Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2163/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin məhkəmədə baxılmalı olub-olmamasının müəyyənləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3210/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 may 20 21-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «borc məbləğinin düzgün müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, problemli kreditlərin restrukturizasiyasına dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixdə təsdiq olunmuş qaydalarına əsasən onun kredit borc məbləğinin düzgün hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bundan başqa işin halları ilə müəyyən edilir ki, ayrıca bir icraatda baxılmış iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2015-ci il tarixli 2(005)3815/2015 saylı qətnaməsi ilə «xxxx» KB ASC-nin İddiaçı qarşı «kredit borcunun tutulm ası» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 4.731 ABŞ dolları 40 sent əsas borc, 273 ABŞ dolları 55 sent faiz, 19 ABŞ dolları 59 sent cərimə olmaqla, cəmi 5.024 ABŞ dolları 54 sentin qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun «xxxx» KB ASC-nin xeyrinə tutulması, çatışmayan 10 manat dövlət rüsumunun İddiaçı dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir.
3. Həmçinin o da mübahisə edilmir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2015-ci il tarixli qətnamə qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı «xxxx» KB ASC-dən aldığı kreditlə bağlı ona 2.428 manat 92 qəpik kompensasiya məbləği ödənilmişdir. 4. 24 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı banka 16 mart 2020-ci il tarixinə 2.483 ABŞ dolları 98 sent məbləğində borcu qalmışdır. Qeyd olunan məbləğ əsas kredit borcu üzrə qalan borcdur.
5. İddiaçı bildirir ki, 16.12.2014-cü il tarixdə «xxxx» KB ASC-nin Nərimanov filialından 4.850 ABŞ dolları kredit götürmüşdür. Müəyyən iqtisadi çətinliklər səbəbindən kredit ödənişində problemlər yaranmışdır. 15 iyul 2015-ci il tarixli məhkəmə qətnaməsinə əsasən ondan 4.731 ABŞ dolları 40 sent əsas borc, 273 ABŞ dolları 55 sent faiz, 19 ABŞ dolları 59 sent cərimə olmaqla, cəmi 5.024 ABŞ dolları 54 sent və ödənilmiş 20 manat dövlət rüsumu bankın, 10 manat dövlət r üsumu isə dövlət büdcəsi hesabına tutulmalı idi. Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının Qaydalarına əsasən hesablama zamanı ona hesablanmış kredit borcunun düzgün hesablanmaması məlum olur. Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixdə təsdiq olunmuş qaydalarının 5.2.1-ci bəndində qeyd edilir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Lakin bank tərəfindən Fərmana əsasən qalıq borcu düzgün hesablanmamışdır. Belə ki, hesablanmış faiz və dəbbə pulları tam silinməmişdir. 3.726 manat 26 qəpik borcu qalmalı olduğu halda, ona 4.313 manat 60 qəpik, sonradan isə 2.483 ABŞ dolları 98 sent borc qalığı göstərilmişdir. M əhkəmə qətnaməsinə əsasən əsas borc qalığı, məhkəmə qətnaməsindən sonra ödənilmiş məbləğ, restrukturizasiya qərarından sonra hesablanmış kompensasiya və ödənilməli qalan borc qalığı haqqında hesablama aşağıdakı qaydadadır: məhkəmə qətnaməsindən sonrakı dövr ərzində 1.887 manat 84 qəpik ödəniş etmişdir. Əsas borc – 8.043 manat 38 qəpik; Ödənilmiş məbləğ – 1.815 manat 15 qəpik; Borcun azaldılmasına yönəldilən məbləğ – 2.428 manat 92 qəpik. Qalıq borc: 8.043,38 - 1.815,15 - 2.428,92 = 3.799,31 manat. ABŞ dolları ilə müvafiq olaraq 4.731 ABŞ dolları 40 sent; 1.110 ABŞ dolları 49 sent; 1.428 ABŞ dolları 72 sent. Qalıq borc: 4.731,40 - 1.110,49 - 1.428,72 = 2.192,19 ABŞ dolları (3.726,72 manat). Bununla əlaqədar, Maliyyə Bazarlarına Nəzarət Palatasına və «xxxx» KB ASC-yə rəsmi müraciət etməsinə baxmayaraq, heç bir dəqiqləşmə aparılmamış və kredit borcunun dəqiq nə qədər qalması barədə düzgün cavab verilməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdehin nümayəndəsi bildirir ki, iddiaçı tərəfindən düzgün hesablama aparılmır. İddiaçının fikrincə qalıq borc məbləği düzgün hesablanmamışdır. Lakin, bank tərəfindən hər hansı yanlışlığa, hesab səhvinə yol verilməmişdir və iddiaçının qalıq borcu 24.12.2019-cu il tarixdə verilmiş maliyyə arayışında qeyd olunan həddədir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(006)1203/2020 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia ərizəsi təmin olunmamışdır.
8. Birinci instansiya məhkəm əsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh «xxxx» KB ASC tərəfindən ödənişlərin və nəticə etibarı ilə qalıq borcunun düzgün hesablanmadığını iddia etməklə, borc qalığının düzgün hesablanması barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
9. Bundan başqa məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan göründüyü kimi, iddiaçının özünün etdiyi ödənişlər və kompensasiya məbləğinin ödənilməsi ilə bağlı bütün əməliyyatlar, hesablanmış borc məbləğləri və qalıq barədə məlumatlar müfəssəl şəkildə əks olunmuşdur.
10. Məhkəmə öz mövqeyini, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bi rinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3210/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov-sədrlik edən və məruzəçi, və Z.Şirinov və F.Talışinski) İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «borc məbləğinin düzgün müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(006)-1203/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(006)- 1203/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işdə olan hesabdan çıxarışdan və digər sənədlərdən (maliyyə arayışı və s.) göründüyü kimi, iddiaçının özünün etdiyi ödənişlər və kompensasiya məbləğinin ödənilməsi ilə bağlı bütün əməliyyatlar, hesablanmış borc məbləğləri və qalıq barədə məlumatlar müfəssəl şəkildə əks olunmuşdur.
14. İddiaçı Fərmana əsasən faizlərin və dəbbə pulunun tam silinməli olmasını bildirsə də, işdən olan sübutlardan görünür ki, Fərmanın qəbulu vaxtı iddiaçının faiz və dəbbə borcu mövcud olmamış, müvafiq kompensasiya məbləği əsas borcun azaldılmasına yönəlmişdir.
15. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kass asiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 5.2.1-ci maddəsi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilən tarixə qalmış faiz və dəbbə pullarının silinm əsini deyil, faiz və dəbbə pulunun tam silinməsini nəzərdə tutur. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən qaydaların 5.2.1-ci maddəsini düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
25. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. (maddə 2.1)
26. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (maddə 4.1)
27. Hər hansı fiziki və yaxud hüqu qi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (maddə 5.1)
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
31. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. (ma ddə 151.1)
32. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
33. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
35. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır
37. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (32)
38. İş materiallarından görünür ki, iddiaçının iddia tələbi borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır.
39. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq mü nasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir.
40. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi i ddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər.
41. Ona görə də bu cür iddialara baxılan zaman ilk öncə həmin iddianın məhkəmədə baxılmalı olub-olmaması məsələsi araşdırılmalıdır.
42. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlə r. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (25-27).
43. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1 -ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. (31)
44. Mübahisənin düzgün həlli üçün ə həmiyyət kəsb etməyinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və hüquqi qiymət verməmişdir.
45. Ona görə də işə təkrara baxan apelyasiya instansiyası məhkəməsi hazıkı iddianın məhkəmədə baxılmalı olub-olmamasını araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.
46. Bundan başqa qeyd edilməlidir ki, əgər araşdırma nəticəsində hazırkı iddianın məhkəmədə baxılmalı olması müəyyənləşdirilərsə bu zaman müvafiq borcun düzgün müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli və verilmiş ekspert rəyi iş üzrə digər sübutlarla birgə qiymətləndirilərək müvafiq qərar qəbul edilməlidir.
47. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
48. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
49. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3210/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul