Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2159/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın və texniki pasportun ləğvi və miras əmlaka vərəsə tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2190/2022 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlərə qarşı iddiası Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixi 2(066)-94/2022 nömrəli qətnaməsi ilə təmin edilmiş, Göygöl rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Göygöl rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış və texniki pasportunun ləğv edilməsi, Göygöl rayonu Tülallar kəndində yerləşən 0.17 ha torpaq sahəsinin, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin torpaq sahəsinin X7 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, X5 miras qalmış əmlakların İddiaçı tərəfindən faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, X5 miras qalmış Göygöl şəhərində yerləşən JN-2525A şəhadətnaməli 0.04 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi, qətnamənin hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi qət edilmişdir. (hakim Qələmdar Abbasov)
2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixi 2(066)-94/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, onların vərəsə kimi tanınması və miras qalmış əmlaka paylarının müəy yən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2190/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixi 2(066)-94/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin olunmuş, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və 53.9 kv.m olan fərdi yaşayış evinin mərhum X4 miras qalan payına X6 (İddiaçı əri) 1/3, Cavabdeh1 1/3, Cavabdeh4 1\3 hissədə payları müəyyən edilmiş, Göygöl rayonu Tülallar kəndində kəndində yerləşən mərhum X4 miras qalan 0.17 ha torpaq sahəsinin X6 (iddiaçı X3 əri), Cavabdeh1 və Cavabdeh4 hər birinin 1/3 hissədə olmaqla payları müəyyən edilmiş, iddia tələb inin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Ədil Məmmədov)
4. İddiaçı 08 fevral 2023-cü il tarixdə kassasiya şikayəti vermiş, həmçinin eyni tarixli ərizə ilə müraciət edərək kassasiya şikayəti verilməsi müddətini ötürdüyünü bildirərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
5. İddiaçı müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini 22 noyabr 2022-ci il tarixdə almışdır. Orta məktəbi bitirmiş, ali təhsili yoxdur. Vəkilə müraciət edərək kassasiya şikayəti tərtib etdirmişdir. Vəkil şikayəti tərtib edəndən sonra ona şikayəti məhkəməyə təqdim etməsini bildirmişdir. O da elə bilib ki, şikayət Göygöl Rayon Məhkəməsinə təqdim edilməlidir. Həm də yaşadığı ünvana yaxın oldu ğu üçün kassasiya şikayətini xx.xx.2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə təqdim etmişdir. 06 fevral 2023-cü il tarixdə şifahi və yazılı qaydada ona bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinə müraciət etsin. Həmçinin, 12 yaşlı oğlu nadir xəstəlikdən əziyyət çəkir, həmin xəstəlik üzrə Azərbaycan Respublikasında say 2 nəfərdir. Odur ki, buraxılmış 13 gün müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2190/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti qaytarılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Ədil Məmmədov)
7. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mü lki işin 158-ci səhifəsində olan müşayiətedici məktuba əsasən sözügedən qətnamə tərəflərə göndərilmişdir. İş materiallarının 162-ci səhifəsində olan poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən məhkəmənin qətnaməsi 18 noyabr 2022-ci il tarixdə etibarnamə ilə bəndinə imza qeyd edilməklə qəbul edilmişdir. Kassasiya şikayətindən və müddətin bərpası barədə ərizədən görünür ki, həmin sənədlər apellyasiya instansiyası məhkəməsinə 08 fevral 2023-cü il tarixdə daxil olmuşdur. Cavabdeh müddət bərpasına dair ərizəsində qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasına üzrlü səbəb kimi kassasiya şikayətinin yanlışlıqla birinci instansiya məhkəməsinə göndərdiyini bildirmişdir. Ərizəyə əlavə edilmiş kassasiya şikayətində olan Göygöl Rayon Məhkəməsinin daxil olma ştampından görünür ki, iddiaçı kassasiya şikayətini 19 yanvar 2023-cü ildə Göygöl Rayon Məhkəməsinə təqdim etmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd edib ki, iş materiallarından belə aydın olur ki, kassasiya şikayəti poçt vasitəsilə rəsmi qaydada verilməmişdir. Həmin sənədə “E.Abbbasov. xx.xx.2023-cü il" qeyd edilərək məhkəmənin daxil olma ştampı vurularaq qəbul olunmuşdur. Halbuki, Azərbaycan Respublikasının Məhkəmələrində X1 Təlimata əsasən, sənədin qeydə alınması onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında zəruri məlumatlar göstərilməklə sənədlərin qeydə alınmasını məhkəmənin kargüzarlıq xidməti və struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları tərəfindən həyata keçirilir. Hər bir sənəd məhkəmədə ancaq bir dəfə qeydə alınır. Daxil olan sənədlər onların məhkəməyə daxil olduğu gün qeydə alınır. Kargüzarlıq xidməti tərəfindən zərf və banderollar açılır, əlavə olunmuş siyahıya uyğunluğu yoxlanılır və sonra iş qovluğunun (məktub və s.) birinci səhifəsinin aşağı sağ küncünə ştamp vurulur. Həmin ştampda sənədlərin məhkəməyə daxil olduğu tarix və müvafiq kitab üzrə sıra nömrəsi göstərilir. Daxil olmuş sənədlər onların qeydə alındığı gün baxılmaq üçün verilməlidir. Kargüzarlıq xidməti daxil olan sənədlər düzgünlüyünün və zərflərin içindəki sənədlərin salamatlığının yoxlanılmasından, onun təyinatı üzrə verilmək üçün hazırlanmasından ibarətdir. Səhvən göndərilən sənədlər aidiyyəti üzrə göndərilir, bu mümkün olmadıqda geri qaytarılır.
9. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdən sonra (həmin s ənədlər verildiyi halda) birinci instansiya məhkəməsi tərəfindən heç bir hərəkət (kassasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyasına göndərilməsi, geri qaytarılması və s.) edilməmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə imzalanmış kassasiya şikayətinin sonuncu vərəqəsinə əlavə edilmiş sənədlərin siyahısında dövlət rüsumu haqqında qəbz yazılsa da, nədənsə, dövlət rüsumunun ödənilməsinə dair həmin qəbz (17 gündən sonra) xx.xx.2023cü il tarixdə tərtib olunmuşdur. Bu da təsdiq edir ki, iddiaçı kassasiya şikayətini vaxtında verməmişdir. Bu işin mübahisəsiz halıdır. Həmin kassasiya şikayətinin xx.xx.2023-cü il tarixdə verilməsinə dair işdə mötəbər sübut yoxdur. Buraxılmış müddətin üzrlü hesab edilməsi üçün heç bir əsaslı hal müəyyən edilməmişdir.
10. Apellyasiya instansiyası məh kəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 133.2, 133.5, 405.0.1-ci maddələri, “K.N.Qəribovun şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı və Azərbaycan Respublikasının Məhkəmələrində X1 Təlimata istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmişdir.
12. Şikayət belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi qərardadında iddiaçının guya prosessual müddəti ötürməsinə istinad edib. Halbuki iddiaçı müddəti ötürməyib; - apellyasiya instans iya məhkəməsi Göygöl rayon məhkəməsinin kargüzarlıq haqqında qanuna riayət etmədiyini, Göygöl rayon Məhkəməsi tərəfindən kassasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərməli olduğu halda, göndərmədiyini, buna görə də kargüzarlıq haqqında Təlimatın tələblərini pozduğunu və bununla da müddətin bərpa edilməməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsinin qərardadından belə qənaətə gəlmək olur ki, Göygöl rayon Məhkəməsi kassasiya şikayətini, apellyasiya instansiya məhkəməsinə aidiyyəti üzrə göndərsəydi, onda müddət ötürülmüş olmayacaqdı. Bu növ qərardad beynəlxalq hüquq normaları ilə zidd və iddiaçının məhkəmədə müdafiə hüququnu məhdudlaşdıran qərardaddır; - apellyasiya məhkəməsinin müddət ötürülmə barədə qərardadı qüvvədə qalarsa, hüquq və azadlıql arı pozulduğu halda, iddiaçının məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququndan mərhum etmiş olacaqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə
134. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir; iddia ərizəsini; qarşılıqlı iddia ərizəsini; iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini; məhkəmə bildirişini; birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; iş üzrə icraatın qurtardığını göstərən qərardadı; məhkəmə əmrini; apellyasiya şikayətinin surətini; kassasiya şikayətinin surətini. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər. Maddə 135.1 Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçi sinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yo l verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hə dləri
14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.
16. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli h esab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 17 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
18. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi iddiaçının müddətin bərpası barədə ərizəsini təmin etməyərkən ona istinad edib ki, iddiaçı kassasiya şikayətini 19 yanvar 2023-cü ildə Göygöl Rayon Məhkəməsinə təqdim etmişdir. Göygöl Rayon Məhkəməsinin daxil olma ştampına əsasən kassasiya şikayəti “E.Abbbasov. xx.xx.2023-cü il" qeyd edilərək qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdən sonra (həmin sənədlər verildiyi halda) birinci instansiya məhkəməsi tərəfindən heç bir hərəkət (kassasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instan siyasına göndərilməsi, geri qaytarılması və s.) edilməmişdir. Bununla da, Azərbaycan Respublikasının Məhkəmələrində X1 Təlimat pozulmuşdur.
19. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının üzrlü səbəb kimi göstərdiyi dəlillərə yalnız birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Məhkəmələrində X1 Təlimatı pozması kontekstində qiymət vermiş, bununla belə, birinci instansiya məhkəməsinin həmin Təlimatı pozmasında iddiaçının hansı təqsirinin olmasına, iddiaçının qeyd etdiyi dəlillərin müddətin buraxılmasında üzrlü səbəb olub-olmamasına aydınlıq gətirməmişdir.
20. Prosessual qanunvericiliyə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bu normanın tələbinə görə məhkəmə müddətin bərpası barədə ərizə vermiş şəxsin üzrlü səbəb kimi göstərdiyi hallara işdəki sübutlar əsasında qiymət verməklə, müddətin üzrlü və ya üzrsüz səbəbdən buraxılması nəticəsinə gəlməli və bunu əsaslandırmalıdır. Hazırki işdə isə qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini birinci instansiya məhkəməsinə verməsi halını müddətin buraxılmasında üzrlü hal olub-olmamasına qiymət vermədən, gəldiyi nəticəni yalnız birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Məhkəmələrində X1 Təlimatı pozması ilə əsaslandırmışdır.
21. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş iddiaçının prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
22. Yuxarıda göstərilənləri və MPM-in 416-418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2190/2022 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş iddiaçının prosessual müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.