Məhkəmə qərarları › İş №2(102)-2159/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2159/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2159/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil3, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)7731/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzr ə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 01 dekabr 2017-ci il tarixli müqavilə ilə “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 124 nömrəli mənzilin Cavabdeh sahibliyinə verilməsi ilə bağlı müqavilə bağlanmış və müqavilənin şərtlərinə əsasən mənzilin dəyəri MMC-yə hissə-hissə ödənilmişdir. MMC-nin verdiyi maliyyə arayışlarına əsasən mənzilin dəyərindən 29 yanvar 2018-ci il, 28 fevral 2018-ci il, 02 aprel 2018-ci il tarixlərdə hər ay 1574 manat, 02 may 2018-ci il tarixdə 1580 manat, 31 may 2018-ci il, 03 iyul 2018-ci il, 13 avqust 2018-ci il, 11 sentyabr 2018-ci il və 04 mart 2019-cu il tarixlərdə hər a y 1500 manat məbləğində pul vəsaitləri İddiaçı tərəfindən ödənilmişdir. 11 iyul 2019-cu il tarixdə Cavabdeh ərizə ilə MMC-yə müraciət edərək, qeyd olunan mənzildən imtina etmişdir “Mercedes Benz E200” markalı, **-MG-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40200 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 01 aprel 2018-ci il tarixdə ünvan 2 ünvanında “xxxx” Mənzil-Tikinti Kooperativinin inşa etdiyi binada 1 otaqlı, sahəsi 60 kv.metr təşkil edən 114 nömrəli mənzili alqı-satqı müqaviləsinə əsas ən almışdır. Həmin mənzilə görə, o, hər ay 1574 manat məbləğində pul ödəməli idi. Qeyd etdiyi mənzilə görə kooperativə 16 ay müddətində hər ay 1574 manat məbləğində pul ödənilmişdir. Mənzillə bağlı ödənilən pul məbləğinin 13000 manat hissəsini cavabdehin xahişinə əsasən iddiaçı ödəmişdir. Cavabdeh bildirmişdir ki, ödədiyi məbləği ona qaytaracaqdır, çünki həmin pulu iddiaçı ona borc kimi vermişdir. Alınmış mənzilə görə 16 ay ödəniş etdikdən sonra, cavabdeh mənzili satışa qoymuş və mənzilə görə onun və cavabdeh tərəfindən ödədiyi 36414 manat məbləğində pul vəsaiti kooperativ tərəfindən qaytarılmışdır. Bu zaman Cavabdeh bildirmişdir ki, özünə maşın almaq istəyir, bu səbəbdən onun verdiyi pulu sonra qaytaracaqdır. Cavabdehin mənzilinə görə ödədiyi pul vəsaiti 13000 manat məbləğində pul vəsai tindən əlavə cavabdeh iddiaçıdan şəxsdən 2550 manat məbləğində 2017-ci ilin iyun ayında borc da almışdır. 2019-cu ilin avqust ayında iddiaçının oğlunun adına 69500 manat dəyərində aldığı “Mercedes E200 AMG” markalı, **-MG-*** nömrə nişanlı avtomaşını Cavabdeh adına sənədləşdirmişdir. Qeyd etdiyi avtomaşını almazdan əvvəl Cavabdeh özünə məxsus “KİA Optima” markalı avtomaşını var idi. 03 iyul 2019-cu il tarixdə cavabdeh ona zəng edərək, həmin avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətdiyini bildirmiş və təcili olaraq 4650 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Cavabdeh ona bu məbləği verməyi xahiş edərək, qısa müddətdə bütün borclarını qaytaracağını bildirmişdir. İddiaçı bir həftədən sonra cavabdehə 4600 manat məbləğində borc vermişdir. Cavabdeh 2029-cu ilin noyabr ayında özünə məxsus “KİA Optima” markalı avtomobilini 13300 manat qiymətə satmışdır. Həmin məbləğin 13.000 (on üç min) manat hissəsini ona vermiş və bildirmişdi ki, qalan borcu da ona tezliklə qaytaracaqdır. Hazırda Cavabdeh ona olan borcu 40200 manat məbləğində təşkil edir. Cavabdeh müxtəlif bəhanələrlə borclu olduğu pul məbləğini qaytarmır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(005)1285/2020 nömrəli qətnaməsi ilə (hakim G.Ə.Əsədova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 13802 manat məbləğində borc vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh iddia tələbində tələb etdiyi kimi 40200 manat məbləğində deyil, iş materiallarında olan maliyyə arayışları ilə sübut olunan 13802 manat məbləğində borc vermişdir. İddiaçı dəfələrlə Cavabdeh borcunun qaytarılmasını tələb etmiş, lakin cavabdeh şəxs borcu qaytarmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(005)-1285/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(005)-1285/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-7731/2020 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh qarşı 40200 manat məbləğində borcun qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi cavabdehdən 40200 manat məbləğində pul vəsaitinin tutulması barədədir. İddiaçı bu pulun cavabdehə borc verildiyini, lakin cavabdeh tərəfindən borc müqaviləsi üzrə öhdəliyin yerinə yetirilmədiyini və borcun qaytarılmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında borc münasibətlərinin olduğu qənaətinə gəlmiş, lakin hesab etmişdir ki, bu borcun məbləği iddiaçının tələb etdiyi kimi 40200 manat deyil, 13802 manatdır. Məhkəmə bu mövqeyini iddiaçı tərəfindən 13802 manat məbləğində pul vəsaitinin cavabdehin adından “xxxx” MMC-yə ödənilməsi və bu halın həmin MMC tərəfindən verilmiş maliyyə arayışları ilə təsdiq olunması ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etməmiş, lakin apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı ilə onun arasında hər hansı borc münasibəti olmamış, o, iddiaçıdan heç bir məbləğdə borc almamış və iddiaçı qarşısında hər hansı borc öhdəliyi yoxdur. İddiaçı cavabdehin qızını n atasıdır, aralarında faktiki ailə münasibətləri olmuş, “xxxx” MMC-yə 13802 manat məbləğində pay haqqını iddiaçı könüllü şəkildə ödəmiş, lakin sonradan 05 avqust 2019-cu ildə şirkətdən 20000 manat pulu şəxsən jurnala imza etməklə götürmüş və ona verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin olduğu qənaətinə gəlsə də, iş materiallarında bunu təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Belə ki, iş materialları ilə tərəflər arasında nə şifahi, nə də yazılı formada borc razılaşmasının olması təsdiq edilməmiş, cavabdeh bu halı etiraf etməmiş, iddiaçı isə bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə borc münasibətlərind ən irəli gələn mübahisə deyil və birinci instansiya məhkəməsi həmin mübahisəyə Mülki Məcəllənin öhdəlik və borc münasibətlərini nizama salan 385.1, 390, 442, 443.1, 448, 739.1, 740, 741, 742.1-ci maddələrini tətbiq etməkdə səhvə yol vermişdir. İddia ərizəsindən və iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatdan göründüyü kimi iddiaçı tərəflər arasında borc münasibətlərinin 2017-ci ilin dekabr ayının 1dən sonra yarandığını göstərmişdir. Birinci instansiya məhkəməsi qətnaməni hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 740-cı maddəsinin 30 iyun 2016-cı il tarixədək qüvvədə olan redaksiyasına istinad etmişdir. Yəni, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmayan norma ilə əsaslandırılmışdır. İddiaçının tələbi cavabdehdən 40200 manat borc məbləğinin tutulmas ı barədədir. 740.2-ci maddəsi isə belə olan vəziyyətdə borc müqaviləsinin yazılı formada bağlanmasını tələb edir. Hazırkı işdə cavabdeh borc almasını etiraf etmədiyindən borcun qaytarılmasını sübut etmək vəzifəsindən də azaddır və belə olan vəziyyətdə borc verilməsini sübut etmək vəzifəsi bilavasitə iddiaçının üzərinə düşür. İşdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə borc verilməsini təsdiq edən hər hansı yazılı sübut yoxdur. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı borc münasibətinin olmasını etiraf etmir. İddiaçının təqdim etdiyi 2 nəfər şahidin ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdeh apellyasiya şikayətində həmin şahidləri tanımadığını bildirmişdir. Digər tərəfdən, əqdin yazılı formasına əməl olunmaması şahid ifadələrinə istinad olunmasını istisna edir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri əsaslı saymış və hesab etmişdir ki, bu dəlillər işin araşdırılan halları ilə təsdiq olunduğundan təmin olunmalıdır. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi məhkəmə qətnamələrindən görünür ki, tərəflər arasında aliment və uşaqla ünsiyyət hüququna dair məhkəmə mübahisələri olmuş və həmin mübahisələr üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 05 avqust 2020-ci il tarixli və 25 avqust 2020-ci il tarixli qətnamələr çıxarılmışdır. Həmin qətnamələrin məzmunundan da görünür ki, tərəflər arasında faktiki ailə münasibətləri olmuş, faktik i nikah münasibətindən bir övladları dünyaya gəlmiş, münasibətləri pozulduqdan sonra isə aliment və uşaqla ünsiyyət barədə məhkəmə mübahisələri yaranmışdır. Adı çəkilən qətnamələrdə iddiaçının borc verməsi, cavabdehin isə bu borcu qaytarması ilə bağlı öhdəlik götürməsinə dair heç bir hala rast gəlinmədi. Əksinə, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi tələbinə dair iş üzrə iddiaçı olan İddiaçı iddia ərizəsində bir neçə dəfə cavabdehə avtomobil verməsini, onun və övladının rahatlığı üçün əvvəl öz adına ev alaraq ona verməsini, daha sonra cavabdehə “xxxx”da ev almasını, sonradan sataraq yeni avtomobil almasını qeyd etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-7731/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddianın birinci hissəsi “xxxx” MMC-nin verdiyi sənədlərlə sübuta yetirilmiş, iddiaçı cavabdehin adından onun öhdəliklərini yerinə yetirmiş, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmiş, mənzili satarkən iddiaçının ödədiyi pulları qaytarmamış və əsassız olaraq varlanmışdır. İ ddianın ikinci hissəsi isə ondan ibarət olmuşdur ki, cavabdehin tapşırığı əsasında iddiaçıya etibarnamə verilmiş, iddiaçı cavabdehin tapşırığı əsasında Almaniyadan “Mercedes Benz E200” markalı avtomobil gətirmişdir. Həmin avtomobilə görə iddiaçı 9455 manat gömrük ödənişi, avtomobilin dəyəri olaraq isə 14000 ABŞ dolları (23800 manat) ödəniş edilmişdir. Nəhayət iddianın üçüncü hissəsi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıdan 2550 manat və 4600 manat borc götürmüş və həmin pulu qaytarmamışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. C avabdeh və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hər əkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişm ə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyl əri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarınd a göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bə rpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mənzilə görə ödənilmiş pulun qaytarılmasının rədd olunması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunmamışdır. Qətnamənin qalan hissəsi üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası ilk olaraq ayrı-ayrı vaxtlarda iddiaçının cavabdehə verdiyi 2550 manat və 4600 manat məbləğində pul vəsaitlərin, habelə cavabdehin mülkiyyətdə olan avtomobilə görə ödədiyi pulun qaytarılması hissəsində hüquqi qiymət verərək hesab edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr iddianı qeyd olunan hissələrdə rədd edərkən düzgün nəticəyə gəlmişlər. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehə göstərilən məbləğlərdə pulun verilməsini, eyni zamanda avtomobilin onun hesabına alınmasını iddia etsə də, bunu təsdiq edən, qanunvericiliklə müəyyən edilən yazılı sübutları məhkəmələr təqdim etməmişdir. Cavabdeh isə göstərilən halları qəbul etmir. Halbuki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından ş ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edi r. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdı r. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası iddianın “xxxx” MMC-yə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsində hüquqi qiymət verərkən prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tələbin həmin hissəsinə birinci instansiyası məhkəməsinin qətnaməsində istinad olunmuş maddi hüquq normalarına uyğun, MM-in 739 və 740-ci maddələrinin dispozisiya şərtlərinə uyğun hüquqi qiymət vermişdir. Qeyd olunmalıdır ki, iddiaçı tələbində cavabdehdən “borcun” tutulmasını xahiş etsə də, iddianın əsasını borc müqaviləsi təşkil etdiyini göstərməmişdir. İddiadan görünür ki, iddiaçı cavabdehin üçüncü şəxs qarşısında olduğu öhdəliklərinin onun tərəfindən icrasına əsaslanan münasibətlərdən irəli gələrək, ödənildiyi məbləği geri təl əb etmişdir. Məhkəmə kollegiyası izah edir ki, prosessual qanunvericiliyində “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında irəli sürülmüş mövqeyə görə maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsi məsələsinin yoxlanılması zamanı tərəfin dispozitiv hüququ ilə “Jura novit curia” – “məhkəmə hüququ bilir” müddəası arasında kompromis mövcuddur. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası m əhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin yalnız Azərbaycan Respublikası MM-in 740-cı maddəsinə istinadən iddianın göstərilən hissədə rədd olunmasından ibarət nəticəsi əsassız olmuşdur. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş həmin hissədə yen i araşdırmaya qaytarılmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mənzilə görə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin tutulması hissəsində öhdəliklərin yaranmasının başqa əsaslarının da mövcüd olub-olmaması yoxlanılmalı, cavabdehin iddiaçının qarşısında öhdəliyi yarandığı halda, onun icra olunub-olunmaması məsələlərinə sübutetmə vəzifəsinin bölüşdürülməsi qaydalarına uyğun hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 ok tyabr 2020-ci il tarixli, 2(103)-7731/2020 nömrəli qətnaməsi qismən, yəni iddiaçının mənzilə görə cavabdehin adından “xxxx” MMC-yə ödənilmiş pulun geri qaytarılmasının rədd olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-7731/2020 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar