Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-216/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ekologiya və Təbiİ Sərvətlər Nazirliyi "X5" publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(103)-4844/2023 saylı qətnaməsindən Cavabdeh1 publik hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşəgötürən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti ilə işçi İddiaçı arasında bağlanmış 15 iyul 2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Milli Geoloji Kəşfiyyat Xidmətinə baş mühəndis vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanının 1, 1.2 və 2.4-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra Nazirlik) tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin (bundan sonra-Xidmət) əsasında (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) Nazirliyin tabeliyində X5 publik hüquqi şəxs yaradılıb. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin (bu Fərmanın 4.3-cü bəndi istisna olmaqla) hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçib.
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı əmri ilə Ləğvetmə Komissiyası yaradılmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilmişdir.
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı əmri ilə yaradılmış Ləğvetmə Komissiyasının 28 dekabr 2022-ci il tarixli, 497/K saylı əmrinə əsasən Milli Geoloji Kəş fiyyat Xidmətinin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 29 dekabr 2022-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Cavabdeh1 publik hüquqi şəxsə (bundan sonra cavabdehlər) qarşı əmrin ləğv edilməsi, işə bərpa, müddətsiz əmək müqaviləsi bağlanması və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi, habelə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyun 2022ci il tarixli, 526/Ü saylı əmri ilə yaradılmış Ləğvetmə Komissiyasının 28 dekabr 2022-ci il tarixli, 49 7/K saylı əmrinin ləğv edilməsi, onun 29 dekabr 2022-ci il tarixdən X7 baş mühəndisi vəzifəsinə uyğun vəzifəyə bərpa olunması, onunla müddətsiz əmək müqaviləsinin bağlanması və qanunsuz işə bərpa olunmadığına görə 29 dekabr 2022-ci il tarixdən buraxılmış müddət üçün əmək haqqının ödənilməsi vəzifəsinin Cavabdeh1n üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiada və iddia tələbinin dəyişdirilməsi barədə ərizədə göstərilir ki, 39 il fasiləsiz olaraq dağ mədən işləri üzrə müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu iş yeri Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini idi. 12 Aprel 2019-cu il cavabdehin əmri ilə Ləğvetmə Komissiyası yaradılıb və həmin komissiyanın sədri təyin olunmuş, öz vəzifəsi ilə yanaşı həmin komissiyanın sədri işlərini də görmüşdür. 12 iyun 2019-c u il tarixdə ləğvetmə məsələlərinə görə getdiyi ezamiyyətdən qayıdarkən yeni rəis təyin olunduğunun şahidi olmuşdur. İşəgötürən onu dəvət edərək bildirmişdir ki, ərizə yaz öz vəzifəndən azad ol və yeni yaradılan X2 müavin vəzifəsinə təyin olunacaqsan. Nə qədər ki, həmin Agentlik hələ fortmalaşma ərəfəsindədir, Milli Geoloji Kəşfiyyat Xidmətinin X7 rəisi vəzifəsinə təyin olunmağın barədə ərizə yaz. İnanaraq Texniki məsələlər üzrə rəis müavini vəzifəsindən azad olunmağı və daha aşağı vəzifə hesab olunan X8 rəis təyin olunmağı barədə ərizə yazıb təqdim etdi. Bundan sonra, cavabdehin əmri ilə işdən azad olunsa da 2 ay ərzində yeni vəzifəyə təyin olunmadı. Lakin, ləğvetmə komissiyasının sədri olaraq vəzifələrini icra etdi. 2019-cu il iyul ayının sonunda Nazirə müraciət edərək, rəhbərliyin gös tərişi ilə yeni işə keçmək üçün ərizə yazdığını, işdən azad olunduğunu, yeni işə təyin olunmadığını, lakin ləğvetmə komissiyasının sədri olaraq vəzifələrini icra etdiyini, əmək haqqı isə almadığını bildirmişdir. Rəis isə cavabında bildirmişdir ki, artıq rəis deyil, Milli Geoloji Kəşfiyyat Xidmətinin X8 baş mühəndis vəzifəsinə təyin olunmağı barədə ərizə versin. Məcbur olub iyul ayının sonunda X8 baş mühəndis təyin olunması barədə ərizə vermişdir. Bundan sonra, 15 iyul 2019-cu il tarixdən X7 baş mühəndisi vəzifəsində təyin edilmişdir. Nəticədə bir ay yarım əmək haqqı almaqdan məhrum olmuşdur. 2019-cu ilin payız aylarında X2 işçilər yığılarkən həmin Agentliyə işə təyin olunmadığını, aldadıldığını bilmiş və cavabdehə müraciət edərək əvvəlki işinə bərpa olunması və ya əvvəlki vəzifəsinə uyğun başqa işlə təmin olunmasını xahiş etmişdir. 27 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə X5 publik hüquqi şəxsi yaradılmışdır. 26 may 2022-ci il tarixdə işlədiyi Xidmətdə ixtisar olunacaq 176 nəfər işçidən biri kimi ona da bildiriş verilmiş və xəbərdarlıq edilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad oluna bilər. Cavabdehin 08 iyun 2022-ci il tarixli, 526/Ü- saylı əmri ilə işlədiyi Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilmişdir. Həmin əmrin 3.6-cı bəndində göstərilir ki, Xidmətin işçiləri ilə münasibətlər əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin edilsin. Əmrin 4-cü bəndində hüquq və insan resursları şöbəsinə tapşırılmışdır ki, dövlət qeydiyyatına alındıqdan sonra X3 kadrlarla komplektləşdirilməsi ilə bağlı təklifl ər versin, işçilərin təyinatını obyektivlik və şəffaflıq meyarları əsasında müsabiqə keçirilməsi yolu ilə təşkil etsin. Ləğv edilən qurumun işçilərinin Nazirliyin tabeliyindəki digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilmələri ilə bağlı məsələlərin həllini təmin etsin. 2022-ci ilin avqust ayında rəhbərliyin qəbulunda olub və başqa Agentlikdə yüksək maaşlı işlə təmin olunmasını xahiş edib. Ona bildiriblər ki, gözlə, Agentliklər üzrə test imtahanları olacaq, imtahan verərsən. Bunun gec olacağını və onun ixtisasına uyğun olmayan suallarla bağlı test imtahanı verməyə məcbur edilməyinin qanunsuz olduğunu bildirmişdir. Yeni agentliyin də əsasnaməsi Milli Geoloji Kəşfiyyat Xidmətinin Nizamnaməsi ilə demək olar ki, eynidir. X6 təsdiq olunandan sonra cavabdeh 24 Noyabr 2022-ci il tarixdə qanunsuz olaraq test imtahanı keçirmişdir. Onun ixtisası dağ qazmaları işləri üzrə (karxanalar və yeraltı işlər) mütəxəssisdir. Həmin işlər üzrə uzun müddət baş mühəndis, idarə rəisi, rəis müavini işləmişdir. Heç vaxt işdə qüsuru olmayıb. Dəfələrlə attestasiyadan keçmişdir. 24 noyabr 2022-ci il tarixdə keçirilən test imtahanının suallarında onun ixtisası olan dağ mədən və dağ qazma işləri üzrə imtahan sualları olmayıb. Ondan tələb olunub ki, ixtisası olmayan buruq qazma işləri üzrə test suallarına cavab verməyi üçün test imtahanından keçsin. İxtisası üzrə suallar olmadığı üçün test imtahanı verməkdən imtina etmişdir. Bundan sonra, Ləğvetmə Komissiyasının 28 dekabr 2022-ci il tarixli, 497/k saylı əmri ilə əsassız və qanunsuz olaraq işdən azad olunması barədə əmr verilmişdir. Həmin əmr ona 2 4 yanvar 2023-cü il tarixdə verilmişdir. Cavabdehin 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı əmri Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı Fərmanının 1.2 və 2.4-cü bəndlərinə ziddir. Çünki, Fərmanın Milli Geoloji Kəşfiyyat Xidmətinin işçiləri ilə əmək müqavilələri üzrə öhdəliklərinin yeni yaranmış publik hüquqi şəxsə keçməsi ilə bağlı tələbi 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı əmrin 4-cü bəndi ilə pozulub. Xidmətin işçisi kimi ona Agentlikdə işini davam etdirməsinə imkan verilməyib, qanunsuz müsabiqə keçirilib, kənardan işçilər gətirilib və bunun əsasında da o, qanunsuz olaraq işdən çıxarılıb.
7. Cavabdeh X5 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək, iddiaçının tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırıl mışdır ki, iddiaçı işəgötürənin 15 iyul 2019-cu il tarixli, 622/K saylı əmri ilə Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Axtarış Şöbəsinə baş mühəndis vəzifəsinə təyin edilmişdir. “Milli Geoloji Kəşfiyyat Xidməti”nin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı Fərmanının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2022-ci il tarixli, 289 “s” saylı Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyun 2022-ci il tarixli, 526/ü saylı əmri ilə ləğv olunmuşdur. Həmin əmrin 1-ci bəndinə əsasən Nazirliyin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilmişdir. Müvafiq əmrə əsasən Ləğvetmə Komissiyası yaradılmış və işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Milli Geoloji Kəşfiyyat Xidmətinin işçiləri ilə münasibətlər əmək qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edilmişdir. İddiaçı işləmiş olduğu Milli Geoloji Kəşfiyyat Xidməti ləğv olunduğu üçün, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 29 dekabr 2022-ci il tarixdən xitam verilmiş və ona son haqq-hesab və kompensasiyası ödənilmişdir. Ləğv edilmiş Geoloji Kəşfiyyat Xidmətinin vaxtilə baş mühasibi vəzifəsində çalışmış iddiaçı, 08 dekabr 2022-ci il tarixdə işə qəbulla əlaqədar yeni yaradılmış X3 peşəkar kadrlarla komplektləşdirilməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ixtisaslı imtahan mərkəzində imtahan təşkil olunaraq imtahan prosesi 360° müşahidə aparmağa imkan verən xüsusi kameralar vasitəsi ilə nəzarət altında saxlanılmış, imtahanların keçirilməsi üçün nəticələrə müdaxilə imkanı mövcud olmayan beynəlxalq proqram təminatından istifadə olunmuşdur. Sözügedən imtahanda iddiaçı iştirak etməkdən imtina etməmişdir. İmtahanın keçirilməsinə əsas olaraq Nazirliyin 08 iyun 2022-ci il tarixli, 526/ü saylı əmrinin 4.1 bəndinə əsasən, işçilərin təyinatı obyektivlik və şəffaflıq meyarları əsasında müsabiqə keçirilməsi yolu ilə təşkil edilmişdir. Bundan başqa, işə qəbulla bağlı Agentliyin 15 fevral 2023-cü il tarixli, 007/Ü saylı əmri ilə Komissiya yaradılaraq müsahibə keçirilmişdir. Komissiyanın tərkibində Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, Nazirliyin işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Telma n Quliyev, Geologiya, Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov, X9 X1 İdarə Heyətinin sədr müavini Azər Şükürov, "xxxx" QSC-də Geoloji şöbənin müdiri Şahbəddin Musayev, Nazirliyin Maliyyə və Texniki təminat şöbəsinin satınalmalar üzrə məsləhətçisi İlqar Aslanov və Elvin Cəbrayılov iştirak etmişlər. Müsahibədə iddiaçının iştiraki təmin edilmiş və o, 7 keçid baldan 4.73 bal toplayaraq sınaq qiymətləndirilmədə uğur qazanmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilmə əsasları Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində göstərilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan “İşçilərin ixtisarı zamanı işdə saxlanmağı üstünlüyü olan şəxslər”ə istinad edərək, əmək hüquqlarının pozulduğunu qeyd etmişdir. Halbuki, i şçilərin ixtisarı zamanı işdə saxlanmaları üçün üstünlükləri işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi üzrə ləğv edildikdə tətbiq olunur. Lakin, iddiaçının əmək müqaviləsinə 29 dekabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.
8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(004)2011/2023 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı əmri ilə yaradılmış Ləğvetmə Komissiyasının 28 dekabr 2022-ci il tarixli, 497/K saylı əmrinin ləğv edilməsi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 baş mühəndis vəzifəsinə uyğun vəzifəyə bərpa olunması, tərəflər arasında müddətsiz əmək müqaviləsinin bağlanılması və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 tərəfindən 29 dekabr 2022-ci il tarixdən işə bərpa olunan günə kimi İddiaçı baş mühəndis vəzifəsinə uyğun vəzifənin əmək haqqının ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli Fərmanına əsasən publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin hüquqi varisləri olaraq Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçmişdir. Belə olan haldas iddiaçı ilə bağlanmış əmək müqaviləsi nə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan “müəssisənin ləğv edilməsi” əsasları olmamışdır. Bu səbəbdəndə iddia təmin edilməlidir.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə, 71-ci maddəsinin 3-cü hissəsinə, habelə Mülki Məcəllənin 59.1, 60.1, 60.4, maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi, X5 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən məsələyə obyektiv yanaşmamış və sözüged ən Fərmanın müddəalarını düzgün təhlil etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, həmin Fərmanın 2.3-cü bəndində aşkar formada 1.2-ci bəndində göstərilən Milli Geoloji Kəşfiyyat Xidmətinə münasibətdə “ləğvi” ifadəsindən istifadə edilmişdir. Məhkəmə, X3 üzərinə iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamaq öhdəliyini qoysa da, bunu qətnamədə əsaslandırmamışdır. Bundan başqa, məhkəmə, Ləğvetmə Komissiyasının 28 dekabr 2022-ci il tarixli, 497/K saylı əmrini bütünlüklə ləğv edərək, həmin əmrdə iddiaçıdan başqa 42 nəfər şəxsin də olduğunu nəzərə almamış, həmin şəxsləri prosesə cəlb etməmiş, onların hüquqi vəziyyəti ilə bağlı məsələni həll etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(103)-4844/2023 saylı qətnaməsi ilə (hakimlə r- Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, e-2(004)-2011/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənbirinci instansiya məhkəməsi sözügedən Fərmanın müddəalarını düzgün təhlil etməməsi və əsassız qətnamə qəbul etməsi barədə dəlilləri əsaslı deyil. Çünki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Milli Geoloji Kəşf iyyat Xidmətinin əsasında Nazirliyin tabeliyində X5 publik hüquqi şəxs yaradılmış və bu publik hüquqi şəxsin Nazirliyin tabeliyindəki Xidmətin hüquqi varisi, Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakının həmin publik hüquqi şəxsə keçməsi dəqiq və aydın şəkildə göstərilmişdir. Başqa sözlə, Fərmanda Agentliyin Xidmətin əsasında yaradıldığı üçün onun hüquqi varisi olduğu, hüquq və öhdəlikləri və əmlakının ona keçməsi açıq-aşkar təsbit edilmişdir. Ancaq, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı Ləğvetmə Komissiyasının yaradılması haqqında əmri ilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı Fərmanının və bu Fərmanın icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 12 may 2022-ci il tarixli, 289 “s” saylı Sər əncamını əsas tutub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidmətini ləğv etmişdir. Düzdü, 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı əmrin 1-ci bəndinin qanuniliyinin yoxlanılması hazırki iddianın və məhkəmə icraatının predmeti olmasa da, o bəndin qüvvədə olması Ləğvetmə Komissiyasına 28 dekabr 2022-ci il tarixli, 497/K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 29 dekabr 2022-ci il tarixdən ləğv edilməsinə əsas vermirdi. Çünki, həmin əsasla əmək müqaviləsinin ləğv edilə bilməsi üçün müəssisə, yəni qeyd olunan Xidmət qanunla müəyyən edilmiş əsasla ləğv edilməli idi. Yəni, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisl iyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir (Mülki Məcəllənin 59.1-ci maddəsi). Ancaq yuxarıda qeyd olunduğu kimi, Agentliyin əvvəlki Xidmətin hüquqi varisi olduğu, hüquq və öhdəlikləri və əmlakının ona keçdiyi Fərmanla açıq-aşkar müəyyən edilib Demək ki, burada hüquqi şəxsin ləğvindən söhbət gedə və iddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin əsasla ləğv edilə bilməzdi.
15. Apellyasiya şikayətinin növbəti dəlili - “Fərmanın 2.3-cü bəndində aşkar formada 1.2-ci bəndində göstərilən Milli Geoloji Kəşfiyyat Xidmətinə münasibətdə “ləğvi” ifadəsindən istifadə edilmişdir, məhkəmə qətnaməni əsaslandırarkən bu məsələyə obyektiv yanaşmamışdır” ilə bağlı qeyd olunmuşdur ki, cavabdeh Fərmanın həmin bəndinin həqiqi məzmununu təhrif etməyə çalışıb. Çünki, Fərmanın 2.3-cü bəndində “bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə,...həvalə edildiyi” göstərilib. Başqa sözlə həmin bənddə “Milli Geoloji Kəşfiyyat Xidmətinə münasibətdə “ləğvi” ifadəsindən” deyil, artıq Fərmanla yeni yaradılmış “publik hüquqi şəxslərə münasibətdə “ləğvi” ifadəsindən istifadə edilmişdir ki, bu da gələcəkdə baş verə biləcək məsələlərə aiddir və bu halın baş verəcəyi təqdirdə təsisçi səlahiyyətlərinin Azərbaycan Respublikasının Prezidentinə həvalə edildiyini nəzərdə tutur. Göründüyü kimi, cavabdehin bu dəlilinin də açıq-aşkar əsassız olduğu aydın görünür.
16. Apellyasiya şikayətinin növbəti dəlili - məhkəmə X3 üzərinə İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamaq öhdəliyi ni qoysa da, bunu qətnamədə əsaslandırmamışdır ilə bağlı qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı 39 illik əmək fəaliyyətinin 30 ilə yaxın hissəsini cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının yaşı və gördüyü işin daimi xarakterə malik ol duğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalıdır.
17. Apellyasiya şikayətinin növbəti dəlili - məhkəmə Ləğvetmə Komissiyasının 28 dekabr 2022-ci il tarixli, 497/K saylı əmrini bütünlüklə ləğv edərək, həmin əmrdə iddiaçıdan başqa 42 nəfər şəxsin olduğunu görsə də, həmin şəxsləri prosesə cəlb etməmiş, onların hüquqi vəziyyəti ilə bağlı məsələni həll etmişdir. Bununla bağlı qeyd olunmuşdur ki, cavabdehin bu dəlili də qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, mübahisələndirilən əmrdə iddiaçıdan başqa 42 nəfərin olduğu açıq-aşkar görünmür, yəni həmin əmrin 42 nəfərin soyadı, adı, atasının adı olduğu nüsxəsi məhkəməyə təqdim edilməyib. İkincisi, həmin şəx slərin prosesə cəlb edilməsinə də ehtiyac və zərurət ola bilməzdi. Çünki, hazırki iddianın yalnız bir şəxsə, yəni iddiaçıya aid olduğu və təmin edildiyi işdən açıq-aşkar bəlli olur. Qətnamə ilə həmin şəxslərin hüquqi vəziyyəti ilə bağlı heç bir məsələ həll edilməmişdir. Ona görə də mübahisələndirilən əmr yalnız iddiaçıya münasibətdə ləğv edildiyindən onun bütövlükdə ləğv edilməsindən söhbət gedə bilməz. Cavabdehin bu cür dəlillərdən istifadə etməsi anlaşılan olsa da onların nəyisə dəyişməyəcəyi də əvvəlcədən onlara bəlli olmalı idi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 publik hüquqi şəxs (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə y eni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası məsələyə hüquqi cəhətdən düzgün qiymət verməmiş və yeni yaradılan Cavabdeh1 Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında yaradılmasını əsas gətirərək, Agentliyi Xidmətin hüquqi varisi hesab etmiş və qanunvericiliyə zidd olaraq işçilərin məcburi olaraq Agentlikdə yenidən işə götürülməli olması barədə birinci instansiya məhkəməsinin qənaətinə haqq qazandırmışdır. Daha sonra, kassator qeyd etmişdir ki, məhkəmə kollegiyası bu qənaətə gələrkən bəzi xüsusatları qeyd etsə də, onları dərindən təhlil etməmişdir. Belə ki, məhkəmə kollegiyası özü də qeyd etmişdir ki, 08 iyun 2022-ci il tarixli, 526//Ü saylı əmrin 1-ci bəndinin qanuniliyinin yoxlanması hazırkı iddianın və məhkəmə icraat ının predmeti deyildir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, bu əmr əsasında (əmrin mətnində bu qeyd edilmişdir) Ləğvetmə komissiyası yaradırlmışdır. İş materiallarında olan sənədlərə görə, Ləğvetmə komissiyasının 28 dekabr 2022-ci il tarixli, 497/K saylı əmrinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Ləğvetmə komissiyasının qeyd edilən əmrinin hüquqi bazası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı əmri təşkil etmişdir. Bu əmr nə qədər ki, qüvvədədir Ləğvetmə komissiyasının əmri ləğv edilə bilməzdi. Çünki, Ləğvetmə komissiyanın əmri icra məqsədi daşıyır və əsas məsələ Nazirliyin əmrinin 1-ci bəndində həllini tapmışıdır. Nə qədər ki, Nazirliyin əmri ləğv edilməyib, Ləğvetmə komissiyasın ın əmrinin ləğv edilməsi mümkün deyildir. Kassator, həmçinin qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi bu məsələyə xüsusi diqqət yetirməli və məsələni təhlil edərək hüquqi qiymət verməlidir. Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, Ləğvetmə komissiyasının qərarı 42 nəfərin barəsində əmək münasibətlərinin tənzimlənməsi barədədir və bu əmrin bütünlüklə ləğvi iddiaçıdan başqa digər şəxslərin hüquqi vəziyyətini də qeyri-müəyyən vəziyyətə gətirir. Belə ki, məhkəmə kollegiyası əgər həqiqətən iddianın əsaslı olması qənaətinə gələrdisə, o zaman həmin əmri qismən – iddiaçıya aid hissədə ləğv etməkdə haqlı ola bilərdi. Lakin, göründüyü kimi məhkəmə işdə tərəf olmayan, əmrdə adı keçən 42 nəfərin barəsində hüquqi məsələləri həll etməklə tamamilə qanunsuz hüquqi nəticəyə gəlmişdir. b) Kassa siya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etirazında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı əmək mübahisəsinə düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır.
22. Maddə 68.1. Əmək müq aviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
23. Maddə 70 "xxxx" bəndi. Müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
24. Maddə 71. 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
25. Maddə
300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
27. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı Fərmanı:
28. Bənd 1.1.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilsin;
29. Bənd 1.1.2. Nazirliyin tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin (bundan sonra–Xidmət) əsasında (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) Nazirliyin tabeliyində olmaqla X5 publik hüquqi şəxsi yaradılsın;
30. Bənd 2.3. Bu Fərmanın 1-ci his səsində nəzərdə tutulan publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, nizamnamələrinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən olunması və onların dəyişdirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Nazirliyə həvalə edilsin:
31. Bənd 2.4. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əm lakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 p ublik hüquqi şəxs tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Cavabdeh1 publik hüquqi şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələb lərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi bu dəlillərlə razılaşmır.
45. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 15 iyul 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, “Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji axtarış İdarəsində “baş mühəndis vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, “Milli Geoloji Kəşfiyyat Xidməti”nin əsasında Cavabdeh1 publik hüquqi şəxs yaradılıb. Həmin publik hüquqi şəxs Xidmətin hüquqi varisi olmaqla, Xidmətin hüquq və öhdəlikləri, habe lə əmlakı ona keçib. Bundan sonra, digər cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı əmri ilə “Milli Geoloji Kəşfiyyat Xidməti” ləğv edilməklə, Ləğvetmə Komissiyası yaradılıb və sonuncunun 28 dekabr 2022-ci il tarixli, 497/K saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 29 dekabr 2022-ci il tarixdən xitam verilib.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərilən - birinci instansiya məhkəməsinin sözügedən Fərmanın müddəalarını düzgün təhlil etməməsi və əsassız qətnamə qəbul etməsi barədə dəlili tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında Nazirliyin tabeliyindəki “Milli Geoloji Kəşfiyyat Xidməti”nin əsasında Cavabdeh1 publik hüquqi şəxs yaradılmış və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı həmin publik hüquqi şəxsə keçmişdir. Başqa sözlə, Fərmanda Agentliyin Xidmətin əsasında yaradıldığı üçün onun hüquqi varisi olduğu, hüquq və öhdəlikləri və əmlakının ona keçdiyi açıq-aşkar təsbit edilib. Lakin, Nazirliyin 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı “Ləğvetmə Komissiyasının yaradılması haqqında” əmri ilə, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli, 1670 saylı Fərmanı və bu Fərman ın icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 12 may 2022-ci il tarixli, 289 “s” saylı Sərəncamı əsas tutularaq “Milli Geoloji Kəşfiyyat Xidməti” ləğv edilmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi, kassatorun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, sözügedən 08 iyun 2022-ci il tarixli, 526/Ü saylı əmrin 1-ci bəndinin qanuniliyinin yoxlanılması hazırki iddianın və məhkəmə icraatının predmeti olmasa da, o bəndin qüvvədə olması Ləğvetmə Komissiyasına 28 dekabr 2022-ci il tarixli, 497/K saylı əmrə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi üzrə 29 dekabr 2022-ci il tarixdən xitam verilməsinə əsas vermirdi. Çünki, həmin əsasla əmək müqaviləsinin ləğv edilə bilməs i üçün müəssisə, yəni qeyd olunan Xidmət qanunla müəyyən edilmiş əsasla ləğv edilməli idi.
48. Halbuki, mülki qanunvericiliyə görə, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsini nəzərdə tutur (Mülki Məcəllənin 59.1-ci maddəsi). Ancaq yuxarıda qeyd olunduğu kimi, Agentliyin əvvəlki Xidmətin hüquqi varisi olduğu, hüquq və öhdəlikləri və əmlakının ona keçdiyi Fərmanla açıq-aşkar müəyyən edilib. Demək ki, burada hüquqi şəxsin ləğvindən söhbət gedə və iddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin əsasla ləğv edilə bilməzdi.
49. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin növbəti dəlili “Fərmanın 2.3-cü bəndində aşkar formada 1.2-ci bəndində göstərilən “Milli Geoloji Kəşfiyyat Xidməti”n ə münasibətdə “ləğvi” ifadəsindən istifadə edilmişdir, məhkəmə qətnaməni əsaslandırarkən bu məsələyə obyektiv yanaşmamışdır” ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, cavabdeh Fərmanın həmin bəndinin həqiqi məzmununu təhrif etməyə çalışıb. Çünki, Fərmanın 2.3-cü bəndində “bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə,...həvalə edildiyi” göstərilib. Başqa sözlə, həmin bənddə “Milli Geoloji Kəşfiyyat Xidməti”nə münasibətdə “ləğvi” ifadəsindən” deyil, artıq Fərmanla yeni yaradılmış “publik hüquqi şəxslərə münasibətdə “ləğvi” ifadəsindən istifadə edilmişdir ki, bu da gələcəkdə baş verə biləcək məsələlərə aiddir və bu halın baş verəcəyi təqdirdə təsisçi səlahiyyətlərinin Azə rbaycan Respublikasının Prezidentinə həvalə edildiyini nəzərdə tutur. Göründüyü kimi, cavabdehin bu dəlilinin də açıq-aşkar əsassız olduğu aydın görünür.
50. Apellyasiya instansiyası məhkəməsi həmçinin apellyasiya şikayətinin növbəti dəlili- məhkəmə, Cavabdeh1nin üzərinə iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamaq öhdəliyini qoysa da, bunu qətnamədə əsaslandırmaması ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
51. Göründüyü kimi, hazırkı işdə iddia çı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı 39 illik əmək fəaliyyətinin 30 ilə yaxın hissəsini cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Bu halda, yəni iddiaçının yaşı və gördüyü işin daimi xarakterə malik olması, açıq-aşkar onunla müddətli əmək müqaviləsinin bağlanmasını istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə, işçi ilə müddətli əmək müqaviləsi bağlana bilməz və bu Qanunun imperativ tələbidir.
52. Apellyasiya instansiyası məhkəməsi, kassatorun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlili - məhkəmənin Ləğvetmə Komissiyasının 28 dekabr 2022-ci il tarixli, 497/K say lı əmrini bütünlüklə ləğv edərək, həmin əmrdə iddiaçıdan başqa 42 nəfər şəxsin olduğunu görsə də, həmin şəxsləri prosesə cəlb etməmiş, onların hüquqi vəziyyəti ilə bağlı məsələni həll etməsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin bu dəlili də birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz.
53. Əvvəla, mübahisələndirilən əmrdə iddiaçıdan başqa 42 nəfərin olduğu açıqaşkar görünmür, yəni həmin əmrin 42 nəfərin soyadı, adı, atasının adı olduğu nüsxəsi məhkəməyə təqdim edilməyib. İkincisi, həmin şəxslərin prosesə cəlb edilməsinə də ehtiyac və zərurət ola bilməzdi. Çünki, hazırki iddianın yalnız bir şəxsə, yəni iddiaçıya aid olduğu və təmin edildiyi işdən açıq-aşkar bəlli olur. Həmçinin sözügedən qətnamə ilə həmin şəxslərin hüquqi vəziyyəti ilə bağlı heç bir məsələ həll edilməmişdir. Ona görə də mübahisələndirilən əmr yalnız iddiaçıya münasibətdə ləğv edildiyindən, onun bütövlükdə ləğv edilməsindən söhbət gedə bilməz və cavabdehin bu cür dəlillərdən istifadə etməsi anlaşılan olsa da, onların nəyisə dəyişməyəcəyi də əvvəlcədən ona bəlli olmalı idi.
54. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh1n kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassatorun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxla maqla, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Qərar aldı: Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cavabdeh1n kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(103)- 4844/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.