Məhkəmə qərarları › İş №2(102)-2156/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2156/2020

22.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2156/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Məhərrəmova (Eyyubova) Mehriban Yusif qızının vəkili X3 iştirakı ilə, İddiaçı Məhərrəmova (Eyyubova) Mehriban Yusif qızının Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, Cavabdeh Məhərrəmova (Eyyubova) Mehriban Yusif qızının qarşı “mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13826/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhərrəmova (Eyyubova) Mehriban Yusif qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3 azyaşlı uşaqları – xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37saylı mənzilindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Mə hkəməsinin 2(004)-2191/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilmiş, iddiaç İddiaçı 3 azyaşlı uşaqları – xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilinə köçürülməsi, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. (hakim Emin Mehdiyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13826/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2191/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi) Xumar Mərdanova, Elnur Həsənov) Cavabde h və vəkili X1 şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)13826/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Əmlak bölgüsü və istifadə qaydası müəyyən edilmədən məhkəmə iddiaçını bütün mənzilə köçürməklə cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı Məhərrəmova (Eyyubova) Mehriban Yusif qızının vəkili X1 şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı və vəkili (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlərin kassasiya şikayətitəmin edilmə məli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia tələbinin əsası kimi cavabdehlə birgə nikah müddətində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilin əldə etməsinə, mənzilin cavabdehlə onun ümumi mülkiyyətində olmasına, xx xxxxxx 2018-ci il tarixində onun evdə olmamasından istifadə edən cavabdehin mənzilin qıfılını dəyişərək onu evdən çıxarmasına, bununla da mülkiyyət hüqularının pozulmasına istinad etmişdir. Tələbin hüquqi əsası kimi ididaçı Mülki Məcəllənin 152.1 və 157-ci maddələrini göstərmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiasında mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən tərəflər in xx xxxxxx 2005-ci ildə nikaha girmələrini, bu nikahdan onların 3 övladının olmasını, xx xxxxxxx 2011-ci ildə, yəni birgə nikah vaxtı tərəflərin Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilini alqı-satqı müqaviləsi ilə əldə etmələrini, mənzilin xx xxxxxx 2011-ci il tarixdə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh adına qeydiyyatdan keçməsini, hazırda Cavabdeh iddiaçının mənzildə yaşamasına mane olmasını, eləcə də qarşılıqlı iddia üzrə mənzil üzərində tərəflərin paylarının müəyyən edilməməsini müəyyən edərək, ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 213, 225.1-ci, Ailə Məcəllənin 32.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəm ə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İlk iddia tələbi iddiaçının cavabdehlə birgə nikah müddətində əldə etdikləri ümumi mülkiyyətdə olan mənzildən iddiaçının istifadəsinə cavabdehin yaratdığı maneələrin aradan qaldırılması ilə bağlı olub, neqator iddia (əmlakdan istifadəyə maneələrin aradan qaldırılması) tələbidir. İlk iddia tələbi üzrə işin apelyasiya instansiyası tərəfindən müəyyən edilən mübahisəsiz halı da ondan ibarətdir ki, tərəflər xx xxxxxx 2005-ci ildə nikaha giriblər, bu nikahdan onların, 3 övladı var, xx xxxxxxx 2011-ci ildə, yəni birgə nikah vaxtı tərəflər Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilini alqı-satqı müqaviləsi ilə əldə ediblər, mənzil xx xxxxxx 2011-ci il tarixdə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh adına qeydiyyatdan keçib. Hazırda Cavabdeh iddiaçının mənzildə yaşamasına mane olur. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından o da görünür ki, Cavabdeh da mənzilin ümumi mülkiyyət sayılmasını və cavabdehin mənzildən istifadə etməsinə maneə yaratmasını mübahisələndirməmişdir. Cavabdeh etirazının əsasını mənzildən istifadə qaydaları müəyyən edilmədən belə iddianın təmin edilməməsi təşkil edir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasın ı məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bununla da görünür ki, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk iddia tələbi üzrə mübahisəyə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş hallarına uyğun gəlir. Qarşılıqlı iddia üzrə isə apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən mənzil ü zərində tərəflərin payının müəyyən edilməməsinə və belə olan halda da mənzildən istifadə qaydalarının hazırki vəziyyətdə təmin edilməsinin mümkün olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin bu halına istinadən birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin olunmayan hissəsində də dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Çünki nə qədər ki, tərəflərin mənzil üzərində payları müəyyən edilməyib, başqa sözlə, mənzil üzərində kimin payının nə qədər olması hazırda məlum deyil, hər bir mülkiyyətçi üçün həmin mənzildən ayrıca istifadə qaydalarının müəyyən edilməsi də mümkün deyil. Apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları da Mülki Prosessual Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun olaraq dü zgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlil – əmlak bölgüsü və istifadə qaydası müəyyən edilmədən məhkəmənin iddiaçını bütün mənzilə köçürməklə cavabdehin mülkiyyət hüquqlarını pozması – əsassızdır. Belə ki, paylı əmlak üzərində istifadə qaydası müəyyən edilməməsi, əmlakın bölünməməsi paylı əmlakın digər mülkiyyətçisinə həmin əmlakdan istifadə etməyə hər hansı maneə yarartmır və paylar müəyyən edilib, bölünəndək də mülkiyyətçilər həmin əmlakdan istifadə edə bilər. Əksinə, kassasiyanın bu dəlili Azərbaycan Respublikası Konstitusiyasının 29 və Mülki Məcəllənin 152.1-ci maddəsi ilə nəzərdə tutulan m ülkiyyətdən sərbəst istifadə etmək hüquqları ilə ziddiyyət təşkil edir Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh kassasiya şikayətitəmin edilməməli,apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13826/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar