 159, 160, 163.1, 164.1, 165.1, 166.3, 385.1, 425.1, 425.2, 442, 443.1, 443.5, 448.1, 448.2, 460.1, 567, 598.2, 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 119.5, 149.2, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinad etmişdir. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

42. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, X22 ünvanındakı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur. İddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından onun həmin ev ilə bağlı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçının mübahisəli torpaq sahəsinə iddia etməyə əsas verən yeganə sənədi ona Namiq Məmmədov tərəfindən verilən etibarnamədir. Qeyd olunan etibarnamə ilə X10ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, X22 ünvanında yerləşən ümumi sahəsi 3,0 ha torpaq sahəsinin 200 kv.m. təyinatı üzrə istifadə etməyi, torpaq sahəsi üzərində tikilmiş tikililərin gələcəkdə tam özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi iddiaçıya etibar etmişdir. Etibarnamə ilə iddiaçının istifadəsinə verilmiş 200 kv.m. torpaq sahəsinin 3,0 ha torpaq sahəsinin hansı hissəsindən ayrıldığı və ya İddiaçı istifadəyə verilmiş 200 kv.m. torpaq sahəsinin doğrudan da hazırda mübahisə olunan tikilinin yerləşdiyi torpaq sahəsi olması heç bir sənədlə təsdiq edilməmiş, torpaq sahəsinə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı torpaq sahəsinin qanuni sahibi də hesab oluna bilməz. Çünki ona verilən etibarnamə sahibliyə əsas vermir və söhbətin Namiq Məmmədova məxsus torpağın hansı hissəsindən getməsi də bəlli deyil. Qanunvericilik isə qanuni sahibliyə təminat vermir. Qanunsuz sahiblik isə dövlət tərəfindən qorunmur və müdafiə olunmur. Apellyasiya instansiya məhkəməsi yanlış olaraq isə iddiaçını mülkiyyətçi hesab etmiş və onun subyektiv hüququnun olması qənaətinə gəlmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, öz mülkiyyətində olmayan əmlakı mülkiyyərtinə verməmişdir. Belə olduğu təqdirdə məhkəmə yanlış olaraq öhdəlikləri icra etməməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamış, məhkəmə təqdim etdiyi sübutlara d üzgün hüquqi qiymət verməmiş, yalnız iddiaçının heç nə ilə təsdiq edilməyən izahatlarını əsas götürmüş, məhkəmə tikintitexniki ekspertizası təyin etməli olduğu halda, bunu etməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsipinə riayət edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

44. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, həmçinin üçüncü şəxslər Namiq Məmmədov və Vüqar Sadıqov cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etirazlar verərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

45. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq v ə vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

46. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

47. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

48. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

49. Maddə

160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

50. Maddə 163.1. Sahib lik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

51. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

52. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

53. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

54. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

55. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

56. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

57. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır

58. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələbl ərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

59. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

60. Maddə 67 (4-cü hissə). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların möv cud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

63. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

67. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə iddianın təmin edilməsi hissəsində tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq ol unmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

75. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, Abşeron rayonu, X22 ərazisində 3,0 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixindən başlayaraq Namiq Məmmədova 99 il müddətinə müqavilə əsasında icarəyə verilmiş, icarə hüququ qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. Namiq Məmmədov ona icarə hüququ ilə verilmiş 3,0 ha olan həmin torpaq sahəsindən 200 kv.m. hissəsinə dair ilk olaraq xx.xx.2012-ci il tarixdə Amid İbrahimova, Amid İbrahimov öz növbəsində xx.xx.2014-cü il tarixdə Ramil Hüseynova, Ramin Hüseynov öz növbəsində xx.xx.2017-ci il tarixdə Eldəniz Kərimova, Eldəniz Kərimov isə öz növbəsində xx.xx.20 17-ci il tarixdə Vüqar Sadıqova etibarnamə vermişlər. X3 sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsindən 200 kv.m. dair hissəsinə qüvvədə olan qanunvericiliyə əsasən təyinatı üzrə müvafiq sənədləşdirmə işi aparıldıqdan sonra özəlləşdirmək, bütün sənədləşmə işlərini yerinə yetirmək, imza etmək, torpağa və tikiliyə reyestrdən çıxarış almaq, zərurət yaranarsa bununla əlaqədar məhkəmədə çıxış etmək, üzərində yüklülük olmadığı halda istənilən sərəncamı vermək, o cümlədən satmaq, pulunu almaq, dəyişmək, ipoteka qoymaq, bağışlamaq səlahiyyətləri etibar edilmişdir. İddiaçıya Vüqar Sadıqov tərəfindən 200 kv.m. torpaq sahəsinə dair etibarnamə verilərkən torpağın üzərində özbaşına inşa edilmiş fərdi yaşayış evi olmuşdur. İddiaçının fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyy ət hüququnu təsdiq edəcək sənədi yoxdur. 31 mart 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında qeyd olunan torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuş, iddiaçı evi cavabdehə 50.000 ABŞ dolları pul vəsaitini ayda 700 ABŞ dolları olmaqla hissə-hissə ödəmək şərti ilə satıb, evi həmin tarixdə cavabdehə təhvil verməyi, cavabdeh isə həmin pulu qeyd olunan qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüş, iddiaçı razılaşdırılmış tarixdə həmin evi cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. 31 mart 2018-ci il tarixdən etibarən halhazıradək mübahisəli evdə faktiki olaraq cavabdeh yaşayır.

76. İddiaçı mübahisəli tikilinin ona məxsus olduğunu iddia edərək fərdi yaşayış evindən cavabdehin və ailə üzvlərinin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, iddia tələbinin əsası kimi həmin ünvanda yerləşən Namiq Məmmədova icarə hüququ ilə verilmiş torpağın 200 kv.m. hissəsini üzərində olan fərdi yaşayış evi ilə birlikdə etibarnaməyə əsasən aldığını, həmin evi satmaq qərarına gəlməsini, bu zaman alıcı kimi gələn Cavabdeh ilə sonda razılaşaraq, 31 mart 2018-ci il tarixdə evi cavabdehə 50.000 ABŞ dollarına ayda 700 ABŞ dolları olmaqla hissə-hissə ödəmək şərti ilə satdığını, aralarındakı razılaşmaya əsasən əgər cavabdeh evin pulunu 1 ildən sonra ödəməsə, ödənilən pulların kirayə pulu kimi hesablanaraq evdən çıxacağını qəbul etdiyini, həmin vaxtdan akt tərtib edərək evi cavabdehin istifadəsinə verməsini, cavabdehin evə köçdüyünü, cavabdehə evin pulunu tam ödəmək üçün bir müddət vaxt verdiyini, cavabdehin bir müddət də kira yə ödənişi etməklə onun evində qalmasını, daha sonra isə ümumiyyətlə ödəniş etmədiyini, sonradan ödənişi dayandırdığına görə evdən çıxarmaq istəsə də, həmin ünvandan çıxara bilməməsini, cavabdeh tərəfindən 5 il 4 ay ərzində ona 15.700 ABŞ dolları pul verildiyini göstərərək, istinad etdiyi halların sübutu kimi məhkəməyə Vüqar Sadıqovun ona xx.xx.2017-ci il tarixdə verdiyi etibarnaməni və şahid ifadələrini təqdim etmişdir.

77. Cavabdeh isə iddiaya etirazının əsası kimi Sabunçu rayonu, X22, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evini iddiaçıdan 50.000 ABŞ dolları məbləğə, hər ay 700 ABŞ dolları məbləğində pul ödəmək şərti ilə aldığını, həmin puldan artıq bugünki günə 32.000 ABŞ dolları ödəniş etməsini, iddiaçının bunu öz imzası ilə təsdiq etməsini, aralarında olan razılaşmaya əsasən ilkin ödəniş olmadığını, iddiaçının 2 il idi ki, evi sata bilmədiyindən ona aylıq hissə-hissə ödəmək şərtilə kreditə verməsini və hər ilin yanvar ayında 10.000 ABŞ dolları, ayda isə 700 ABŞ dolları ödəmə etdikdən sonra kommunal xidmət haqlarının onun adına olmadığını öyrənəndə ödənişləri dayandırmasını və kommunal müqavilələri, evin sənədlərini onun adına keçirməsini tələb etməsini, lakin iddiaçının hər dəfə onu yola verməyə başlamasını və evi sənədləşdirməməsini, hazırki iddianı qaldırdığını bildirməsini, yaşadığı fərdi yaşayış evi üzrə sahiblik hüququnun təsdiqi kimi kommunal ödənişlərin onun adına olduğuna, iddiaçıya pulu ödəməsi ilə bağlı qeydiyyatı ayrıca dəftərdə yazıb hər ikisinin imzalamasına istinad etmişdir.

78. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iddiaçının mübahi səli torpaq sahəsinə dair iddia etməsinə əsas verən yeganə sənədinin ona Namiq Məmmədov tərəfindən verilən etibarnamə olmasını, etibarnamə ilə isə iddiaçının istifadəsinə verilmiş 200 kv.m. torpaq sahəsinin 3,0 ha torpaq sahəsinin hansı hissəsindən ayrıldığını və ya iddiaçıya istifadəyə verilmiş 200 kv.m. torpaq sahəsinin doğurdanda hazırda mübahisə olunan tikilinin yerləşdiyi torpaq sahəsi olmasının heç bir sənədlə təstiq edilmədiyini, iddia predmeti olan daşınmaz əmlakın özbaşına tikili olmasını, iddiaçının ona məxsus torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması tələbi ilə bağlı iddia irəli sürülməsi üçün onun ilk öncə mülkiyyətçisi olmalı olmasını, lakin iddiaçının nə qeyd olunan fərdi yaşayış evinə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun olmamasını, hər hansı bir əmlaka mülkiyyət hüququ əldə edilməsinin qanuni əsasları sırasında etibarnamə ilə torpaq sahəsi alınmasının nəzərdə tutulmamasını, torpaq sahəsinə dair iddiaçıya verilmiş etibarnamənin yalnız təmsilçilik xarakteri daşımasını və mülkiyyət hüququ verməməsini, iddiaçının sözügedən mübahisəli evlə bağlı satmaq, icarəyə vermək və ya onunla bağlı hər hansı iddia irəli sürmək hüququna malik olmamasını, bununla da iddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədinin olmamasını, bununlada onun həmin ev ilə bağlı belə bir iddia qaldırmağa subyektiv hüququnun olmamasını qeyd etmişdir.

79. Apellyasiya instansiyası məhkəməsi isə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin izahatlarına, Nam iq Məmmədova icarəyə verilmiş 3,0 ha torpaq sahəsinin 200 kv.m. hissəsinin sonda iddiaçıya verməsi barədə etibarnaməyə, eləcə də tərəflərin iddiaçının sahibliyində olan fərdi yaşayış evinin alğı-satıqısına dair üzərlərinə qarşılıqlı öhdəliklər götürmələrini və bunu yazılı formada rəsmiləşdirmələri badədə dəftərdə qeyd olunanlara mötəbər sübutlar kimi yanaşaraq, iddiaçı tərəfindən fərdi yaşayış evinin cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdehin evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəməməsini, iddiaçının isə verilmiş fərdi yaşayış evinin dəyərinin ödənilməsini və ya evin qaytarılmasını tələb etmək hüququnun olduğunu qeyd edərək, cavabdehin üç il ərzində evə dair ödənişlər etməsini, sonradan ödənişlə bağlı iddiaçıdan müddətin uzadılmasını xahiş etməsi kimi işin halları nı nəzərə aldığını göstərmiş, cavabdehin evə dair hüquqmüəyyənedici sənədlərin olmadığından xəbərsiz olmasını, iddiaçının onu aldatmasını inandırıcı hesab etməmiş, iddiaçının mübahisəli fərdi yaşayış evinin faktiki sahibi olduğunu qəbul edərək onun hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması barədə qənaətə gəlmiş, iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.

80. Məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsinin və üzərində özbaşına olaraq inşa edilmiş fərdi yaşayış evinin qanuni sahibi olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır.

81. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə, tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, bu zaman iddiaçının mübahisəli evi 31 mart 2018-ci ildə nisyə olaraq pulunu hissə-hissə ödəmək şərti ilə cavabdehə satmasını, razılaşdıqları həmin vaxtdan evi cavabdehin faktiki sahibliyinə verməsini, evə görə razılaşdırılmış məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini, mübahisəli evdə uzun müddət cavabdehin yaşayaraq evə faktiki sahiblik etməsini, iddiaçının isə qalan hissədə pulu cavabdehdən ala bilməməsi ilə bağlı onunla münaqişəli vəziyyət yarandıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsini, yəni iddiaçının tələbinin əslində cavabdehin ona ödəməli olduğu pulun qalan hissəsinin alınmasına yönəlməsini nə zərə almamışdır.

82. Bundan başqa apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iddiaçının sahibliyində olan fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmadığından, onun qanunvericiliyin tələblərinə uyğun olaraq alğı-satqısının notariat qaydasında rəsmiləşdirilməsinin Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən qeyri-mümkün olması qənaətinə gəlsə də, digər tərəfdən Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyinin məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməməsi barədə nəticəyə gəlmiş, iddianı təmin edərkən mübahisələndirilən fərdi yaşayış evinin özbaşına tikili olmasına baxmayaraq, mülki qanunvericiliyin alğı-satqı müqaviləsindən irəli gələn normalarına (Mülki Məcəllənin 567, 598.2, 600.4-cü maddələri) istinad etmiş, bununla da hazırki tələbə mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşmış, iddiaçının əmlaka sahiblik edən şəxs qismində mübahisəli özbaşına tikilidən cavabdehin çıxarılmasını tələb etmək üçün subyektiv hüququnu tanımışdır. Bununla da apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını səhv tətbiq etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi mövqeyini ziddiyyətli şəkildə əsaslandırarkən tərəflərin iddiaçının sahibliyində olan fərdi yaşayış evinin alğı-satıqısına dair üzərlərinə qarşılıqlı öhdəliklər götürmələrini və bunu yazılı formada rəsmiləşdirmələrini, iddiaçı tərəfindən fərdi yaşayış evinin cavabdehə təhvil verilməsinə baxmayaraq cavabdehin evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəmədiyini, iddiaçının isə verilmiş fərdi yaşayış evinin dəyərinin ödənilməsini tələb etmək hüququ olduğunu qeyd etmişdir.

83. Halbuki hazırki mübahisəyə baxılarkən, məhz cavabdehin 31 mart 2018-ci il tarixdən uzun illər ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair xərcləri hansı qaydada və kimin adına ödəməsi halları da araşdırılaraq, mübahisəli özbaşına tikiliyə faktiki sahibliyin müəyyənləşdirilməsi cavabdehə münasibətdə tədqiq edilməli, cavabdehin mübahisəli tikilidən çıxarılması məsələsinə qiymət verilərkən onun həmin ünvandakı tikilidə illər ərzində fasiləsiz yaşaması ilə yanaşı, həmin evə görə razılaşdırılmış məbləğin xeyli hissəsini iddiaçıya ödəməsi konteksindən yanaşılmalı, iddiaçı ilə cavabde hin arasında olmuş razılaşmanın məhz ödənilməmiş pul məbləği ilə bağlı olmasını təsdiq edən dəftərdə aparılmış qeydlərə düzgün hüquqi qiymət verilməli, ümumiyyətlə hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu məsələsinə düzgün hüquqi qiymət verilməlidir. 84. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmı ş şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementlər i birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

85. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı i rəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir.

87. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

88. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

89. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

90. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən mü ddəalar olmamalıdır.

91. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

92. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

93. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-612/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar