Məhkəmə qərarları › İş №2(102)-2167/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2167/2024

11.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2167/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı şəxsi və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatları yazılı qaydada təkzib etmək, üzr istəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-378/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1997-ci il təvəllüdlü, Ağsu rayonu Cəlayir kənd sakini Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova “Elektron ünvan ünvanından aşağıdakı məzmunda elektron müraciət edərək göstərmişdir ki, “Cənab Nazir, Ağsu rayonu Cəlayir kənd sakinləri İddiaçı (bundan sonra – iddiaçı) və X4 radikal dini qrupların üzvləridir və kənd camaatı arasında dövlət və dövlətçilik əleyhinə təbliğatla məşğuldurlar. X4 Bakı İslam Universitetinin məzunudur və bir neçə il bundan qab aq Cəlayir kənd məscidində məscidin axundu Hacı Balakişinin etirazına baxmayaraq dini dərs adı ilə azyaşlı uşaqlara dövlət və hakimiyyət əleyhinə müxalif ideyalar aşılamağa çalışmışdır. Mən və mənim həmyaşıdlarım da həmin şəxsin dərslərinin müxalif ideyaları ilə tanış olmuşuq. Kənd məscidinin axundu Rəhimov Balakişinin səyi nəticəsində və nardaran hadisələrindən sonra bu şəxs kənddə müxalif fəaliyyətinə ara vermişdir. İddiaçı isə daima kənddə hakimiyyət əleyhinə çıxışlar etmiş məktəbdə şagirdlərə dini radikal ideyalar aşılamağa cəhd göstərmişdir. Dillərindən “haqq”, “quran” düşməyən bu şəxslər dini öz çirkin məqsədləri üçün istifadə edirlər. Son zamanlar bu şəxslər Azərbaycan Respublikasının hüquq mühafizə orqanları əməkdaşları haqqında müxalif internet kanallarında əsassız, qərəzli və böh tan çıxışlar edirlər. Bu sadəcə istiqamətini dəyişmiş təbliğatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunlara həmin kanallarda cavab verməsinə baxmayaraq bunlar həmin qərəzli hərəkətlərini davam edir, camaat arasında dövlət və hakimiyyətə qarşı inamsızlıq yaradırlar. Bu şəxslərin əməllərinin cavabsız qalmamağını sizdən xahiş edirəm”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsi və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan həmin məlumatları yazılı qaydada təkzib etmək və üzr istəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin ona vurduğu mənəvi zərərə görə Cavabdeh onun xeyrinə 20.000 manat miqdarında pulun və ödənilmiş dövlə t rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulun, cəmi 20.150 manat məbləğində pulun tutularaq ödənilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ali təhsilli olmaqla Ağsu rayonu, Cəlayir kəndində yerləşən kənd orta məktəbində uzun müddətdir ki, fiziki hazırlıq üzrə müəllim işləyir. Məktəb kollektivində çox mehriban və qarşılıqlı hörmətə əsaslanan mühiti vardır. xx.xx.1997-ci il təvəllüdlü, Ağsu rayonu Cəlayir kənd sakini Cavabdeh xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova “Elektron ünvan ünvanından aşağıdakı məzmunda elektron müraciət edərək göstərmişdir ki, “Cənab Nazir, Ağsu rayonu Cəlayir kənd sakinləri İddiaçı və X4 radikal dini qrupların üzvləridir və kənd camaatı arasında dövlət və dövlətçilik əlehinə təbliğatla məşğuldurlar. X4 Bakı İslam Universitetinin məzunudur və bir neçə il bundan qabaq Cəlayir kənd məscidində məscidin axundu Hacı Balakişinin etirazına baxmayaraq dini dərs adı ilə azyaşlı uşaqlara dövlət və hakimiyyət əlehinə müxalif ideyalar aşılamağa çalışmışdır. Mənvə mənim həmyaşıdlarım da həmin şəxsin dərslərinin müxalif ideyaları ilə tanış olmuşuq. Kənd məscidinin axundu Rəhimov Balakişinin səyi nəticəsində və nardaran hadisələrindən sonra bu şəxs kənddə müxalif fəaliyyətinə ara vermişdir. İddiaçı isə daima kənddə hakimiyyət əlehinə çıxışlar etmiş məktəbdə şagirdlərə dini radikal ideyalar aşılamağa cəhd göstərmişdir. Dillərindən “haqq”, “quran” düşməyən bu şəxslər dini öz çirkin məqsədləri üçün istifadə edirlər. Son zamanlar bu şəxslər Azərbaycan Res publikasının hüquq mühafizə orqanları əməkdaşları haqqında müxalif internet kanallarında əsassız, qərəzli və böhtan çıxışlar edirlər. Bu sadəcə istiqamətini dəyişmiş təbliğatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunlara həmin kanallarda cavab verməsinə baxmayaraq bunlar həmin qərəzli hərəkətlərini davam edir, camaat arasında dövlət və hakimiyyətə qarşı inamsızlıq yaradırlar. Bu şəxslərin əməllərinin cavabsız qalmamağını sizdən xahiş edirəm”. Cavabdeh o və X4 barəsində yazmış olduğu həmin müraciətlə əlaqədar Ağsu Rayon prokuroru Rəşad Mansurov tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, “Ağsu rayon Cəlayir kənd sakini Cavabdeh X4 barəsində Ağsu Rayon Polis Şöbəsinə böhtan xarakterli müraciətlər ünvanlaması ilə bağlı rayon prok urorluğuna ünvanlanmış xx.xx.2021-ci il tarxili müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh Muğbil Qənbərov barəsində dövlət və dövlətçilik əleyhinə təbliğat aparması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş müraciətlər əsasında Ağsu rayon Polis Şöbəsinin İTB-də araşdırma aparılmış, araşdırma nəticəsində müraciətdə göstərilən xüsusatlar təsdiqini tapmadığından, müraciət arayışla işə alınmışdır. Odur ki, Cavabdeh Muğbil Qənbərov barəsində böhtan xarakterli müraciətlər ünvanlaması ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnuz vardır”. Göründüyü kimi, Cavabdeh o və Muğbil Qənbərov barəsində yazmış olduğu həmin müraciət əsassız olduğundan və mür aciətdə qeyd edilənlər təsdiqini tapmadığından işə alınmışdır. Bundan əlavə, tərəfindən Cavabdeh barəsində cinayətin törədilməsi ilə bağlı bilə-bilə yalan xəbərçilik etməsi ilə bağlı prokurorluğa edilmiş müraciətlər əsasında aparılmış araşdırma nəticəsində Cavabdeh müraciətində onun barəsində göstərmiş olduğu xüsusatlar inkar edilmişdir. Belə ki, Cavabdeh izahatında göstərmişdir ki, M.Qənbərovun və İddiaçı radikal dini qruplaşmanın üzvləri olduğunu eşitmiş, onların konkret olaraq hansı dini qruplaşmaya mənsub olduqlarını bilməmişdir. Belə olan halda müraciət edən şəxs məlumatın mənbəyini təqdim etməlidir, lakin belə bir mənbə iş materiallarında mövcud deyildir. Göründüyü kimi, şəxsin özünün vermiş olduğu izahatdan da açıq-aşkar görünür ki, onun barəsində iddia etdikləri əsassız olmaqla, on un şərəf və ləyaqətinin ləkələnməsinə səbəb olmuş, barəsində mənfi rəy formalaşdırmışdır. Cavabdeh onun Cəlayir kənd məktəbində dövlətçilik əleyhinə müxtəlif fikirlər səsləndirdiyini eşitdiyini göstərdiyi halda həmin məlumatın mənbəyini göstərməmiş, verdiyi həmin məlumatı təsdiq edəcək bir sübut belə təqdim etməmişdir. Buradan da belə nəticəyə gəlmək mümkündür ki, Cavabdeh heç bir əsası və sübutu olmayan fikirlərlə AR DİN-ə müraciət etmişdir. Cavabdehin barəsində verdiyi həmin yalan məlumat onu bir müəllim kimi nüfuzdan salmışdır. Bir şəxsi dövlət əleyhinə təbliğat aparmaqda günahlandırmaq ağır bir ittiham olmaqla cavabdehin qeyd etdiyi həmin yalan məlumatlar cəmiyyətə, dövlətə, Vətənə sədaqətli və yararlı fərdlərin yetişdirilməsində mühüm rol oynayan bir müəssisədə, yəni məktəbdə müəllim kimi fəaliyyət göstərdiyi halda onu şübhəli bir vəziyyətə salmış və barəsində mənfi rəyin formalaşmasına şərait yaratmışdır. Bundan əlavə, Cavabdeh ona qarşı qərəzli olmasını təsdiq edən daha bir sübut da odur ki, 07 sentyabr 2020-ci il tarixdə (bu iş üzrə DİN-nə müraciətindən 3 gün əvvəl) Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət ünvanlayaraq cavabdeh onun “Rusiyada müəllim işlədiyi dövrdə narkotiklə bağlı kriminal aləmlə əlaqədə olub, ona görə də Rusiyada müəllimlik hüququndan məhrum edilib” qeyd etmişdir. Bununla bağlı, onun cavadeh Cavabdeh qarşı “şərəf və ləyaqət, təkzib, üzr istənilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-599/2022 saylı qətnaməsi vardır ki, məhkəmə tərəfindən Cavabdeh üzərinə Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi olaraq müraciət edərək təkzib edilməsini qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4623/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Bütün bu faktlar Cavabdeh göstərilən məzmunda müraciət edərkən izahatında göstərdiyi kimi özünün vətəndaşlıq borcunu deyil, onun barəsində cinayət işinin başlanması, bundan istifadə edərək həbsinə nail olmaq üçün yaxın qohumları ilə birlikdə bütün imkanlarından istifadə etdiyini və ona qarşı qərəzli münasibətini təsdiq edir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericil iyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələnməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Cavabdeh tərəfindən həmin müraciətdə göstərilənlər onun şərəf və ləyaqətini ləkələmişdir. Belə ki, o, Ağsu rayon Cəlayir kənd tam orta məktəbdə müəllim iş ləməklə kənd sakinləri və müəllim kollektivi arasında hörməti olan bir şəxsdir. Cavabdeh həmin müraciətdə qeyd etdikləri ilə ona böhtan atmış, onu dövlət əleyhinə fikirlər yaymaqda, hakimiyyət əleyhinə çıxışlar etməkdə, dini radikalizmdə təqsirləndirmişdir. Bütün bunlar, onun şərəf və ləyaqətini ləkələmişdir. Həmin məlumatlar isə həqiqətə uyğun olmamaqla onun şərəf və ləyaqətini ləkələmək məqsədi daşıyır. Belə ki, həmin məlumatlarla əlaqədar Ağsu Rayon Polis Şöbəsində aparılmış araşdırma nəticəsində məlumatların doğruluğu sübuta yetirilməmişdir. Həmçinin, Cavabdeh Azərbaycan Respublikası X9 etdiyi müraciətində Ağsu rayonu Cəlayir kənd sakinləri İddiaçı və X1 radikal dini qrupların üzvləridir, kənd camaatı arasında dövlət və dövlətçilik əleyhinə təbliğatla məşğul olmasını bildirdiyi halda b unu təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. O, izahatında onların həmin əməli etdiyindən şübhələndiyini, fəaliyyətilərinin yoxlanmasını bildirir. Ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəlliminin özünü bu cür müdafiə etməyə çalışması isə çox gülüncdür. Məgər, o, hər hansı müəssisə sahibi, yoxsa hər hansı bir vəzifəli şəxs olmaqla səlahiyyət sahibidir ki, onun fəaliyyətinin yoxlanmasını istəyir? Əgər həqiqətən verdiyi məlumatda şübhəsi var idisə bunu məlumat verərkən də bildirmiş olardı. Lakin görünən odur ki, cavabdeh onun barəsində mənfi rəy formalaşdırmaq istəmiş, hətta daha irəli gedərək onun həbsinə nail olmaq istəmişdir. Bundan əlavə, o həmin müraciətində fəaliyyətinin yoxlanılması kimi bir fikir ifadə etməmiş, birbaşa olaraq barəsində yalan məlumat verməklə “o nun əməlinin cəzasız qalmamasını” istəmişdir. Bundan əlavə, Cavabdeh ərizəsində göstərdiyi onun radikal dini qruplaşmanın üzvü olmağı barədə məlumatları kənd camaatı arasında yayılan söz-söhbətlərdən, adı yadında qalmayan şəxslərdən aldığını, onun hansı radikal dini qruplaşmanın üzvü olmağını bilmədiyini göstərir. Belə olan halda sual yaranır ki, barələrində şikayət etdiyinşəxslərin hansı radikal dini qruplaşmanın üzvü olmasını bilmirsənsə, onda həmin şəxslərin barəsində bu cür ittihamla niyə çıxış edirsən? Cavab isə məlumdur. Cavabdeh onun barəsində bilərəkdən yalan məlumatlar verməklə onun şərəf və ləyaqətini alçaltmaq, mənəvi sarsıntı yaşamağını arzu edərək, barəsində mənfi rəy formalaşdırmaq istəmişdir. Bu Cavabdeh onun barəsində həmin yalan məlumatı bilərəkdən yaymaqla onun şərəf və l əyaqətini alçaltmaq istəyinin bariz sübutudur. Belə ki, bu hal cavabdehin ona qarşı münasibətinin qərəzli olmasını, buna görə Cavabdeh da ondan qisasçılıq hissi ilə yazdığını göstərir. Cavabdeh dayısı X2, qardaşı Ağsu rayon Polis Şöbəsinin müstəntiqi X7, həmin şöbənin baş təhqiqatçısı X5 ilə birlikdə 2021-ci ilin sentyabr-dekabr aylarında ard-arda üç dəfə xüsusi ittiham qaydasında Ağsu Rayon Məhkəməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə şikayət edərək onun və M.Qənbərovun 03 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etdiyi halda, guya özünün vətəndaşlıq borcunu yerinə yetirib, onların fəaliyyətinin yoxlanmasını istədiyini göstərmişdir. Onun qeyriləri ilə birlikdə xüsusi ittiham qaydasında şikayətlərini maddi və proses sual əsaslar olmadığından Ağsu Rayon Məhkəməsi icraata götürməkdən imtina etməsinə dair qərarlar qəbul etsə də, Cavabdeh ona və M.Qənbərova qarşı olan qərəzli münasibəti qəbul edilmiş sonuncu 08 dekabr 2021-ci il tarixli qərarından Səki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət vermiş və xx.xx.2022-ci il tarixdə apellyasiya şikayətinə baxılarkən də ondan şikayətçi olduğunu bildirmişdir. Bütün bu hallar da cavabdehin ona qarşı qərəzli mövqedə olduğunu, AR DİN-ə yalan və böhtandan ibarət məlumatlar verməklə onun qanunsuz olaraq böhtandan ibarət məlumatlar əsasında həbsinə nail olmaq, ona mənəvi zərər vurmaq, şərəf və ləyaqətini ləkələyən məlumatlar verməklə barəsində yaşadığı kənddə, tanıdığı insanlar arasında, cəmiyyət içərisində, işlədiyi kollektivdə mənfi rəyin formalaşdırma ğa çalışmışdır. Cavabdeh tərəfindən əsassız olaraq AR DİN-ə müraciət edilməsi nəticəsində onun şərəf və ləyaqəti ləkələnmiş, ona ciddi mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin bu hərəkətləri nəticəsində o, ciddi sarsıntı keçirmiş və ali təhsilli müəllim kimi ləyaqəti alçaldılmışdır.

4. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, o, iddiaçı ilə bağlı dövlət orqanlarına müraciət etmişdir. Çünki iddiaçı dövlət orqanında işləyən dövlət işçilərinə qarşı həmişə şər-böhtan xarakterli məlumatlar yaymışdır. O özü də bələdiyyə sədri işlədiyi müddətdə ona qarşı da belə ifadələr işlətmişdir. Onun ərizəni yazmaqda məqsədi iddiaçının fəaliyyətinin araşdırılmasıdır.

5. Ağsu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(089)-180/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qət naməsi ilə (hakim Anar Əsgərov) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətin həqiqətə uyğun olmayan hesab edilməsi barədə yazılı təkzib verilməsi, ləyaqətin müdafiəsi ilə bağlı Cavabdeh mənəvi zərərin əvəzi kimi 1.000 (bir min) manat və dövlət rüsumu olaraq ödənilmiş 7,50 (yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 142,50 (yüz qırx iki manat əlli qəpik) manatının iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qeyd olunan məzmunlu elektron ərizənin onun tərəfindən yazıldığını, ərizəni yazmaqda məqsədinin iddiaçının fəaliyyətinin araşdırılmasından ibarə t olduğunu və aidiyyəti üzrə həmin nazirliyə müraciət etməsini inkar etməmişdir.İş materiallarının 11-ci vərəqəsində olan iddiaçı barəsində Daxili İşlər Nazirliyinə ünvanlanmış elektron müraciətdəki söz və ifadələrin ləyaqəti ləkləyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu bir halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan mənəvi zərərlə bağlı məbləği həddən artıq çox hesab edərək bildirir ki, iddiaçı həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

8. Məhkəmə cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülm üş tələbi ödəmək iqtidarında olduğuna dair işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 1000 (bir min) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab etmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 142,50 manatı iddiaçıya, 7,50 manatı cavabdehə aid edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46, 63-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2, 23.4, 23.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarix li qərarına, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək Ağsu Rayon Məhkəməsinin 2(016)-718/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərmişdir ki, birinci intansiya məhkəməsi tə rəfindən Cavabdeh tərəfindən onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların yayılması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1000 manat pulun tutularaq iddiaçıya ödənilməsinin qət edilməsi tamamilə əsassız olmuş, iddiaçı kimi ona dəymiş mənəvi zərərin əvəzi düzgün müəyyən edilməmişdir.

13. Belə ki, işin hallarından da göründüyü kimi, o Ağsu rayonu, Cəlayir kəndində məktəbdə müəllim işləməklə yaşadığı kənd əhalisi arasında müsbət xarakterizə edilən və kənd sakinləri arasında tanınan bir şəxsdir. Cavabdeh tərəfindən barəsində böhtan xarakterli məlumatlardan ibarət ərizə ilə AR DİN-nə müraciət edilməsi, eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət ünvanlayaraq barəsində narkotik vasitələrlə əlaqədar ittihamlar irəli sü rməsi şərəf və ləyaqətini alçaltmış, bir müəllim kimi barəsində mənfi rəyin formalaşmasına səbəb olmaqla dərin mənəvi iztirab keçirməyinə səbəb olmuşdur. Belə olan halda, məhkəmə tərəfindən şərəf və ləyaqətinin alçaldılması nəticəsində ona dəymiş mənəvi zərərin cüzi məbləğlə qiymətləndirilməsi tamamilə ədalətsizdir.

14. Cavabdehin hərəkətləri nəticəsində mənəvi iztirab çəkməyi və bu hərəkətlərin onun psixoloji cəhətdən sarsılmağına səbəb olması işin mübahisəsiz halıdır. Belə olan halda, bir müəllim kimi onun şərəf və ləyaqətinin ağır böhtanlarla alçaldılması nəticəsində cavabdehin sadəcə cüzi məbləğlə məsuliyyətə cəlb edilməsi və məhkəmə tərəfindən qərar qəbul edilərkən dəymiş mənəvi zərərin dərəcəsinin nəzərə alınmaması qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

15. Birinci i nstansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçı kimi onun cavabdehdən tələb etdiyi mənəvi zərərin məbləğini həddən artıq hesab edilməsi ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassız olmaqla, yuxarıda qeyd olunan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına da zidd olmuşdur.

16. Belə ki, müvafiq qərarda qeyd edilmişdir ki, “ mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdı.” Lakin birinci instansiya məh kəməsi tərəfindən cavabdehin iddiaçı kimi onun şərəf və ləyaqətini ağır ittiham xarakterli məlumatlarla alçaltması, eyni zamanda, cavabdehin bələdiyyə sədri olmaqla maddi vəziyyətinin yaxşı olması, cavabdehin bu hərəkətləri nəticəsində bir müəllim kimi yaşadığı kənddə və işlədiyi məktəbdə nüfuzdan düşməyini, bunun nəticəsində ağır mənəvi sarsıntılar keçirməyi nəzərə alınmamışdır.

17. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən də göründüyü kimi yuxarıda qeyd olunan qərarlardakı göstərişlərin heç biri nəzərə alınmamışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh ARDİN-nə etmiş olduğu müraciətdə onun barəsində saxta ittihamlar irəli sürmüş, onu dini radikalist adlandırmaqla dövlət və dövlətçilik əleyhinə fəaliyyətlə məşğul olmaqda ittiham edərək ona böhtan atmışdı r. Cavabdehin barəsində AR DİN və AR Təhsil Nazirliyinə etdiyi müraciətlərdə heç bir əsas və sübutu olmadan qərəzli şəkildə onu dini radikalist və narkotik vasitələrlə əlaqəsi olan bir şəxs kimi qələmə vermiş və qeyd olunan yalan məlumatların AR DİN-nə verilməsi ilə cavabdeh bilə-bilə yalan xəbərçilik etmişdir. Cavabdehin yol vermiş olduğu bu hərəkət isə təhlükəlilik dərəcəsinə görə məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.

18. Bundan əlavə, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş və nəzərə almamışdır ki, cavabdeh həmin məlumatları barəsində şərəf və ləyaqətimi alçaltmaq və onun barəsində cəmiyyətdə mənfi rəy formalaşdırmaq məqsədi ilə yazmışdır.

19. Bundan əlavə, məhkəmə tərəfindən onun cəmiyyətdə bir şəxsiyyət kimi rolu, yaşı, peşəsi və digər zəruri hallar nəzərə alınma mışdır. Belə ki, o ali təhsilli bir müəllim olmaqla şagirdləri tərəfindən və yaşadığı kənd əhalisi tərəfindən sevilən, hörmət olunan bir şəxsdir. Cavabdehin bu hərəkətləri nəticəsində onun həm işgüzar nüfuzu zədələnmiş, həm də şərəf və ləyaqəti alçaldılaraq böhtana məruz qalmışdır. Belə olan halda, məhkəmə tərəfindən bu hallara da obyektiv qiymət verilməli, şəxsi xarakterizə edən hallar düzgün şəkildə qiymətləndirilməklə cavabdehin hərəkətləri nəticəsində iddiaçı kimi onun hansı iztirablar keçirməyi, psixoloji olaraq hansı sarsıntılar keçirməyi, yaşı ilə əlaqədar həmin mənəvi sarsıntıların səhhətinə təsiri və s. kimi hallar nəzərə alınmalı və mənəvi zərərin əvəzi olaraq təmin edilən məbləğ də bu hallara uyğun olaraq məyyən edilməli idi.

20. Lakin göründüyü kimi, məhkəmənin qətnaməsi bu his sədə əsaslandırılmamış və ədalətsiz qətnamə qəbul edilmişdir. Halbuki, zərərin məbləği ağlabatan və ədalətli olmalıdır

21. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “Məhkəmə cavabdehin ailə və əmlak vəziyyətini və ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 1.000 (bir min) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab edir.” Məhkəmənin bu əsaslandırmasına münasibətdə bildirmək istəyir ki, tərəfindən cavabdehin maddi vəziyyəti barədə heç bir sübutun təqdim edilməsinə ehtiyac olmamaqla, cavabdehin bələdiyyə sədri olması özü tərəfindən də məhkəmədə bildirilmiş və belə olan halda, bələdiyyə sədri olan bir şəxsin maddi vəziyyəti ilə əl aqədar hər hansı sübutun məhkəməyə təqdim edilməsinə ehtiyac olmamışdır. Bundan əlavə, məhkəmə cavabdehin maddi vəziyyəti ilə əlaqədar məlumatlı olmadığı təqdirdə, əsaslandırmasında cavabdehin ailə və əmlak vəziyyətini nəzərə aldığını qeyd etməsi də absurddur.

22. Eyni zamanda, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mənəvi zərərə görə müəyyən edilən məbləğ ədalətli olmalıdır. Belə ki, yuxarıda qeyd olunanları da nəzərə aldıqda müəyyən olunur ki, cavabdehin hərəkətləri nəticəsində onun dərin mənəvi sarsıntı keçirməyi işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdehin bir şəxsin şərəf və ləyaqətini alçaltmasına görə cüzi məbləğdə məsuliyyətə cəlb edilməsi ədalətli deyil.

23. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək Ağsu Rayon Məhkəməs inin 2(016)-718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.

24. Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi aşağıdakı əsaslara görə əsassızdır, iddia tələbi rədd edilməlidir. O, İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi elektron müraciətində şərəf və ləyaqəti alçaldan ifadələrə yol verməmişdir. Sadəcə narahatlıq doğuran məsələlərin həlli üçün Azərbaycan Respublikası Kontitusiyasında nəzərdə tutulmuş hüquqlarından istifadə etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində onun İddiaçı barəsində müraciətdə qeyd edilən hansı ifadələrin şərəf və ləyaqəti alçaldan ifad ə olması barədə əsaslandırma aparılmamışdır. Birinci instansiya məhkəməsi yalnız ümumi olaraq bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikası DİN-ə etdiyi müraciətindəki ifadələr şərəf və ləyaqəti alçaldan ifadələrdir. Ona görə hesab edir ki, mübahisələndirilən qətnamə düzgün qətnamə ola bilməz, birinci instansiya məhkəməsi səhv qətnamə çıxarmışdır.

25. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasında qeyd olunan qanun normasının tələblərini nəzərə almamışdır. Cavabdeh narahatlığına səbəb olmuş məsələnin həlli üçün Konstitusiyada nəzərdə tutulmuş müraciət etmək hüququndan istifadəsini nəzərə almamışdır. Həmçinin Cavabdeh müraciətində hansı ifadələrin şərəf və ləyaqəti alçaldan ifadə olmasını müəyyən etməmişdir, əsaslandırma aparmamışdır.

26. Birinci instansiya məhkəməsi şərəf və ləyaqəti alçaldan ifadələrin hansı ifadələrdən ibarət olması, eyni zamanda mənəvi iztirabın mövcud olması və iddiaçıya 1000 manat məbləğində mənəvi zərərin dəyməsini əsaslandırmamışdır.

27. Göründüyü kimi birinci instansiya məhkəməsi yalnız iddiaçının tələblərini araşdırmış, cavabdehin tələblərini araşdırmamışdır, bildirdiyi arqumentlərə heç bir münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan normasını pozmaqla səhv qətnamə çıxarmışdır.

28. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-378/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Mehdiyev)sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin аpellyаsiyа şika yəti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-il tarixli, e-2(016)-718/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı onun şəxsi və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan həmin məlumatları yazılı qaydada təkzib etmək və üzr istəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin ona vurduğu mənəvi zərərə görə Cavabdeh onun xeyrinə 20.000 manat miqdarında pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pulun, cəmi 20.150 manat məbləğində pulun tutularaq ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməs i və iddia tələbinin rədd edilməsi üçün əsasdır.

30. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddiaçının iddia ərizəsində istinad etdiyi iş materiallarının 11-ci vərəqəsində olan cavabdehin iddiaçı barəsində Daxili İşlər Nazirliyinə ünvanlanmış elektron müraciətdəki söz və ifadələri ləyaqəti ləkləyən məlumatlar kimi qiymətləndirmişdir.

31. Birinci instansiya məhkəməsi bununla bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarının 11-ci vərəqəsində olan iddiaçı barəsində Daxili İşlər Nazirliyinə ünvanlanmış elektron müraciətdəki söz və ifadələrin ləyaqəti ləkələyən məlumat olması açıq-aşkar bəllidir və fakt ortada olduğu və hamıya bəlli olduğu bir halda bunun üçün əlavə sübuta, xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac yoxdur. 32.

67. Apellyasiya instan siyası məhkəməsi hesab etmişdir ki, bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir.

33. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndinə görə hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

34. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarş ısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

35. Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır.

36. Apellyasiya instansiyası məhkə məsi qeyd etmişdir ki, sadalanan normalar baxımından birinci instansiya məhkəməsi iddiaçının barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə edilmiş müraciətdəki hansı məlumatın onun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmasına aydınlıq gətirməmiş, qətnamədə cavabdehin müraciətindəki həmin məlumatın iddiaçının Konvensiyasının 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan hüququ və həmin hüququn məhdudiyyəti ilə ziddiyyət təşkil edib-etməməsini qeyd etməmişdir.

37. Hazırkı mübahisədə cavabdehin iddiaçının barəsində hüquq mühafizə orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron qaydada müraciət göndərməsi işin mübahisəsiz halıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən belə müraciətin göndərilməsi on un dövlət orqanına müraciət etmək, habelə söz və fikir azadlığı hüquqlarının ifadəsi olmaqla yanaşı, məsələ iddiaçının şərəf və ləyaqətinin, işgüzar nüfuzunun qorunması hüququ baxımından da təhlil edilməli, cavabdehin qeyd olunan hüquqlarından qanunla müəyyən edilmiş hədlər çərçivəsində istifadə edib-etmədiyinə, iddiaçının hüquqlarına müdaxilənin qanuna zidd və mütənasib olub-olmadığına, iddiaçının həmin əməldən zərər çəkib-çəkmədiyinə hüquqi qiymət verilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əla mətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə belə hərəkət hüquqa uyğun sayılmaqla mülki-hüquq pozuntusu təşkil etmir.

39. Oxşar mübahisələrin qanuni həlli müvafiq məlumatları dövlət orqanına ünvanlamış şəxsin məqsədi, belə müraciətin onun hansı qanuni mənafeyini təmin etmək üçün zəruri olması, müraciətlə əldə etmək istədiyi hüquqi nəticə, məlumatları yaymış şəxsin onların həqiqətə uyğun olduğunu sübuta yetirməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallara hüquqi qiymət verilməsini tələb edir. Bu baxımdan hazırkı işdə cavabdehin sözügedən müraciətindəki məlumatların məzmununun, iddiaçının şərəf və ləyaqəti ləkələyən olub-olmamasın ın aydınlaşdırılması əhəmiyyətlidir.

40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron qaydada etdiyi müraciətdə İddiaçı barəsində sonuncunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyəcək söz və ifadələrdən istifadə olunması görünmür.

41. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəflərin apellyasiya şikayətlərinin əsas dəlilləri üzrə birgə dəyərləndirmə aparılmasını daha doğru hesab etmişdir.

42. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi elektron müraciətində şərəf və ləyaqəti alçaldan ifadələrə yol verməməsi, Azərbaycan Respublikası Kontitusiyasında nəzərdə tutulmuş hüquqlarından istifadə etməsi, birinci instansiya məhkəməsinin qətnaməsində İddiaçı barəsindəki müraciətdə qeyd edilən hansı ifadələrin şərəf və ləyaqəti alçaldan ifadə olması barədə əsaslandırma aparılmaması, onun Konstitusiyada nəzərdə tutulmuş müraciət etmək hüququndan istifadəsinin nəzərə alınmasması, mənəvi iztirabın mövcud olması və iddiaçıya 1000 manat məbləğində mənəvi zərərin dəyməsini əsaslandırmamasına dair dəlilləri ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin isə Cavabdeh tərəfindən barəsində böhtan xarakterli məlumatlardan ibarət ərizə ilə AR DİN-nə müraciət edilməsinin şərəf və ləyaqətini alçaltması, bir müəllim kimi barəsində mənfi rəyin formalaşmasına səbəb olmaqla dərin mənəvi iztirab keçirməyinə səbəb olması, cavabdehin hərəkətləri nəticəsində mənəvi iztirab çəkməyi və bu hər əkətlərin onun psixoloji cəhətdən sarsılmağına səbəb olmasının işin mübahisəsiz halı olması, belə olan halda, məhkəmə tərəfindən şərəf və ləyaqətinin alçaldılması nəticəsində ona dəymiş mənəvi zərərin cüzi məbləğlə qiymətləndirilməsinin tamamilə ədalətsiz olması, iddiaçı kimi ona dəymiş mənəvi zərərin əvəzinin düzgün müəyyən edilməməsinə dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, dövlət orqanlarına müraciət vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüququdur.

43. Cavabdeh hüquq mühafizə orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə şəxsi müracətində iddiaçı barəsində araşdırılmasını tələb etdiyi məlumatları göstərmişdir. Bu hala görə isə cavabdehin mülki-hüquqi məsuliyyətinə cəlb edilməsi şübhəsiz ki, onun öz fikrini ifadə etmə k azadlığına qeyri-adekvat və demokratik cəmiyyətdə zəruri olmayan müdaxiləyə gətirib çıxarardı ki, bu da yolverilməzdir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, cavabdeh hüquq mühafizə orqanının yüksək vəzifəli şəxsinə müraciət etməklə iddiaçının fəaliyyətinin araşdırılması və onun barəsində müvafiq tədbirin görülməsini xahiş etməsinə görə hər hansı formada hüquqi məsuliyyətə cəlb olunması Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və Avropa Konvensiyasının 10-cu maddəsində müəyyən edilmiş fikir və söz azadlğına qeyri-adekvat bir müdaxilə üçün zəmin yaradır. Sübuta ehtiyac yoxdur ki, cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə şəxsən müraciətində göstərdiyi və araşdırmasını tələb etdiyi məlumatlarda ifadə etdiyi fikrindən daşındırmağa məcbur edilməsi söz və fikri ifadə etmək azadlığına qeyri-adekvat və əsassız bir müdaxilə olardı, bu da demokratik cəmiyyətdə zəruri deyildir.

44. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin cavabdehin Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət ünvanlayaraq barəsində narkotik vasitələrlə əlaqədar ittihamlar irəli sürməsinin şərəf və ləyaqətini alçaltması, bir müəllim kimi barəsində mənfi rəyin formalaşmasına səbəb olmaqla dərin mənəvi iztirab keçirməsinə dair dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, həmin məsələ üzrə onun iddia tələbinə Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 26 aprel 2022-ci il tarixli, 2(107)-2022 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir.

45. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya in stansiyası məhkəməsi hesab etmişdir ki, qətnamənin tam ləğv edilməsinə dair mövqe istisna olmaqla iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır. Belə ki, iddiaçı tərəf cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə onun şərəf və ləyaqətini ləkələyən məlumatlardan ibarət müraciət yazdığını göstərsə də, cavabdehin yazdığı müraciətində göstərdiyi məlumatların onun hüquq mühafizə orqanının rəhbər vəzifəli şəxsinə həmin məlumatları çatdırmaqla onların araşdırılması və bu barədə müvafiq tədbir görülməsini tələb etməsində ifadə olunan müraciət hüququnun həyata keçirilməsinə aid olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir.

46. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 46, 57, 71ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 23.1, 23.4, 1097.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarına, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, «Vət əndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 1.3-cü maddələrinə və Azərbaycan Respublikasının MPM-in 5.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 2(107)- 378/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Respublikası Konstitusiyasının 57-ci və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad edərək cavahdehin dövlət orqanlarına şəxsən müraciət etmək hüququ ol duğunu qeyd etsə də, həmin normalarda təsbit olunmuş vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi zamanı digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalı olması, təhqir və böhtana yol verilməməsi ilə bağlı tələblərin cavabdeh tərəfindən pozulduğunu nəzərə almamışdır. Belə ki, cavabdehin müraciəti iddiaçının fəaliyyəti ilə bağlı hər hansı şübhələrə malik olması və bu istiqamətdə araşdırılma aparılması ilə bağlı olmamışdır. Əksinə işin hallarından da göründüyü kimi cavabdeh tərəfindən iddiaçı barəsində qəsdən bilə-bilə böhtan xarakterli məlumatlardan ibarət ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edilməsi, eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət ünvanlayaraq barəsində narkotik vasitələrlə əlaqədar ittihamlar irəli sürül məsi Ağsu rayonu, Cəlayir kəndində məktəbdə müəllim işləməklə yaşadığı kənd əhalisi arasında müsbət xarakterizə edilən və kənd sakinləri arasında tanınan iddiaçının şərəf və ləyaqətini alçaltmış, bir müəllim kimi barəsində mənfi rəyin formalaşmasına səbəb olmaqla dərin mənəvi iztirab keçirməyinə səbəb olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etmiş olduğu müraciətdə onun barəsində saxta ittihamlar irəli sürmüş, onu dini radikalist adlandırmaqla dövlət və dövlətçilik əleyhinə fəaliyyətlə məşğul olmaqda, dini öz çirkin məqsədləri üçün istifadə etməsində ittiham edərək ona böhtan atmışdır. Cavabdeh onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciətlərdə heç bir əsas və sübutu olmadan qərəzli şəkildə onu dini radikalist bir şəxs kimi qələmə vermişdir. Bundan əlavə cavabdehin ona qarşı qərəzli olmasını təsdiq edən daha bir sübut da odur ki, 07 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə elektron müraciət ünvanlayaraq iddiaçının “Rusiyada müəllim işlədiyi dövrdə narkotiklə bağlı kriminal aləmlə əlaqədə olub, ona görə də Rusiyada müəllimlik hüququndan məhrum edilib” qeyd etmişdir. Bununla bağlı, onun cavabdehə qarşı “şərəf və ləyaqət, təkzib, üzr istənilməsi və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)599/2022 saylı qətnaməsi vardır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə yazılı müraciət olunaraq təkzib edilməsi, mənəvi zərərin əvəzi olaraq 1 000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4623/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Bütün bu faktları isə məhkəmə nəzərə almamışdır. Cavabdeh tərəfindən iddiaçı barəsində verilən məlumatların doğru olmadığı, bu məlumatların yayılması və eyni zamanda həmin məlumatların qərəzli olaraq bilə-bilə böhtan xarakterli olması iş materialları ilə sübuta yetirilir. Belə olan halda iddia tələbinin təmin edilməməsi tamamilə qanunsuz və əsassız olmaqla, çıxarılan qətnamə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə zidd olmuşdur. Mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulacaq məbləğlə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən 1000 manat pulun tutularaq iddiaçıya ödənilməsinin qət edilməsi də ədalətsiz olmuş, mənəvi zərərin əvəzi düzgün müəyyən edilməmişdir. Həmin xüsusatlar üzrə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti əsassız olaraq təmin edilməmişdir. Belə ki, iddiaçı ali təhsilli bir müəllim olmaqla şagirdləri tərəfindən və yaşadığı kənd əhalisi tərəfindən sevilən, hörmət olunan bir şəxsdir. Cavabdehin bu hərəkətləri nəticəsində onun həm işgüzar nüfuzu zədələnmiş, həm də şərəf və ləyaqəti alçaldılaraq böhtana məruz qalmışdır. Belə olan halda, məhkəmə tərəfindən bu hallara da obyektiv qiymət verilməli, şəxsi xarakterizə edən hallar düzgün şəkildə qiymətləndirilməklə cavabdehin hərək ətləri nəticəsində iddiaçı kimi onun hansı iztirablar keçirməyi, psixoloji olaraq hansı sarsıntılar keçirməyi, yaşı ilə əlaqədar həmin mənəvi sarsıntıların səhhətinə təsiri və s. kimi hallar nəzərə alınmalı və mənəvi zərərin əvəzi olaraq təmin edilən məbləğ də bu hallara uyğun olaraq məyyən edilməli idi. Daha öncə Təhsil Nazirliyinə böhtan xatarkterli müraciətlə bağlıŞəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-599/2022 saylı qətnaməsi ilə mənəvi zərərin əvəzi olaraq 1000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilsə də, cavabdeh öz əməlindən nəticə çıxarmamış, yenidən iddiaçı barəsində qərəzli olaraq böhtan xarakterli məlumatlar yaymaqla onun işgüzar nüfuzunu ləkələmiş, onun şərəf və ləyaqətini alçaltmışdır. Bu baxımdan bir daha belə ha lların baş verməməsi üçün zərərin məbləği ağlabatan və ədalətli müəyyən edilməlidir.

49. MPM-nin qeyd edilən maddələrinin tələbləri pozulmuş və iş materiallarında olan sübutlara düzgün və obyektiv qiymət verilməmişdir. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə tərəfindən mövcud sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

51. Maddə

46. Şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

52. Maddə

57. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

54. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

55. Maddə 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı

56. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarı

57. Bənd

2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsası nda ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” Həmin Qərara əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu

58. Maddə 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

59. Maddə 1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

60. Maddə 1.3. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

71. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasi ya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2024-cü il tarixli 2(107)-378/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar