Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-216/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlican oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-216/2022 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi ) Bakı şəhəri, 11 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı1 və vəkili Muradov Ədalət Qəzənfər oğlunun, Cavabdeh2 Əlican oğlunun nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlican oğlu, Cavabdeh3 və Cavabdeh4 q arşı qanusuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2557/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN-0059, KOD 80203038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 53 ha payıbəlli torpaq sahəsi İddiaçı1 verilmişdir. Həmin torpaq sahəsinin müxtəlif hissələri qonşuluqda yerləşən torpaq sahələrinin sahbiləri tərəfindən zəbt olunaraq istifadə olunur. Ona görə iddiaçı hazırkı mübahisəni başladaraq zəbt olunmuş torpaq sahəsinin b oşaldılmasını tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qanusuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbini irəli sürərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt edilmiş Lənkəran rayonu, Bürcəli kəndində yerləşən ona və ailə üzvlərinə məxsus 0,53 hektar torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, artıq uzun müddətdir ki, cavabdehlər onun torpağını zəbt etmişlər. O, 1966-cı il tarixdə Lerik rayonu, Hamrat kəndində anadan olmuşdur. Hazırda isə ailə üzvlərilə birlikdə qeyd etdiyi ünvanda yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı na əsasən ona 0,53 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsi barədə 18 may 1998-ci il tarixli JN-0059, KOD 80203038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi ölçülüb, sərhədləri müəyyən edilərək onlara təhvil verilmişdir. Lakin onlar həmin torpaq sahəsindən istifadə etməmişdir. İş üzrə cavabdehlər olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona və ailə üzvlərinə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edərək çəpərə almışlar. Dəfələrlə onlara müraciət edərək bildirmişdir ki, ona və ailə üzvlərinə məxsus torpaq sahəsini boşaltsınlar. Lakin cavabdehlər onun sözlərini qulaq ardına vuraraq hərəkətlərini davam etmişlər. O da onların hərəkətləri barədə icra nümayəndəsinə, torpaq şöbəsinə müraciət etmiş, lakin onun mür aciətlərinin heç bir nəticəsi olmamışdır.
4. Lənkəran Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(049)-94/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Toğrul Məmmədov) iddia qismən təmin edilərək Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN-0059, KOD 80203038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Lənkəran rayonu Bürcəli kəndində yerləşən 0,53 ha payıbəlli torpaq sahəsinin 0.0099 ha hissəsinin Cavabdeh1 tərəfindən, 0.2232 ha hissəsinin (mərhum) Cavabdeh3 ailə üzvləri tərəfindən, 0,0271 ha hissəsinin Cavabdeh4 tərəfindən boşaldılması qət edilmişdir.
5. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin, İ hissə, 29-cü maddəsi İ, İİ və İİİ hissələri; Mülki Məcəlləsinin 152.1 və 152.5; Torpaq Məcəlləsi 84, 111-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti vermişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki. ona məxsus olan torpaq sahəsinin 0.0888 ha hissəsini Cavabdeh2 zəbt etmişdir. Lain, işə baxan məhkəmə bununla bağlı heç bir əsaslanma aparmamış, tələbin həmin hissəsi ilə bağlı dəyərlənldirmə aparmadan iddianı həmin hissədə təmin etməmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev - sədrlik edən və məruzəçi, Q.Kərimov və K.Bəşirov) 29 oktyabr 2020-ci il tarixli 2(10 6)2557/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran rayon məhkəməsinin qətnaməsi Cavabdeh2 qarşı iddianın rədd edilməsi hissəsində ləğv olunaraq, iddia həmin hissədə təmin olunmaqla Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN-0059, KOD 80203038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Lənkəran rayonu Bürcəli kəndində yerləşən 0,53 ha payıbəlli torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt edilmiş 0.0888 ha hissəsindən çıxarılmaqla torpaq sahəsinin boşaldılması qət edilmiş, qətnam qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsi, İ hissə, 29-cü maddəsi İ, İİ və İİİ hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndi, 84-cü maddəsinin 1-ci bəndi, 111-ci maddələrinə istinad etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh2 Əlican oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh2 Əlican oğlu apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
12. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etməməli idi. Bundan əlavə məhkəmə qərar qəbul edərkən müvafiq bələdiyyəni 3-cü çəxs qismində cəlb etməmiş və düzgün olmayan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı1 və vəkili Muradov Ədalət Qəzənfər oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişlər.
15. Cavabdeh2 Əlican oğlunun nümayəndəsi X3, nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
17. Maddə.
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyət çinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
20. Maddə.
84. Hissə.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
21. Maddə.
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz isti fadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məh kəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN-0059, KOD 80203038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 53 ha payıbəlli torpaq sahəsi İddiaçı1 verilmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998ci il tarixli 01 nömrəli qərarı ilə JN-0059, KOD 80203038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Lənkəran rayonu Bürcəli kəndində yerləşən 0,53 ha payıbəlli torpaq sahəsinin 0.0099 ha hissəsi Cavabdeh1 tərəfindən, 0.2232 ha hissəsi (mərhum) Cavabdeh3 ailə üzvləri tərəfindən, 0,0271 ha hissəsi Cavabdeh4, 0,0888 ha hissəsinin X2 tərəfindən istifadə edilir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi faktiki olaraq zəbt edilmişdir.
28. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Na zirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2019-cu il tarixli 12243 saylı rəyi ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN-0059, KOD 80203038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Lənkəran rayonu Bürcəli kəndində yerləşən 0,53 ha payıbəlli torpaq sahəsinin 0,0888 ha hissəsinin X2 tərəfindən zəbt edilməklə istifadə edilməsinin müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi cavabdehlərə qarşı iddia tələbinin təmin edilməli olduğunu qətnamədə göstərsə də, həmin hissədə iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, həmin məsələ ilə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır.
29. Əvvəla, iş üzrə keçirilmiş ekspertiza rəyini şübhə altına alan heç bir sübut yoxdur. Cavabdeh zəbt olunan torpaq sahəsinə hər-hansı hüququnun olmasını sübuta yetirə bilməmişdir.
30. Bundan başqa, cavabdeh torpaq sahəsinin zəbt olunması yeri ilə bağlı dəqiq məlumat göstərilmədiyi üçün qətnamənin icrasının mümkün olmadığını bildirir. Həmin dəlil də keçərli deyil. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsini zəbt edən şəxslər qonşu mülkiyyətçilərdir və onların hər biri öz torpağına bitişik hissədən iddiaçının torpaq sahəsini zəbt etmişlər. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, artıq digər cavabdehlərə münasibətidə həmin qətnamə icra qrumu tərəfindən icra edilərək müvafiq sənədləşmə aparılmaqla iddiaçsıya təhvil verilmişdir. Ona görə qətnamənin icrasının mümkün olmayacağı ilə bağlı deyilənlər əsaslı deyil.
31. Nəzərə almaq lazımd ır ki, məhkəmə tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında qərar çıxarır. Ona görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ona görə işin faktiki hallarının hərtərəfli araşdırılmaması ilə bağlı şikayətdə qeyd olunanlar keçərli deyil.
33. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin e dilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Əlican oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2557/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova