Məhkəmə qərarları › İş №2(102)-2163/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2163/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2163/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili V1 oğlunun, Cavabdeh V2 oğlunun nümayəndəsi və vəkili V3 qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) xx.xx.2019-cu il tarixli, 2(011)-635/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh V2 oğluna qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 5055 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin “birgə nikah dövründə alınan kredit borcunun ½ hissəsinin cavabdehdən tutulması” hissəsində təmin edilməməsi, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10%, yəni 3 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 90%-nin, yəni 27 manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xə tai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-635/2019 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-635/2019 saylı qətnaməsinin iddiaçının apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 83819 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üz rə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili V1 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, hər iki məhkəmə tərəflərin kredit borcunun birgə nikah dövründə qaytarıldığını əsas gətirərək apelyasiya şikayətini təmin etməmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı sözügedən borcu nikahın pozulması haqqında məhkəmə qətnaməsi çıxarıldıqdan sonra icra məmurunun və qanunvericiliyin tələbləri əsasında ödəmək məcburiyyətində qalmışdır. Həmin borc ödənildiyindən icra sənədi xx.xx.2017-ci il tarixli qərarla məhkəməyə qaytarılmışdır. Tərəflərin birgə nikahı müddətində ailələrinə gəlir gətirən mağazadan əldə edilən gəlirlər hesabına alınmış əmlaklar tərəflər arasında bölündüyü halda, necə ola b ilər ki, həmin mağazadan ailə ehtiyacları üçün gəlir əldə etmək məqsədilə alınmış borc bölünmür. Bakı Apellyasiya Məhkəməsinin hazırki iddia tələbinin əmlakın bölünməsinə dair digər məhkəmə mübahisəsi zamanı iddiaçının qaldırmaması barədə qənaətinə gəldikdə isə bu fikir tam səhvdir və işin həqiqi hallarına uyğun deyil. Belə ki, həmin ərəfədə iddiaçının hazırki tələblə qarşılıqlı iddia qaldırmamasının bir neçə səbəbi olmuşdur. İlk növbədə kreditorla olan mübahisənin sülh yolu ilə məhkəmədənkənar razılaşdırmaq niyyəti, cavabdeh tərəfindən götürmüş 150000 manat pul vəsaitinin geri qaytarmasının iddiaçı tərəfindən ümid edilməsi və cavabdeh tərəfindən həmin pulların qaytarılması barədə vədlərin verilməsi, tələb etmək üçün subyektiv hüququnun hələ əmələ gəlməməsi, yəni kreditorun həmin ərəfədə ö z pulunu tələb etməməsi, avtomobilin cavabdeh tərəfindən qaytarılmaması və sonuncu, qarşılıqlı iddianın verilməsi üçün prosessual imkanların və müddətlərin buraxılması kimi hallar olmuşdur. Bu hallar isə iddiaçının cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir və hüquqdan pis niyyətlə istifadə etməyinə dəlalət etmir. O, Konstitusiya ilə qorunan əsas hüquq və azadlıqlarının müdafiəsini məhkəmədən tələb etmişdir. Apelyasiya məhkəməsinin digər qənaətinə, yəni apelyasiya şikayətində tərəflər arasında mübahisənin 2014-cü ilin sonlarında, ailə münasibətlərinə 2015-ci ilin əvvəllərində faktiki xitam verilməsi və borcun 2015- ci ilin əvvəllərində götürülməsi barədə şikayətin dəlilləri ilə ziddiyyət təşkil etməsi qənaətinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, apelyasiya şikayətində mexaniki səhv buraxılmışdır. Əslində tərəflər arasında mübahisənin 2014-cü ilin deyil, 2015-ci ilin sonlarında, ailə münasibətlərinə 2016-ci ilin əvvəllərində xitam verilmişdir. Həmin halları təsdiq etmək üçün cavabdehin 2015-ci ilin noyabr ayında Xətai Rayon Məhkəməsinə nikahın pozulmasına dair iddia ərizəsinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin iddia ərizəsindən də görünür ki, tərəflər faktiki olaraq 3 aydır ki, ayrı yaşayırlar. Apellyasiya Məhkəməsinin sonuncu avtomobilə dəymiş zərərlə bağlı qənaəti ilə razılaşmaq qeyri-mümkündür. Belə ki, məhkəmə öz qətnaməsini əsaslandıraraq qeyd etmişdir ki, qeyd olunan avtomobilin faktiki olaraq cavabdehin istifadəsində olması və məhz cavabdeh tərəfindən həmi n avtomobilə zərər vurulması yalnız iddiaçının izahatı ilə təsdiq edilə bilməz. Həmin avtomobilə dair cavabdehə 2009-cu ildə etibarnamənin verilməsi də həmin avtomobilin cavabdehin istifadəsində olmasını və zərərin də sonuncu tərəfində vurulduğunu təsdiq etmir.” İlk növbədə məhkəmənin bu qənaətindən belə nəticə çıxarmaq olar ki, hər bir halda avtomobilə zərər vurulmuşdur, bu faktdır və bu hal danılmazdır. Digər tərəfdən avtomobildən istifadə (idarə) etmək hüququ (səlahiyəti) etibarnamə ilə təsdiq edilmirsə və etibarnamə buna kifayət etmirsə, niyə cavabdehin bu hüququnun əmələ gəlməsi daşınar əmlakın rəsmi reyestrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınmışdır və bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumatı mövcuddur? Avtomo bilin cavabdehin istifadəsində olmasını təsdiq edən başqa hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmalıdır? Bu hüququ verən başqa bir sənədin adını mən bilmirəm? Məhkəmə kollegiyası isə, bərabərlik prinsipini pozaraq iddiaçının izahatını, qüsur aktını və ekspert rəyini sübut kimi qəbul etməyərək cavabdehin nümayəndəsinin izahatını dəlil kimi əsas götürmüşdür. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi hazırki iş üzrə birinci instansiya məhkəməsində verdiyi izahatında apelyasiya şikayətindən fərqli olaraq bildirmişdir ki, hər iki avtomobil ümumiyyətlə cavabdehin istifadəsində heç vaxt olmamışdır. Sanki biri iddiaçıya azlıq etdiyi üçün, hər iki avtomobillərdən, həmçinin oğulları X3 məxsus “Mersedes” markalı avtomobili ailədə yalnıziddiaçı istifadə etmişdir. Cavabdeh i sə piyada gəzmiş və mağazanı idarə etmişdir. Lakin məhkəmədə sübuta yetirilmişdir ki, mübahisə predmeti olan “KİA SPORTAGE” markalı avtomobil etibarnamə əsasında xx.xx.2009-cu il tarixdən onun istifadəsində olmuşdur. Əmlakların bölünməsi barədə məhkəmə qətnamələri qanuni qüvvəyə mindikdən sonra iddiaçıya zərər vurmaq məqsədi ilə onun mülkiyyətində saxlanılmış avtomobili qəsdən yararsız vəziyyətə salmışdır. “xxxx” MMC-nin verdiyi qüsur aktına əsasən avtomobilin saz (işlək) vəziyyətə gətirmək üçün xərc cəmi 8804 manat təşkil edir. Bu səbəbdən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməklə həmin məhkəmədə müəyyən edi lmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh V2 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili V1 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh V2 oğlunun nümayəndəsi və vəkili V3qızı kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 37.3cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. İddiaçı birgə nikah dövründə cavabdehin təklifi ilə 2015-ci ilin əvvəllərində iş yoldaşından 150000 manat borc aldığını, borcu xx.xx.2015-ci ilədək qaytarmalı olduğunu, lakin alınan vəsaitin cavabdeh tərəfindən xərcləndiyini, buna görə borcun qaytarılması mümkün olmadığından məhkəmə qətnaməsi ilə borcun ondan tutulması qət edildiyini və bu borcu yalnız özü ödədiyindən borcun ikidə bir hissəsi cavabdehdən tutularaq ona ödənilməli olduğunu bildirsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, iddiaçı məhz cavadehin təklifi ilə borc aldığını və həmin məbləğin cavabdeh tərəfindən xərclənməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməlidir. Belə bir sübut isə onun tərəfindən təqdim edilməmişdir. İkincisi, qəbul edilsə ki, həmin borc tərəflərin birgə nikahı və münasibətlərinin xoş olduğu dövrdə alınmış, həmin borc elə birgə nikah dövründə də ödənilmişdir. Qeyd olunan vəsaitin ailə ehtiyacları üçün istifadə edilməsinə dair də iddiaçı tərəfindən məhkəməyə hansısa mötəbər sübut təqdim edilməmişdir. Üçüncüsü, işdən və Bakı Apellyasiy a Məhkəməsinin 2(103)-**/2018 saylı xx.xx.2018ci il tarixli qətnaməsindən də müəyyən olunur ki, tərəflər arasında hələ 2015-ci ildən birgə nikahı dövründə əldə edilmiş əmlakların bölünməsinə dair çoxsaylı məhkəmə mübahisəsi olmuş və nəticə etibarı ilə onların əmlakları bölünmüşdür. İddiaçı nədənsə ümumi əmlakları bölünərkən ümumi borcları olduğunu iddia etdiyi qeyd olunan məbləğin onların payına uyğun olaraq müəyyən edilməsini tələb etməmişdir. Bu fakt da iddiaçının hazırkı iddiasının hüquqdan pis niyyətlə istifadə etməsini inandırıcı və ağlabatan edir. Dördüncüsü, iddiaçı birinci instansiya məhkəməsinin borcun birgə nikah dövründə alındığı və elə o dövrdə də geri qaytarıldığı barədə qənaətinə etiraz edərək göstərir ki, “tərəflər arasında mübahisə artıq 2014-cü ilin sonlarında başlamış v ə faktiki olaraq ailə münasibətlərinə xitam verilmişdir. Borcun ödənilməsi barədə Xətai rayon məhkəməsinin qətnaməsi isə xx xxxx 2016-cı il tarixlidir. Belə halda isə aralarında məhkəmə çəkişmələri gedən zaman cavabdehin ona pul vəsaitini ödəməsi təbii ki, inandırıcı deyil, ancaq məhkəmə bu hallara qiymət vermədən ədalətsiz qətnamə çıxarmışdır”. Göründüyü kimi, apellyasiya şikayətindəki dəlillər ziddiyyətlidir. Belə ki, iddiaçı bir tərəfdən cavabdehlə 2014-cü ilin sonlarından faktiki olaraq ailə münasibətlərinə xitam verildiyini bildirir, digər tərəfdən isə 2015-ci ilin əvvəllərində məhz cavabdehin təklifi ilə iş yoldaşından 150000 manat borc aldığını göstərir. Demək ki, ailə münasibətlərinə faktiki olaraq xitam verildiyi və aralarında məhkəmə çəkişmələri gedən zaman iddiaçının da cavabdeh ə görə borc alması və həmin məbləği ona verməsi də inandırıcı deyil. Ona görə də qətnamənin bu hissəsinin ədalətsiz çıxarıldığını bəyan etməzdən əvvəl iddiaçıdan da vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək ədalətli olmaq tələb olunur. Beşincisi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-**/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahı dövründə əldə edilmiş ümumi paylı mülkiyyətində olan əmlakları bölünmüş, o cümlədən bazar dəyəri 17400 manat olan "KİA SPORPAGE” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 tam mülkiyyət hüquqi ilə verilmiş, əmlaklar arasındakı 14250 manat fərq Cavabdeh V2 oğlundan alınaraq X4 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin avtomobilə baxış keçirdiyini, bu zaman faktiki olaraq bilərəkdən məhv edildiyini və işlək və ziyyətdə olmadığını və avtomobilin təmiri üçün qüsur aktına əsasən 8804 manat lazım olduğu üçün məhkəməyə müraciət etmişdir. İddianın bu hissəsi üzrə iddiaçı tələbinin tam təmin edilməməsindən, cavabdeh isə ümumiyyətlə həmin hissənin qismən təmin edilməsindən narazı qalmışlar. Birinci instansiya məhkəməsi qeyd olunan avtomobilin cavabdehin istifadəsində olmasına dair iddiaçının izahatını əsas götürərək ekspertiza rəyi ilə müəyyən edilmiş məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Lakin qeyd olunan avtomobilin faktiki olaraq cavabdehin istifadəsində olması və məhz cavabdeh tərəfindən həmin avtomobilə zərər vurulması yalnız iddiaçının izahatı ilə təsdiq edilə bilməz. Həmin avtomobilə dair cavabdehə 2009-cu ildə etibarnamənin verilməsi də həmin avtomobilin cavabdehin ist ifadəsində olmasını və zərərən də sonuncu tərəfindən vurludğunu təsdiq etmir. Bununla yanaşı, qeyd olunan avtomobil məhkəmə qətnaməsinə əsasən bölünərkən onun dəyəri müəyyən edilərək bölünmüşdür. Ona görə də iddianın bu hissəsi də açıqaşkar əsassız olduğundan təmin edilməməli idi. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının kasasiya şikayətində istinad etdiyi hallar apelyasiya baxışı zamanı araşdırılmış və həmin hallar üzrə iddianın əsassızlığı apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə geniş şəkildə əsaslandırılmışdır. Kasasiya yoxlaması zamanı da iddiaçının dəlillərini təsdiq edəcək hər hansı sübut iş materiallarında mü əyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıd ır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar