Məhkəmə qərarları › İş №2(102)-2159/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2159/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2159/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi üzrə pulun qaytarılması, sübutetmə vəzifəsi, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-360/2025 nömrəli, 2 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 15 iyul 2025-ci il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə sadə yazılı formada borc müqaviləsi bağlanmışdır.

2. Müqaviləyə əsasən İddiaçı Cavabdeh 25000 manat məbləğində pulu borc vermiş, sonuncu aldığı borc məbləğini 6 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür.

3. Mübahisə həmin müqavilə üzrə pulun qaytarılması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) 25000 manat məbləğində pulun və dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, 20 22-ci ilin noyabr ayında iddiaçının əvvəllər tanıdığı Masallı rayon sakini olan cavabdeh ona yaxınlaşaraq borcu olduğundan pula ehtiyacı olduğunu və yaxın vaxtlarda qaytaracağını bildirmişdir. İddiaçı cavabdehə inandığından onunla razılaşmış və borcu cavabdehə yalnız müqavilə ilə verə biləcəyini bildirmişdir, cavabdeh də razılaşmışdır. İddiaçı xx.xx.2022-ci ildə borc müqaviləsi əsasında, cavabdehə 25000 manat borc vermişdir. Müqavilə bağlayarkən aralarında belə razılaşmışlar ki, həmin pulu cavabdeh 6 aya qaytaraçaqdır. Lakin cavabdeh aldığı pulu həmin tarixdə geri qaytarmamışdır. Müqavilə üzrə götürmüş öhdəliklərini cavabdeh pozduğundan bir neçə dəfə telefon danışıqları olmuş, lakin heç bir nəticəsi olmamışdır.

6. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, o, iddiaçını rayonda yüksək faizlə borc pul verən biri kimi tanımışdır. Təxminən 2 il öncə ona təcili pul lazım olmuş, həmin vaxt o, iddiaçıya zəng edib, ondan 6 aya qaytarmaq şərti ilə 4000 manat pul istəmişdir. İddiaçı hər 1000 manata görə əlavə olaraq ondan 300 manat əlavə faiz alacağını bildirmişdir. Məcbur olduğu üçün iddiaçının dediyi şərtlə razılaşmışdır. Yəni, o, 4000 manata görə iddiaçıya əlavə olaraq 1200 manat faiz verməli idi. Beləliklə o, iddiaçıya 6 ay müddətində hər ay 867 manat olmaqla, ümumilikdə 5200 manat qaytaracağı barədə razılaşmışlar. O, iddiaçı ilə 4000 manata görə 2 vərəqdən ibarət və 1 nüsxə olmaqla xx.xx.2022-ci il tarixli borc müqaviləsi bağlamışlar. Həmin müqaviləni hər iki vərəqi borc verən və borc alan tərəfindən imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq o, hər ay iddiaçıya vaxtı-vaxtında pul ödəmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə sonuncu qalıq pulu verəndə iddiaçı ona demişdir ki, ondan 25000 manat almış, 5200 manatını vermiş, hazırda ona 19800 manat borcu qalmışdır. İddiaçıya demişdir ki, ondan 4000 manat pul almışdır və həmin məbləğdən əlavə olaraq 1200 manat faiz qaytarmalı idi. O, iddiaçıya 5200 manat verməklə öz öhdəliyini yerinə yetirmiş olmuşdur. Bundan sonra iddiaçıya verəcək borcu qalmadığını qeyd etmişdir. Bu sözlərdən sonra o, iddiaçı ilə ayrılmışdır. Bu söz-söhbətin üzərindən 2 ilə yaxın vaxt keçəndən sonra iddiaçı onu məhkəməyə vermişdir. Dərhal məhkəməyə yaxınlaşıb, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin surətini əldə etmişdir. İddia ərizəsinə əlavə edilmiş borc müqaviləsi saxtalaşdırıldığı üçün hazırkı iş üzrə sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, onunla iddiaçı arasında xx.xx.2022-ci il tarixdə 2 vərəqdən ibarət borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin hər iki vərəqi borc verən və borc alan tərəfindən imzalanmışdır. Ancaq iddiaçının məhkəməyə təqdim etdiyi borc müqaviləsinin birinci vərəqində heç bir tərəfin (borc verən və borc alan) imzası yoxdur. Belə olan halda həmin müqavilə saxtalaşdırıldığı üçün onun hüquqi əsası yoxdur və sübut kimi qəbul edilməsi yolverilməzdir. Bundan başqa, həmin borc müqaviləsi iddiaçı tərəfindən saxtalaşdırıldığı üçün onun məsuliyyətə cəlb edilməsi vacibdir. Bütün bunlardan sonra o, öyrənmişdir ki, iddiaçının bir neçə şəxsə qarşı buna bənzər hərəkətləri olmuşdur. Hətta belə əməllərə görə onunla bağlı hüquq mühafizə orqanlarına dəfələrlə şikayətlər e dildiyi deyilir.

7. Birinci instansiya məhkəməsi iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizasını təyin etmişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/649 nömrəli ekspert rəyinə görə xx.xx.2022-ci il tarixli borc müqaviləsinin üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir.

9. Masallı Rayon Məhkəməsinin 2(050)-804/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 25000 manat məbləğində pul vəsaiti, ödənilmiş 168 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 25168 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim Zeynal Zeynalov)

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənləşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442, 739 və 740-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin r ədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddiaya qarşı verilən yazılı etirazın yuxarıda qeyd olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh iddiaçıdan aldığı borcu faizi ilə birgə qaytarmışdır, ona borcu yoxdur. Öhdəlik münasibətlərində öhdəliyini icra etmişdir. İddiaçı Masallı rayonunda yüzlərlə şəxslərə qarşı dələduzluq etmiş, hamını saxta müqavilələrə aldadaraq imza etdirməklə külli miqdarda pul mənimsəmişdir. Məhkəmələrin icraatında iddiaçının ayrı-ayrı şəxslərə qarşı onlarla mülki işlər vardır. İddiaçı bank deyil ki, bu qədər borc verir. Bunlar sübut edir ki, iddiaçının fəaliyyəti qanunsuzdur və məhkəmə, əslində bununla bağlı prokurorluğa m əlumat verməlidir ki, həmin şəxsin əməlləri araşdırılsın. İddiaçı müqavilənin birinci vərəqini dəyişib, məbləği saxtalaşdırmışdır. Birinci instansiya məhkəməsində bu məsələ üzrə düzgün araşdırma aparılmamışdır. Bütün hallarda məhkəmə hər iki vərəqi tərəflərin imzası ilə təsdiq edilmiş müqaviləni tələb etməli, onun əsasında araşdırma aparmalı və qətnamə çıxarmalı idi. Məhkəmə tərəfindən müqavilənin sonundakı yazıların və imzanın cavabdehə məxsus olması barədə ekspertiza keçirilmiş, lakin müqavilənin birinci vərəqində olan yazıların, yəni əlyazma xəttlərinin kimə məxsus olması barədə ekspertiza keçirilməmişdir. İmzalara və yazıya baxdıqda açıq aşkar aydın olmuşdur ki, birinci səhifədəki yazılar ona məxsus deyildir, xəttlər arasında gözlə görünəcək fərq vardır. Müqaviləyə sonradan iddiaçı dəy işiklik etmiş, göründüyü kimi məbləğ hissəsi qələmlə sonradan yazılmışdır, hətta müddət hissəsində dəyişiklik də olunmuşdur. Əgər təkrar ekspertiza keçirilsə, müqavilədəki birinci vərəqdəki yazıların başqa şəxs tərəfindən yazılması təsdiq olunacaqdır. Həmin vərəqdə cavabdehin imzası olmalıdır, lakin imzası yoxdur. Həmçinin, məhkəmə sənədlərin texniki ekspertizası keçirməklə birinci vərəqdəki yazıların sonradan icra olunub-olunmamasını müəyyən edə bilərdi. Lakin məhkəmə əsassız olaraq araşdırma aparmadan qətnamə qəbul etmişdir. Bunun üçün mütləq şəkildə ekspertiza keçirilməli və həmin yazıların sonradan icra olunubolunmaması müəyyən olunmalıdır. Məhkəmə zamanı müqavilənin əsli (orjinal) ilə tanış olmağı xahiş etmiş, hakim borc müqaviləsinin əslinin iş materiallarında olmadığını demişdir. Bu na görə iddiaçı məhkəməyə dəvət edilmiş, lakin o, hər dəfə teleqram göndərərək, məhkəmə prosesində iştirak etməmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli borc müqaviləsini ekspertizaya təqdim etmiş, lakin ekspertiza qarşısında məsələlər düzgün qoyulmamışdır. Beləliklə də həmin saxtalaşdırılmış müqaviləni iş üzrə sübut kimi qəbul edən məhkəmə bilərəkdən ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə ilk öncə müqavilənin etibarlılığını yoxlamalı, müqavilə etibarlı deyilsə, onun hüquqi nəticələr yaratması qanuni deyildir.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-360/2025 nömrəli, 2 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Tale Kərimov (s ədrlik edən və məruzəçi), Cahid İmanov, Qasım Əliyev).

16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur.

18. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellya siya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə rəsmi şəkildə bağlamış olduğu müqavilədə göstərilən məbləğdə deyil, daha az məbləğdə borc götürməsini və götürdüyü krediti artıqlaması ilə qaytarmasını bildirsə də, bunları təsdiq edə biləcək hər hansı bir sübutunu birinci instansiya məhkəməsinə verməmişdir.

19. Müqavilənin saxtalaşdırılması dəlilinə gəlincə isə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş sənədlərin texniki ekspertizasının rəyi ilə borc müqaviləsinin üzərində hər hansı bir düzəlişin edildiyi (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386, 427, 448, 442, 445, 739, 740-cı maddələrinə istinadla əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, müqavilənin birinci səhifəsinə diqqətlə baxdıqda borcun qaytarılması müddəasını nəzərdə tutan 2.2.1-ci bənddə açıq aydın görünmüşdür ki, qələmlə düzəliş olunmuş və əvvəlcə 1 il yazılmış, sonradan 6 ay düzəldilmişdir. Bunu görmək üçün ekspert olmağa ehtiyac yoxdur. Lakin ekspertə cinayət məsuliyyəti elan olunmuşdur və ekspert rəyində düzəliş olunmadığını göstərmişdir. Lakin məhkəmə həmin məsələni də a raşdırmamış və ekspertin dindirilməsi zərurəti olduğu halda dindirməmişdir. Ekspert vəzifəsindən sui-istifadə edərək yanlış rəy vermişdir. Məhkəmə isə həmin hissədə ekspert barəsində hər hansı tədbir görməmiş və təkrar ekspertiza təyin etməmişdir. Birinci vərəq qələmlə sonradan doldurulmuşdur və cavabdehin həmin səhifədə imzası yoxdur. Birinci vərəqdəki yazılara baxdıqda aydın olmuşdur ki, onlar başqa şəxs tərəfindən icra olunmuşdur, yəni məhkəmə əslində ekspertizanı düzgün təyin etməmişdir. Birinci səhifədəki əlyazma xətləri ilə ikinci səhifədə olan və cavabdehin xətləri arasında kəskin fərq vardır, həmçinin, ikinci səhifədə borc verən hissəsində əvvəlcə Hüseynzadə yazılmış, sonradan Hüseynov kimi qeyd olunmuşdur, Hüseynzadə soyadı iddiaçının oğluna məxsusdur. Bu hal da onu sübut edir ki, yəqin ki, müqavilə onun oğlu tərəfindən doldurulmuşdur. İddiaçının oğlu - İlkin Hüseynzadə tərəfindən videoçəkiliş formatında müraciət olunmuş və sosial şəbəkələrdə yayılmışdır. Həmin müraciətdə iddiaçının oğlu atasının insanlara qarşı etmiş olduğu qanunsuzluqlardan, faizə pul verməsindən, həmin müqavilələrə saxta məbləğlər yazılmasından həmin məbləğləri sonradan atasının müqaviləyə yazmasını və insanların bu şəkildə aldanmasını göstərmişdir. Lakin həmin videoyazılar məhkəməyə təqdim olunsa da, məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Həmin videoyazılar birbaşa iddiaçının özü və oğlu ilə bağlıdır və oğlunun da soyadı müqavilədəki Hüseynzadə soyadına uyğundur. Lakin məhkəmə həmin halların heç birini araşdırmamışdır. İddiaçının oğlu tərəfindən yayılan video hazırk ı işin məhkəmə icraatında olan dövrə təsadüf etmişdir ki, bu hal da onu göstərmişdir ki, iddiaçı cavabdehə böhtan ataraq, cavabdeh ilə bağlanmış müqaviləni sonradan saxtalaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiya) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiya) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiya) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyi şiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

29. İddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin yazılı iltizamına istinad etmişdir. Cavabdeh isə iddiaya etiraz olaraq əslində iddiaçıdan faizlə 4000 manat borc almasını, qəbzi bu məzmunda yazmasını, aldığı borcu da faizi ilə birgə tam qaytarmasını, iltizamın iddiaçı tərəfindən saxtalaşdırılmasını göstərmişdir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehin ondan 25000 manat borc almasını cavabdehin yazdığı ilztizamla təsdiq etdiyi halda, cavabdeh etirazını əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, sübut etmə yükünü düzgün bölüşdürmüş, apellyasiya şikayətinin dəlillərinə, ekspertizanın rəyinə qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

32. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halla rın, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb və ya etiraz əsaslı hesab edilə bilməz.

33. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmaqla ekspert rəyinin əsassızlığı, müqavilənin saxtalaşdırılması barədədir ki, bu dəlillərə də işə mahiyyəti üzrə, sübutları qiymətləndirməklə baxan məhkəmələr qiymət vermişlər.

34. Beləli klə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-360/2025 nömrəli, 2 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar