Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2169/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri D övlət Xidməti yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi, müqavilənin onunla bağlanmış hesab edilməsi və mənzildən istifadə ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9805/2021 nömrəli 10 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X4” MMC ilə Cavabdeh arasında bağlanmış “mənzilin alqı-satqısı barədə” 22.10.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, “X4” MMC Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə mübahisəli mənzili alıcı Cavabdeh satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə görə satıcı satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul edib mənzilin razılşadırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə qeyd edilən mənzilin dəyəri tərəflərin razılığı ilə 46505,74 manat məbləğində müəyyən olunmuş və alıcı mənzilin qiyməti olan 46505,74 manatı ödəməyi öhdəsində götürmüşdür. 2. “X4” MMC tərəfindən verilmiş 25.01.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazis ində 2595 saylı məhəllədə mübahisəli mənzilin dəyəri 46505,74 manat tam ödənilmişdir, onun heç bir borcu yoxdur.
3. Ağdam Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə iddiaçı X8 ilə Cavabdeh arasında olan 1996-cı il tarixdə Ağdam rayon Qaradağlı Ərazi nümayəndəliyində 23 nömrə ilə qeyd edilən nikahın pozulması, həmin nikahdan doğulmuş 05 iyun 1998-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 13 avqust 1993-cü il təvəllüdlü X5 və 06 oktyabr 2003-cü il təvəllüdlü X3 ataları Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. 4. “X13” MMC tərəfindən verilmiş 20.02.2020 və 03.11.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı və q ızı X6 "xxxx" ASC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən “Uğur 2” yaşayış kompleksində bina, blok 1, 45 saylı mənzildə yaşayırlar.
5. AZ-İ № 336890 “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 iyul 2016-cı il tarixdə 117 nömrə ilə qeyd edilmişdir.
6. AR ƏMDK yanında DƏDRX-nin “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə 23.11.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, hal-hazırda onun mülkiyyətindədir.
7. Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ağdam rayon şöbəsinə ünvanlanmış DTSERX-nin bildirişinin surətindən görünür ki, X2 müddətsiz olmaqla ümumi xəstəlik səbəbindən İ (birinci) dərəcəli əllillik təyin edilmişdir.
8. Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının 20.06.2016-cı il tarixli məlumat vərəqəsinin surətindən görünür ki, X2 ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik verilmişdir. TSEK-in diaqnozu “ensefalomilitin qalığı, Spastik paraplegiya, aşağı dərin paraparez” olmaqla əlilliyin müəyyən olunması meyarı “2.1 Birinci dərəcəli əlillik, 2.2.8 ətrafların hərəkət funksiyasının və hərəkət kordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərə çarpan paraparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nət icələnmiş sinir” kimi müəyyən edilmiş, əmək zəmanəti barədə isə “daimi kənar şəxsin köməyinə ehtiyacın olması” qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı X8 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə “X4” MMC- arasında 22.10.2007-ci il tarixdə bağlanmış mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız sayılması, müqavilənin onunla bağlanmış hesab edilməsi və həmin mənzildən sərbəst istifadə etməyilə bağlı maneə törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında iddia nın nümayəndəsi və vəkili Vəkil1 təmsil etdiyi şəxsin iddianın predmetinin dəyişdirilməsi barədə ərizəsini təqdim edərək məhkəmədən X7 mübahisəli mənzil üzərində 2/3 (üçdə iki) hissədə mülkiyyət payının müəyyən edilməsi və həmin mənzildən sərbəst istifadə etməyi ilə bağlı maneə törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 1996-cı ildə nikah bağlamışlar. Birgə nikahlarından üç övladları doğulmuşdur. 2016-cı ildə nikahları məhkəmə qətnaməsi əsasında pozulmuş, bir əlil olan qız övladı onun, digər iki övladı isə cavabdehin himayəsində saxlanılmışdır. Birgə nikah dövründə olarkən 22.10.2007-ci il tarixdə mübahisəli mənzili almışlar. Həmin mənzilin pulunu tamamilə o, ödəmişdir. Hüquqi savadı olma dığından cavabdeh onu aldadaraq müqavilənin öz adına bağlanmasına nail olmuşdur. Sonradan isə onların aralarında olan nikah pozulmuşdur. Cavabdeh ondan gizli şəkildə “X4” MMC-dən aldıqları həmin mənzili reystr xidmətinə sənədlərini təqdim edərək tam mülkiyyət hüququ üzrə öz adına 23.11.2020-ci il tarixdəqeydə aldırmışdır. Mənzil hazırda onun sahibliyindədir. Onun dəyərini özü ödəmiş, təmirini özü etmiş, Ağdam Rayon Məhkəməsinin 20.06.2016-cı il tarixli qətnaməsi ilənikahları pozulduqdan sonra da orada əhəmiyyətli yaxşılaşdırma işləri aparmışdır. İndi agah olmuşdur ki, cavabdeh onu aldatmış və əmlakına tam sahiblənmək niyyətindədir. Müqavilənin öz adına dəyişdirilməsi barədə dəfələrlə şirkətə müraciət etsə də müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Hesab e dir ki, sözügedən mənzil nikah dövründə əldə edilmiş gəlir hesabına alındığından və əldə edildiyindən birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və mənzil üzərində1-ci qrup xəstə uşağının mənafeyi nəzərə alınmaqla 2/3 hissədə payı müəyyən edilməlidir. Baxmayaraq ki, mənzil nikah pozulduqdan sonra özəlləşdirilmişdir, həmin əmlakın alınmasına və əldə edilməsinə xərclənmiş pul onun birgə nikah dövründə qazandığı pul olmuşdur. Qanun ər-arvad arasında əmlak paylarını 1\2 hissədə tanısa da onun himayəsində 1-ci qrup əlil xəstə uşağının olması, iş yerinin olmaması halı məhkəmə tərəfindən nəzərə alınmalı və mənzil üzərində paylar qeyribərabər olmaqla bölünməlidir. Həmçinin, cavabdeh onu mənzilində rahat və srəbəst yaşamağa qoymur, oraya hücum çəkir, səs-küy salır. Hətta, bir-neçə dəf ə polislə evə daxil olmuş və onu mənzildən çıxarmaq istəmişdir. Sonda məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov, iş № 2(008)-1618/2021) iddia təmin edilərək, mübahisəli mənzil üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə mülkiyyət paylarının müəyyən edilməsi, mübahisəli mənzildən İddiaçı qanuni istifadə etməyinə maneə törədilməsinin Cavabdeh qadağan edilməsi, məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş gəlir (qazanc) hesabına əldə edildiyindən həmin mənzil tərəflərin birg ə mülkiyyəti hesab olunmalı və mübahisəyə ailə qanunverciliyinin ər-arvadın əmlakının qanuni rejimi ilə bağlı qaydaları (normaları) tətbiq olunmalıdır.
14. Həmçinin, yetkinlik yaşına çatmış olsa da İddiaçı yanında saxlanılmış (himayəsində olan) və tərəflərin birgə nikahından doğulmuş övladları X1 birinci dərəcəli əlil olması, onda olan ümumi xəstəliyin ağırlığı, müəyyən edilmiş diaqnozun kəskinliyi, daimi kənar şəxsin köməyinə ehtiyac duyması, İddiaçı bir valideyin olaraq ona kömək göstəmək barədə qanuni borcunun olması, İddiaçı sərbəst sürətdə hərəkət etmək, əmək fəaliyyyəti ilə məşğul olmaq, gəlir əldə etmək və maddi ehtiyaclarını qarşılamaq imkanından məhrum edilməsini istisna edir. Bu diqqətəlyiq hal nəzərə alınmaqla mübahisəli mənzil üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payları müəyyən edilməlidir.
15. Məhkəmə hesab etmişdir ki, X8 mübahisəli mənzilin paylı mülkiyyətçisi hesab olunduğundan onun həmin mülkiyyət üzərində səbsət və maeəsiz istifadə etmək hüququ vardır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4, 9.4, 32.1, 32.2.2, 37.1, 37.2ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 157.4, 225.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh (Vəkil2) apellyasiya şikayəti və sonradan apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 8 iyul 2021-ci il tarixli qətnaməsinin mübahisəli mənzil üzərində İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə mülkiyyət p aylarının müəyyən edilməsi hissəsində ləğv edərək, həmin mənzil payların ½ hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ər-arvadın birgə əmlakının qeyir-bərabər bölünməsinə dair normaları düzgün şərh etməmiş və düzgün tətbiq etməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov, iş № 2(103)-9805/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2021 saylı iş üzrə 8 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, mübahisəli mənzil üzərind ə İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə mülkiyyət paylarının müəyyən edilməsi, mübahisəli mənzildən İddiaçı qanuni istifadə etməyinə maneə törədilməsinin Cavabdeh qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsini əsas götürməklə payları müəyyən edərkən tətbiq edilməli olan qanunu səhv təfsir etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən əmlaklara dair yuxarıda qeyd olunan nəticəyə gələrkən İddiaçı yanında saxlanılmış tərəflərin birgə nikahından doğulmuş övladları - X1 mənafeyini əsas götürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmamışdır. Kollegiya qeyd etmişdir k i, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsində hərfi mənada təfsir olunsa qanunvericilik yetkinlik yaşına çatan uşaqların deyil, yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin nəzərə alınmasını nəzərdə tutmuş, həmçinin qanunun həmin müddəası imperativ tələb olmaqla mütləq şəkildə, yanında uşaq qalan valideynin payının artırılmasına əsas verən hal kimi qəbul edilə bilməz. Xüsusi ilə qeyd edilmişdir ki, işdə olan Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ağdam rayon şöbəsinə ünvanlanmış DTSERX-nin bildirişinin surətindən görünür ki, X2 müddətsiz olmaqla ümumi xəstəlik səbəbindən İ (birinci) dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi X1 digər uşaqlardan fərqli olaraq dövlət qayğısı ilə əhatələndiyini nəzər almamış və nə ticədə düzgün olmayan qənaətə gəlmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə mülkiyyət payları müəyyən edilməlidir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4, 9.4, 32.1, 32.2.2, 37.1, 37.2ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 157.4, 225.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil1) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(103)-9805/2021 nömrəli qətnaməsini ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarı lmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinin tələbi üzrə qanun pozuntularına yol vermişdir. Maddəni nəzərdən keçirdikdə aydın olur ki, maddənin müstəqil 4 dispozitiv şərti var və bu hallardan hər hansı biri müəyyən edildikdə məhkəmə birgə mülkiyyətin bölünməsi zamanı payları bərabər bölməyə bilər:
1. Yetkinlik yaşına çatmayan uşaqların mənafeyi;
2. Ərin (arvadın) diqqətəlayiq mənafeyi,
3. Ərarvaddan birinin üzürsüz səbəbdən gəlir əldə etməməsi;
4. Birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf edilməsi. Hazırki mübahisə üzrə 1-ci bəndin tətbiqi istisna edilir, çünki, iddiaçının yanında qalan övladı yetkinlik yaşına çatmışdır. Hazırki mübahisə üzrə 3-cü və 4-cü bəndlərin də tətbiqi də istisna edilir, çünki, iş materialları ilə həmin halllar da müəyyən edilmir. Hazırki mübahisə üzrə 2-ci bəndin tətbiqi mümkündür, belə ki, yetkinlik yaşına çatmış olsa da iddiaçının yanında saxlanılmış (himayəsində olan) və birgə nikahlarından doğulmuş övladları - X1 birinci dərəcəli əlil olması, onda olan ümumi xəstəliyin ağırlığı, müəyyən edilmiş diaqnozun kəskinliyi, daimi kənar şəxsin köməyinə ehtiyac duyması, iddiaçının bir valideyn olaraq ona kömək göstərmək barədə qanuni borcunun olması mübahisəsizdir ki, iddiaçını sərbəst sürətdə hərəkət etmək, əmək fəaliyyəti ilə məşğul olmaq, gəlir əldə etmək və maddi ehtiyaclarını qarşılamaq imkanından məhrum edir və bu iddiaçının diqqətəlayiq mənafeyi sayılır. Məhkəmə bu diqqətəlayiq halı nəzərə almadan 1 -ci bənd üzrə əsaslandırma aparmış, qanunun yalnız yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərdə tutduğunu, əlil olan övladının dövlət qayğısı ilə əhatə olunduğunu göstəmişdir. Hər bir uşağın (əlil olub-olmamasından asılı olmayaraq) dövlət və ailə qayğısı vardır, bu qanunverciliyin tələbidir. İş materialları ilə müəyyən edilir ki, övladı yetkinlik yaşına çatsa da özü müstəqil, köməksiz hərəkət edə bilmir. Burada mübahisəyə uşağın mənafeyindən deyil, iddiaçının diqqətəlayiq mənafeyindən yanaşmaq lazımdır. İddiaçı bir ana olaraq daim övladının yanındadır, ona xidmət edir. Günün 24 saatı övladının qayğısını çəkir, ona müstəsna qulluq göstərir. Məhkəmə, bu hala diqqət yetirməli idi ki, himayəsində qalxa bilməyən, otura bilməyən, hərəkət edə bilməyən, fiziki qabiliyyəti tamamilə məhdud olan bir övladın himayəçisidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(103)-9805/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
26. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair s ərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
31. Maddə 1.4. Azərbaycan Res publikasının nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
32. Maddə 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
34. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ə r-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
35. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
36. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37. “M.Ağayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qa nunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2019-cu il tarixli qərarındakı mövqeyi də bundan ibarət olmuşdur ki, əmlak üzərində mülkiyyət üzrə ilkin hüquqi qeydiyyatın nikah pozulduqdan sonra ər-arvaddan birinin adına aparılması birgə nikah dövründə qazanılmış gəlir hesabına əldə edilmiş həmin əmlakın ər-arvad arasında birgə mülkiyyət sayılmasını istisna etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəll ədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 218.3. Hakim iş də iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
48. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şik ayətinin dəlillərinə uyğun tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
50. İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın qeyri-bərabər bölünməsini tələb edir. 1-ci instansiya məhkəməsi tələbi təmin etmişdi, Apelyasiya Məhkəməsi həmin əsaslanma ilə razılaşmamış və hesab etmişdir ki, əmlakın qeyri-bərabər bölünməsi üçün qanuni əsaslar mövcud deyil.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ər-arvadın birgə əmlakının bölünməsi zamanı uşaqların kimin yanında qalması əmlakın qeyri-bərabər bölünməsi üçün müstəqil əsas deyil.
52. Ailə Qanunvericiliyi bunun müəyyən şərtlər əsasında mövcudluğunu ehtiva edir. Beləki, Ailə Məcəlləsi nin 37.2-ci maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.arasında kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir ki, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaqla düzgün və ətraflı hüquqi qiymət verilmişdir.
53. Kassator hesab edir ki, hazırkı halda iddiaçının yanında 1-ci qrup əlil uşağın olması əmlakın qeyri-bərabər bölünməsi üçün əsas ola bilər və bu hal iddiaçının üstün mənafeyi kimi qiymətlənd irilməlidir.
54. Məhkəmələr müəyyən etmişlər ki, ər-arvad arasında nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş iki uşaq atanın, bir uşaq isə ananın yanında qalmışdır. Ananın yanında qalan uşaq 1-ci qrup əlildir. Eyni zamanda, məhkəmə onu da müəyyən etmişdir ki, həmin uşağın saxlanması və ona qayğı göstərilməsi üçün cavabdehdən sabit pul məbləğində aliment tutulur. Kassator uşağın onun yanında qalması halını, işləyərək müstəqil qazanc əldə etmək imkanının məhdudlaşdırılması baxımından özünün üstün mənafeyi kimi dəyərləndirir. Lakin, digər tərəfdən zəruri maddi tələbatın cavabdeh tərəfindən qarşılanması halı özü də tərəflərin mənafeyi arasında balans yaratmış olur. Ona görə məhkəmə həm uşağın yetkinlik yaşına çatması halını və həm də mənafelər arasında bərabər balansın olmasını nəzərə al araq əmlakın qeyri-bərabər bölünməsi prinspindən çəkinmişdir. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9805/2021 nömrəli 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.