Məhkəmə qərarları › İş №2(102)-2166/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2166/2022

11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2166/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işləmə faktının müəyyən edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 18 noyabr 2021-ci il tarixli, 2(103)9144/2021 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Ərizəçi xx xxxx 1960-cı ildə Laçın rayonunda anadan olmuş, Laçın rayonunun Oğuldərə kəndində qeydiyyatdadır və 1992-ci ildə Laçın rayonunun Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunması ilə əlaqədar Bakı şəhərində məcburi köçkün kimi məskunlaşmışdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 13 noyabr 2020-ci il tarixli məktuba əsasən ərizəçinin ümumi iş sta jı 25 ildən az (18 il 5 ay 26 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 40800 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33533,27 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsind ə icraat

3. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 iyun 1978-ci ildən 1992-ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində yerləşən “Çənlibel” adına kolxozda fəhlə vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi məcburi köçkün düşənədək – 01 iyun 1978-ci ildən 1992-ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində “Çənlibel” adına kolxozda fəhlə işləmişdir. Lakin həmin illərdə işləməsini təsdiq edən əmək kitabçası işğal ərazisində qalmışdır. Ərizəçi pensiyaya çıxmaq istəyi r, sənədlərini ƏƏSMN yanında DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim etmiş, lakin orada imtina edilərək bildirilmişdir ki, onun pensiyaya çıxması üçün azı 25 il sığorta stajı tələb olunur.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(010)1333/2021 nömrəli qətnaməsi ilə (hakim S.M.Miriyeva) ərizə təmin edilmiş, Ərizəçi 01 iyun 1978-ci ildən 1992-ci ilin may ayına kimi Laçın rayonunun Oğuldərə kəndində “Çənlibel” adına kolxozda fəhlə işləməsi faktı müəyyən edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ərizəçi üzrlü hesab edilə biləcək bir səbəbdən əmək kitabçasından məhrum olmuşdur. Belə ki, Laçın rayonu 18 may 1992-ci il tarixdə işğal edilmiş və bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Ərizəçinin Laçın rayonundan işğaldan əvvəl könüllü olaraq yox, məhz işğal nəticəsində məcburi köçkün kimi çıxmağa məcbur qalması da mübahisəsizdir. Belə ki, bu faktı təsdiq edən məcburi köçkün vəsiqəsi iş materiallarında mövcuddur. Deməli, Ərizəçi əmək fəaliyyətini təsdiq edən sənəddən - əmək kitabçasından üzrlü səbəbdən məhrum olmuşdur. Belə bir vəziyyətdə ərizəçinin əmək kitabçası olmadığından və əvvəllər işlədiyi kolxoz fəaliyyət göstərmədiyindən onun “Çənlibel” kolxozundakı əmək fəaliyyətini yalnız onunla birlikdə həmin kolxozda işləmiş və əmək kitabçasında bu barədə qeyd edilmiş şəxslərin şahid kimi izahatları təsdiq edə bilər.

7. Məhkəmə iclasında izahat verən şahidlər X2 və X1 “Çənlibel” kolxozunda işləmiş və onlar Ərizəçi bu kolxozda fəhlə kimi iş fəaliyyəti, hansı işlər görməsi, onların kolxozda işlədiyi dövrdə fa siləsiz olaraq ərizəçinin də bu kolxozda işləməsi barədə bir-biri ilə üst-üstə düşən izahatlar vermiş, ərizədə qeyd edilənləri təsdiq etmişlər. Digər tərəfdən Laçın rayonu Oğuldərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da ərizədə qeyd edilənlər göstərilmişdir.

8. Belə bir vəziyyətdə məhkəmə hesab etmişdir ki, Ərizəçi “Çənlibel” kolxozunda qeyd edilən dövrdə fəhlə işləməsi bütün əldə edilməsi mümkün sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası MPM-in 308 və 307.2.1-ci maddələri, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.4-cü bəndi, Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(010)-1333/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(103)-9144/2021 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevdən və Ş.Ə.Məhərrəmovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(010)-1333/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq, iş üzrə şahid kimi dindirilmiş şəxslərin ifadələrinə Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq sübut növü kimi qiymət verərək qeyd etmişdir ki, şahidlər ərizəçi ilə eyni müəssisədə işləmələri bar ədə məhkəməyə hər hansı sübut təqdim etməsələr də, onların ifadələri mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, adıçəkilən şəxslər və ərizəçinin özü məcburi köçkündürlər və eyni kəndin sakinləridirlər. Wikipedia azad ensiklopediyasında olan məlumatlardan görünür ki, Laçın rayonunun Oğuldərə kəndinin əhalisi 2006-cı ilə olan məlumatlara əsasən cəmi 920 nəfər təşkil edir. Göründüyü kimi, ərizəçinin və şahidlərin birgə yaşamış olduqları kəndin sakinlərinin sayı kifayət qədər məhduddur. Bu isə həmin kəndin sakinlərinin birgə əmək fəaliyyətindən başqa, həmkəndli kimi də bir-birini tanıması və əmək fəaliyyəti ilə məşğul olub-olmaması barədə məlumatlı olması ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bundan başqa, maraqlı şəxsin apellyasiya şikayətində istinad etdiyi Ali Məhkəmənin 12 aprel 201 9-cu il tarixli Plenum qərarında, nə də Nazirlər Kabinetinin qüvvədən düşmüş 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarında şahid ola biləcək şəxsin ərizəçi ilə eyni vaxtda və ya ondan daha əvvəl işləməli olmasına dair birbaşa tələb yoxdur. Bundan başqa, iş materiallarında olan Laçın rayonu İcra Hakimiyyəti Başçısının Oğuldərə kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışda da ərizəçinin iddia ərizəsində qeyd edilən tarixlərdə həmin sovxozda fəhlə işləməsi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən istinad etdiyi şahid ifadələrinin mötəbər sübut olmaması və prosessual qanunvericiliyin tələbləri pozulmaqla əldə edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri:

13. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(103)-9144/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qayd ası barədə” Əsasnamənin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli qərarının tələbləri pozulmuş, iş üzrə şahidlərin ərizəçi ilə müxtəlif vaxtlarda işləməsi, ərizəçi ilə qohumluq münasibətlərində olması nəzərə alınmamışdır.

15. Bundan əlavə, məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbini pozaraq ərizəçinin yaşa görə əmək pensiyası almaq hüququnun 65 yaşında, yəni 2025-ci ildə yaranacağını, güzəştli şərtlərlə pensiya hüququnun isə 2002-ci il tarixdən (SOCAR-da işlədiyi dövr) 2006-cı il tarixədək tələb edilən güzəştli iş stajını tamamlamadığından yaranmadığını nəzərə almamışdır.

16. Kassasiya şik ayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. B elə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1-ci ma ddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüq uqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 200 6-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində s ənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

23. Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyə n edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəçinin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara müfəssəl hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qey d edir ki, hazırki məhkəmə mübahisəsinin həlli sübutetmə ilə əlaqədardır.

27. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

28. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində ərizəçi tərəfindən təqdim olunmuş sübutlara, o cümlədən birinci instansiya məhkəməsi nə dəvət olunmuş şahidlərin ifadələrinə hüquqi qiymət vermiş və onları ərizənin təmini üçün mötəbər və kifayətedici hesab etmişdir. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

30. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi tələbini güzəştli şərtlərlə pensiyaya çıxmaq məqsədi ilə yaşadığı rayonunun işğalından əvvəlki dövr üçün işləmə faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin pensiya hüququnun yaranıb-yaranmaması hazırki mübahisənin predmeti olmadığından kassasiya şikayətinin sonuncu dəlili də əsassız hesab olunmalıdır.

31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qət namə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2(103)-9144/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar