Məhkəmə qərarları › İş №2(102)-216/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-216/2023

24.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-216/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyəti, X3) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq icarəsi, subyektiv hüquq, torpaqların özbaşına tutulması, qanunsuz sahiblik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyəti, X3) qarşı torpaq sahəsindən çıxa rılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, həmin torpaq sahəsindən iddiaçının sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-779/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 04 fevral 2013-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun Dövlət X4 saxlanılan torpaqlardan 5,5 ha torpaq sah əsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmış, torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin rəyi alınmış, həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədləri tərtib edilərək torpağa dair icarə müqaviləsi bağlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Abşeron rayonunun Dövlət X4 saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsinin şimal tərəfdən 1,0 ha hissəsindən çıxarılması, zəbt edilmiş sahənin boşaldılması, ona vurduğu zərərə görə cavabdehdən 56000 manat məbləğində zərərin tutulması barədə qətnamə çıxar ılmasını xahiş etmişdir.

3. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh1 Abşeron Rayonunun Dövlət X4 saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılması, zəbt edilmiş 5,5 ha torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahədəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, 5,5 ha torpaq sahəsinin ona təhvil verilməsi, həmin torpaq sahəsindən onun sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi, cavabdehlərdən onun xeyrinə 56000 manat zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 108 saylı xx.xx.2013-ci il tarixli Sərəncamı ilə Abşeron rayonunun Dövlət X4 saxlanılan torp aqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 16 saylı xx.xx.2013-cü il tarixli müsbət rəyi verilmişdir. Həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədləri tərtib edilmiş, torpağa dair müvafiq müqavilə bağlanılmışdır. Torpaq sahəsindən təyinatı üzrə istifadə edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh1 bir neçə ay bundan əvvəl iddiaçıya məxsus torpaq sahəsinin şimal hissəsindən əraziyə daxil olaraq özbaşına şəkildə həmin hissədə mişar daşı istehsalı ilə məşğul olmağa başlamışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, sahəni tərk etməsi tələb edilmişdir. Lakin cavabdeh özbaşına hərəkətləri davam etdirərək tədricən torpaq sahəsinin içərilərinə qədər irəliləmiş, torpaq sahəsinin şimal tərəfdən təxminən 1 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi xəbərdarlıqlar heç bir nəticə vermir. Hazırda cavabdeh həmin ərazidə qanunsuz fəaliyyətini davam etdirir. Onun bu cür qanunsuz fəaliyyəti nəticəsində iddiaçıya gündəlik zərər vurulur, iddiaçı öz əmlak istifadə hüquqlarından məhrum olur. Cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus torpaq sahəsində qanunsuz mişar daşı istehsalı ilə məşğul olur. Bu müddət ərzində cavabdeh iddiaçıya 56000 manat zərər vurmuşdur. Bundan əlavə, cavabdeh qanunsuz fəaliyyət göstərdiyi üçün işçilərinin əməyinin təhlükəsizliyi də təmin edilmir. Cavabdehin qanunsuz və nəzarətsiz fəaliyyəti hər an texniki qəzaya səbəb ola bilər. Cavabdehin qa nunsuz fəaliyyəti ekoloji tələblərə də ziddir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki,mübahisəli torpaq sahəsində qardaşı Cavabdeh2 məxsus texnika həmin ərazidədir və Samir həmin ərazidə yerləışən texnikalardan istifadə edir. Ona görə də cavabdehlərin həmin ərazidə qanunuz fəaliyyətinin qarşısı alınmalı, cavabdehlər sahədən çıxarılmalıdır. Bundan əlavə cavabdehlər tərəfindən qanunsuz zəbt edilən həmin ərazi mişar daşının istehsalı məqsədilə ayrılmış daş karxanasıdır. Cavabdeh1 və Cavabdeh2 həmin ərazini məhz qanunsuz daş istehsal etmək məqsədilə zəbt etmişdir. Hazırda cavabdehlər sahənin hər yerini zəbt etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Belə ki, 15 aprel 2009-cu i l tarixdə X2 2 ha torpaq sahəsi ayrılmış və Əmrahlı Vasif ilə Abşeron icra hakimiyyəti arasında torpağın 15 il müddətin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. X3 qardaşı Cavabdeh2 torpaqdan istifadəyə dair müxtəlif vaxtlarda etibarnamələr vermişdir. Torpaq sahəsinə dair sənədləri də mövcuddur. İddiaçının iddia etdiyi torpaq sahəsi başqa yerdə yerləşir və onların torpaq sahələrinə heç bir aidiyyəti yoxdur. Belə ki, İddiaçı müxtəlif şəxslər barəsində analoji tipli iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir və hazırda iddiaçının adına heç bir torpaq sahəsi yoxdur. Belə ki, iddiaçı, torpaq sahələrini etibarnamə ilə 3 müxtəlif şəxsə satmışdır. Eyni zamanda, qardaşına məxsus ərazi Qaradağ rayonunda yerləşir və Abşeron rayonu ilə heç bir əlaqəsi yoxdur. Odur ki, o, iddianın rədd edilməsini xahiş edir.

6. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 15 dekabr 2021-ci il tarixli, 2(012)-2701/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron Rayonunun Dövlət X4 saxlanılan torpaqlardan İddiaçı ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılmaları, 5,5 ha torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqlar çıxarılmaqla, torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi və həmin torpaq sahəsindən İddiaçı sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərin cavabdehlərə qadağan edilməsi, iddia tələbinin 56000 manat zərərin tutulması hissəsində rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə qətnaməsi onunla əsaslnadırılmışdır ki, heç bir hüquqi əsas olmadan cavabdehlərin mübahisəli ərazidən is tifadə edərək torpaq sahəsindən könüllü çıxmamaları İddiaçı qanunla qorunan əmlak hüququnun pozulması ilə nəticələnir.

8. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən İddiaçı 56.000 manat zərər vurulmasına dair hissəsi ilə bağlı qeyd etmişdir ki, bu hissə ilə bağlı iddiaçının vəkili izahatından başqa məhkəməyə hər hansı bir digər sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 158, 164, 165ci, Torpaq Məcəlləsinin 84-cü, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilm əsini xahiş etmişlər.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından qanunsuzdur. Qeyd edilən qətnamə işin faktiki hallarının tam hərtərəfli və obyektiv araşdırılması və tərəflərin sübutlarının qiymətləndirilməsi ilə bağlı məhkəmənin üzərinə düşən vəzifələr yerinə yetirilməməklə qəbul edilmişdir. İddiaçının torpaq sahəsindən çıxarılması ilə bağlı tələbin təmin edilməsi işin həqiqi hallarına uyğun deyildir. Bu halın müəyyən edilməsi MPM-in tələblərinə uyğun olaraq məhkəmə-mühəndis və məhkəmə texniki ekspertizalar təyin edilməli və iddiaçıya məxsus torpaq sahəsinin koordinatları, sərhədləri konturları müəyyən edilməklə zəbt olunma faktının olub olmaması aydınlaşdırılmalı idi. Yalnız bundan sonra iş üzrə düzgün hüquqi qiymətləndirilmə aparıla bilərdi. Lakin məhkəmə qərəzli mövqe tutaraq iddiaçının tələbini tam obyektiv, hərtərəfli araşdırmadan sübut kimi qiymətləndirilmişdir. İddiaçının torpaq sahəsi üzrə hüquqları dövlət torpaq kadastrında qeydiyyata alınmamış və daşınmaz əmlakın dövlət reyestr çıxarışı yoxdur. Odur ki, iddiaçı torpaq sahəsinə dair hər hansı hüquqa malik deyildir. İddiaçı ilə Abşeron icra hakimiyyəti arasında 14 fevral 2013-cü ildə bağlanan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin 6-cı bəndində müqavilənin qüvvəyə minməsi həmin müqavilənin etibarlı olması torpaq sahəsinin dövlət qeydiyyatına alındıqdan sonra yarandığı birmənalı göstərilmişdir. Qeyd edilən müqavilənin şərtləri pozulduğuna görə hazırda heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçın ın torpaq sahəsinə dair hüquqlarının qeydə alınması və torpaq sahəsinin ona qanuni əsaslarla verilməsi müəyyən edilmədiyindən iş materiallarındakı sənədlərlə onun mübahisəli torpaq sahəsinə hüququ olan şəxs hesab etmək olmaz.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.R.Abasov sədrlik edən və məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) 16 avqust 2022-ci il tarixli, 2(105)-779/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, işin obyektiv və hərtərəfli araşdırılıb əsaslı nəticəyə gəlmək üçün mübahisəli torpaq sahəsinin düzgün hüquqi rejimi müəyyən olunmalıdır. İşin tədqiq olu nan faktiki hallarından məlum olur ki, mübahisəli ərazidə yerləşən torpaq sahələri Abşeron rayonunun Dövlət X4 saxlanılan torpaq sahələri kimi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya və X2 icarəyə verilsə də, həmin torpaq sahələrinə dair torpaqayırma sənədləri hazırlanıb başa çatdırılmadığından, ayrılmış torpaq sahələrinin döngə nöqtələrinin kordinatları müəyyən edilmədiyindən dəqiq ərazi aidiyyətini müəyyən etmək mümkün deyildir. Belə ki, işdə olan (2-ci cild, səh 116-126) sənədlərdən belə məlum olur ki, torpağı Abşeron RİH ayırsa da, həmin torpaq sahələrinin tam, yaxud bir hissəsi Qaradağ rayonunun inzibati ərazisinə düşür. Qeyd olunan səbəblərdən Abşeron rayonu İcra və Probasiya şöbəsi tərəfindən iddianı təmin tədbirinə dair məhkəmə qərarının icrası da mümkün olmamışdır.

14. Ən başlıcası isə hər iki müqavilədə xüsusi şərt kimi müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı gündən etibarlı sayılması, başqa sözlə qüvvəyə minməsi qeyd edilmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hər iki müqavilə üzrə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, torpaq sahələrini plan və ölçüləri tərtib edilib təsdiq edilməmişdir.

15. Mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, başqa sözlə həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki kadastr sənədləri o cümlədən, torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları mövcud olmadığından hazırkı mübahisənin məhkəmə müstəvisində obyektiv həllinə nail olmaq qeyri-mümkünd ür.

16. Hazırki iş üzrə iddiaçı iddia etdiyi torpaq sahəsindən, onun istifadə və sahiblik hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmadığı kimi subyektiv hüquqa da malik olmamışdır.

17. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 139, Torpaq Məcəlləsinin 67, 68, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı ” qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddiaçının iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnin qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmaqla onlar arasında icarə münasibətləri olmuş, iddiaçı həmin sahədən istifadə etmişdir. Cavabdehlər tərəfindən özbaşına olaraq to rpaq sahəsi zəbt olunmuş və onun Torpaq Məcəlləsinin 164-cü maddəsi ilə müəyyən olunmuş hüquqları pozulmuşdur. İş materiallarında olan sənədlərlə mübahisəli sahənin iddiaçının sahiblik və istifadəsində olduğu öz təsdiqini tapır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

23. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər

24. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

25. Maddə 158.4 Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

26. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

27. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu il ə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Torpaq Məcəlləsi

28. Maddə 67 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri v ə digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

29. Maddə 68 Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. Maddə 84 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyə lərin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir Mülki Prosessual Məcəllə

31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı iş üzrə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsini aktı tam mübahisələndirildiyindən qətnamənin qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun qanuni sahibliyində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və də fələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

39. İddiaçı tələbini həmin torpaq sahəsinə icarəçi kimi istifadə və sahiblik hüququnun olması ilə əsaslandırır.

40. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti Başçısının 04 fevral 2013-ci il tarixli sərəncamı ilə mişar daşının istehsalı məqsədilə 5,5 ha torpaq sahəsi 15 il müddətinə icarə qaydasında ayrılmış, torpaq sahəsinin ayrılmasına dair müvafiq orqanın razılığını əks etdirən rəy alınmış, bundan sonra Abşeron rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında icarə müqaviləsi bağlanılmışdır.

41. Mülki prosessual qanunvericiliyin tələblərinə, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir s ıra qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir.

42. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. Pr insip etibarilə, qanunverici tərəfindən iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.

44. İddianı təmin etmiş birinci intansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd edən apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmadığından, mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədi mövcud olmadığından, daha dəqiqi iddia etdiyi torpaq sahəsinə dair hüquqları yaranmadığından, mövcud sənədlər ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir.

45. Apellyasiya məhk əməsi bu mövqeyini Torpaq Məcəlləsinin 67 və 68-ci maddələri əsaslandırmışdır.

46. Məhkəmə kollegiyası həmin mövqe ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

47. Mülki Məcəllənin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edən 139-1-ci maddəsində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın icarəsinə dair qəbul olunmuş aktlar həmin əsaslardan biri kimi təsbit edilmişdir.

48. Təkrar qeyd edilməlidir ki, mübahisə edilən torpaq sahəsinin icra hakimiyyəti tərəfindən iddiaçıya icarəyə verilməsinə dair aktı və bunun əsasında iddiaçı ilə müvafiq icra hakimiyyəti arasında bağlanmış icarə müqaviləsi mövcuddur.

49. Mülki Məcəllənin icarə müqaviləsinin əsaslarını müəyyən edən 700-cü maddəsinin tələblə rinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

50. Həmin maddənin məzmunundan da görünür ki, icarə müqaviləsi ilə bir tərəf (icarəyə verən) icarə predmetindən istifadəni qarşı tərəfə vermək öhdəliyi daşıyır, qarşı tərəf isə (icarəçi) bunun müqabilində ona əvəz ödəməyi öhdəsinə götürür. İcarə müqaviləsi bağlandığı andan etibarən onların bu müqavilə üzrə hüquq və öhdəlikləri yaranmış olur.

51. Həmin Məcəllənin 706-cı maddəsi ilə torpaq icarəsi müqaviləsinin məzmunu müəyyən edilmişdir.

52. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin apellyasiya məhkəməsinin istinad etdiyi 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

53. Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsi və icarə münasibətləri 17 mart 1999-cu il tarixdə qüvvəyə minmiş “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

54. Həmin Qanunun torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının əsaslarını müəyyən edən 12-ci maddəsinin ilkin mətn ində göstərilmişdi ki, dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi etibarsız sayılır.

55. Həmin maddənin 23 aprel 2002-ci il tarixli dəyişiklikdən sonrakı redaksiyasına görə, torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir.

56. Göstərilən maddənin 21 aprel 2006-cı il tarixdən hazırki vaxta qədər qüvvədə olan redaksiyasına əsasən isə, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

57. Torpaq Məcəlləsinin və “Torpaq icarəsi haqqında” Qanunun qeyd edilən müddəalarının müqayisəli tədqiqi onu göstərir ki, təqribən eyni vaxtda qəbul edilmiş hər iki normativ hüquqi aktda torpaq sahəsi üzərində icarə hüququnun yaranması daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə şərtləndirilsə də, “Torpaq icarəsi haqqında” Qanunda edilmiş sonrakı dəyişikliklərlə “torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir” müddəası qanundan çıxarılmışdır. 58. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10-cu maddəsi ilə normativ hüquqi aktların kolliziyasının həlli qaydaları müəyyən edilmişdir.

59. Qeyd edilən normanın tələblərinə gö rə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

60. Adıçəkilən Qanunda təsbit olunmuş zaman prinsipinin (Lex posterior derogat legi priori) məzmunu ondan ibarətdir ki, əgər sonrakı qanunda əvvəl qəbul olunmuş qanunun normalarının qüvvədən düşməsinə dair xüsusi qeyd olmasa da, bu qanunlar arasında kolliziya yarandıqda sonrakı qanun qüvvədə olur. Ə vvəlki qanunun qüvvəsi isə yalnız onun sonrakı qanuna zidd olmayan hissəsində yol verilir.

61. Həmçinin o da nəzərə alınmalıdır ki, torpaq icarəsi münasibətlərində “Torpaq icarəsi haqqında” Qanun sahəvi normativ akt, xüsusi qanun hesab edilir.

62. Həmin Qanunda isə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə müqaviləsinin dövlət qeydiyyatına alınması ilə bağlı müddəanın nəzərdə tutulması müqavilə üzrə hüquqların və öhdəliklərin reyestrdə qeydə alındıqdan sonra yarandığı mənasına gəlmir.

63. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsi).

64. Mülk i Məcəllədə torpaq sahəsi üzərində icarə hüquqlarının müvafiq reyestrdə qeydiyyatdan keçdikdən sonra yaranması ilə bağlı imperativ norma mövcud deyildir.

65. Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formala rı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

66. Mübahisəli torpaq sahəsinin daşınmaz dövlət əmlakı olması nəzərə alındıqda, qeyd ediən normadan çıxış edərək hesab edilir ki, iddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsi üzrə hüquqlar həmin icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınmalı idi.

67. Bu halda icarə hüququnun qeydiyyata alınmaması ilə bağlı yaranmış nəticələr iddiaçının məsuliyyət sferasına aid edilməməlidir.

68. Göstərilən xüsusatlar və sadalanan mövcud qanunvericilik normaları vəhdətdə qiymətləndirilməklə belə qənaətə gəlmək olar ki, apellyasiya məhkəməsinin iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmamasına dair nəticəsi qanuni və əsaslı deyildir.

69. O da vurğulanmalıdır ki, Mülki Məcəllənin 164-cü maddəsinin tələblərinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

70. Qeyd edilənlərdən əlavə, iddiaçı məhkəməyə ona torpaq ayrılması barədə akt və icarə müqaviləsi ilə bərabər torpaq sahəsinin yerquruluşu planından çıxarışı da təqdim etdiyi halda, apellyasiya məhkəməsinin qətnaməsində belə bir sənədin olmadığı göstərilmişdir.

71. İş üzrə digər bir diqqət yetirilməli məqam ondan ibarətdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009 -cu il tarixli sərəncamı ilə Abşeron rayonu, Güzdək Bələdiyyəsinin hüdudları daxilində, Dövlət X4 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə X2 ayrılmış, sonuncu həmin torpaq sahəsini cavabdehlərin istifadəsinə vermişdir.

72. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, X1 faktiki istifadəsində olan torpaq sahəsi 3,83 ha təşkil edir.

73. Apellyasiya məhkəməsi mübahisəni həll edərkən həmin xüsusata da diqqət yetirməmişdir.

74. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, tərəflər, həm iddiaçı, həm də cavabdehlər qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Onlar icarə müqaviləsinə istinad edərək torpaq sahələrinə istifadə və sahiblik hüquqların ın mövcudluğunu iddia etsələr də və faktiki olaraq həmin torpaq sahələrində fəaliyyət göstərsələr də, heç biri onlara icarəyə verilmiş torpaq sahələri üçün icarə haqlarının ödənilməsinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilməmişlər.

75. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən ifadə edilmiş həmin yanaşmaya münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi qanunsuz sahibkarlıq hesa b edilir ki, bu da vurulmuş ziyanın həcminə görə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradan əməldir.

76. Apellyasiya məhkəməsi bununla bağlı mübahisə olmadığı halda iddiaçı və cavabdehlərin icarə haqlarını ödəməməsi məsələsinə qiymət vermişdir ki, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsait olmaqla, onu ödəmək icarəçinin vəzifəsi, həmin ödənişin icrasını tələb etmək isə icarəyəverənin hüququdur.

77. İcarəçinin bu vəzifəsinə əməl etməməsi isə, icarəyəverənin müvafiq tələbi əsasında müqavilə üzrə öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi kimi qiymətləndirilə, bununla da qanunvericiliklə və ya müqavilə ilə müəyyənləşdirilmiş nəticəyə səbəb ola bilər.

78. Beləliklə, apellyasiya məhkəməsi hazırki mübahisəyə mülki qan unvericiliyin sadalanan normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.

79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

80. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(105)-779/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar