Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2167/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2018/2024 nömrəli, 19 dekabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilm iş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X3 xx.xx.1973-cü il tarixdə - ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 25 kv.mdən ibarət fərdi yaşayış evini (mübahisəli mənzil) alqı-satqı yolu ilə əldə etmiş və onun adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməyə aid pasport” və “Torpaq qeydi” tərtib edilmişdir. 1995-ci ildə X3 vəfat etmişdir.
2. Ondan miras qalan mübahisəli ev və həyətyanı torpaq sahəsinə dair xx.xx.2010cu il tarixdə Göygöl rayon Dövlət notariat kontorunun xx.xx.2010-ci il tarixli, 2V-1-154 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və xx.xx.2010-cu il tarixli, 2V-1-153 reyestr nömrəli “Ər-arvadın ümumi əmlakdakı paya sağ qa lmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnaməsi əsasında ¼ hissədə Cavabdeh1 və ¾ hissədə Cavabdeh2 mülkiyyət hüquqları yaranmışdır. 3. 0.06 ha həyətyanı torpaq sahəsinə dair Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 1 nömrəli qərarına əsasən Cavabdeh2 və Cavabdeh1 adlarına JN-2088F, KOD 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir.
4. Cavabdeh1 və İddiaçı 01 avqust 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahdan 28 may 2011-ci il təvəllüdlü X2 və 02 dekabr 2013-cü il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqlarının ünvan 1 nömrəli evə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması, istifadə hüququnun tanınması və evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, son aylarda iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə nəticəsində Cavabdeh1 işləmək üçün Rusiyaya getmişdir. Cavabdeh iddiaçı və övladları ilə əlaqə saxlamır. Hazırda isə nikahın pozulması ilə bağlı cavabdehin iddia ərizəsi baxılmaq ərəfəsindədir. Məhkəmədə iddiaçı boşanmaq istəmədiyini bildirmiş, buna görə də məhkəmə tərəfindən 3 ay vaxt verilmişdir. İddiaçı ailənin bərpa olunması üçün əlindən gələni etməsinə baxmayaraq ailənin dağılmasının qarşısını ala bilməmişdir. İddiaçı cavabdehlə 2007-ci ildən birgə yaşamış və həmin evə istifadə hüququ əldə etmişdir. Hazırda həmin evdə pasport qeydiyyatındadır. Bununla bağlı cavabdeh xx.xx.2011-ci il tarixli arayışla qeyd olunan evə daimi qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehin iddiaçını və azyaşlı uşaqlarını bayırda qoyması haqsızlıqdır. Çünki iddiaçının başqa yaşamağa evi yoxdur. Bunu cavabdeh çox yaxşı bildiyi halda iddiaçını evə buraxmaması onun və uşaqlarının qanunla qorunan hüquqlarının pozulması deməkdir.
7. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-3 25/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə 2007-ci ildən birgə yaşamışdır. Hazırda həmin evdə pasport qeydiyyatındadır. Bununla bağlı cavabdeh xx.xx.2011-ci il tarixli arayışla qeyd olunan evə daimi qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. Bunlara baxmayaraq, İddiaçı ilə mülkiyyətçilər arasında notarial qaydada müqavilə bağlanmamışdır.
10. Birinci instansiya məhkəməsi belə olan halda hesab etmişdir ki, iddia tələbi təmin edilə bilməz.
11. Məhkəmə iddiaçının mübahisəli evdə qeydiyyatda olmasına münasibət bildirərək qeyd etmişdir ki, “Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il t arixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2009-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi şəxsin mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq mənzilə istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi qənaəti Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarına zidd hesab etmiş və bu halın mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində, Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Eyni hüquqi mövqe, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanu nunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərilmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi, iddiaçının mübahisəli mənzildə qanunsuz yaşaması cavabdehlərin bir mülkiyyətçi kimi Konstitusiya və qanunlarla təminat verilm iş mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçının müvafiq mənzildə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 140, 148.2, 152, 182.2, 228.1, 228.2, 228.5-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli, “Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2009-cu il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021- ci il 17 sentyabr tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarlarına, MPM-in 107, 119.1, 217.4 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. A pellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlak xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Hazırda isə onun və övladlarının qeyd olunan fərdi yaşayış evindən məhrum olmağa gətirib çıxarmışdır. O, həmin fərdi yaşayış evindən sadəcə köçürülərək istifadə etmək istəmişdir. O, Cavabdeh1lə 2007-ci ildən birgə yaşamış və həmin evə istifadə hüququ əldə etmişdir. Hazırda həmin evdə pasport qeydiyyatındadır. Bununla bağlı cavabdeh xx.xx.2011-ci il tarixli arayışla qeyd olunan evə daimi qeydiyyata düşməyilə bağlı etiraz etmədiyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2018/2024 nömrəli mülki iş üzrə 18 dekabr 2024-cü il tarixli qətnaməsi i lə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, iddiaçının uşaqları 30 noyabr 2018-ci il təvəllüdlü X1 və 10 iyun 2011-ci il təvəllüdlü X2 ilə birlikdə mübahisəli evə köçürülməsi, cavabdehlər tərəfindən həmin evə dair iddiaçıya yaradılan maneələrin aradan qaldırılması, iddianın evdən istifadə hüququnun tanınması hissəsinin rədd edilməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2008-ci ildə iddiaçının mübahisəli evə gəlin köçməsi ilə yarandığına görə, onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə uyğun olaraq həll edilməlidir.
17. Kollegiya qeyd etmişdir ki, İddiaçı mübahisəli evin gözlənilən mülkiyyətçilərindən olan Cavabdeh1 ilə 01 avqust 2008-ci ildə rəsmi nikah münasibətinə daxil olaraq, mübahisəli evə köçdüyü zamandan Cavabdeh1 ailə üzvü kimi həmin evdə yaşamış və evdən istifadə hüququ əldə etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı uşaqları 30 noyabr 2018-ci il təvəllüdlü X1 və 10 iyun 2011-ci il təvəllüdlü X2 ilə birlikdə gəlin köçdüyü, cavabdehlərin yaşadığı ünvan 1 nömrəli evə köçürülmə və cavabdehlər tərəfindən həmin evə dair iddiaçıya yaradılan maneələr aradan qaldırılması tələbində haqlı olmuşdur. İddiaçının həmin evdən istifadə hüququ olduğu üçün, iddianın evdən istifadə hüququnun tanınması hissəsinin təmin edilməsinə isə zərurət yoxdu r.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları qismən düzgün müəyyən edilməmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 27.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına, MPMin 385.1.1, 385.1.2, 386 və 390-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillə ri
21. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 60-cı maddənin birinci və ikinci bəndləri, 71-ci maddənin birinci bəndi, 127-ci maddənin ikinci bəndi, 129-cu maddəsinin üçüncü hissəsi, Mülki Məcəllənin 152, 228-ci, MPM-in 4.1, 9, 77.1, 78.1, 88, 217.1, 217.4-cü maddələrinə istinad edilməklə eyni məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən İddiaçı ilə Cavabdeh1 arasında olan nikahın pozulması barədə heç bir münas ibət bildirməmişdir. İddiaçı Cavabdeh1 ilə ayrıldıqdan sonra həmin müddətdə harada yaşaması və qeyd olunan mənzilə 2 (iki) ildən sonra yaşaması üçün hansı zərurətin yaranması qeyd olunmamışdır. İddiaçının həmin mənzilə heç bir istifadə hüququ yoxdur. İddiaçı sadəcə olaraq həmin mənzilə yaşayış hüququ alaraq kompensasiya almaq niyyətindədir. Bundan başqa iddiaçın həmin mənzilə qeydiyyata düşməsi barədə heç bir razılığı nə yazılı nə də ki, notarial qaydada olmamışdır. Həmçinin İddiaçı hazırkı iddia tələbi ilə bağlı məlumatı olmamış, nə birinci instansiya məhkəməsinin, nə də ki, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən məlumatı olmamış, İddiaçı iddia tələbi barədə iddia ərizəsini və bu iş üzrə qəbul olunmuş qətnamələri almamışdır. Belə ki, iddia tələbinə baxılan vaxt həmin ünvand a yaşamamış və həmçinin apellyasiya şikayətinə baxılan vaxt, (qətnamə qəbul olunan tarixdə) yəni apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2018/2024 saylı qətnaməsi qəbul olunan zaman Azərbaycan Respublikasında olmamış, qətnamədən məlumatı İcra Şöbəsindən zəng edilən vaxt, yəni 2025-ci ilin may ayının əvvəlində olmuşdur. Bundan sonra həmin qətnaməni elektron məhkəmə sistemi vasitəsi ilə əldə etmişlər. İş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmiş, məhkəmə tərəfindən iddiaçı ilə Cavabdeh1 ayrılması (nikahın pozulması) və iddiaçının uzun müddətdir ki, həmin mənzildə yaşamaması nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslığını müəyyən etməmiş, qətnamə çıxararkən sadəcə iddiaçının verdiyi sübutlarla kifayətlənmiş, heç bir əlav ə araşdırma aparmadan formal qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 01 avqust 2008-ci ildə rəsmi nikah münasibətinə daxil olaraq, həmin vaxtdan mübahisəli evə köçdüyü zamandan ailə üzvü kimi həmin evdə yaşamış və evdən istifadə hüququ əldə etmişdir. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18/05 nömrəli, 11 fevral 2011-ci il tarixli arayışa əsasən Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi İddiaçı qayınanası C avabdeh2 adına olan xüsusi mülkiyyətə daimi yaşayış qeydiyyatına düşməsinə etiraz etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
28. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birg ə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinəxitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı 29. 2000-ci il 01 sentyabr tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin tərəflər arasında nikahın pozulmuş olması və bu baxımdan iddiaçının mübahisəli mənzildən istifadə hüququna xitam verilmiş olması ilə bağlı dəlili ilə razılaşmayaraq bildirir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə, iddiaçının mübahisəli mənzildən istifadə hüququ 2008-ci ildə Cavabdeh1 ailə üzvü kimi mübahisəli mənzilə köçürülməsi ilə yaranmışdır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq mübahisəyə səbəb olan münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib h issəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nətic ələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə k ollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2018/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.