Məhkəmə qərarları › İş №2(102)-2169/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2169/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2169/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə özəlləşdirilmiş əmlak, əqdin bağlanması zamanı razılığın hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(104)278/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı və Cavabdeh 24 noyabr 1978-ci il tarixdə nikaha daxil olmuşlar. 2. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.9 kv.m., yaşayış sahəsi 59.7 kv.m olan 4 otaqlı mənzil Kirovabad şəhər X22 29 noyabr 1984-cü il tarixli 18 nömrəli protokolu əsasında verilmiş 04 yanvar 1986-cı il tarixli, 48 nömrəli Order, Gəncə şəhəri icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kooperativ Binalar üzrə xidmət sahəsinin 24 noyabr 2006-cı il tarixli, 12-2223 nömrəli Formal arayışı, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kooperativ Binalar üzrə xidmət sahəsinin 24 noyabr 2006-cı il tarixli 12-2222 nömrəli kooperativ mənzilə dair ödənişin tam ödənilməsi barədə Arayışı (qeydiyyatda olanlar: Cavabdeh, İddiaçı, X14, X7, X9, X18), İddiaçı, X8, X5, X4, X10 razılıq ərizələrinə, DƏDRX Gəncə şəhəri Ərazi İdarəsinin 26 fevral 2007-ci il tarixli, 07 saylı qərarından çıxarışa əsasən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3. 06 yanvar 2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzili 69.000 manata X1. 4. 11 yanvar 2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X3 şəhəri, Qırmızı kənd ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,045 ha olan torpaq sahəsini 3000 manata Cavabdeh (tərəflərin nəvəsi) satmışdır.

5. Gəncə Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh mülkiyyətində olan Gəncə şəh əri, Qırmızıkənd ərazisində (yeni qaydalarla Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Ağabacı Rzayeva küçəsi, 16 ünvanında 0,045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108,7 kv.m. olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 24 noyabr 1978-ci il tarixdə qeyd edilmiş nikah pozulmuşdur.

7. Gəncə Şəhər Məhkəməsinin 14 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı 11 yanvar 2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən mənzilin satışından Cavabdeh tərəfindən əldə edilmiş 69000 manat pulun ½ hissəsi olaraq 34500 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia belə əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh birgə nikah dövründə ünvan 3 ünvanda yerləşən mənzili əldə etmiş mənzili yüksək səviyyədə təmir etdirmişlər. Cavabdeh mənzili satıb onun adına həyət evi almaq adı ilə iddiaçını mənzilin satılmasına razı salmışdır. İlkin olaraq cavabdeh bir neçə həyət evinin şəkillərini ona göstərərək guya onun rəyini əsas götürərək mülk alacağı görüntüsü yaratmışdır. 06 yanvar 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat qaydasında bağlanılan alqı-satqı müqaviləsi əsasında mənzil satıl mışdır. Mənzilin alqı-satqı müqaviləsinə razılıq verdikdən sonra, məbləğin satışından əldə edilmiş 69000 manatı götürdükdən sonra, cavabdeh həmin pulu istədiyi kimi idarə edəcəyini, kimə istəsə, ona da ev alacağını bildirmişdir. Cavabdeh ilə övladı X18 təzə ev aldıqdan sonra onu evə buraxmamaları barədə qabaqcadan razılaşıb şərtləşmiş və evi onun razılığı və xəbəri olmadan nəvəsinin adına almış, bundan sonra onu evə buraxmamışlar. Lakin, cavabdeh tərəfindən özgəninkiləşdirmə əməliyyatlarının aparılmasında məqsəd, evin ər-arvad arasında əmlak bölgüsünün predmeti olmaması və onunla birlikdə yaşamaq istəməməsidir. Belə ki, elə həmin ərəfədə, yəni 15 fevral 2023-cü il tarixdə Cavabdeh tərəfindən ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin 27 iyul 2023- cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mənzilin satışından əldə olunmuş məbləği qəbul etdikdən sonra Cavabdeh aldığı evin kimin adına almasından xəbəri olmamış, onu evə buraxmamış, onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmiş, nəticədə o, özünü öldürmə həddinə çatmışdır. Bununla əlaqədar o, Gəncə şəhər prokurorluğuna şikayət etmiş, araşdırılma aparılarkən cavabdeh birgə nikah dövründə əldə etdikləri mənzili satıb oğluna ev aldığını bildirəndə onun evi kimə almasından xəbəri olmuşdur. Onu evə buraxmadıqları üçün evə köçürülmə tələbinə dair iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Hazırda ona qarşı kompensasiya verilməklə evdən çıxarılma tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırılmışdır. Göründüyü ki mi, bütün həyatı boyu işləyib əziyyətlə mənzil alıb, mənzili əsaslı təmir etdirəndən sonra cavabdeh onu aldadıb ondan razılıq alıb evi satmışdır. Satılan mənzilin dəyərinin yarısı ona ödənilməlidir.

10. Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(125)-4183/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanda yerləşən mənzilin satışından Cavabdeh tərəfindən əldə edilmiş 69.000 manat pulun 1/2 hissəsi, yəni 34.500 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 195 manat məbləğində pulun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin iddiaçıya q arşı olan rəftarı tərəflərin birgə nikahda olduqları zaman əldə etmiş olduqları, onların ümumi birgə mülkiyyətindən iddiaçının heç bir pay əldə etməməsinə yönəlmiş rəftar kimi qiymətləndirilməlidir. Başqa sözlə desək, cavabdehin hərəkətləri nəticəsində iddiaçı ona çatası (69000 manat: 2)=34500 manatdan məhrum olmuşdur və hazırkı vəziyyətdə iddiaçı həmin məbləğdə pulun ona ödənilməsini yalnız cavabdehdən tələb edə bilər.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ilə 24 noyabr 1978-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikah dövründə ünvan 3 mənzili əldə etmişlər. Ailə olaraq məsləhət olunmuşdur ki, həmin mənzili satsınlar əlavə pul qoymaqla nəvələrinin adına fərdi yaşayış evi alsınlar. Mənzili 69000 manata satıb, üzərinə də pul əlavə edib, ünvan 5 ün vanda yerləşən fərdi yaşayış evi nəvələri Cavabdeh adına almışlar. Mənzilin satılması üçün iddiaçı notariat ofisində verdiyi 06 yanvar 2023-cü il tarixli ərizəsində mənzilin satılmasına etiraz etməmiş, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamış, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə ona qarşı məhkəmədə iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə artıq qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçı ona və oğulları X12 qarşı ünvan 7 ünvanda yerləşən evə dair 11 yanvar 2023-cü il tarixdə 3 saylı notariat ofisində b ağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək dövlət reyestrində aparılmış qeydin və Çıxarışın etibarsız hesab edilməsinə və həmin evin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair tələbi ilə iddia qaldırmış, lakin həmin iddia da rədd edilmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(104)-278/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Cavadova və R.Məcidov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(125)4183/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk növbədə araşdırılmalı məsələ - söz ügedən mənzilin tərəflərin birgə mülkiyyətində olub-olmamasıdır. İşin halları bu aspektdə araşdırıldıqda aydın olur ki, Kirovabad şəhər X13 29 noyabr 1984-cü il tarixli 18 nömrəli protokoluna əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 34 ünvanında yerləşən 24 saylı mənzil (ümumi sahəsi 84.9 kv.m, yaşayış sahəsi 59.7 kv.m., 4 yaşayış otağı) 04 yanvar 1986-cı il tarixli 48 nömrəli orderlə Cavabdeh verilmişdir. Orderdə kirayəçinin ailə üzvləri Cavabdeh, onun arvadı İddiaçı, uşaqları X14, X5, X9 və X18 qeyd edilmişdir. 26 fevral 2007-ci il tarixdə mənzil özəlləşdirilən zaman isə mənzil kirayə müqaviləsində adları göstərilmiş və kirayəçi Cavabdehla birlikdə faktiki yaşayan ailə üzvləri - arvadı İddiaçı və uşaqları X14, X2 Təhminə Nizami qızı və X18 notarial qaydada razılıq ərizələri verərək mən zilin kirayəçi Cavabdeh adına özəlləşdirilməsini etiraz etmədiklərini bildirmişlər.

17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mübahisəli mənzil 26 fevral 2007-ci il tarixdə özəlləşdirilən zaman İddiaçı notarial qaydada razılıq ərizəsi verərək mənzilin kirayəçi (əri) Cavabdeh adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı (arvad) mənzilin özəlləşdirilərək cavabdehin (ərinin) mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Ona görə də iddiaçı mübahisəli mənzilin satışından əldə edilmiş vəsaitin ½ hissəsini mənzilin mülkiyyətçisi olan cavabdehdən tələb etməkdə haqlı olmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmi şdir ki, Cavabdeh mülkiyyətində olan özəlləşdirilmiş mənzili özgəninkiləşdirməsinə arvadı İddiaçı notarial qaydada təsdiq edilmiş razılığı olmuşdur. Bir sözlə, mübahisəli mənzilin özgəninkiləşdirilməsi (satılması) qanunvericiliyin tələblərinə uyğun olmuş, mənzilin özgəninkiləşdirilməsi zamanı iddiaçının hüquqlarına və qanuni mənafeyinə xələl gətirən hal müəyyən edilməmişdir. Əksinə, apellyasiya baxışı zamanı tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, onlar mübahisəli mənzili satıb həyət evi almaq məqsədilə mənzili satmışlar. Tərəflərin sonrakı hərəkətləri də razılaşdıqları qaydaya uyğun həyata keçirilmiş, tərəflərin nəvələrinin adına ünvan 8 ünvanında 0.045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108.7 kv.m. olan fərdi yaşayış evi alınmış və onlar yeni alınmış yaşayış sahəsinə köçməklə mənzil ehtiyaclarını aradan qaldırmışlar.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1-ci, Ailə Məcəlləsinin 29.1, 32.2.2-ci maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

21. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(104)-278/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə kassasiya şikayətində göstərilmiş dəlillər əsasında təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən “İnsan hüquqlarının və əsa s azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 10, 12-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı, Mənzil Məcəlləsinin 113.2, 113.3-cü, Mülki Məcəlləsinin 1391.1.6-cı, Ailə Məcəlləsinin 32.1, 32.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.

23. Belə ki, məhkəmənin mənzilin özgəninkiləşdirilməsi zamanı iddiaçının heç bir hüququnun və mənafeyinin pozulmadığı qənaətinə gəlməsi də işin halları ilə uzlaşmır. Hazırkı vəziyyətdə iddiaçı birbaşa mülkiyyət hüququndan məhrum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin dövlət mənzil fonduna deyil, mənzil-tikinti kooperativinə aid mənzil olmasını nəzərə almamış, dövlət mənzil fondunun özəlləşdirilməsinə aid qanunvericiliyə istinad edərək maddi hüquq normalarını pozmuşdur. Apellyasiya instansiya məhkəməsi qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə cavabdehin mülkdə qeydiyyatda durduğu, notariat kontoruna müraciət etməyi, iddianın notariat kontorunda mirasdan imtina etmə barədə ərizə verməsini, anası tərəfindən evin sənədlərinin ona təqdim edildiyi və cavabdehin rüsumlar keçirib evə dair sənədlər almağını sübut kimi nəzərə almamış, nəticədə qeyd edilən prosessual hüquq normaları pozulmuşdur.

24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. Kassasiya ş ikayətinə etiraz verilməmişdir.

26. X27 məhkəməyə ərizə verərək, Cavabdeh 17 may 2025-ci ildə öldüyünü bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pr osessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etd ikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 31. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

32. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəm ə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhk əməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya kollegiyası ilk olaraq qeyd edir ki, Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra vəf at etdiyindən, onun oğlu X18 Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən hazırkı iş üzrə cavabdehin hüquqi varisi qismində tanınmalıdır.

35. Kassasiya şikayətinin dəlilləri üzrə, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

36. İddiaçı mübahisəli mənzilin birgə nikah dövründə əldə olunduğu üçün iddiaçı və cavabdehin birgə mülkiyyəti olmasını iddia etsə də, apellyasiya instansiyası məhkəməsi təqdim olunan sənədlərə əsasən bu mənzilin order əsasında tərəflərin istifadəsinə verilməsini, sonradan iddiaçının da razılığı ilə cavabdehin mülkiyyətinə keçməsini müəyyən etmiş və mübahisəyə düzgün olaraq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəalarını tətbiq etməklə, bu əmlakın cavabdehin ayrıca mülkiyyətində olması nəticəsinə gəlmişdir. 37. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ərarvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublika sı Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.

38. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, Gəncə Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı mübahisələndirilən mənzilin satışından sonra əldə olunmuş, nəvəsi olan Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Qırmızıkənd ərazisində (yeni qaydalarla Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Ağabacı Rzayeva küçəsi, 16 ünvanında 0,045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108,7 kv.m. olan fərdi yaşayış evinə köçürülmüşdür.

39. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məh kəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(104) -278/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar