Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2165/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, podratçının sifarişçi üçün podratın nəticəsini üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad təhvil vermə öhdəliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), X16 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2025-ci il tarixli, 2(103)-161/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 sentyabr 2025ci il tari xdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Payçı” - İddiaçı ilə “İcraçı” - Cavabdeh MMC (direktoru X2 şəxsində) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 saylı müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanda inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-3-cü blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 400 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi öhdəliyini götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən qeyri-yaşayış sahəsinin qiyməti 1 kv.metri üçün 2.200 manat olmaqla, ümumi dəyəri 880.000 manat təşkil edir.
2. İddiaçı tərəfindən müqavilədə müəyyən edilmiş məbləğ Cavabdeh MMC-yə ödənilmiş və bu barədə iddiaçıya xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilmişdir. 3. “İcraçı”- fiziki şəxs X10 ilə “Payçı” - Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2006-ci il tarixli müqavilələrə əsasən, icraçı ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m olan qeyri-yaşayış sahəsini, həmin binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m qeyri-yaşayış sahəsini, habelə 3-cü blokunun birinci mərtəbəsində yerləşən ümumi sahəsi 118,3 kv.m olan qeyriyaşayış sahəsini inşa edib payçıya təhvil verməyi, Maraqlı şəxs1 isə qeyd olunan 140.5 kv.m qeyri-yaşayış sahəsinə görə 140500 manat, 164.5 kv.m qeyri-yaşayış sahəsinə görə 164500 manat, 118,3 kv.m qeyri-yaşayış sahəsi üçün 118300 manat ödəməyi öhdəsinə götürmüşdür.
4. Maraqlı şəxs1 tərəfindən xx.xx.2006-ci il tarixli müqav ilə əsasında ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m. üçün 140500 manat, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m üçün 164500 manat, 3-cü blokunun birinci mərtəbəsində olan 118,3 kv.m. qeyri-yaşayış sahəsi üçün 118300 manat ödəməsi barədə maliyyə arayışları verilmişdir. 5. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən Maraqlı şəxs1 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 m ərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq 400 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin hər 1 kv.metri üçün 2.200 manat olmaqla 880.000 manat məbləğində ödəniş edilmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir. MTK binanın tikintisini müqavilədə göstərilən müddətdə başa çatdırsa və tərəfindən müqavilə şərtləri qeyd-şərtsiz icra olunsa da, cavabdehin məsuliyyətsiz davranışından, heç bir səbəb göstərilmədən, sözügedən mənzil təhvil verilməmişdir.
8. Məhkəmə iclasında cavabdeh MMC-nin direktoru iddia tələbi ni qəbul etməyərək bildirmişdir ki, müqaviləni o imzalamışdır. Belə ki, İmran adlı şəxs ona 50000 manat ödəniləcəyini bildirmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim:K.Xudayev) 2(004)-751/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia çı aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir. İddiaçı müqavilə üzrə razılaşdırılmış məbləği vaxtında ödəsə də, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək, müqavilə üzrə mübahisəli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçının pay dəyərini tam ödədiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddəsinin İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.2, 152.3, 157.4, 157.8, 178.8, 385.1, 425.1, 442, 4 48.1, 560.1, 560.2, 752.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-ci il tarixli müqavilələr əsasında ünvan 3 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m və 3-cü blokunun 1-ci mərtəbəsində 118.3 kv.m sahələrdən ibarət qeyri-yaşayış obyektləri binanın sahibi olmuş X1 almış, həmin müqavilə üzrə nəzərdə tutulmuş qeyri-yaşayış sahələrinin dəyəri onun tərəfindən tam şəkildə ödənilmiş və ona təhvil verilmişdir. Qeyri-yaşayış sahələri onun tərəfindən təmir olunmuşdur və həmin vaxtdan onun sahibliyində və istifadəsindədir. İddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh MMC-nin ünvan 4 ünvanında yerləşən binaya dair heç bir hüququ olmamışdır. Bina "xxxx" MTK tərəfindən idarə olunur. Birinci instansiya məhkəməsi tərəfindən 04 iyul 2018-ci il tarixli müqavilənin etibarlı olub-olmaması araşdırılmamışdır. Cavabdeh MMC-nin direktoru Telman Səlimov binanın sahibi Şakir Hüseynovun həbsdə olmasından sui-istifadə edərək, MMC yaratmaqla, ünvan 4 ü nvanında yerləşən binadan müxtəlif şəxslərə mənzil satdığı üçün Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum edilmişdir. Məhkəmə araşdırmamışdır ki, sözügedən bina Telman Səlimov tərəfindən tikilməyib və onun bu bina ilə heç bir hüquqi bağlılığı yoxdur. Cavabdeh MMC binada heç bir tikinti işləri aparmamışdır və binanın tikintisi barədə cavabdehə aid heç bir sənəd mövcud deyil.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) 7 mart 2023-cü il tarixli, 2(103)-1408/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Maraqlı şəx s1 şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim etməmişdir.
16. Məhkəmə kollegiyası Maraqlı şəxs1 qeyd etdiyi qeyri-yaşayış obyektlərini "xxxx" MTK ilə bağladığı müqavilələr əsasında əldə etməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsini Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə əldə etmişdir və iddiaçının qeyri-yaşayış sahəsini əldə etməsi barədə müqavilə qüvvədədir, ləğv və ya etibarsız hesab olunmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsindən (Cild 1, İ.v-12) verilən çıxarışdan görünür ki, Cavabdeh MMC hüquqi şəxs kimi vergi orqanında qeydiyyatdadır.
17. Həmçinin iş materiallarından müəy yən olunur ki, baxılan iş üzrə cavabdeh olan Cavabdeh MMC-nin direktorunun iddia tələbinin rədd edilməsi barədə göstərdiyi dəlillər əsaslı hesab edilməmişdir. İşin qeyd edilən halları iş üzrə Cavabdeh MMC-nin cavabdehlik daşımasını təsdiq edir.
18. Buna görə də məhkəmə kollegiyası qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs1 Cavabdeh MMC-nin iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə aidiyyətinin olmaması, orada cavabdehin hər-hansı bir tikinti işləri aparmaması barədə göstərdiklərini əsassız hesab edir və eyni zamanda qeyd edir ki, qətnamə maraqlarına toxunan şəxsin iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona məxsus qeyriyaşayış sahəsi ilə eyni olması barədə dəlillərini də əsaslı saymır və bu barədə təsdiqedici sübutlar qətnamə maraqlarına toxunan şəxs tərəfindən təqdim edilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.2, 152.3, 157.4, 157.8, 178.8, 385.1, 425.1, 442, 448.1, 560.1, 560.2, 752.1, 752.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya istansiyası məhkəməsindəki birinci icraat
20. Maraqlı şəxs1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər: İspəndiyar Şəfiyev (sədrlik edən), Əhməd Əhmədov və Vüqar Həsənov) 2(102)-2994/2023 nömrəli, 0 5 oktyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)-1408/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
22. Məhkəmə kollegiyası bildirmişdir ki, üçüncü şəxsin təqdim etdiyi müqavilələrə əlavə edilmiş evin mərtəbəsinin eskiz layihəsində Yeni ünvan 5 ünvanda yerləşən binanın layihəsinin Bakı şəhəri İH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması qeyd olunub. Bundan başqa, üçüncü şəxsin təqdim etdiyi X2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 23 may 2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda və 31 may 2018-ci il tarixdə təsdiqlənmiş ittiham aktında göstərilir ki, X11 xx.xx.2012-ci ildə təsis etdiyi, sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan Cavabdeh MMC-nin direktoru vəzifəsində işləyərkən, tanışı X3 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1, 213.2.2-ci maddələri ilə məhkum olunmalarına dair Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixli qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona ünvan 7 ünvanında inşa edilmiş, X6 məxsus çoxmərtəbəli yaşayış evindən mənzil satmaq hüququ verdiyini əsas g ətirərək, buna səlahiyyətinin olduğuna X15 və X12 inandırmaqla aldadaraq binanın 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv.m. ölçülü 55 nömrəli mənzilin Şahin Aslanovun qohumu X5 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2015-ci il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və rəhbərlik etdiyi Cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya cavab verməklə mənzilin dəyəri kimi 57.000 manat pulu vahid niyyətlə Şahin Aslanovdan alıb özgənin külli miqdarda 57.000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş, tək rarən vəzifə saxtakarlığı törədib, həmin əməli ilə X7 faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin qanunla qorunan mülkiyyət hüquqlarına mühüm zərər vurulmasında ifadə olunan əməl törətmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-yə məxsus olub-olmamasını araşdırmağı zəruri edən kifayət qədər məlumat mənbələri apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdu. Üçüncü şəxsin işə apellyasiya icraatında qoşulması, apellyasiya instansiyası məhkəməsindən tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutların tam araşdırılmasını tələb edirdi. Lakin işə baxmış məhkəmə kollegiyası Yasamal Rayon Məhkəməsinin 2(004)553/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunan hallara heç bir qiymət verməmiş, bu qətnamənin qanuni qüvvəyə minməsini, ləğv olunmuşsa mübahisənin hansı qaydada həllini tapdığını müəyyən etməmişdir (İşə yenidən baxacaq məhkəmənin diqqətinə çatdırılır ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı qeyd olunan mübahisə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-576/2022 saylı qərardadı və Bakı Apelyasiya Məhkəməsinin 8(103)-30/2023 saylı qərardadları çıxarılmışdır). Məhkəmə kollegiyası ümumiyyətlə mübahisəli çoxmərtəbəli yaşayış binasının cavabdeh tərəfindən inşa edilib edilmədiyini, oradan yaşayış və qeyri-yaşayış sahəsini özgəninkiləşdirmək hüququna malik olub-olmadığını, torpaq sahəsinin hansı fiziki və ya hüqiqi şəxsə ayrıldığını, çoxmərtəbəli binanı inşa etmək üçün kimə icazə verildiyini araşdırmamışdır. Nəticədə, Cavabdeh MMC-nin üzərinə tələb olunan qeyri- yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə öhdəliyin qoyulmasının Mülki Məcəllənin 762-ci maddəsinin tələblərinə, yəni podratın nəticəsinin üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olmasına uyğunluğu araşdırılmamışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin «hazırki iş üzrə iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsini Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə əldə etmiş və hazırda iddiaçının qeyri-yaşayış sahəsini əldə etməsi barədə müqavilə qüvvədədir, ləğv və ya etibarsız hesab olunmamışdır” kimi mövqeyi də, işin hazırki vəziyyətində, yəni, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın cavabdehə aidiyyətinin (binadan qeyri-yaşayış sahəsini satmaq, bununla bağlı podrat müqaviləsi bağlamaq səlahiyyətinin) müəyyən olunmadığı halda əsassızdır.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə qətnaməsinə verilmiş izahla əslində işin sonrakı icraatına təsir edən prosessual vəziyyət yarandığına görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq cavabdehin mövcud olub-olmamasını araşdırmağa borclu idi.
26. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə izah verilməsi barədə iddiaçının ərizəsi belə əsaslandırılmışdır ki, icra tədbiri qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh "X17” MMC-nin üzərinə qoyulmasıdır, hazırda isə "X17” MMC həmin ünvanda fəaliyyət göstərmədiyindən, mövcud olmadığndan, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin bir hissəsinə dair fiziki şəxs X10 ilə Maraqlı şəxs1 arasında bağlanmış müqavilə mövcud olduğundan məhkəmə qərarının icrasında çətinliklər yaranmışdır.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə e dərək tam və hərtərəfli araşdırmalıdırlar.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 157.4, 157.8, 178.8, 385.1, 425.1, 442, 448.1, 560.1, 560.2, 752.1, 752.2, 762.1, 762.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhramzadə) 10 mart 2025-ci il tarixli, 2(103)-161/2025 nömrəli qətnaməsi ilə qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilərək, X13 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhə ri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 10/3641 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "İcraçı"- fiziki şəxs X10 ilə "Payçı" - Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2006-ci il tarixli 3 müqaviləni (118,3 m², 164,5 m² və 140,5 m²) və «Payçı» Maraqlı şəxs2 ilə fiziki şəxs X8 ilə bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləni (400 m²), həmin müqavilərə əlavə olunmuş eskizləri nəzərə alaraq, Maraqlı şəxs1 və Maraqlı şəxs2 müqavilələrində göstərilən qeyri-yaşayış sahələrinin üst-üstə düşdüyü müəyyən olunmuşdur.
31. Həmçinin hazırkı apellyasiy a baxışı zamanı 20 fevral 2025-ci il tarixdə məhkəmə kollegiyası tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə yerli müayinə keçirilmiş və müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsi çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir. Mübahisəli yerə girişi küçə tərəfdəndir. Həmin qeyri-yaşayış sahəsi iş materiallarında olan ekspert rəyində əks olunmuş fotoşəkillərlə eynilik təşkil edir. Giriş binanın komendantı X14 tərəfindən açıldı. Sədrlik edənin sualına cavab olaraq X14 bildirdi ki, açar ona indiki mülkiyyətçi olan Şəmsəddin müəllim tərəfindən təqdim olunub. Sədrlik edənin s/c iddiaçı bildirdi ki, açar onlarda olub, həmin yer onun istifadəsində olub, açarı gecə ilə dəyişiblər, özbaşınalıq ediblər. İcra məmuru tərəfindən həmin yer ona təhvil verilib, o nun istifadəsində olub. Hətta mübahisəli qeyri-yaşayış sahəsinə pəncərələr onun tərəfindən qoyulub. Qapının açarının dəyişməsi barədə heç yerə şikayət etməmişdir. Sədrlik edənin s/c maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi-vəkili Nümayəndə bildirmişdir ki, mübahisəli yer Elxan tərəfindən Şəmsəddin müəllimə satılıb. Həmin yer Elxanın istifadəsində olub. Heç vaxt iddiaçının istifadəsində olmayıb. Görünən vitrin pəncərələr də Elxan tərəfindən qoyulub. Lazım gəlsə həmin ustaların şahid qismində məhkəmə iclasında iştirakları təmin oluna bilər
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq 400 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin hər 1 kv.metri üçün 2.200 manat olmaqla 880.000 manat məbl əğində ödəniş edilməsini iddia etsə də, iş üzrə apellyator Maraqlı şəxs1 mübahisəli qeyri-yaşayış sahəsinə dair başqa podratçı ilə 2006-cı ildə, Maraqlı şəxs2 isə Rüstəmov Rövşən ilə 2005-ci ildə bağlanmış podrat müqaviləsi təqdim edərək, sonuncuların apellyasiya şikayətlərində həmin sahənin faktiki olaraq onlara təhvil verildiyi bildirilir.
33. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam paylı olaraq xx.xx.2023-cü il tarixdən Maraqlı şəxs1 mülkiyyətindədir.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “ünvan 8 ünvanında yerləşə n binanın "X17" MMC-yə hər-hansı bir aidiyyatının olmaması təsdiq edildiyindən iddiaçının hazırda ona təhvil verilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin ona heç bir aidiyyatı olmamış və yoxdur.
35. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən həmçinin Maraqlı şəxs2 iddiası üzrə qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)1506/2024 nömrəli qətnaməsini də nəzərə almışdır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsini Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə əldə etməsi və hazırda iddiaçının qeyri-yaşayış sahəsini əldə etməsi barədə müqavilə qüvvədə olması ləğv və ya etibarsız hesab olunmaması kimi mövqeyi ilə bağlı qeyd etmişdir ki, kassasiya məhkəməsi nin göstərdiyi kimi işin hazırki vəziyyətində, yəni, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın cavabdehə aidiyyətinin müəyyən olunmadığı halda iddia əsassızdır. Belə ki, Cavabdeh MMC-nin binadan qeyri-yaşayış sahəsini satmaq, bununla bağlı podrat müqaviləsi bağlamaq səlahiyyətinin olmasına dair kollegiyaya mötəbər sübutlar təqdim edilməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə izah verilməsi barədə qərardadı ilə bağlı qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi həmin qərardada yuxarıda göstərilən mövqedə olsa da, hazırki icraatda tələbin əsassız olması müəyyən edildiyindən ləğv edilmiş qətnamənin icrası üzrə verilmiş ərizə ilə bağlı məhkəmənin səhv mövqeyinə təkrar qiymət verilməsinə zərurət yoxdur.
38. İş materiallarından görünür ki, Səmədov X9 Elxanın mübahisəli sahəyə dair aldığı çıxarışları mübahisələndirilmiş və Bakı İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiası mümkünsüz sayılmış, daha sonra etdiyi müraciət əsasında eyni məzmunlu iddiası təkrar icraata götürülmüşdür. İddiaçı təkrar müraciətinin icraata götürülməsinə istinad edərək hazırki işin icraatını dayandırılmasını xahiş etsə də, kollegiya bu vəsatətlə razılaşmamışdır.
39. Apellyasiya instansiyası məhkəməsi mübahisəli sahənin dövlət reyestrindən keçmiş iki hissəsinin hazırda Quliyev Şəmsəddinin mülkiyyətində olmasını da vurğulayaraq hesab etmişdir ki, qalan 1 hissə Maraqlı şəxs1 mülkiyyətində olmasa da, faktiki olaraq istifadəsində olması müəyyən edilmişdir. Başqa sözlə, mübahisəli sahəyə dair artıq Maraqlı şəxs1 adına dövl ət reyestrindən çıxarış olmadığı və sahələr Quliyev Şəmsəddinin mülkiyyəti kimi qeydiyyatdan keçdiyi üçün Bakı İnzibati məhkəməsinin icraata götürdüyü iddianın hazırki işlə heç bir hüquqi əlaqəsi müəyyən edilməmişdir. Belə olan halda tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz.
40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstəri lən hallara görə qanuni və əsaslı sayıla bilməz. Həmçinin apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İddiaçı Cavabdeh MMC (direktoru X2 şəxsində) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 saylı müqaviləyə əsasən ümumilikdə 880.000 manat ödəməsinə dair mötəbər sübutlar əsasında ona vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüququnun olması izah edilməlidir.
41. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.3, 157.4, 157.8, 178.8, 385.1, 425.1, 442, 448.1, 560.1, 560.2, 752.1, 752.2, 762.1, 762.4-cü maddələrinə, Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı kassasiya şikayəti verərək qətnamənin əsassız və qanunsuz olduğundan ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara məhkəmə tərəfindən səthi yanaşılmış və tam, hərtərəfli, obyektiv baxılmamışdır. Həmçinin sübutlar düzgün əsaslandırılmamışdır. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi m əhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir.
44. Cavabdeh işin hallarından da göründüyü kimi qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq özbaşınalıq etmişdir. Tərəflər arasında bağlanan müqavilənin şərtləri hər 2 tərəf üçün məcburi olduğu halda cavabdeh dəfələrlə müqavilənin şərtlərini pozmuş, vicdanlı hərəkət etməmişdir. Cavabdeh tərəfindən icra etməli olduğu öhdəliyi pozulmuşdur. Cavabdeh qanunla ona verilmiş hüquqlardan sui-istifadə edərək vicdansız, ədalətsiz, məqsədyönlü şəkildə iddiaçının hüquqlarına zərər vurmuşdur. Cavabdeh hüquqdan sui-istifadə etdiyinə görə bu əsas üzərində həyata keçirdiyi razılaşmalar və hərəkətlər etibarsızdır. İddiaçı müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə Mülki Məcəllənin müddəalarına əsasən, mübahisəli qeyri-yaşayış sahə sinə sahiblik və istifadə hüququ əldə etmişdir. İddiaçı müqavilə üzrə razılaşdırılmış məbləği vaxtında ödəsə də, Cavabdeh MMC iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək, müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.metr olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməməsi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçının pay dəyərini tam ödədiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır.
45. Kassasiya şikayətində maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 399.1, 178.8, 385.1, 425.1, 442, 560.2, 425.1, 448.1, 560.2, 152.2, 152.3–ci maddələrinin, prosessual norma kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinin pozulduğu göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, Cavabdeh MMC-nin direktoru X2 MTK-nın inşa etdiyi binada mənzil və obyekt satmaq hüququ olmadığı hökmlə təsdiqini tapmışdır. AR MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hi ssəsində məcburidir. Məhkəmə tam obyektiv araşdırma apararaq ədalətli qərar qəbul etdiyindən iddiaçının kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-161/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə ya naşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlə r göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
50. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. Maddə 4 48.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
52. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
53. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
54. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
55. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
56. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kassasiya şikayətinin dəlilərinə ümumilikdə qiymət verən kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul edilmiş qərarındakı hüquqi mövqe nəzərə alınmaqla apelyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparılmış, mübahisə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun həll edilmişdir.
65. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən tələb olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın cavabdehə məxsus olduğu, hazırda cavabdehin sahibliyində olduğu təsdiq olunmadığından iddia rədd edilmiş və məhkəmə tərəfindən iddiaçıya cavabdeh qarşı podrat müqavilə üzrə üzərinə götürdüy ü öhdəliyi icra etmədiyinə görə dəymiş ziyanın ödənilməsi barədə iddia qaldırmaq hüququ izah edilmişdir.
66. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı qiymət verildiyindən məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşaraq təkrarlamağı zəruri hesab etmir.
67. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2025-ci il tarixli, 2(103)1 61/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.