Məhkəmə qərarları › İş №2(102)-2166/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2166/2020

24.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2166/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, cavabdeh x1 qızının, onun vəkili Vəkil və Cavabdeh1 ilə, İddiaçı cavabdehlər Cavabdeh1, x1 qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı “mənzilin boşaldılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2(103)-12969/2019 nömrəl i qətnaməsindən cavabdeh x1 qızı və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, x1 qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, ünvanindən (bundan sonra – mübahisəli mənzil) çıxarılması, mənzilin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi, 40.740 manat maddi zərərin, 10.000 manat mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsasl ünvan andırmışdır ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun qonşusu olmuşdur. 2007-ci ildə cavabdeh onun mənzilini almaq istədiyini, bir neçə aya bir nəfərdən p ul alıb uzağı həmin ilin aprel ayında ona ödəyəcəyini bildirmişdir. Qonşu olduqları üçün onun sözlərinə inanıb və etibar edib razılaşmışdır. Beləliklə, 2007-ci ilin yanvar ayında cavabdehlər onun mənzilinə köçmüşlər. Aprel ayı çatdıqda, Cavabdeh1 verdiyi sözü tutmaq və aralarındakı razılaşmaya riayət etmək üçün əlavə vaxt istəmişdir. Lakin sonradan da Cavabdeh1 hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. 12 ildən artıq müddətdir ki, cavabdeh və ailə üzvləri onun iradəsinin ziddinə olaraq mənzilində qanunsuz yaşayırlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 01 iyul 2019-cu il tarixli 2(006)-3386/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərin mübahisəli mənzildən çıxarılması, mənzilin cavabdehlər tərəfindən boşaldılaraq iddia çıya təhvil verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov və Vahid Sadıqov) 29 oktyabr 2019-cu il tarixli 2(103)-12969/2019 nömrəli qətnaməsi ilə İddiaçı və cavabdeh x1 qızının apelyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3386/2019 saylı iş üzrə 01 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilməmiş və Cavabdeh2ya qarşı təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x1 qızı və vəkili Vəkil kasasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2(103)-12969/2019 nömrəli qətnaməsinin iddianın təmin edilmiş his səsində ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmənin iddiaçı mənzilini əvvəllər kirayəyə verərək gəlir əldə etməsinə, həmçinin ona real zərər vurulmasına dair sübutlar təqdim etməməsi, iddiaçının yeganə yaşayış yeri olduğunu qeyd etdiyi öz mənzilini kirayə vermək niyyəti olmadığını, həmçinin cavabdehlər mənzilə özbaşına, deyil, mənzili alacaqları vədinə görə özünün razılığı ilə köçdüyünü nəzərə alaraq, iddianın digər hissədə təmin etməməklə, tam haqlı olmuşdur. Artıq 12 ildir ki, onlar həmin mənzildə yaşayırlar, əks halda bu günə qə dər İddiaçı evini tələb edərdi. Eyni zamanda bir şəxsin nəyə görə 12 il ərzində evi ilə bağlı heç bir tələb irəli sürmədiyini də məhkəmə araşdırma predmeti kimi qəbul edib araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsi isə ümumiyyətlə işə heç bir münasibət bildirməmiş, səthi münasibət göstərmiş, tam hüquqlu məhkəmə olmasına baxmayaraq heç bir araşdırma aparmadan bir iclasa məhkəməni yekunlaşdıraraq qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında cavabdeh x1 qızı və vəkili Vəkil məhkəmə iclasında kasasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə kasasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tər əfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız cavabdeh x1 qızı kasasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətinin dəlilləri əsasında qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyini yoxlayır. Apelyasiya instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə 12 ildir yaşayırlar. Tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaçı mənzilini əvvəllər kirayəyə verərək gəlir əldə etməsinə, həmçinin ona real zərər vurulmasına dair sübutlar təqdim etməmiş, həmçinin cavabdehlər mənzilə özbaşına deyil, mənzili alacaqları vədinə görə özünün razılığı ilə köçmüşlər. İddiaçı cavabdehlərdən mənzili alacaqlarını ümid etdiyi üçün 12 il ərzində məhkəməyə müraciət etməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh2ya qarşı təmin olunmuş hissəsində və iddianın təmin olunmamış hissəsində qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-suby ektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri təl əb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin iddiaçıya məxsus olması iş materialları ilə təsdiq olunduğundan və cavabdehin həmin mənzildən istifadəsi üçün hər hansı qanuni əsas mövcud olmadığından cavabdehin qanuni əsas olmadan yaşadığı mənzildən çıxarılması barədə iddiaçının tələbi əsaslıdır. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə ba xarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasi ya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x1 qızının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2(103)-12969/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar